Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bədir Qarayev
Bədir Cəmil oğlu Qarayev (19 dekabr 1942, Arabaçı, Gədəbəy rayonu – 1994) — Azərbaycanın maliyyə naziri (1987–1992), professor. == Həyatı == Bədir Cəmil oğlu Qarayev 19 dekabr 1942-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuş, 1950-ci ildə kənd orta məktəbinə daxil olaraq 1960-cı ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinin maliyyə-kredit ixtisası üzrə iqtisadiyyat fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək maliyyəçi-iqtisadçı ixtisasına yiyələnmişdir. Bədir Qarayev universiteti qurtardığı ildə təyinatla öz doğma Gədəbəy rayonuna göndərilmiş və həmin rayonun Dövlət bankında kredit müfəttişi kimi fəaliyyətə başlamışdır. Bu dövrdə onun öz üzərində çalışması bir müddət Tikinti bankının Azərbaycan kontorunda iqtisadçı, 1967–69-cu illərdə isə Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində işləməsinə şərait yaratmışdır. Sözü gedən yerlərdə yaradıcılıqla işləməsi Bədir Qarayevi elmlə məşğul olmağa həvəsləndirmişdir. Buna görə də o, 70-ci illərin əvvəllərində aspiranturaya daxil olmuş və 1972-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildən Maliyyə Nazirliyinin müxtəlif idarələrində rəis müavini və rəis işləmiş, 1980-ci ildən 1987-ci ilə kimi maliyyə nazirinin müavini, 1987-ci ilin oktyabrından 1992-ci ilin oktyabr ayına kimi Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsini icra etmişdir. 1968-ci ildə Maliyyə Nazirliyində işlədiyi dövrdə В. С. Qarayev "İşdə fərqləndiyinə görə" Azərbaycan Respublikasının Dövlət İdarələri İşçilərinin Həmkarlar İttifaqı və Maliyyə Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. 1980-ci ildə Bədir Qarayev Maliyyə Nazirliyində işlədiyi dövrdə SSRİ Maliyyə Nazirliyinin "Maliyyə işinin əlaçısı" döş nişanı və "Fəxri fərmanı" ilə təltif olunmuşdur.
Bədirli
Bədirli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bədirqala
Bədirqala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır.[mənbə göstərin] == Toponimikası == Bədirqala oyk, sadə. Qusar r-nunun Bala Qusar i.ə.v.-də kənd. Qusar çayından 4 km. aralı, Qusar maili düzənliyindədir. Keçmiş adı Bədirbədəlqala olmuşdur. Kəndin ərazisində orta əsrlərə aid qala xarabalığı mövcuddur. Yerli əhalinin verdiyi məlumata görə, kənd həmin qalanın adını daşıyır. Qalanı Bədirbədəl adlı şəxs tikdirmiş və bununla da yaşayış məntəqəsinin əsasını qoymuşdur. 1917, 1933, 1961-ci illərdə r-nun ərazisində Bədirqala kəndi ilə yanaşı Bədişqala kəndi də qeydə alınmışdır.
Bədirxan Əhmədov
Bədirxan Əhmədov (20 aprel 1955, Gəyliyən, Dmanisi rayonu) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor. B. Əhmədov həm də Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiridir.[1] == Həyatı == Bədirxan Balaca oğlu Əhmədov 20 aprel 1955-c ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Az-Gəyliyən kəndində anadan olub. 1973-cü ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin) filologiya fakültəsinə daxil olub. 1977-ci ildə ali məktəbi müvəffəqiyyətlə başa vurub. 1977–1982-ci illərdə Sabirabad rayonun Abdulabad kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya daxil olub. 1982-ci ildə təyinat müddəti başa çatdıqdan sonra Bakıya gələrək Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsində müxtəlif poleoqraf, baş poleoqraf, şöbə müdiri vəzifələrində çalışıb (1983–1990). 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda "Sabit Rəhmanın satirası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ildən "Vətən səsi", "Cümhuriyyət", "Azərbaycan ordusu" qəzetlərində şöbə müdiri, baş redaktor müavini işləyib.
Firuzə Bədirbəyli
Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası – 16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971). == Həyatı == Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır. Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir. Xalq artisti Zemfira Əliyevanın anasıdır. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971 == İfa etdiyi əsas rollar == == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr.
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli (film, 2014)
Gözəllik mücəssəməsi... Leyla Bədirbəyli — rejissor Elvin Vəlimətovun 2014-cü ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Leyla Bədirbəylinin xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Dəcəl dəstə", "Səbuhi", "Arşın mal alan", "Fətəli xan", "Görüş", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Koroğlu", "Dəli Kür", "İntizar", "Dərviş Parisi partladır" filmlərinin kadrlarından istifadə edilmişdir.
