Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ənis Behiç Koryürək
Ənis Behiç Koryürək (11 mart 1891, Konstantinopol – 18 oktyabr 1949, İstanbul) — Türkiyə şairi. == Həyatı == İlk şeirlərini əruz vəzni ilə yazmağa başlamış, ərəbcə və farsca kəlmə və epitetlərə çox yer vermişdir. Sonralar Ziya Göyalpın təsiriylə heca vəzninə keçmişdir. Ənis Behiç Ziya Göyalpla tanış olmasını və əruzdan hecaya keçməsini 26 oktyabr 1934-cü ildə Ankara xalqevində verdiyi bir konfransda açıqlamışdır. Ənis Behiçin milli anlayışa keçməsində Ziya Göyalpdan sonra təsirində qaldığı bir başqa önəmli isim Müftüoğlu Əhməd Hikmətdir. Son illərində spirtizm ilə maraqlanaraq metafizik mövzulara meyl etmiş və ruh çağırma seansları ilə bir mövləvilik təriqətinə mənsub olan Süleyman Çələbinin ruhu ilə təmasa keçmiş, ondan aldığı ilhamları əruz vəznilə əski kəlmə və epitetlərlə dolu bir dil və üslubla nəzmə çəkmiş, sonra da bunları "Varidati-Süleyman" (1949) adlı kitabında toplamışdır. Digər şeir kitabları bunlardır: "Miras" (1927), "Günəşin ölümü" ("Miras"la birlikdə, 1951). Ənis Behiç şeirlərində ən çox eşq və qəhrəmanlıq mövzularına yer vermişdir. Şeirə canlılıq və hərəkət qazandırmaq üçün bəzi şeirlərində hecanın birdən artıq vəznini işlətmişdir. Beləcə, "Ədəbiyyati-cədidə"nin eyni şeirdə əruzun birdən artıq qəlibini işlədərək yeknəsəkliyi pozma səylərini o, heca vəznində sınaqdan keçirmişdir.
Mir Babar Əli Ənis
Mir Babar Əli Ənis (1802–1874) — urdu şairi. == Həyatı == Mir Babar Əli Ənis 1802-ci ildə Hindistanın Feyzabad şəhərində anadan olmuşdur. Ənis təxəllüsü ilə əsasən mərsiyələr yazmışdır. Mərsiyənin o dönəmdə geniş yayılmasının əsas səbəbi Aud nəvvablarının şiə olmaları idi. Məlum olduğu kimi, mərsiyə ölən adam, xüsusilə də Kərbəla şəhidləri üçün söylənən şeir növüdür. Ənis və Dəbir dönəmində isə bu cür savaş mənzərələri, təbiət mənzərələri, romantik və axlaqi mövzular və bənzəri o qədər çox mövzu əmələ gəlmişdir ki, mərsiyə urdu şeirində ayrı bir növ kimi formalaşmışdır. Mir Babar Əli Ənis 1874-cü ildə vəfat etmişdir.
Əniq
Əniq (Qusar)
Nis
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Bənis (Şəbüstər)
Bənis (fars. بنیس‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Bağlar və yaşıllıqlar əsasən dağdan gələn su kanalları ilə sulanır. Kənd meydanının ətrafında məscid, ictimai hamam və müxtəlif mağazalar var. Əsas yol asfaltlaşdırılmışdır. == Əhalisi == Yaz aylarında Benisin əhalisi əhəmiyyətli dərəcədə artır. Kənd təsərrüfatı Benisdə yerli bir sənayedir və inkişaf etməyə davam edir. XIX əsrdə kənddən köçlərin çoxu İstanbul, Bakı və Tiflis kimi xarici şəhərlərə olmuşdur. Rusiya İnqilabından sonra Benisdən İran daxilinə və Abadan, Əhvaz və Tehran kimi şəhərlərə daha çox köç yaşanmışdır. Bir çox işçi əsasən, qənnadı istehsalı, karbamid və kağız emalı müəssisələrində işləyirlər.
