ƏRİKLİ

прил. абрикосовый:
1. засаженный абрикосовыми деревьями
2. с абрикосами. Ərikli kompot абрикосовый компот
ƏRİKGÜLÜ
ƏRİKLİK
OBASTAN VİKİ
Ərikli
Ərikli — Qərbi Azərbaycanın Qarakilsə (Sisyan) rayonunda yerləşən yaşayış məntəqəsi. Ərikli — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı inzibati ərazi vahidində kənd.
Ərikli (Laçın)
Ərikli — Azərbaycan Respublikasının Laçın rayonu Kürdhacı kənd inzibati ərazi dairəsində kənd. Ərikli toponiminin yaranması haqqında bir neçə variant mövcuddur. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti kitabında yaşayış məntəqəsini qasımuşağı tayfasına mənsub ailələr keçmışdə ərik bağları olmuş Ərikli adlı yerdə saldıqları üçün belə adlandırıldığı qeyd edilmişdir. Aparılan araşdırmalardan məlum olur ki, kəndin adı Qarakilsə rayonunda olan Ərikli kəndinin, Qarakilsə rayonunu Ermənistandan ayıran silsilə Ərikli dağlarının və Ərikli çayının adından götürmüşdür. Ərikli sözünün leksik mənası ərənlər, igidlər yaşayan məkan mənasındadır. İbrahim Bayramovun Qərbi Azərbaycanın türk mənşəli toponimləri adlı kitabında apardığı tarixi araşdırmadan məlum olur ki, Ərikli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, Qarakilsə (indiki Sisyan rayonu) ərazisində kənd olmuşdur. Bu kənd Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1873-cü ildən başlayaraq müxtəlif illərdə aparılmış siyahıya alma zamanı kənd sakinlərinin azərbaycanlılar olduğu qeyd edilmişdir. Nəhayət, 1917-18-cı illərdə azərbaycanlılar bu kənddən qırğınlarla deportasiya edilmiş, kənd dağıdılmış və bu günə qədərdə xarabalığa çevrilmiş şəkildə qalmaqdadır. Ərikli kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin, 1867-ci ildə Zəngəzur qəzasının tərkibində mövcud olmuşdur.
Ərikli (Sisyan)
Ərikli kəndi — Qərbi Azərbaycanın Qarakilsə rayonunda yerləşən, hal-hazırda tərk edilmiş yaşayış məskəni. Ərikli Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim ərik meyvə adına "-li" sözdüzəldici şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1849-cu ildə dövlət tərəfindən hazırlanmış kameral siyahıdan: Allahverdi Məhərrəm oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Oğlu: Rzaqulu, Qardaşları: Həzrətqulu, Allahverən Bəylər Rəhim oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşı: Rüstəm Fərzəli Abdulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib. Qardaşları: Piri, Qənbər Məmmədbağır Əsədulla oğlu — Cəbrayıl qəzasının Mehdili obasından gəlib.
Əriklidərə dağları
Əriklidərə dağları — Ordubad rayonu ərazisində tirə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində, Vənəndçay və Ciqandərəçayın suayırıcısında uzunluğu 6 km-dən artıq olan, şimal-qərbə əyilmiş silsilədir. Ən yüksək zirvəsinin hündürlüyü 2056,9 m-dir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin Zəngəzur qalxım zonası ilə təmas zolağında yerləşir. Qərb və şərq hissələri Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından, mərkəzi hissəsi isə Şərqi Ordubad dərinlik qırılma zonasının nəzarət etdiyi eyniyaşlı Ağrıdağ intruziyasının diorit və dioritli porfiritlərindən təşkil olunmuşdur.

Digər lüğətlərdə