Leyla Bədirbəyli
Leyla Ağalar qızı Bədirbəyli (8 yanvar 1920, Bakı – 23 noyabr 1999, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı. 1937–1942 illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olmuş, 1942–1975 illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. == Həyatı == Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (bəzi mənbələrdə Şəmkirdə) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy uzun illər hərbçi olub, hətta polkovnik rütbəsinə qədər yüksəlib. Leyla Bədirbəylinin babası Abdı ağa ilə Xəlil ağa Qədimovun atası Qədim ağa qardaşdırlar. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12–13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubundakı qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır.
Murad Bədirov
Murad Qismət oğlu Bədirov (25 yanvar 2001; Cəlilabad rayonu, Azərbaycan — 29 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Bədirov 2001-ci il yanvarın 25-də Cəlilabad rayonunun Kazımabad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Murad Bədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Bədirov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Bədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Bədirov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mürsəl Bədirov
Mürsəl Tağı oğlu Bədirov (27 oktyabr 1931, Mahaçqala – 26 fevral 2003, Bakı) — Azərbaycanın bariton səsli opera müğənnisi, Azərbaycan SSR Xalq artisti (1979). == Həyatı == Mürsəl Bədirov 27 oktyabr 1931-ci ildə Dağıstanda anadan olub. O, orta təhsilini Dağıstanda alıb. 1951-ci ildə Azərbaycan Milli Konservatoriyasının Vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizodik rollarda oynayıb. 1956-cı ildə təhsilini başa vuran Mürsəl Bədirov Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Mürsəl Bədirov teatrda işlədiyi illərdə bir çox tamaşalarda fərqli obrazları canlandırıb. O, Jorj Bizenin "Karmen" (Eskamilo və Morales, Dankayro), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puççininin "Toska" və "ÇioÇio-San" (Sezar Anjelotti, Şarples), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsanın taleyi" (Andrey Sokolov), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər) operalarında ifa edib. Mürsəl Bədirov həmçinin azərbaycanlı bəstəkarların da yaradıcılığına müraciət etmişdir. O, Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa edib.
Məhərrəm Bədirzadə
Məhərrəm Əlisəftər oğlu Bədirzadə — Azərbaycanın televiziya rejissoru, əməkdar incəsənət xadimi (2006). == Həyatı == Məhərrəm Əlisəftər oğlu Bədirzadə 13 yanvar 1945-ci ildə Bakıda dünyaya göz açıb. Uşaqlıq çağları Novxanı bağlarında keçib. 190 saylı orta məktəbi bitirdikdən sonra həmin ildə də də Mirzə Ağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunub. 1971-ci ildə Azərbaycan Televiziyasına işə qəbul olunub. Məhərrəm Bədirzadə 1969-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Hazırda Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq kafedrasının dosentidir. Sevdiyi peşəsini tələbələrə şövqlə, can yanğısı ilə öyrədir. 8 aprel 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. == Filmoqrafiya == Mənim günahım (film, 1985) "Qayınana" əməliyyatı (film, 1999) Bağdada putyovka var...
Nəcməddin Bədirov
Nəcməddin Nurəddin oğlu Bədirov (8 noyabr 2001; Düz Qırıqlı, Tovuz rayonu, Azərbaycan — 10 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Nəcməddin Bədirov 2001-ci il noyabrın 8-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2007–2018-ci illərdə Düz Qırıqlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Nəcməddin Bədirovun əmisi Polad Bədirov Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. == Hərbi xidməti == Nəcməddin Bədirov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Hərbi xidmət müddətində nümunəvi əsgər olduğuna görə üç tərifnamə alıb. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nəcməddin Bədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nəcməddin Bədirov 10 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. Nəcməddin Bədirov bir müddət itkin kimi axtarılıb.
Tağı Bədirov
Tağı Mürsəl oğlu Bədirov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1965–1972). == Həyatı == Tağı Bədirov 1907-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1932-ci ildən Tağı Bədirov Dağıstan balıq trestində mühəndis, baş mexanik, baş mühəndis, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1954-cü ildən Azərbaycan balıq trestinin şöbə rəisi, Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi Donanma İdarəsinin rəisi, 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonra isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Yeyinti Sənayesi İdarəsinin rəisi olmuşdur. 1965–1972-ci illərdə Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır. Tağı Bədirov Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7 və 8-ci çağırış deputatı seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
Cəladət Əli Bədirxan
Cəladət Əli Bədirxan (kürd. جەلادەت عالی بەدرخان; 26 aprel 1893, Konstantinopol – 15 iyul 1951, Dəməşq; həmçinin Mîr Celadet adı ilə də tanınır) — kürd diplomat, yazıçı, dilçi, jurnalist və siyasi fəal. İstanbul Universitetində hüquqşünaslıq fakültəsi üzrə magistraturanı bitirən və təhsilini Münhendə tamamlayan Cəladət həmçinin kürdcə, türkcə, farsca, ərəbcə, almanca, fransızca və rusca kimi bir çox dildə danışa bilirdi. Türkiyəni 1923-də cümhuriyyət elan olunduqdan sonra tərk etmişdir. 1927-ci ildə Beyrutda baş tutan bir kürd konfransında Xoybun komitəsi formalaşmışdır. Cəladət şimali kürd dilinin — kurmanc dilinin çağdaş halını orqanizə edən ilk dilçi olması və hal-hazırda rəsmi olaraq istifadə edilən latın əlifbasını dizayn eləməsi ilə məşhurdur. Bu əlifba bəzən kürd dilinin habelə o biri dialektləri üçün də — ərəb, kiril və erməni əlifbalarının əvəzinə işlənir.
Qədim ağa Bədirbəyli
Qədim ağa Bədirbəyli Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından və bölgənin tanınmış mülkədarlarından biri. == Həyatı == Qədim ağa 1855-ci ildə Şəmkirin Morul kəndində doğulmuşdur. Qədim ağa ilə Leyla Bədirbəylinin babası Abdı ağa qardaşdırlar.1882-ci ildə ailə qurmuş, beş oğul, 6 qız atası olmuşdur. 80 desyatindən çox torpağı, əkin-biçin yeri, mal-qarası, at ilxısı, qoyun sürüləri var idi. Bəyliyi təmsil edən Qədim ağa qoçaq, təəssübkeş və vətənpərvər kimi də tanınırdı. O, 1900-cü ildən 1919-cu ilə kimi ətrafına xeyli adam toplayıb dəfələrlə Göyçə mahalına və Qarabağa — yerli əhaliyə hücum edən erməni daşnaklarına qarşı vuruşmağa getmişdi. Çar Rusiyası tərəfindən məqsədli şəkildə Cənubi Qafqazın torpağı münbit, suyu bol, havası təmiz dağlıq və dağətəyi ərazilərinə, o sıradan Qarabağa, Gəncəbasara və Göyçə mahalına köçürülən ermənilər gəldikləri yerləri onların həqiqi sahiblərindən — azərbaycanlılardan "azad" etmək üçün o vaxt etnik təmizləmə aparır və torpaqları qəsb edirdilər. Onlar yerli müsəlman əhalini terrora məruz qoyur, dinc sakinləri evlərindən didərgin salır, Azərbaycan kəndlərinə hücumlar edir, yerli əhalini soyur və kütləvi şəkildə qırırdılar. Qədim ağa bu qırğınların qarşısını almaq üçün nəinki Gəncəyə, Gədəbəyə, hətta Qarabağa və Göyçəyə də tez-tez gedirdi. Qədim ağa növbəti dəfə Qarabağa gedəndə yaxşı tanıdığı Dostu oğlu Süleyman əl çəkmir ki, "ağa, keçən dəfə də demişdim, məni də özünlə apar, aparmadın, döyüşdən qorxan adam deyiləm…" Qədim ağa gördü ki, Süleyman inadından dönənə oxşamır, dedi: — Yaxşı, get, ailəndən icazə al, razı olsalar, ilxıdan bəyəndiyin atı seç, yəhərin-yüyənin yerini də özün bilirsən, hazırlaş.
Bəbir
Bəbir və ya Qaplan (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Bədik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
A. Qədir
A. Qədir (Türkcədə A. Kadir), ya da İbrahim Əbdülqadir Meriçboyu (1917[…], Konstantinopol – 1 mart 1985, İstanbul) — 1940 nəslinin sosialist şairləri arasında olan bir türk şairidir. Tərcümə işləri ilə dünya poeziyasının tanınmasına öz töhfəsini verdi. == Yaşayışı == Orta təhsilini Eyüp Orta məktəbində ( 1933 ) və Kuleli Hərbi Liseyində ( 1936 ) bitirdi . Türk Hərbi Akademiyasında son sinif tələbə ikən ( 1938 ), Nəzim Hikmətlə birlikdə həbs edildi; On ay həbs cəzası aldı. Həbsxanadan çıxdıqdan sonra hərbi xidmətə getdi. İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu ( 1941 ). 1943 'te nəşr etdiyi Təbliğ adlı şeir kitabı qadağan oldı və yığdırıldı. İstanbulda bir sıra insanlarla birlikdə sürgün edildi. Sürgün müddətini Muğla, Balıkesir, Konya, Kırşehir və Adanada keçirdi. 1947 - ci ildə İstanbula qayıtdı və bir biskvit fabrikində işləməyə başladı.
Boz bəbir
Boz bəbir (lat. Neofelis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi.
Bəbir (dəqiqləşdirmə)
Bəbir
Bəbir (roman)
Bəbir — norveçli yazıçı Co Nesbonun cinayət romanıdır. Onun norveçcə adı Panserhjerte -dir , hansı ki, birbaşa Bəbirə tərcümə olunmur; daha çox "zirehli ürək" xətti boyunca bir şey deməkdir. Üstəlik, "bəbir" kitabdakı qatilin gizli addımını ifadə edir, "zirehli ürək" isə Harri Holenun təcrübələri ilə qazandığı şeydir. Panserhjerte həm də konstriktiv perikardit üçün Norveç terminidir. Leopard Nesbø'nun cinayət detektivi , Müfəttiş Harry Hole'un yer aldığı səkkizinci romandır. == Haqqında == Travmatik Qar adamı hadisəsindən sonra keçmiş polis müfəttişi Harri Hole özünü Honq Konqa sürgün edib. Norveç Cinayət Qrupunun yeni zabiti Kaja Solness Hole'u izləyir və Osloda mümkün silsilə qətlləri araşdırmaq üçün ondan kömək istəyir. Hole, atası Olavın ağır xəstə olduğunu və daha çox yaşaya bilməyəcəyini bildirdikdə geri qayıtmağa əmin olur. O, Norveçə qayıdır ki, Cinayət Qrupu Kripos və onun agentliyini ölkənin qətl işlərinə təkbaşına cavabdehləşdirməyə çalışan hakimiyyətə ac olan rəhbəri Mikael Bellman ilə hakimiyyət mübarizəsinin ortasındadır. Hole özünü Bellmanın düşmənçiliyinin hədəfində tapır, baxmayaraq ki, Bellman Hole'un işinin nəticələrinə görə kredit götürmək istəyir.
Bəbir Hüseynov
Bəbir Hüseynov (d. 26 dekabr 1932, Novruzlu kəndi ,Ağdam) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == 1932-ci ilin dekabrın 26-da Ağdamın Novruzlu kəndində dünyaya göz açan qocaman jurnalistin mətbuata gəlişi bir qədər dolaşıq yollardan keçib. 7 illik məktəbi bitirdikdən sonra Bəbir müəllim Ağdam Pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin (red: indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olunub, tarix müəllimi və ictimaiyyətçi ixtisasına yiyələnib. Təhsil aldığı dövrdən öz yaşıdlarından fəallığı ilə fərqlənən Bəbir müəllim məktəbdə tarix müəllimi, daha sonra yerli komitə sədri, partiya təşkilat katibi kimi məsul vəzifələrdə çalışıb. 1979-cu ildən isə jurnalistika sahəsindəki fəaliyyət dövrü başlayıb. Həmin ildən etibarən Ağdamda nəşr olunan "Lenin yolu" qəzetinin redaktoru vəzifəsində işləyib. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Bəbir müəllim qısa müddət ərzində yaradıcı gəncləri bir araya toplayaraq qəzetin fəaliyyətində yeni cığır açmağa nail olub. Ağdamın mövcud problemlərinin həlli, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli mənlik şüurunun inkişaf etdirilməsini qəzetin səhifələrinin daimi mövzularına çevirib.
Bəbir Məmmədzadə
Məmmədzadə Bəbir Bəyməmməd oğlu (1914, Şağan, Bakı qəzası – 1942, Bakı) — Azərbaycan şairi, Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1914-cü ildə Bakı yaxınlığında Şağan kəndində xarrat ailəsində doğulmuşdur. İbtidai təhsilini kənddə almış, 1930–1931-ci tədris illərində Əzizbəyov adına Şuşa pedaqoji texnikumunda təhsilini davam etdirmişdir Şuşa və Bakıda yeddiillik məktəbdə müəllim olmuşdur. 1935-ci ilin mayından Azərbaycan Dövlət Dram Teatrında aktyorluq etmişdir. Bədii yaradıcılığa 1928-ci ildən başlamış, ilk şerlərini "Kommunist", "Ədəbiyyat qəzeti", "Gənc işçi", "Yeni yol" qəzetlərində, "Pioner" jurnalında çap etdirmişdir. Onun "Nizami". "Göyərçin", "Otto Şmidt", "Puşkin", "Maj səhəri", "Şota Rustaveli", "Şairin səsi". "Sərhəddə" və s. şerləri ilə yanaşı "Muğan", "Mirzə Fətəli", "May şərqisi", "Rəhbərə səs veririk" birpərdəli mənzum dramları da rəğbətlə qarşılanmışdır. Bir müddət Azərbaycan Yazıçılar İttifaqında folklor bölməsinə rəhbərlik etmişdir.
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Bədii dil
Bədii dil — ədəbi əsərlərin (şeir, nəsr, dramaturgiya və s.) obrazlı və emosional təsvirinin dil vasitələri ilə ifadə forması. Bədii dil digər nitq növlərindən (rəsmi kargüzarlıq, mətbuat, elmi, adi danışıq dili və s.) özünəməxsus cəhətləri ilə seçilir. Söz sənətinin yenicə meydana gəldiyi ilk dövrlərdə gündəlik danışıq dilinə qarşı qoyulan bədii dil normaları hər şeydən əvvəl yüksək pafosu və təmtəraqlı ifadə üslubu, ritmik quruluşu, intonasiya tərzi, səs təkrarlarından (alliterasiya, assonans və s.) geniş istifadəsi ilə fərqlənirdi. Şifahi xalq ədəbiyyatında, xüsusilə ilk dövrlərdə, fərdi yaradıcılıq təşəbbüsləri məhdud olduğundan, sonrakı nəsillər istər ideya və məzmun, istərsə də bədii və sənətkarlıq baxımından, əsasən, öz sələflərinin sənət əsərlərinə arxalanmış, yaradıcılıq prosesində onları davam və inkişaf etdirmişdir. Orta əsrlər yazılı ədəbiyyatı da, əsasən, normativ xarakter daşıyırdı. Sadə dildə yazmaq, adi danışıq sözləri işlətmək, bədii əsərlərdə gündəlik həyat məsələlərindən bəhs etmək o zamankı dövrün söz sənətinə yüksək münasibət ilə bir araya sığmırdı. Ədəbiyyata, sənətə belə münasibət əsərin “ciddi” məzmunu ilə yanaşı, hər bir sözün ənənəvi poetika qayda-qanunları əsasında dəqiq seçilib, yerli-yerində işlədilməsini də nəzərdə tuturdu. Orta əsrlər yazılı poeziyasında yüksək forma kamilliyi tələb edən normativ qanunlar həmin dövr şeirində yüksək, romantik səciyyəli xüsusi poetik dilin yaranmasına səbəb olmuşdu. Yalnız XIX əsrdə bədii nəsrin xüsusi bir janr kimi formalaşmasından və həyatla daha yaxından bağlı olan realist poeziyanın güclənməsindən sonra aydın oldu ki, poetik məqsədlər üçün “xüsusi” nitq üslubundan istifadə etmək heç də məcburi deyildir, geniş ümumxalq dilinin başqa üslub növlərindən və leksik qatlarından istifadə etməklə də yüksək sənət əsərləri yaratmaq mümkündür. Ədəbi dilin spesifik üslublarından sayılan bədii dilin başqa nitq növlərindən fərqi, ilk növbədə sənətkarlıq baxımından işlənib cilalanmasında , yazıçının xüsusi məqsədlərinə tabe edilməsində və deməli, yaradıcılıq məhsulu kimi təzahür etməsindədir.
Bədii film
Bədii film - kino sənəti növü. Bədii film ədəbi ssenari əsasında çəkilir. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir. Bədii filmin müxtəlif janrları var: komediya, nifrət filmi və s. Çəkilmiş bədii film kinoteatrlarda göstərilir. Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Azərbaycanda ilk bədii filmlər arasında - "Neft və Milyonlar Səltənətində" 1916-cı ildə, ilk Amerika bədii filmi "Oliver Tvist" 1912-ci ildə çəkilmişdir.
Bədər Yusupova
Bədər Yusupova (tam adı: Bədər Yusupova, başq. Бәҙәр Әхмәт ҡыҙы Йосопова; 21 dekabr 1901, Orsk, Orsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 30 avqust 1969, Ufa, Başqırd MSSR, RSFSR, SSRİ) — başqırd sovet aktrisası, BMSSR-in əməkdar və xalq artisti, RSFSR-in əməkdar artisti, Sterlitamakdakı Başqırd Dövlət Teatrının ilk aktrisalarından biri. == Həyatı == 21 dekabr 1901-ci ildə Orenburq quberniyasının Orsk mahalının Orsk şəhərində anadan olmuşdur. 1915-ci ildə məmləkətindəki müəllimlik kurslarını bitirmiş və Orsk tatar məktəbində dərs deməyə başlamışdır. 1916-cı ildə Lusi adı altında Orskun "Gənclər İttifaqı"nda həvəskar teatr səhnəsində İ. Boqdanovanın pyesi əsasında tamaşaya qoyulan "İtkin qadın" dram əsərində və M. Feyzinin "Qaliyabanu" və "Kənddə bayram" əsərlərində Qaliyabanu və Maqrufkamal obrazı ilə ilk dəfə çıxış etmiş, həmçinin başqırd xalq mahnılarını və rəqslərini ifa etməyə başlamışdır. 1919-1929-cu illərdə Başqırdıstan Respublikasında məktəblərdə müəllim kimi, həmçinin Başqırd Milli Təhsil Komissarlığının müxtəlif şöbələrində çalışmışdır. 1926-cı ildən ömrünün sonuna qədər Başqırd Dövlət Teatrının truppasında aktrisa kimi fəaliyyət göstərib. Bədər Yusupova kubair, başqırd milli rəqsləri və mahnıları ilə tez-tez səhnədə, radioda və televiziyada çıxış edirdi. Böyük Vətən müharibəsi zamanı o, ön cəbhədə konsertlərdə iştirak edirdi. == Rolları == Qaliyabanu (Qaliyabanu, M. Feyzi) Maqrufkamal (Kənddə bayram, M. Feyzi) Əminə (Salavat, V. Mortazin) Yelizaveta (Karaqul, D. Yutlıy) Tanxılu (Aşkadar, M. Buranqulov) Anna Andreyevna (Revizor, N. Qoqol) Kruçinina (Günahsız müqəssirlər, A. N. Ostrovski) Oqudalova (Cehizsiz qız, A. N. Ostrovski) Emiliya (Otello, U. Şekspir) Xanım Milford (Məkr və məhəbbət, F. Şiller) Luşka (Поднятая целина, M. Şoloxov) Ulmasbika (Xakmar, S. Miftaxov) Kübra (Kaxım-ture və ya 1812-ci il, B. Bikbay) Yelena Koşeyeva (Gənc qvardiya, A. Fadeyev) Məsrurə (Черноликие, M. Qafuri) Sarbi (Başmaqlar, X. İbrahimov) Şəmsinur (O geri döndü, Ə. Atnabayev) və digərləri.
Bəkir Mustafayev
Bəkir Dursun oğlu Mustafayev (11 fevral 1898, Axalsıx rayonu[d] – 10 dekabr 1978, Özbəkistan SSR) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == 11 fevral 1898-ci ildə Gürcüstanın Axaltsixe rayonunun Qlazar kəndində anadan olub. 1941-ci ildə Axaltsixe RHK-dan orduya getmişdir. 55-ci qvardiya atıcı divizyasının 164-cü atıcı alayının manqa komandiri olub. Şimali Qafqazdan Krım vilayətinə kimi gedən döyüşlədə qəhrəmanlıq göstərib. Kerç yarımadasının faşistlərdən azad edilməsində iştirak edib. 10 dekabr 1978-ci ildə vəfat edib. == Təltifləri == Lenin ordeni, "Qızıl Ulduz" medalı ilə təltif edilib. Müharibədə göstərdiyi şücaətlərə görə starşina Mustafayev Bəkir Dursun oğlu SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 16 may (fevral) tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Bəkir Nəbiyev
Bəkir Əhməd oğlu Nəbiyev (21 avqust 1930, Ağdaş – 15 mart 2012, Bakı) — Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), filologiya elmləri doktoru (1970), professor (1982), Azərbaycan SSR Əməkdar elm xadimi (1990), Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Bəkir Nəbiyev 21 avqust 1930-cu ildə Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir (1947). 1949-cu ildə məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan Bəkir Nəbiyev 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. O,1956–1959-cu illərdə universitetin Azərbaycan ədəbiyyatı kafedrasının aspirantı olmuşdur. Atası Əhməd Məhəmməd oğlu Nəbiyev 1888-ci ildə doğulub. İlk təhsilini atasından alıb, Qurani-Kərimi babasından öyrənib. O, keçən əsrin əvvəllərində Ağdaşda "Darülürfan" məktəbi açmış həmyerlimiz, məşhur maarif xadimi Muxtar Əfəndizadənin (1880–1975) yanında ərəbcəsini daha da təkmilləşdirib, rus dilini öyrənib, coğrafiya, həndəsə, tarix, ədəbiyyat, nücum sahəsində yeni biliklər əxz edib. 1937-ci ildə atası və əmisi həbs edilir. Arxangelskdə,Komidə "cəzasını" çəkərkən atası taleyinə düşən işgəncələrə dözməyib,1942-ci ildə Ural dağlarının ətəklərində yerləşən məhbəs baraklarının birində həlak olub.
Bəkir Tahirov
Bəkir Abbas oğlu Tahirov (29 dekabr 1940, Urud, Sisian rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Darzolaqlı yarımkeçiricilər və yüksək temperaturlu ifratkeşiricilər” laboratoriyasının rəhbəri. == Həyatı == Bəkir Tahirov 1939-cu il dekabrın 29-da Ermənistan SSRın Sisyan rayonunun Urud kəndində anadan olub. 1958-ci Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) “Fizika” fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin fakültəni bitirmişdir. 1963-1965-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası nın Şamaxı Astrofizika Rəsədxanasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1965-ci ildə AMEAnın Fizika İnstitutunda aspiranturaya daxil olmuş və aspiranturanı bitirdikdən sonra həmin institutda elmi işçi vəzifəsində işləyib. 1974-cü ildə namizədlik dissertasiyasını, 1995-ci ildə isə “Bi1-xSbx xəlitələrində elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildən etibarən “Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifrat keçiricilər” laboratoriyasına rəhbəri vəzifəsində çalışır. == Əsas elmi nailiyyətləri == Bəkir Tahirov qidalandırıcı tətbiq etməklə Çoxlarski üsulunu təkmilləşdirərək yüksək keyfiyyətli Bi1-xSbx xəlitələrinin monokristallarını almağa nail olmuşdur. O,həmçinin, yüksək yüyürüklüyə malik yarımkeçiricilərdə yayılan helikon dalğalarının (sabit maqnt sahəsində yerləşdirilmiş plazmada yayılan aşağı tezlikli elektromaqnit dalğası) dispersiyasını, polyarizasiyanı tədqiq etmək üçün ölçü-rezonans üsulunu işləyib hazırlamışdır. Tahirov B. A elektromaqnit maqnitoplazma dalğalarının dispersiyası və qalvanomaqnit effektlərinin kompleks şəkildə tədqiqi imkanından istifadə edərək Bi1-xSbx (x≤0,25) bərk məhlullarında yükdaşıyıcıların enerji spektrini və səpilmə mexanizmini (77≤T≤300K) müəyyən etmişdir.
Bəkir Vahab
Bəkir Vahab (17 aprel 1915 – 1944, Litva) — krım tatar şairi, 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Bəkir Vahab 17 aprel 1915-ci ildə anadan olub. Simferopolda yerləşən 13 nömrəli 9 illik nümunəvi krım tatar məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Krım Pedaqoji İnstitutuna daxil olub və buranı da 1937-ci ildə bitirib. İlk əsərlərini "Yaş kuvet", "Sovet ədəbiyyatı" jurnallarında və "Qızıl Kırım" qəzetində çap etdirib. 1938-ci ildə Qafar Bulqanaklı və Qəni Muradla birlikdə "Yaşlık yırları" (Gənclik mahnıları) adlı şeirlər toplusunu nəşr etdirib. 1944-cü ildə Qırmızı ordunun tərkibində Litvada Qayturlevka kəndi ətrafında gedən döyüşlərdə dünyasını dəyişib. 1990-cı ildə Daşkənddə Bəkir Vahabın şeirlərindən ibarət "Yazılıb bitirilməyən şeirlər" toplusu işıq üzü görüb.
Bəkir Yusifov
Bəkir Çobanzadə
Bəkir Vahab oğlu Çobanzadə (krımtat. Bekir Vaap oğlu Çoban-zade; 27 may 1893, Belaqorsk (Krım), Tavriya quberniyası[d] – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), filologiya elmləri doktoru (1920), professor (1922). == Həyatı == Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində anadan olmuşdur. Burada ibtidai təhsil almışdır. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb etmişdir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi — "Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərmişdir (1908–1918). İlk şeirlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə almışdır. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olmuşdur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olmuş, doktorluq dissertasiyası müdafiə etmişdir.
Bədii gimnastika
Bədii gimnastika — gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. İsveçdə yaranan idman növüdür. Aktyorluq, balet, musiqi və Pantomim ilə birlikdə edilir. Bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak edirlər. 1984-cü il Yay Olimpiya Oyunlarıda Olimpiya Oyunlarına daxil edilən bədii gimnastikanın özünə xas qaydaları və qiymətləndirmə sistemi var. Bütün çıxışlar ölçüsü 13x13 m olan gimnastika xalçası üzərində yerinə yetirilir. Musiqi kompoziyasının seçimi gimnast və məşqçinin istəyindən asılıdır. Fərdi proqramda hər bir çıxış bir dəqiqə yarımdan, qrup hərəkətlərində isə iki dəqiqə otuz saniyədən artıq olmamalıdır. Klassik çoxnövçülük (fərdi proqramda 4, qrup hərəkətləri proqramında 2 çıxış) – Olimpiya proqramına daxildir. Çoxnövçülükdən əlavə fərdi birincilikdə və qrup hərəkətləri komandalarının tərkibində çıxış edən gimnastlar ənənəvi olaraq ayrı-ayrı alətlər üzrə final yarışlarında da medallar uğrunda mübarizə aparırlar (Olimpiya Oyunlarından başqa).