Karl Knis
Karl Knis (alm. Karl Gustav Adolf Knies‎; 29 mart 1821, Marburq, — 3 avqust 1898, Heydelberq) — Almaniya iqtisadçısı. == Həyatı == == Yaradıcılığı == 1853-cü ildə Marburq, Freyburq və Heydelberq universitetlərinin professoru, tarix məktəbinin üçüncü nümayəndəsi K. Knisin "Tarixi metod nöqteyi-nəzərdən siyasi iqtisad" kitabı çap olundu ki, burada tarix məktəbinin metodoloji yanaşmalarının sistemli ifadəsi verilmişdi. Onun digər mühüm əsəri iki cildlik "Pul və kredit" (1885–86-cı illər) əsəridir. Knis də tarix məktəbinin digər nümayəndələri kimi siyasi iqtisad klassik məktəbinin antitarixliyini tənqid edirdi. Cəmiyyətin iqtisadi inkişafının obyektiv qanunauyğunluğu ideyası Knis tərəfindən xüsusi tənqid olunur. O, təbii qanunların cərəyan etdiyi təbiəti hər hansı qanunların təsirindən azad olan cəmiyyətə qarşı kəskin surətdə qoyurdu. Knis tarix məktəbinin digər nümayəndələri kimi müxtəlif xalqların tarixində iqtisadi təzahürlərin təkrarlanmasını, bununla da iqtisadi inkişafın ümumi qanunlarının mümkünlüyünü rədd edirdi. Tarix məktəbi Fridrix Listin siyasi iqtisada olan baxışını tarixi inkişafda təbiətin müstəsna xüsusiyyətləri, xalqın və onun idarələrinin xarakteri ilə müəyyən edilən milli təsərrüfatı öyrənməyə qadir olan milli elm kimi əks etdirirdi.
Ulduzşəkilli anis
Şamaxılı Əlis
Əndis (Heris)
Əndis (fars. انديس‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 401 nəfər yaşayır (85 ailə).
Əniq (Culfa)
Əniq (fars. انيق‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 170 nəfər yaşayır (41 ailə).
Əniq (Qusar)
Əniq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Əniq oyk., sadə. Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar çayının sahilində, Yan silsiləsinin ətəyindədir. 1843-cü ilə aid sənəddə Anıxkənd formasında qeyd olunmuşdur. Oykonimin ləzg. "məskən" mənasında olan niq sözündən yarandığı ehtimal olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2242 nəfər əhali yaşayır.
Əniq qalası
Əniq qalası və ya Eniq qalası — Qusar rayonunun eyniadlı kəndində tarixi abidə. == Haqqında == Salavat dağ keçidini nəzarət altında saxlayan Əniq qalası dəniz səviyyəsindən 1100 metr hündürlükdə, Qusarçayın sağ sahilində, Qusar rayonunun eyni adlı kəndində təbii maneələrə malik, hündür təpə üzərində yerləşir. Qalanın müdafiə qabiliyyətini daha yaxşı təmin etmək üçün memar relyefin bütün imkanlarından uğurla istifadə etmişdir. Əniq qalası uçurumlu ətəkləri olan nəhəng təpənin cənubunda salınmışdır. Nə vaxtsa möhtəşəm istehkam olan bu qaladan iki qalıq salamat qalmışdır. Birinci halda divarın uzunluğu 15-16 metrdir. İkinci qalıq isə qala darvazasının künc bürcüdür. Divarın eni 2 metr, bürcün diametri isə 6 metrə yaxındır. Qalıqların hündürlüyü 5,8 metrdən 9,3 metrə qədərdir. Qala yeri qaya daşlarından və çaydaşından inşa olunmuşdur.
