Əriklidərə dağları — Ordubad rayonu ərazisində tirə. Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində, Vənəndçay və Ciqandərəçayın suayırıcısında uzunluğu 6 km-dən artıq olan, şimal-qərbə əyilmiş silsilədir. Ən yüksək zirvəsinin hündürlüyü 2056,9 m-dir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin Zəngəzur qalxım zonası ilə təmas zolağında yerləşir. Qərb və şərq hissələri Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından, mərkəzi hissəsi isə Şərqi Ordubad dərinlik qırılma zonasının nəzarət etdiyi eyniyaşlı Ağrıdağ intruziyasının diorit və dioritli porfiritlərindən təşkil olunmuşdur. [1]
Əriklidərə dağları | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 3835,9 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |