ЛЕЖАТЬ

несов. 1. uzanmaq; лежать на земле yerdə uzanmaq; лежать на боку böyrü üstə uzanmaq; 2. yatmaq; лежать лицом вверх üzüyuxarı yatmaq; лежать замертво ölü kimi yatmaq; 3. xəstə yatmaq; лежать в больнице xəstəxanada yatmaq; 4. olmaq; в сундуке лежит много вещей sandıqda çoxlu şey vardır; на тарелке лежит кусок мяса nimçədə bir tikə ət vardır; 5. -dır, -dir, -dur, -dür xəbər şəkilçiləri ilə ifadə olunur; книга лежит на столе kitab stolun üstündədir; деньги лежат в сберкассе pullar əmanət kassasındadır, 6. öhdəsində olmaq, öhdəsinə düşmək; это дело лежит на твоей обязанности bu iş sənin öhdəndədir (bu iş sənin öhdənə düşür); 7. yerləşmək; селение лежит в долине kənd dərə içində yerləşmişdir; 8. qalmaq; на поле лежит скошенное сено biçilmiş ot çöldə qalmışdır; товар лежит без употребления mal istifadəsiz qalmışdır; 9. yatıb qalmaq; рукопись лежит без движения в издательстве əlyazması nəşriyyatda yatıb qalmışdır; 10. düşmək; путь мой лежал на Шеки yolum Şəkiyə düşmüşdü; 11. keçmək; близко от селения лежит шоссе kəndin yanından şose keçir; ◊ лежать в основе əsasını təşkil etmək; лежать на боку (на печи). böyrü üstə yatıb qalmaq, tənbəllik etmək; лежать в развалинах dağılmaq, xaraba qalmaq; лежать под сукном fikir verilməmək, baxılmamaq; плохо лежит oğurlamaq, çırpışdırmaq olar; душа (сердце) не лежит к кому-чему ürəyimə (ürəyinə) yatmır.

ЛЕЖАНКА
ЛЕЖАТЬСЯ

Digər lüğətlərdə