Nis Qrot
Nis Qrot (d. 4 may 1988) — Niderlandı təmsil edən həndbolçu. == Karyerası == Nis Qrot Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Malik ibn Ənəs
Mâlik bin Ənəs (Ərəbcə: مالك بن أنس) — Maliki məzhəbinin qurucusu, böyük müctəhid və mühəddis. Tam adı Əbu Abdillah Malik bin Ənəs bin Malik bin Əbî Âmir el-Əsbahi əl-Yəməni Ərəbcə: أبو عبد الله مالك بن أنس بن مالك بن أبي عامر بن عمر الأصبحي اليمني dir. 712 (Hicri 93) ilində Mədinədə doğulmuş, 795 (Hicri 179) ilində eyni yerdə vəfat etmişdir. Prof. Əbu Zəhranın araşdırmalarına görə Malik ibn Ənəs Hicri 93-cü ildə (miladi 712) Mədinədə Yəmən qəbiləsinə mənsub ərəb əsilli bir ailədə doğulmuşdu. Ona "Mədinə imamı" da deyirdilər. İmam Malikin tam adı Əbu Abdullah Malik ibn Ənəs ibn Əbi Əmir ibn Əmr ibn əl-Xaris ibn Qayman ibn Hüseyl ibn Əmr ibn əl-Həris əl-Əshabidir. Atası Yəmənli Zu Əsbah qəbiləsinə mənsub Ənəs ibn Malik ibn Əbi Əmir əl-Əsbahdır. Anası isə Yəmənin ərəb qəbilələrindən əl-Əzdi qəbiləsinə mənsub olub adı Aliyə binti Şureyk əl-Əzdiyyədir. İmam Malikin babası Malik Yəmən valisi tərəfindən zülmə məruz qaldığına görə Mədinəyə köç edərək burada Qureyş qəbiləsinə mənsub Bəni Teym ibn Murra qəbiləsi ilə qohum olmuşdu.
Ənəs bin Nadr
Ənəs bin Nadr (ərəb. ﺍﻧﺲ ﺑﻦ ﻧﻀﺮ‎; Mədinə – Mədinə) — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Bənu Adi ibn Nəccar qəbiləsindəndir və Ənəs ibn Malikin əmisidir. Uhud döyüşündə şəhid olmuşdur. İslam inancına görə onun şərəfli ölüm dərəcəsi sayılan şəhadət dərəcəsinə malik olması qəbul edilir. Quranda Əhzab surəsi 23-cü ayə Ənəs bin Nadr haqqında nazil olmuşdur. “Möminlər içərisində Allaha etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar əhdlərini əsla dəyişdirməyiblər”. Onun bədənində səksəndən çox olduğu yara olduğu görülmüşdür.
Ənəs ibn Malik
Ənəs ibn Malik (ərəb. أنس بن مالك‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, Taifdəki sakif tayfasının başçısı. Mədinə qəbiləsindən olan Xəzrəcdəndir. Tanınmış hədis ravisidir. == Bioqrafiyası == Ənəsin anası Ümmü Süleym İslamı erkən qəbul edir. Bu səbəbdən əri ilə münaqişəsi yaranır və əri onu inancından döndərməyə cəhd göstərir. Əri Suriyaya gedir və bir müddət sonra orada dünyasını dəyişir. Ərinin vəfatından sonra Ümmü Süleym Təlhə ibn Ubeydullah ilə evlənir. Məhəmməd peyğəmbərin Mədinəyə hicrəti zamanı Ənəs ibn Malikin cəmi 10 yaşı var idi. Ümmü Saleym oğlunu Peyğəmbərin hüzuruna gətirərək və Ənəsi ona xidmətçi olaraq təklif edir.
Sinan ibn Ənəs
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. == Həyatı == Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbi Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.
Benis
Benis - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı. Həmin mənbədə deyilir ki, kənddə 7 xristian ailəsi yaşayır.
Eniş
Eniş (fr. L'aurore, ing. Dawn) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1881 - ci ildə işlənmiş rəsm əsəri. Əsərdə suya enən Aurora təsvir edilmişdir. Bu səbəbdən də əsər bəzən "Auroranın enişi" də adlandırılır. "Eniş" əsəri hazırda İngiltərənin Birmingerm İncəsənət Muzeyində saxlanılmaqdadır.
İmam Malik ibn Ənəs
Mâlik bin Ənəs (Ərəbcə: مالك بن أنس) — Maliki məzhəbinin qurucusu, böyük müctəhid və mühəddis. Tam adı Əbu Abdillah Malik bin Ənəs bin Malik bin Əbî Âmir el-Əsbahi əl-Yəməni Ərəbcə: أبو عبد الله مالك بن أنس بن مالك بن أبي عامر بن عمر الأصبحي اليمني dir. 712 (Hicri 93) ilində Mədinədə doğulmuş, 795 (Hicri 179) ilində eyni yerdə vəfat etmişdir. Prof. Əbu Zəhranın araşdırmalarına görə Malik ibn Ənəs Hicri 93-cü ildə (miladi 712) Mədinədə Yəmən qəbiləsinə mənsub ərəb əsilli bir ailədə doğulmuşdu. Ona "Mədinə imamı" da deyirdilər. İmam Malikin tam adı Əbu Abdullah Malik ibn Ənəs ibn Əbi Əmir ibn Əmr ibn əl-Xaris ibn Qayman ibn Hüseyl ibn Əmr ibn əl-Həris əl-Əshabidir. Atası Yəmənli Zu Əsbah qəbiləsinə mənsub Ənəs ibn Malik ibn Əbi Əmir əl-Əsbahdır. Anası isə Yəmənin ərəb qəbilələrindən əl-Əzdi qəbiləsinə mənsub olub adı Aliyə binti Şureyk əl-Əzdiyyədir. İmam Malikin babası Malik Yəmən valisi tərəfindən zülmə məruz qaldığına görə Mədinəyə köç edərək burada Qureyş qəbiləsinə mənsub Bəni Teym ibn Murra qəbiləsi ilə qohum olmuşdu.
Eniş dəsti
Eniş dəsti — Aviasiya sahəsində təyyarənin yerə enməsini asanlaşdıran qurğuya (adətən bu təkər olur) deyilir. Eniş dəstinin qapıları təyyarə havaya qalxdıqdan sonra enənə kimi bağlı vəziyyətdə saxlanılır. == Ümumi baxış == Aviasiyada eniş qurğuları təyyarələrin taksi hərəkətini etməsini, yerə enməsini və yerdən qalxmasını təmin edən mexaniki sistemlərdir. Eniş qurğuları ümumiyyətlə təkərlidir, ancaq eniş və ya qalxma həyata keçirdəcəyi əraziyə görə təkərlər, kirşələr və xizək olmaqla müxtəlif növlərin fərqli birləşmələri mövcuddur. Təyyarənin eniş qurğusunun tipi mühəndislər tərəfindən hava gəmisinin hansı məqsədli və necə uçuş pistlərində hərəkət edəcəyinə görə müəyyənləşdirilir. Bərk səthlərdə (uçuş-enmə zolağı, yol, gəmi göyərtəsində) uçuş həyata keçirdəcək təyyarələr eniş şok əmici sistemlər ilə təchiz edilmiş təkərli eniş dəstindən istifadə edir, müasir dövrdə bir çox təyyarədə təkərli eniş dəsti mövcuddur, amma qarlı səthlərə və suya eniş və ya qalxma həyata keçirən təyyarələr də vardır və onlar xizəklər və ya kirşələr ilə təchiz edilirlər. Eniş dəsti təyyarənin ən ağır hissələrindən biridir, təyyarənin ağırlığının 7% -i qədər ola bilərlər, lakin adətən ümumi ağırlığın 4-5 faizi civarında olurlar.
Eniş meydançası
Eniş meydançası —təyyarənin qalxması və enməsi üçün uyğun olan relyefin quru sahəsi və ya xüsusi hazırlanmış süni platforma. Bir qayda olaraq, eniş meydançalarından 4-cü sinif təyyarələri, yerli aviaşirkətlərdə, PUA-larda, vertolyotlarda aviasiya işlərini yerinə yetirərkən istifadə olunur. Tərk edilmiş aerodromlar tez-tez eniş meydançaları kimi istifadə olunur, xüsusən də uçuş-enmə zolağı qorunub saxlanılıbsa.
Əbis ibn Əbu Şəbib əş-Şakiri
Əbis ibn Əbu Şəbib əl-Şakiri (ərəb. عابس بن ابي شبيب الشاکري‎) — Siffeyn döyüşündə yaralanmış və Kərbəla şəhidlərindən biri. == Nəsil == Əbis böyük Bəni-Həmdan qəbiləsinin Bəni-Şakir qolundan idi. Qəbiləsinin adamları döyüşdə cəsur idilər və buna görə də ərəblər onları “Sabahın cavanları” mənasını verən Fətayan əs-Sabah adlandırırdılar. Atası Şəbib, Həbib, Şibt və ya Leys kimi qeyd edilmişdir. Əbis öz qəbiləsinin yaxşı xüsusiyyətlərinə görə mükəmməl şəxs idi. O, şiə əyanlarından və onların başçılarından idi. Əbis Əhli-beyt aşiqlərindən və onu müstəsna olaraq sevən Əli ibn Əbu Talibin tərəfdarlarından idi. == Əli ibn Əbu Talibi dəstəkləməsi == Əbis Siffeyn döyüşündə Əli ibn Əbu Talibə qoşulmuş və Siffeyn döyüşündə alnından yaralanmış, izi əbədi olaraq alnında qalmışdır. == Müslim ibn Əqili dəstəkləməsi == Müslim ibn Əqil Kufəyə daxil olduqdan sonra Muxtar ibn Əbu Ubeydin evinə getdi.
Denis
Denis — kişi adı. Bu adı olan tanınmışlarDenis Qolovanov — Rus tennisçi. Denis Rader — dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biri. Denis Suarez — Barselona FK oyunçusu. Denis Lou — şotland veteran futbolçu.
Eris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Penis
Ənıx
Əniq (Qusar)
Əriş
Əriş — toxucu dəzgahına şaquli istiqamətdə (uzununa) çəkilən iplərdir (saplardır).Toxuma prosesində əvvəlcə əriş saplar arğac saplarının arasından keçirmək üçün ərişlənir. Toxunan materiallarda (əsasən də xalça toxuculuğunda) uzununa müvazi gedən əriş əsas iplərdən biridir. Əriş saplar yun, ipək, pambıq, eləcə də at quyruğu, çətənə, qadının baş tükü və s.-nin qarışığından istifadə edilməklə alına bilər. Müasir dövrdə süni (sintetik) saplara daha çox üstünlük verilir.
Ensi
Ensi — Qədim Mesopotamiyada e.ә. 27-26-cı əsrlərdə şəhər-dövlət hakimi. Kahinlik və inzibati səlahiyyətləri var idi. E.ә. 21-ci əsrdə hökmdar tərəfindən təyin olunan mahal rəisləri Ensi adlanırdı. E.ә. 2-ci minillikdə istehsal vasitələri üzərində mülkiyyətdən məhrum edilən, yarımqul vəziyyətinə düşən, hökmdar və məbəd təsərrüfatlarında işləyən əkinçi-yardarlara da Ensi deyilirdi.
Aniş Qiri
Aniş Qiri (28 iyun 1994, Sankt-Peterburq) — Rusiyada doğulmuş Holland şahmatçısı və qrosmeysteridir. Aniş qrosmeyster titulunu 14 yaş 7 ayda alıb. Qiri 4 dəfə Hollandiya Şahmat Çempionu (2009, 2011, 2012, 2015) və 2010-da Corus Şahmat B qrupunu udub. Hollandiyanı 5 dəfə Şahmat Olimpiadasında təmsil edib (2010, 2012, 2014, 2016, 2018). == Həyatı == 28 iyun 1994-cü ildə Sankt Peterburqda anadan olmuşdur, atası Nepal hindlisi (Sanjay Giri), anası isə Rusiya vətəndaşıdır (Olga Giri). 2002-ci ildə onlar Yaponiyanın Sapporo şəhərinə köçdülər və 2008-ci ilədək orada yaşadılar. 2008-ci ilin fevral ayından onlar Niderlandın Rijswijk şəhərində yaşayırlar. Onun iki bacısı var, Nataşa və Ayuşa. 2013-cü ildə 'Middelbare Məktəbi'ni Grotius kollecini bitirib (Hollandiyanın Delft şəhərində). Riyaziyyat, fizika, coğrafiya və tarix onun sevimli fənnləri olub.
Cenis Bremner
Cenis Bremner (15 iyul 1974) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Cenis Bremner Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cenis Bremner Olimpiadanın gümüş medalına sahib olub.
Cenis Coplin
Cenis Coplin (ing. Janis Lyn Joplin; 19 yanvar 1943[…], Port-Artur[d] – 4 oktyabr 1970[…], Hollivud, Kaliforniya) — amerikalı musiqiçi. === Həyatı === == İlk illər: 1943–1961 == 19 yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi karyerası üzərində işləməyə qərar verdi. == Kaliforniya Həyatı == 1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu.
Denis Adeyev
Denis Adeyev (d. 14 dekabr 1997) — Rusiyalı üzgüçü. Denis Adeyev Rusiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Denis Adeyev birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:43.6 saniyəlik nəticə ilə 25-ci yeri tutdu və yarışı başa vurdu.
Denis Barvinko
Denis Barvinko (ukr. Денис Анатолійович Барвінко; 16 fevral 1994, Dnepr – 10 sentyabr 2021, Dnepr) — Ukrayna Premyer Liqasında Metallist Xarkov FK klubunda oynayan peşəkar ukraynalı futbol müdafiəçisidir. == Həyatı və karyerası == Denis Barvinko 16 fevral 1994-cü ildə Dneprdə anadan olmuşdur. 2007-2009-cu illərdə Ukrayna Uşaq və Gənclər Futbol Liqasında Metallurq Zaporojye futbol komandasının üzvü olaraq karyerasına başladı. Bundan sonra Metallist Xarkov futbol koBmandasına gəldi. 2011-ci ildə bu komandanın üzvü olaraq turnirlərdə iştirak etdi. 12 avqust 2011-ci ildə Ukrayna Gənclər Çempionatında Kiyevin Obolon komandasına qarşı səfər matçında debüt etdi (1:0). Barvinko oyunun bütün dəqiqəsində iştirak edirdi. Ukrayna Kubokunun 1/16 final matçında Bereqvideykoya qarşı oyunda iştirak etdi (0: 3). 60-cı dəqiqədə onu Robert Heqedos əvəz etdi.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. == Klub Kariyerası == Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. == Şəxsi həyatı == Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Denis Fonvizin
Denis İvanoviç Fonvizin (rus. Денис Ива́нович Фонви́зин, 14.4.1745-12.12.1792) — Rusiya ədibi. == Həyatı == Rus ədəbiyyatında maarifçi realizmin görkəmli nümayəndəsi kimi tanınan, milli komediyanın banisi Fonvizin Denis İvanoviç 14 aprel 1745-ci ildə zadəgan ailəsində anadan olmuşdur. 1755-1762-ci illərdə Moskva Universitetinin nəzdində gimnaziyada oxumuşdur. 1762-ci ildə Peterburq şəhərinə köçmüş, tərcüməçilik ilə məşğul olmuşdur. “Xəzinədar tülkü” (1762) təmsilində və “Nökərlərimə məktublar”ında (1764-1766) təhkimçiliyə tənqidi münasibət öz əksini tapmışdır. Onun ”Briqadir” (1768-1769) məişət komediyasında əcnəbi mədəniyyətə sitayiş masqaraya qoyulur. “Nadan övlad” (nəşri 1783, tamaşası 1782) satirik komediyasında təhkimçilik, zadəgan əxlaqı, hakim təbəqələrin kütbeyinliyi ifşa olunur. Fonvizinin publisistik məqalələri, xatirələri var. Yaradıcılığı realist rus ədəbiyyatı və teatrın inkişafına güclü təsir göstərmişdir.
Denis Lou
Denis Lou (24 fevral 1940, Aberdin) — şotland veteran futbolçu. == Həyatı == Futbol həyatının böyük hissəsini İngiltərədə keçirib. Mançestr Yunayted tarixinin ən çox qol vuran futbolçularından biridir. Lou Bobbi Çarlton'dan sonra klubun ən çox qol vuran futbolçusudur. Mançestr Yunayted forması ilə 309 oyunda 171 qol vurub.
Denis Matsukeviç
Denis Matsukeviç (rus. Денис Сергеевич Мацукевич; Minsk, Belarusda 28 mart 1986-cı ildə anadan olub) — Rusiyanı təmsi ledən peşəkar tennisçidir. O, karyerası ərzində 5 dəfə Gedişat turnirlərinin qalibi olmuşdur. Denisin baş məşqçisi VAleri Şliardır.
Denis Papin
Deni Papen (fr. Denis Papin; d. 22 avqust 1647 - ö. 1712) — fransız ixtiraçı. == Həyatı == 1681-ci ildə fitli çayniki icad etmişdir.
Denis Prokopenko
Denis Hennadiyovıç Prokopenko (ukr. Денис Геннадійович Прокопенко; 27 iyun 1991) — Ukrayna Milli Qvardiyasının mayoru, Azov alayının komandiri,, Rusiya-Ukrayna müharibəsinin iştirakçısı, Ukrayna Qəhrəmanı (2022). Rusiya-Ukrayna müharibəsi zamanı o, Ukrayna rəhbərliyi tərəfindən düşmən hücumlarını dəf etmək və qəhrəman şəhər Mariupolu qorumaq üçün effektiv fəaliyyətinə görə fərqləndirilib.Prokopenko həm də Redis kimi tanınır ((ukr. Ре́діс) köhnə futbol azarkeşi ləqəbi onun hərbi çağırış ləqəbinə çevrildi. Onun tabeliyində olanların ona qeyri-rəsmi olaraq "Qardaş Redis" və ya "Yoldaş Redis" deyə müraciət etdikləri bildirilir ("Дру́же Ре́діс", "Drúže Rédis", [ˈdruʒe ˈrɛd⁽ʲ⁾is]) == Həyatı == Denis Prokopenko etnik karel nəslindəndir. Babası SSRİ–Finlandiya müharibəsinin iştirakçısı olub. Kiyev Milli Linqvistik Universitetinin Alman filologiyası fakültəsini ingilis dili müəllimi ixtisası üzrə bitirib. Eyni zamanda idmanla da məşğul olub. O, "Dinamo" (Kiyev) futbol klubunun aktiv azarkeşlərindən (ultra) biridir.2014-cü ildən Ukraynanın şərqində keçirilən antiterror əməliyyatında iştirak edib, Azovda taqım və tabora komandirlik edib. 2017-ci ilin sentyabrında Azov Əlahiddə Xüsusi Təyinatlı Dəstəsinin komandiri təyin edilib.
Axis axis
Adi aksis (lat. Axis axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. == Yayılması == Aksislər Himalay və Seylonun dağətəyi meşə zonalarında yaşayır. Bu marallara artıq tez-tez Hindistanda da rast gəlinir və onların sayı artmaqdadır. Ermənistan meşələrinə müvəffəqiyyətlə uyğunlaşdırılıb.
Anais
Anahit və ya Anais (erm. Անահիտ) — erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər.Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki, "Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar … həmin vaxt Böyük Ermənistan hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi." Strabon, XI, XIX Ermənistanda əsas Anahit məbədləri Erez, Armavir və Artaşatda yerləşirdi. Sofen rayonu ərazisindəki dağlar isə Anahitin taxtı (Athor Anahta) hesab edilirdi. Plutarxın sözlərinə görə, Erezdəki Anahit məbədi qədimliyinə və zənginliyinə görə digərlərindən fərqlənirdi.
Anas
Çay ördəyi (lat. Anas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ansi
Ansi, həmçinin Annesi (fr. Annecy) – Fransanın şərqində şəhər. Yuxarı Savoyya departamentinin inzibati mərkəzi. Əhalisi 51 min (2005). Dəmir yolu qovşağı. Savoyya Alp dağlarının ətəklərində, Cenevrə–Qrenobl avtomobil yolu üstündədir. Elektrometallurgiya, diyircəkli yataq və ülgüc ləvazimatı istehsalı zavoddları, toxuculuq, kimya, kağız sənayesi müəssisələri var. İqlim kurortudur. Turizm inkişaf etmişdir.
Anus
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
Apis
Apis (münbitlik allahı) — münbitlik allahı. Apis (arı) — bal arısı cinsi. Apis (şəhər) — şəhər. Apis (Yunan mifologiyası) — Yunan mifologiyası.
Axis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.