ƏNİN
ƏNQA
OBASTAN VİKİ
Ənis Behiç Koryürək
Ənis Behiç Koryürək (11 mart 1891, Konstantinopol – 18 oktyabr 1949, İstanbul) — Türkiyə şairi. == Həyatı == İlk şeirlərini əruz vəzni ilə yazmağa başlamış, ərəbcə və farsca kəlmə və epitetlərə çox yer vermişdir. Sonralar Ziya Göyalpın təsiriylə heca vəzninə keçmişdir. Ənis Behiç Ziya Göyalpla tanış olmasını və əruzdan hecaya keçməsini 26 oktyabr 1934-cü ildə Ankara xalqevində verdiyi bir konfransda açıqlamışdır. Ənis Behiçin milli anlayışa keçməsində Ziya Göyalpdan sonra təsirində qaldığı bir başqa önəmli isim Müftüoğlu Əhməd Hikmətdir. Son illərində spirtizm ilə maraqlanaraq metafizik mövzulara meyl etmiş və ruh çağırma seansları ilə bir mövləvilik təriqətinə mənsub olan Süleyman Çələbinin ruhu ilə təmasa keçmiş, ondan aldığı ilhamları əruz vəznilə əski kəlmə və epitetlərlə dolu bir dil və üslubla nəzmə çəkmiş, sonra da bunları "Varidati-Süleyman" (1949) adlı kitabında toplamışdır. Digər şeir kitabları bunlardır: "Miras" (1927), "Günəşin ölümü" ("Miras"la birlikdə, 1951). Ənis Behiç şeirlərində ən çox eşq və qəhrəmanlıq mövzularına yer vermişdir. Şeirə canlılıq və hərəkət qazandırmaq üçün bəzi şeirlərində hecanın birdən artıq vəznini işlətmişdir. Beləcə, "Ədəbiyyati-cədidə"nin eyni şeirdə əruzun birdən artıq qəlibini işlədərək yeknəsəkliyi pozma səylərini o, heca vəznində sınaqdan keçirmişdir.
Mir Babar Əli Ənis
Mir Babar Əli Ənis (1802–1874) — urdu şairi. == Həyatı == Mir Babar Əli Ənis 1802-ci ildə Hindistanın Feyzabad şəhərində anadan olmuşdur. Ənis təxəllüsü ilə əsasən mərsiyələr yazmışdır. Mərsiyənin o dönəmdə geniş yayılmasının əsas səbəbi Aud nəvvablarının şiə olmaları idi. Məlum olduğu kimi, mərsiyə ölən adam, xüsusilə də Kərbəla şəhidləri üçün söylənən şeir növüdür. Ənis və Dəbir dönəmində isə bu cür savaş mənzərələri, təbiət mənzərələri, romantik və axlaqi mövzular və bənzəri o qədər çox mövzu əmələ gəlmişdir ki, mərsiyə urdu şeirində ayrı bir növ kimi formalaşmışdır. Mir Babar Əli Ənis 1874-cü ildə vəfat etmişdir.

Digər lüğətlərdə

антиобледени́тельный газиро́ванный молча́нкой нахлестну́ть порабоща́ться пору́бочный фото... богомо́лец дифтери́тный кли́тор краниометри́ческий по-лати́нски сельхозакаде́мия фо́рдек партер поздний bookstall gingerbread-nut go together patriot receipt rouse очередь репрессивный уточнение