Bədii metod
Bədii metod — yaradıcılıq metodu. Ədəbiyyat və incəsənətdə gerçəkliyin ideya-estetik inikasının, tipikləşdirilməsinin əsas prinsiplərinin məcmusu. Bədii metod anlayışının estetik kateqoriya səviyyəsində təsbiti antik dövrdən məlumdur. Aristotel poeziyanı təqlid sənəti kimi səciyyələndirərək, təbiəti təqlidin müxtəlif imkanlarından danışarkən, əslində bədii təsvirin müxtəlif metodlarını nəzərdə tuturdu. Sənətkarlar bir-birinə təkcə əsərlərinin ideya istiqaməti və ruhu ilə deyil, həm də gerçəkliyi estetik təcəssümünün ümumi mahiyyətli xüsusiyyətləri və prinsipləri ilə də yaxın olurlar. Belə yaxınlıq ədəbiyyat və incəsənətdə bədii metod və ya yaradıcılıq metodu kateqoriyasını yaratmışdır. Bədii metod müəyyən sənətkarlara məxsus və bilavasitə onların yaradıcılığında əsas götürülən ideya-estetik prinsiplərin ümumiliyi və ardıcıl surətdə həyata keçirilən, tətbiq edilən inikas üsuludur. Bədii metod hər bir dövrün bədii yaradıcılığında gerçəkliyin müəyyən ideya-estetik, ictimai ideal movqelərindən obrazlı-emosional təcəsümü nəticəsində formalaşır. Sənətkarlar hər hansı bədii metoda, onu hazır şəkildə mənimsəməklə və ya modelini öyrənməklə yox, konkret həyat materialını, gerçəkliyin sosial-ictimai, mənəvi, fəlsəfi, etik, psixoloji, siyasi görüşlərini, tərbiyəsini öyrənmək, tədqiq, təhlil etmək və bunları müəyyən dünyagörüşü işığında, həyatın konkret ideya-estetik tələblərinə uyğun şəkildə yaradıcılıqlarında təcəssüm etdirməklə nail olurlar. Bədii metod sənətkarın yaradıcılığının yekunu, xülasəsi kimi başa düşülməlidir.
Bədii obraz
Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır. Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s.
Bədii tərcümə
Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri. 19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb.
Bedik
Bədik - türk və tatar xalq inacında əyləncə cini. Türk mifologiyasında ən maraqlı hekayəyə sahib olan varlıqlardan biridir. İlk başlarda pis bir ruh olduğu halda, insanlara və heyvanlara zərər verdiyi üçün evlərdən qovulmaq istənmişdir. Bunun üçün onun şərəfinə mərasimlər təşkil edilmiş və mərasimlər yavaş-yavaş əyləncəli bir hal alınca Bedik də əylənməyə başlamışdır. Mərasimlərdə ondan getməsi xahiş edilir, bunun üçün qafiyəli dualar oxunur. Hətta söz anlamazsa təhdid və təhqirə müraciət edilər. Sırtıq, əsbləri oynadan bir varlıq olduğundan danışılmışdır. == Etimoloji == (Bed/Bet) kökündən törəmişdir. Üz və görünüş mənalarını ehtiva edər. Qədim türkcə "Bedük" sözcüyü böyük mənasını verər.
Bedia Güləryüz
Bedia Güləryüz (türk. Bedia Güleryüz) — türk rəssam. İlk türk qadın rəssamlardan olan Bedia xanım, nəsillər boyu xəttatlıq ilə maraqlanan və məşğul olan bir ailədən gəlməsinə baxmayaraq, rəssamlıq sənətinə yönəlmiş və İnas Sanayi-i Nefise Məktəbinə daxil olmuş, dizayn dərslərini Feyhaman Duran, sənət tarixini Əhməd Haşim və anatomiya dərslərini Nurəddin Əli Bəydən almışdır. Burada impressionizm ixtisası üzrə təhsil almış və bundan sonra Berlində, sonra isə Nyu-Yorkda ali təhsilini davam etdirmişdir. Berlində qaldığı müddət ərzində Artur Kampf ilə çalışan Güləryüz, Türkiyədə Gözəl Sənətlər Birliyinin son dövrlərində Nazlı Ecevit ilə birlikdə sərgilərdə iştirak etmişdir. Açıq hava rəssamı olan Bedia xanım əsərlərinə təbiətlə başlayıb və təbiətlə bitirmişdir. 49-cu Ankara Rəsm Sərgisinə "Boğaziçi Çubuqlu", "Köhnə İstanbul-Zeyrək", "Natürmort və Çiçəklər" adlı əsərləri ilə qatılmışdır.
Bedia Müvahhit
Bedia Müvahhit (türk. Bedia Muvahhit; doğum adı Əminə Bedia Şekip, Emine Bedia Shekip; 1896, Kadıköy, İstanbul ili – 20 yanvar 1994, İstanbul) — Türkiyə aktrisası. O, ilk müsəlman aktrisalarından biri hesab olunur. == Bioqrafiya == Bedia Müvahhit 16 yanvar 1897-ci ildə Osmanlı imperiyasının paytaxtı İstanbulun Kadıköy məhəlləsində prokuror Şekip bəyin və həyat yoldaşı Refiki xanımın ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Böyükada adasındakı Müqəddəs Antuan məktəbində almışdır. Müvahhit məktəbi bitirdikdən sonra İstanbulda Notr-Dam-de-Sion Fransız liseyinə daxil olmuşdur. Bedia türk və fransız dillərinə əlavə olaraq, yunan dilini də bilirdi. Bedia Müvahhit 20 yanvar 1994-cü ildə İstanbul Universiteti Xəstəxanasında vəfat etmişdir. O, Aşyan qəbiristanlığında dəfn edilmişdir.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır. 1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir.