Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəldi Kosa (1988)
== Məzmun == Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. == Film haqqında == Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Ağlım başıma gəldi (mahnı)
Dünən qəfildən gəldi... (2009)
== Məzmun == Filmdə yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.
Gəldi kosa (film, 1988)
== Məzmun == Burada yüngül və sərbəst formada azərbaycanlıların zarafatı və gülməyi xoşlamaları, baharı necə qarşılamaları, xalqın sevimlisi Kosanın baharın gəlişini tezləşdirmək üçün necə əldən-ayaqdan getməsi barədə danışılır. == Film haqqında == Yarı qabarıq kukla filmidir. Özünəməxsus plastik və səs həlli ilə fərqlənən filmin mövzusu folklordan götürülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Arif Məhərrəmov Ssenari müəllifi: Çingiz Qaryağdı Quruluşçu rəssam: Arif Məhərrəmov, Yelena Qolubeva Operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vahid Talıbov, Vaqif Məmmədov Rəssam: Mehriban Əfəndiyeva, Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.
Hörümçək gəldi (film, 2001)
Hörümçək gəldi (ing. Along Came a Spider) — 2001-ci ildə rejissor Li Tamahori tərəfindən çəkilmiş Amerika trilleridir. Baş rolu Morqan Friman ifa edir. Ceyms Pattersonun eyniadlı romanının pulsuz film tətbiqi və “Qızları öp” filminin davamıdır.
Və dağlardan səda gəldi
Və dağlardan səda gəldi (ing. And the Mountains Echoed) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanı. == Süjet == Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Dünən qəfildən gəldi (film, 2009)
== Məzmun == Filmdə yaşı 40-ı haqlamış, lakin həyatda özünə yer tapa bilməmiş iki nəfər təsadüfən görüşür. Lakin başqa bir təsadüf onları həmişəlik ayırır.
Gədi dağı
Gədi dağı - Xızı rayonu ərazisində alçaqdağlıq tirə. Gədi dağı Böyük Qafqaz sira dağlarının Qarabulaq silsiləsində yerləşir.(hünd.1222 m.).
Gədi xalçaları
Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir. == Bədii analiz == "Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar. Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar. Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
Gəzərgi qaratoyuq
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Gəzərgi fitçalan ördək
Gəzərgi fitçalan ördək (lat. Dendrocygna arcuata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
416-cı diviziya. Biz qalib gəldik (film, 2010)
416-cı diviziya. Biz qalib gəldik qısametrajlı sənədli televiziya filmi rejissor Emil Yusifov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 416-cı Azərbaycan diviziyasının keçdiyi şərəfli döyüş yolu haqqında bəhs edir. == Məzmun == 416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlanmışdır. Diviziya 1942-ci ilin sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilmişdi. Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz uğrunda döyüşlərin ən şiddətli dövrü idi. Almaniyanın "Cənub" ordu qrupu komandanlığına 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etmək əmri verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı diviziya 58-ci ordunun tərkibinə daxil edilərək, Sulak çayının şərq sahilində düşmənin Mahaçqala istiqamətindəki hücumlarına qarşı mövqedə yerləşdirildi. Həmin ilin noyabrında diviziya yenidən 44-cü ordunun tərkibinə daxil edildi və təcili olaraq Terek stansiyası zonasında yeni döyüş xəttinə göndərildi.
Georgi
Georgi — Daha çox slavyanlarda istifadə edilən ad və soyad. Georgi Jukov — Sovet İttifaqı Marşalı. Georgi Çiçerin — Rusiya marksist inqilabçısı, sovet diplomatı və siyasətçisi, musiqişünası. Georgi Pırvanov — Bolqarıstan siyasətçisi. Georgi Malenkov — Komunist partiyasının lideri və Sovet siyasətçisi. Georgi Qurciyev — Georgi Kostaki — yunan əsilli sovet kolleksiyaçısı. Georgi Poltavçenko — Sankt-Peterburqun qubernatoru (2011). Georgi Uqulava — Gürcüstan siyasətçisi (Birləşmiş Milli Hərəkat Partiyası). Georgi Çelpanov — Rusiya alimi. Georgi Daneliya — Rejissor.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Kazan qəsdi
Kazan qəsdi (rus. Казанский заговор) — Polşa və Litvadakı üsyanın başçıları ilə zemlyavolyaçıların razılığına əsasən Volqaboyunda hərbi-kəndli üsyanı qaldırmaq cəhdi. Məqsəd çar hökumətinin hərbi qüvvələrinin bir hissəsini Polşadan uzaqlaşdırmaq idi. Buraxılmış intibahnamə tezliklə üsyana başlamağa, kəndlilərə torpaq vermək üçün yerlərdə inqilabi hakimiyyət orqanları yaratmağa çağırırdı. "Zemlya i volya" təşkilatının mərkəzi və Kazan komitələri isə hesab edirdi ki, üsyanın vaxtı yetişməmişdir. Qəsdin üstü açıldı; iştirakçılardan beş nəfəri güllələndi, qalanları katorqa cəzasına məhkum edildi. == Mənbə == Казан гәсди (1863) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Qadın qəlbi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Çeçenistanın Qəlbi
Əhməd Kadırov adına "Çeçenistanın Qəlbi" məscidi (Çeçen. Маьждиг «Нохчийчоьнан дог» Кадыров Ахьмадан цӀарах дина маьждиг) XXI əsrdə Rusiya və Avropanın ən böyük yerlərindən biri olan Qroznı şəhərinin mərkəzində inşa edilmişdir. Məscidin inşasına 2006-cı ilin aprel ayında başlanılmış və 2008-ci ilin oktyabrında başa çatmışdır. == Qısa məlumatlar == "Çeçenistanın Qəlbi" məscidi dünyanın ən böyük məscidlərindən biridir. 17 oktyabr 2008-ci ildə açılmış və tanınmamış Çeçen İçkeriya Respublikası və Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Abdulhəmidoviç Kadırovun adını daşıyır. Məscid Sunja çayının mənzərəli sahilində, nəhəng parkın ortasında yerləşir və məsciddən əlavə Hacı Kuntanın adına olan Rusiya İslam Universiteti və Çeçenistan Respublikası Müsəlmanları Ruhani İdarəsinin də daxil olduğu İslam kompleksinin bir hissəsidir. Məscid klassik Osmanlı üslubunda tikilmişdir. Məscidin mərkəzi salonu nəhəng günbəz ilə örtülmüşdür (diametri - 16 m, hündürlüyü - 32 m). Hər biri 63 metr olan dörd minarənin hündürlüyü Rusiyanın cənubundakı ən yüksək minarələrdən biridir. Məscidin xarici və daxili divarları travertin mərmər, daxili hissəsi ağ mərmərlə bəzədilmişdir.
Qədi xalçaları
Gədi xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == "Gədi xalçaları" öz adını Xızı rayonunun ərazisində yerləşən Gədi kəndinin adından götürmüşdür. Bu xalçaları bəzi xalçaçılar "Qədi xalçaları" və ya "Gədi xalçaları" kimi adlandırsalar da Bakı xalçaçıları onu "Dağlı" adlandırırlar. Buna səbəb isə Gədi kəndinin əhalisinin tatlardan ibarət olmasıdır. Gədi sözünün mənası isə "çəmənli kənd" deməkdir. == Bədii analiz == "Gədi xalçaları"nın orta sahəsi qırmızı yerlikli, mərkəzi şaquli oxda yerləşmiş bir neçə kiçik göldən ibarətdir. Həndəsi formada olmayan, daha çox alovun şölələrini xatırladan göllərin təsviri aydın ifadə olunmuş və yalnız "Gədi xalçaları" üçün xarakterik olan göllərin rəngi bir və bəzən də iki göldən bir dəyişir. Göllər arasındakı boş sahələr müxtəlif formalı həndəsi və nəbati naxışlarla bəzədilmiş və bu naxışlar hər iki tərəfdə simmetrik olaraq təkrarlanırlar. Bakının, Xızı və Siyəzən rayonlarının xalça ustaları bu gölləri sini, mərkəzdə olan səkkiz ləçəkli dairəvi elementli damğanı isə "alma" və ya "qoğal" adlandırırlar. Bu elementlərin arasında bir neçə heyvan təsviri, o cümlədən xalqın təsərrüfatını və məişətini xatırladan pişik silueti də mövcuddur.
Barıt sui-qəsdi
5 noyabr 1605-ci ildə İngiltərədə "Barıt sui-qəsdi" adlı tarixi hadisə baş vermişdir. Həmin gün bir qrup müxalifyönümlü katolik dəstə İngiltərə və Şotlandiya kralı I Ceyms və digər aristokratlara qarşı sui-qəsd törətmək üçün Lordlar Palatasının binasını partlatmağa cəhd etmişdi. İşin üstü sui-qəsdçilərdən birinin sarayda işləyən qohumuna həmin gecə orada olmaması haqda yazdığı xəbərdaredici məktubun kral adamlarının əlinə keçməsi nəticəsində açılmışdı. Məlumatdan şübhələnən kral adamları ehtiyat tədbiri güdərək, sarayın hər yönünü nəzarət altına almış və təxribatın qarşısını almışdılar. Əməliyyatın icraçıları arasında İngiltərə tarixinin ən böyük "Vətən xaini" kimi yadda qalan Qay Foks olmuşdu. Sui-qəsd planının müəllifi olmadığı haqda fikirlər geniş yayılsa da, o, 5 noyabr gecəsi əlindəki barıt çəlləyi və fitillə iş başında yaxalanmışdı. Foks həbs edilərək, zindana atılmış, 31 yanvar 1606-cı ildə saray qarşısında asılaraq, edam edilmişdi. İngilislər həmin günü öz tarixlərində demokratiya zəncirindəki önəmli halqalardan biri kimi görür. Hər ilin 5 noyabr gecəsi Birləşmiş Krallıq və onun əyaləti olan ölkələrdə "Barıt sui-qəsdi"nin uğursuzluğa düçar olması münasibətilə "Qay Foks Gecəsi" adı altında şənliklərlə qeyd edilir. Şənlik zamanı havaya fişənglər atılır, barıtla dolu qablar alışdırılaraq, küçəboyu yuvarlandırılır, vətən xaininin cəzalandırılmasını qutlamaq üçün Qay Foks maskası taxılmış kuklalar yandırılır.
Mikonos sui-qəsdi
Mikonos sui-qəsdi zamanı (1992-ci il 17-Sentyabr) İran kürdlərinin liderləri Sadiq Şərəfkəndi, Hümayun Ərdalan, Fəttah Əbduli və tərcüməçiləri Nuri Dehkürdi Berlindəki Mikonos yunan restoranında qətlə yetirilir. Qətlə görə bir iranlı və iki livanlıya iş kəsildi. == Hadisə == Sui-qəsddən 1-ay öncə İran Təhlükəsizlik naziri Əli Fallahian tv. müsahibəsində xaricdəki müxaliflərə qarşı da qərarlı hücumlar edə biləcəklərini bildirir. O, müsahibəsində qeyd edir: "Biz onları ölkədən kənarda da izləyir, nəzarət altında saxlayırıq. Keçən il biz onlara əsaslı zərbələr endirməyi bacardıq".
Sutenyorun qəlbi (roman)
Ulduz sui-qəsdi
Ulduz sui-qəsdi (türk. Yıldız Suikasti) — Ulduz Həmidiyyə məscidi qarşısında II Əbdülhəmidə qarşı, onu öldürmək üçün təşkil olunmuş sui-qəsd cəhdi. 21 iyul 1905-ci ildə Daşnaksütunun üzvləri tərəfindən Sultan II Əbdülhəmidə qarşı təşkil olunmuş sui-qəsd hadisəsi XX əsrin əvvəllərində Türkiyə tarixində baş vermiş ən mühüm hadisələrdən biri hesab olunur. Sui-qəsdə cəhd edildiyi dövrdə II Əbdülhəmid 63 yaşına çatmış və 29 ildir ki, hökmdarlıq etməkdə idi. == Zəmin == Bomba hadisəsi kimi tarixə düşmüş bu olay erməni daşnakların işi olsa da, beynəlxalq anarxistlərdən də dəstək almışdılar. Belə ki, çox geniş plan hazırlamış təşkilatçılar sui-qəsd mövzusunda peşəkar olduğunu güman etdikləri belçikalı anarxist Edvard Corisi də bu işə daxil etmişdilər. Jorris anlaşmaya uyğun olaraq, İstanbula gəlmiş və uzun müddət hökmdarın cümə salamlaması mərasimlərini izləmişdir. Belə ki, II Əbdülhəmid hər cümə günü Ulduz məscidindən çıxdıqdan sonra düz 1 dəqiqə 42 saniyə ərzində arabasına minir və bu zaman müddəti heç dəyişmirdi. Jorris sui-qəsddə istifadə olunması üçün Belçikada xüsusi bir araba düzəltdirmiş, həmin araba hissələr halında İstanbula gətirilərək montaj edilmişdi. == Hadisə == 80 kiloqram partlayıcı və 20 kiloqram partlayıcı maddə daşıyan çox dəqiq bir saatlı bomba bu arabaya yerləşdirildi.
Özal Sui-qəsdi
Turqut Özal (türk. Turgut Özal 13 oktyabr 1927[…], Malatya – 17 aprel 1993[…], Ankara) — Türkiyə Respublikasının 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993). Baş nazir vəzifəsində ikən bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynamışdır. == Həyatı == Atası Malatyalı bir bank işçisi Mehmet Sıddık Özal, anası Tuncelili ibtidai sinif müəlliməsi Hafizə xanım olan olan Turqut Özal qismən kürd mənşəlidir. Uşaq vaxtlarında pilot olmaq istəyən Özal, Silifkeyə köçdükdən sonra yıxılaraq qolunu zədələmiş və qollarından biri digərinə görə daha qısa qalmışdır. Bu vəziyyət pilot olmaq istəyindən məcburi surətdə əl çəkməsinə səbəb olmuşdur. Dörd yaşında Bileciyin Söyüd rayonuna köçən Özal ilk təhsilinə burada başlamışdır. Atasının işi ilə bağlı tez-tez köçən Özal orta məktəbi Mardində bitirmişdir. Mardində lisey olmaması səbəbi ilə Konya Liseyində təhsilinə davam edən Turqut Özal Kayseri Liseyində təhsilini başa vuraraq, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi fakultəsində ali təhsil alır və 1950-ci ildə məzun olur. Bir müddət mühəndisliklə məşğul olduqdan sonra siyasi fəaliyyətə başlayır.
İzmir sui-qəsdi
İzmir sui-qəsdi — Türkiyə Respublikası prezidenti Mustafa Kamal Atatürkə 14 iyun 1926-cı il tarixində İzmirdə təşkil edilməsi planlanan sui-qəsd cəhdi. Aralarında köhnə nazirlər, deputatlar və qubernatorların da olduğu bir qrup tərəfindən planlanmış, ancaq həyata keçirilmədən qarşısı alınmışdır. Sui-qəsdin İzmirin Kəməraltı bölgəsində həyata keçirilməsi planlanmışdı. Buradakı kəsişmədə dönmək üçün yavaşlayacaq Mustafa Kamal Atatürkün maşınına Ziya Xurşud bəyin qaldığı Qaffqarzadə hotelindən və Gürcü Yusif ilə Laz İsmayılın olduğu hotelin altındakı bərbər dükanından atəş açılacaq və bomba atılacaqdı. Bu zaman yan küçədəki maşında gözləməli olan Çopur Hilmi və Kritli Şövki ilə hadisə yerindən qaçılması, sonra isə kiçik gəmi ilə Xiosa keçilməsi planlaşdırılmışdı. Ancaq 14 iyun 1926-cı ildə Kritli Şövqinin İzmir icra hakimiyyəti orqanlarına yazdığı məktubda sui-qəsd və sui-qəsdin kimlər tərəfindən təşkil ediləcəyi barədə məlumat verdi. Bir müddət sonra 4 nəfər həbs edildi və günahlarını etiraf etdilər. Bu hadisədən sonra İzmirə gələn İstiqlal Məhkəməsi heyəti tərəfindən keçirilən iclaslarda hadisənni arxasında daha geniş müxalif qrupun olduğu müəyyən edildi. İzmirdə 26 iyun — 13 avqust günləri arasında mühakimə edilən 40 nəfərdən 2-i qiyabi olmaqla 15-i edamla, biri isə sürgünlə cəzalandırıldı. Bir necə həftə sonra — 2 – 26 avqust günlərində Ankarada olan məhkəmələrdə mühakimə edilən 57 nəfərdən 4-ü edam, 6-sı sürgün, 2-si də həbs cəzasına məhkum edildilər.
Şir evdən getdi
Şir evdən getdi — 1977-ci ildə çəkilmiş rejissor Rasim İsmayılovun eyniadlı filmi. == Məzmunu == Musiqili film uşaq aləminin gözəlliyindən, onların xarakterlərindən, uşaqlarla heyvanların dostluğundan bəhs edir. == Film haqqında == Filmdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının balet artistləri və Bakı şəhəri Nərimanov rayonu 83 saylı uşaq bağçasının uşaqları çəkilmişlər. Filmdə Kinq II adlı şir və Rada adlı fil çəkilmişdir. Film quruluşçu rejissor Rasim İsmayılovun rejissor kimi kinoda ilk müstəqil işidir. Film yazıçı Yuri Yakovlev (II)in eyniadlı nağıl-povestinin ekran variantıdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Yuri Yakovlev (II) Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Rasim İsmayılov, Şərif Şərifov Quruluşçu rəssam: Firəngiz Qurbanova Bəstəkar: Tofiq Quliyev Səs operatoru: Akif Nuriyev Baletmeyster: Nailə Nəzirova Geyim rəssamı: S. Haqverdiyeva Qrim rəssamı: V. Bereznyakov Butafor ustası: A. Volçuk Rejissor: Akif Rüstəmov, Ramiz Əliyev Rejissor assistenti: T. Atakişiyev, Ziya Şıxlinski, Süleyman Əhmədov (S. Əhmədov kimi) Operator assistenti: Yuri Varnovski, V. Romanov Rəssam assistenti: Asif Məmmədov, E. Muradova Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Heyvan təlimçiləri: Lev Bərbərov, Nina Bərbərova, T. Filatova, A. Qorin Montaj edən: Rəfiqə İbrahimova (R. İbrahimova kimi) Mahnıların mətninin müəllifi: Yuri Yakovlev (II), Alla Axundova Redaktor: D. Tahirova Çalır: "Melodiya" Firmasının İnstrumental Ansamblı və SSRİ Dövlət Kinematoqrafiyasının Simfonik Orkestri Filmin direktoru: İnessa Safronova İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Mahnı ifa edən: Flora Kərimova və Mirzə Babayev (titrlərdə yoxdur) === Rollarda === Yuri Senkeviç — şir Sergey Yurski — ovçu; ekskurisya bələdçisi; qarovulçu Elxan Cəfərov — Rüstəm Vsevolod Abdulov — nəzarətçi İ. Məmmədov — begemot Şükufə Yusupova — zürafə İnarə Quliyeva — kenquru Lidiya Povetkina — meymun Almaz Əhmədova — meymun Səfurə İbrahimova — tülkü Yaşar Nuri — ata Süsən Məcidova — nənə İbrahim Ləmbəranski — Muradik Cəmilə Muradasilova — Fatma Fazil Salayev — yanğınsöndürən Nadir Əsgərov — yanğınsöndürən Ələsgər Məmmədoğlu — yanğınsöndürən Kamil Məhərrəmov — kababçı Əli Haqverdiyev — heyvan təlimçisi Tanilə Əhmərova — Şəfiqə müəllimə R. Rüstəmov A. Məmmədzadə Gümrah Rəhimov — pələng Elxan Ağahüseynoğlu — aeroportdakı heyvan İ. Kazımov Suğra Bağırzadə — aeroport işçisi D. Əhmədov Rəna Səlimova — zebr Sevil Rəsulova İ. Zeynalova L. Zolotova O. Baratova İ. Vladimirova Aqşin Rəsulov — milisioner Mübariz Əlixanoğlu — heyvan Ramiz Əzizbəyli — sürücü Fikrət Məmmədov — şagird Hüseynov Sədaqət Zülfüqarova — şəhər sakini Bahadur Əliyev — şəhər sakini Zemfira Sadıqova — şəhər sakini Mayak Kərimov — şəhər sakini Larisa Xələfova — televiziya diktoru Osman Həqqi — aeroportdakı adam Xanlar Muradov — milis işçisi (titrlərdə yoxdur) Elşən Şirəliyev — milis nəfəri == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Zəng detalı qeydi
Zəng detalı qeydi — telefon danışığının və ya həmin qurğu yaxud cihazdan edilən digər telekommunikasiya əməliyyatlarının (məsələn, mətn mesajı) təfərrüatlarını sənədləşdirən telefon stansiyası və ya digər telekommunikasiya avadanlığı tərəfindən yaradılmış məlumat qeydi. Qeydə vaxt, müddət, tamamlanma statusu, mənbə və təyinat nömrəsi kimi müxtəlif məlumatlar yazılır. Bu operatorlar tərəfindən telefon stansiyasında şəhərlərarası zənglər üçün yazılmış və vaxtı təyin edilmiş kağız ödəniş biletlərinin avtomatlaşdırılmış ekvivalentidir. == Məzmunu == Zəng detalı qeydi telekommunikasiya əməliyyatının xüsusi nümunəsi olan verilənlər sahələrini ehtiva edir, lakin həmin əməliyyatın məzmununu ehtiva etmir. Məsələn, xüsusi telefon zəngini təsvir edən zəng təfərrüatlı qeydinə həm zəng edən, həm də qəbul edən tərəfin telefon nömrəsi, zəngin başlama vaxtı və müddəti daxil ola bilər.
Kovey sui-qəsdi
Kovey sui-qəsdi (ing. The Conway Cabal) — ABŞ İstiqlal müharibəsi zamanı, 1777-ci ilin sonu və 1778-ci ilin əvvəlində ordunun baş komandanı bir qrup yüksək rütbəli Kontinental Ordu zabiti tərəfindən Corc Vaşinqtona qarşı sui-qesdçilər qrupu. Sui-qəsd öz adını Vaşinqtonu tənqid edən məktubları Kontinental Konqresə briqada generalı Tomas Konveyin adından götürmüşdür. Məktublar məlum olanda Vaşinqton tərəfdarları onun müdafiəsinə qalxmışdılar. Konvey nəhayət ordunu tərk etmiş və baş komandan vəzifəsinə əsas namizəd olan general Horatsio Geyts sui-qəsddə iştirakına görə üzr istəmişdir. Vaşinqton belə bir sui-qəsdin olduğuna əmin olsa da, mütəşəkkil sui-qəsdin sübutu yox idi. İddialara görə, sui-qəsddə ordu zabitlərindən başqa Con Adams, Samuel Adams, Riçard Henri Li və Ceyms Lovell də iştirak edirdilər.
Georgi Abaşvili
Georgi Abaşvili (7 oktyabr 1910 və ya 8 yanvar 1910, Tiflis – 26 sentyabr 1982, Leninqrad) — Sovet hərbi lideri, vitse-admiral (1955); dəniz elmləri namizədi (1971), dosent (1965). == Bioqrafiya == 1931-ci ilin oktyabrında Sankt-Peterburq Hərbi Dəniz Məktəbinin şturman sinifini bitirir. Ştureman olaraq Volodarski (1931 oktyabr - 1932 avqust), Lenin (1932 avqust - 1934 yanvar) esmineslərində, patrul gəmilərində diviziya şturmanı (yanvar 1934 - aprel 1935), təlim gəmisinin komandir köməkçisi olaraq xidmət edir. Leningradsovet (1935 -ci il aprel - 1936 -cı il martınadək) gəmisində komandir köməkçisi, Purga patrul gəmisində isə komandir (1936-cı il mart - 1938 -ci il martınadək) işləyir. 1937-ci ildə minadaşıyan gəmilərin komandirləri üçün bir illik kursları bitirir. Sonra "Smetlivıy" (mart - sentyabr 1938), "Qnevnıy" (1938 -ci il sentyabr - 1939-cu il fevralınadək) esmineslərinin komandiri, 1-ci patrul gəmilərinin batalyon (1939-cu il fevral - 1940-cı il aprelinədək) komandiri vəzifələrini tutur. 1939-1940-cı illər Sovet-Finlandiya müharibəsinin iştirakçısı olur. Baltik Donanmasının 4-cü məhvedici batalyonunun komandiri (1940-cı ilin fevral - dekabr ayları), 1940-cı ilin dekabrından Baltik Donanmasının 2-ci esas batalyonunun komandiri olur. === Böyük Vətən müharibəsi === İkinci Dünya müharibəsinin başlaması ilə, 2-ci esmines batalyonunun komandiri olaraq, mina döşəməsini həyata keçirir. Riqa körfəzində, Ezel və Daqo adalarının müdafiəsində düşmən konvoylarının axtarışı əməliyyatlarında iştirak edir.
Georgi Adamiya
Georgi Adamiya (gürc. გიორგი ადამია; 10 mart 1981, Tbilisi) — keçmiş Gürcüstan futbolçusu. O, Gürcüstan və Azərbaycan klublarında, hücumçu mövqeyində çıxış etmişdir. == Klub karyerası == Giorgi Adamiya idman karyerasına Gürcüstanda "TSU" və "VİT Corciya" klublarında başlamışdır. O, 2004-cü ildə VİT Corciya"nın heyətində ilə Gürcüstan çempionu olmuşdur. Adamiya bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi"yə transfer olmuşdur. O, "Neftçi" ilə bir dəfə Azərbaycan çempionu olmuş, bir dəfə isə ikinci yerdə qərarlaşmışdır. Adamiya həmçinin, 2005-ci ildə Birlik Kuboku matçında ikinci yeri tutmuş və müsabiqənin bombardiri olmuşdur. O, 2006-cı ildə komandasına Birlik Kubokunu qazanmağa kömək etmişdir. "Neftçi"də beş mövsüm keçirən Adamiya "Bakı" klubuna transfer olmuş, daha sonra "Qarabağ" və "İnter" klublarında çıxış etmişdir.
Georgi Georgiyev
Georgi Georgiyev (4 fevral 1933, Leninqrad) — rus molekulyar bioloqu. Lenin mükafatı, SSRİ Dövlət mükafatı və Rusiya Federasiyası Dövlət mükafatı laureatı.
Georgi Jarkov
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili). Sovet İttifaqı Kommunist Partiyası üzvü olub. == Bioqrafiya == === Futbolçu karyerası === Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib. SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub. Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi.
Georgi Jukov
Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr (1 dekabr) 1896 – 18 iyun 1974[…], Moskva) — hərbçi, Sovet İttifaqı Marşalı, SSRİ-nin müdafiə naziri (1955–1957), O, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956), iki dəfə "Qələbə" ordeni (1944, 1945) laureatı olmuşdur. Georgi Jukovun məzarı Qırmızı Meydanda Kremlin divarında yerləşir. == Həyatı == == Hərbi fəaliyyəti == == Təltif və mükafatları == Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Georgi Kaloyev
Georgi Aleksandroviç Kaloyev (7 noyabr 1916, Vesyoloe[d] – 22 aprel 1987, Orconikidze) — Sovet zabiti, Böyük Vətən müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı. Müharibə illərində 100-cü Qvardiya Atıcı Diviziyasının 302-ci Mühafizə Atıcı alayının batalyon komandiri, müharibədən sonrakı illərdə o, 381-ci və 350-ci Qvardiya Paraşüt alaylarının komandiri olub. == Həyatı == Georgi Kaloyev 1916-cı il noyabrın 7-də Şimali Osetiyanın Mozdok rayonunun Vesyolaya (indiki Vesyoloe kəndi) kəndində anadan olub. İki yaşında ata və anası tif xəstəliyindən vəfat etdiyindən yetim qalmışdı. Vladiqafqazda (o vaxt Orconikidze) uşaq evində tərbiyə alıb, sonra Pedaqoji İnstitutunda, ardınca Orconikidze Piyada Məktəbində təhsil alıb. Piyada Məktəbini bitirdikdən sonra Buynaksk şəhərindəki piyada məktəbində xidmət etmiş, burada kadet batalyonunun təlim bölməsinin rəisi olmuşdur. Böyük Vətən müharibəsinin başlayanda o, məktəbdə çalışırdı. Kaloyev müharibənin ilk günlərindən cəbhəyə getməyə can atırdı. Lakin onun bütün tələblərinə rədd cavabı gəlirdi. Çünki yeni kursantlara dərs vermək lazım idi.
Georgi Karpov
Georgi İvanoviç Karpov (9 dekabr, 1890–31 mart, 1947)— tarixçi, etnoqraf, Türkmənistan SSR-nin ictimai-siyasi xadimi. == Həyatı == Georgi İvanoviç Karpov 9 dekabr 1890-cı ildə Rusiyanın Saratov quberniyasının Karavainka kəndində anadan olmuşdu. Georgi Karpov türkmənlər, Türkmənistan haqqında bir çox əsərlərin müəllifidir. Georgi Karpov 31 mart 1947-ci ildə Türkmənistanda vəfat edib. == Əsərləri == Карпов Г. И. Восстание тедженских туркмен в 1916 году : (К изучению истории крестьянск. восстаний в бывшей царск. колонии). — Ашхабад: Туркменгосиздат, 1935. — 72 с. Карпов Г. И. Гражданская война в Туркмении (1918–1920) : (Попул.
Georgi Keçaari
Georgi Avetisiğar Keçaari (udi Jora Keçaari 25 iyul 1930, Nic – 8 sentyabr 2006, Nic, Qəbələ rayonu) — Udi əsilli Azərbaycan yazıçısı. Udi Milli Mədəniyyət Mərkəzi "Orayin"in yaradıcısı və 1991–2006-cı illər aralığında rəhbəri olub. == Həyatı == 1930-cu ildə Qutqaşen rayonu (hazırda Qəbələ rayonu) Nic kəndində anadan olub. 1938-ci ildə həmin kənddə yerləşən 1 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1946-cı ildə həmin məktəbi bitirmişdir. 1946–1952-ci illər arasında Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsilini bitirdikdən sonra 1952–1957-ci illər aralığında Qutqaşen rayonu Mıxlıqovaq kəndində məktəb direktoru işləmişdir. 1952-ci ildən ehtibarən Nic 1 saylı orta məktəbində müəllim və müdir mavini olaraq çalışıb. 1991-ci ildə Udi Milli Mədəniyyət Mərkəzi "Orayin"i (azərb. Bahar, Yaz‎) yaratmışdır. Bir sıra tərcümə və kitabların müəllifidir. 8 sentyabr 2006-cı ildə vəfat etmişdir.
Georgi Kodzayev
Georgi Xetaqoviç Kodzayev (rus. Георгий Хетагович Кодзаев; 7 yanvar 1998-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Spartak Vladiqafqaz klubunda hücumçu kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Karyerası == Kodzayev öz peşəkar karyerasında debütünü 26 avqust 2018-ci ildə Spartak Vladiqafqaz klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Çayka Peşanokopskoye klubuna qarşı oyunda etmişdir.
Georgi Kostaki
Georgi Kostaki (yun. Γεώργιος Κωστάκης rus. Гео́ргий Диони́сович Коста́ки, ləqəbi Qrek(yunan); 5 iyul 1913, Moskva, Rusiya imperiyası — 9 mart 1990, Yunanıstan) — yunan əsilli sovet kolleksiyaçısı; rus avanqardizminin tarixində ən böyük kolleksiyaçısı. === Georgi Kostaki haqqında məqalələr === Starr S. F., Costakis G., Rakitin V., Bowlt J. E. Russian avant-garde art. The George Costakis collection. New York. Harry N. Abrams, Inc. 1981. Костаки Георгий. Мой авангард.
Georgi Krapivka
Georgi Krapivka (tam adı: Georgi Gennadiyeviç Krapivka, rus. Георгий Геннадьевич Крапивка; 22 aprel 2001) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Kuban-2 Krasnodar klubunda müdafiəçi kimi çıxış edən Rusiya futbolçusu. == Karyerası == Krapivka öz peşəkar karyerasında debütünü 23 sentyabr 2017-ci ildə Kuban-2 Krasnodar klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Akademiya Futbola Rostov-on-Don klubuna qarşı oyunda etmişdir.
Georgi Kutoyan
Georgi Kutoyan (erm. Գեորգի Կուտոյան, 30 sentyabr 1981, İrəvan – 17 yanvar 2020, İrəvan) — Ermənistan dövlət siyasi xadimi, hüquqşünas, 2016-2018-ci illər arası Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru. == Həyatı == Georgi Kutoyan 1981-ci ildə İrəvanda anadan olub. === Təhsili === 1997-2002 -ci illərdə Rostov Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib. 2002-2005- ci illərdə Ermənistan Milli Elmlər Akademiyasının fəlsəfə və hüquq institutunda aspiranturanı bitirib. Hüquq elmləri namizədidir. 2007-ci ildə Amerika Birləşmiş Ştatlarının Tafts Universitetinin Fletçer hüquq və diplomatiya məktəbini bitirib. 2002-2010 -cu illərdə Erməni-Rus (slavyan) Universitetində, Ermənistanın dövlət idarəçilik akademiyasında, Ermənistan Milli Elmlər Akademiyasında elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 2005-2006 -ci illərdə Ermənistan Baş Prokurorluğunun elmi-tədris mərkəzinin elmi işçisi, daha sonra hüquq və struktur islahatları şöbəsinin prokuroru vəzifəsində çalışıb. Kutoyan 2019-2020-ci tədris ili üçün Kembric Universitetində təhsil almaq üçün Cambridge Trust Scholarship təqaüdünə layiq görülmüşdü.
Georgi Kvirikaşvili
Georgi Camaloviç Kvirikaşvili (gürc. გიორგი კვირიკაშვილი; d. 20 iyul 1967-ci il, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Gürcüstan siyasətçisi və dövlət xadimi, 30 dekabr 2015-ci ildən 13 iyun 2018-ci ilədək Gürcüstanın baş naziri olmuşdur. == Təhsil == Tbilisidə doğulan Kvirikaşvili 1986–1988-ci illərdə Sovet ordusunun məcburi hərbi xidmətindən keçdi. Tiflis Dövlət Tibb Universitetini 1991-ci ildə Daxili Tibb Tədqiqatını, 1995-ci ildə Tiflis Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. 1998-ci ildə İllinoys Universitetindən maliyyə dərəcəsi almışdır. == Karyera == Kvirikaşvili 1993-cü ildən 1999-cu ilədək Gürcüstanda müxtəlif banklar üçün icraçı vəzifəsində çalışıb və 1999-cu ildə Gürcüstanın Prezidentinin Dövlət Gömrük İdarəsində maliyyə və pul vahidinin müavini vəzifəsində çalışıb.
Georgi Lapiti
Georgi Lapiti (yun. Γεώργιος Λαπίθες) — orta əsr Kipr yunan yazıçısı, alimi və mülkədarı. Alimlər Lapiti adının Lapitos şəhərindən götürüldüyünü güman edir. O, mülkədar olduğundan xeyli sərvətə sahib idi, bundan öz intellektual işlərində və xristian əsirlərinin Osmanlı qüvvələrinin əlindən azad edilməsində istifadə edirdi. Lapiti müxtəlif mənşəli ziyalıları öz "gözəl iqamətgahında" qonaq edib, onlarla ideyaları müzakirə edirdi. O, məhsuldar tərcüməçi olmuşdur, lakin onun əsərlərinin sadəcə bir neçəsi bu günə qədər gəlib çatmışdır. Devid Pinqri onu "Toledo cədvəlləri"nin latın dilindən yunan dilinə tərcüməçisi olduğunu bildirmişdir.
Georgi Lasxişvili
Georgi Mixayloviç Lasxişvili (gürc. გიორგი მიხეილის ძე ლასხიშვილი, 25 dekabr 1866, Kutaisi – 15 mart 1931, Tiflis) — gürcü siyasətçisi, Gürcüstan Demokratik Respublikası hökumətində nazir (1918–1921). == Həyatı == Kutaisi klassik gimnaziyasında təhsil alıb. Hələ gimnaziyada olarkən çar rejiminə qarşı mübarizə aparanların sırasına qoşulur. "Stivar" əlyazma jurnalını nəşr etdirir. 1884-cü ildə Odessa (Novorossiysk) Universitetinin hüquq fakültəsinə daxil olur. Burada Sergey Mesxi ilə birlikdə "Gənclərin iradəsi" inqilabi təşkilatının cənub qrupunda fəal iştirak etməyə başlayır. Bu səbəbdən 1887-ci ildə universitetdən qovulur, 2 fevral 1888-ci ildə tutularaq altı ay Kutaisi həbsxanasında saxlanılır. Sərbəst buraxıldıqdan sonra bir müddət İcmalar Palatasında çalışır, lakin 1889-cu ilin yayında yenidən tutularaq 5 il müddətinə həbs edilir. 1894-cü ildə Gürcüstana qayıdır.
Georgi Leonidze
Georgi Nikolayeviç Leonidze(gürc. გიორგი ლეონიძე)(28.1.1899—9.8.1966)) — gürcü şairi. == Həyatı == Gürcüstanın Xalq şairi Georgi Nikolayeviç Leonidze 1899-cu il yanvar ayının 28-də Saqareco rayonunun Patardzueli kəndində anadan olub. Şeirlərində vətənpərvərlik motivləri güclüdür. Böyük Vətən müharibəsi illərində yazdığı şeirlərində qəhrəmanlıq, vətənə məhəbbət tərənnüm edilir. 1950-ci ildə “Samqori”, 1951-ci ildə “Portoxala” tarixi poemaları, 1962-ci ildə isə “Sehrli ağac” adlı hekayələr toplusu nəşr olunub. 1957-1966 illərdə Gürcüstan Elmlər Akademiyası Ş.Rustaveli adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışıb. “Berşoula” adlı poemasını Əhməd Cəmil, “Azərbaycan şairlərinə”, “Vətəni vəsf edirəm” Əflatun Saraclı, “Bulaq” Rəfiq Zəka, “Vətən nəğməsi” Məmməd Araz, “Vəsf edirəm” Əli Kərim, “Vətən haqqında nəğmə” Tofiq Bayram, “Tar haqqında mahnı” adlı şeirləri Əlixan Binnətoğlu tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Şair 1966-cı il avqust ayının 9-da dünyasını dəyişib.
Georgi Lomaya
Georgi Camaloviç Lomaya (gürc. გიორგი ჯემალის ძე ლომაია; 8 avqust 1979, Tbilisi) — gürcü futbolçu, İnter Bakı klubunun və Gürcüstan milli futbol komandasının qapıçısı. Georgi Lomaya İnter Bakı futbol klubunun tarixinə ilk gürcü qapıçı kimi düşüb. Vətənində "Kodako", Tiflisin "Dinamo", "Merani" və "Lokomotiv"də oynayan Georgi 2003-cü ildən legioner həyatı yaşayıb. Belə ki, ilk iki ildə Moskva "Spartak"ının qapıçısı olub. Ancaq bu titullu komandada cəmi 2 oyun keçirib və 4 top buraxıb. 2004/2005 mövsümündə "Ximki"yə icarəyə verilən Lomaya daha sonra Rusiyada "Luç-Enerji", Almaniyada "Karl Tseyss", Ukraynada "Karpatı" komandasında forma geyinib. Ötən il vətəninə qayıdan Georgi Rustavi "Olimpi"sinin şərəfini qoruyub. 1998-ci ildə debüt etdiyi milli komandada 33 oyun keçirib.
Georgi Malenkov
Georgi Maksimilianoviç Malenkov (8 yanvar 1902[…], Orenburq, Orenburq quberniyası[d], Rusiya imperiyası – 14 yanvar 1988[…], Moskva) — Sovet İttifaqının lideri olaraq qısa müddət ərzində İosif Stalindən sonra keçmiş sovet siyasətçisi idi . Lakin Rəyasət Heyətinin qalan üzvlərinin təkidi ilə o, baş nazir və Sovet kollektiv rəhbərliyində bərabər şəxslər arasında birinci qalmaq müqabilində partiya aparatına nəzarətdən imtina etdi. Daha sonra o, Nikita Xruşşovla hakimiyyət mübarizəsinə qarışdı 1955-ci ildə baş nazirlikdən, eləcə də 1957-ci ildə Rəyasət Heyətindən uzaqlaşdırılması ilə yekunlaşdı. Siyasi karyerası boyu Malenkovun Vladimir Leninlə şəxsi əlaqələri onun Sovet İttifaqının hakim Kommunist Partiyası daxilində yüksəlişini əhəmiyyətli dərəcədə asanlaşdırdı . 1925-ci ilə qədər partiyanın qeydlərinə nəzarət etmək ona həvalə edildi. Bu, o vaxta qədər Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi kimi hakimiyyəti uğurla birləşdirərək Sovet İttifaqının faktiki lideri olan Stalinlə əlaqə yaratdı . Bu birləşmənin nəticəsi olaraq, Malenkov, sonradan İkinci Dünya Müharibəsi zamanı Sovet raket proqramı üzərində yeganə məsuliyyət daşımadan əvvəl Stalinin təmizlənməsində ciddi şəkildə iştirak etdi. 1946-1947-ci illərdə sədrlik etmişdirNazirlər Kabinetinin Raket Texnologiyası üzrə Xüsusi Komitəsi. Stalinin sevimlisi mövqeyini təmin etmək üçün o, marşal Georgi Jukovu uğurla nüfuzdan saldı və İkinci Dünya Müharibəsi zamanı Leninqradla bağlı bütün şöhrəti boğdu ki, Moskva Sovet İttifaqının yeganə mədəni və siyasi paytaxtı kimi imicini qoruyub saxlasın. 1953-cü il martın 5-də Stalinin vəfatından sonra Malenkov həm Nazirlər Şurasının sədri (və ya baş nazirin) həm də partiya aparatının rəhbəri kimi müvəqqəti olaraq Sovet liderinin mübahisəsiz varisi kimi çıxış etdi.
Georgi Maliyev
Georgi Maliyev — Osetin sovet şairi və publisisti. == Bioqrafiya == Kasıb bir kəndli ailəsində anadan olmuşdur. Milliyyətinə görə osetin-digoretsdir. 1902-ci ildə iki illik kilsə məktəbini bitirir, Ardon Seminariyasında oxuyur (1903–1907), lakin inqilabi fəaliyyətlərdə iştirak etdiyi üçün seminariyadan qovulur. Şəxsi dərslər verir, jurnalist kimi çalışır. 1917-ci ildə Malıyev daha sonra bolşeviklərə qoşulan Osetiya inqilabi demokratik "Kermen" partiyasının qurucularından biri olur. Milliləşdirmənin vəhşiliklərindən əziyyət çəkən Maliyev siyasətdən ayrılır və 1920-ci ildə kəndə qayıdır. 1923–1932-ci illərdə kiçik Qular kəndində məktəb direktoru işləyir. 1932-ci ildə müasirlərinin "təvazökar və anlaşılmaz bir şəkildə yaşadığı" xatirələrinə görə, müəllim işlədiyi, yeni bir məktəb tikdiyi Mostizdaxa köçür. O illərdə Malıyevin yazdığı Osetiya dilinin diqor ləhcəsi RSFSR-də bir dil sayılır, bunun üçün xüsusi bir əlifba işlənilir, dərsliklər və digər nəşrlər dərc olunurdu.
Georgi Marqvelaşvili
Georgi Marqvelaşvili (gürc. გიორგი მარგველაშვილი; 4 sentyabr 1969, Tbilisi) — Gürcüstan Respublikasının 4-cü Prezidenti (17 noyabr 2013-cü ildən). 2012-ci ildən Bidzina İvanişvili hökumətində təmsil olunub. == Həyatı == Georgi Marqvelaşvili 4 sentyabr 1969-cu ildə Tbilisi şəhərində anadan olub. O, 1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri doktorudur. 1993-1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. Marqvelaşvili 1995-2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan nümayəndəliyində işləyib. === Fəaliyyəti === 1992-1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzlə ixtisaslaşan turistik firmada bələdçi çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assisteni olub. 1994-1995-ci ildə Biznes gündəliklər kompaniyasında marketinq üzrə departament müdiri çalışıb.
Georgi Mazniaşvili
Georgi Mazniaşvili (gürcücə:გიორგი მაზნიაშვილი, 6 aprel 1872, Kaspi rayonu, Yuxarı Kartli – 16 dekabr 1937 və ya 1937, Tbilisi) — gürcü general və Gürcüstan Demokratik Respublikasının (1918-1921) öndə gedən hərbi şəxsiyyətlərindən biridir. Qırmızı Ordunun Gürcüstanı işğalı zamanı bolşeviklərlə birlikdə hərəkət edən türkləri işğal etdikləri Batumdan çıxarmış, şəhəri Qırmızı Ordu qüvvələrinə təslim etmişdir. Qırmızı Orduya qarşı döyüşən gürcü bölmələrinin komandanı olmasına rəğmən, işğalın ardından ölkəni tərk etməmiş, ancaq 1937-ci ildə Böyük təmizləmə zamanı Stalin rejimi tərəfindən edam edilmişdir. == Gəncliyi == Georgi hərbi təhsil aldıqdan sonra rus ordusunda xidmətə başladı. Rus-Yapon müharibəsində (1904-1905) qatıldı və bu müharibədə yaralandı. Çar II Nikolay Müqəddəs Georgi Xaçı ilə təltif edildi. I Dünya müharibəsində müxtəlif cəbhələrdə döyüşən Georgi 1917-ci ildəki fevral inqilabından sonra Gürcüstana geri döndü. Qısa zamanda iki milli birlik qurub Gürcüstanın paytaxtı Tiflisi bolşevik rus əsgərlərinə qarşı müdafiə etdi. == Hərbi karyerası == Birinci Dünya müharibəsinin sonlarında imzalanan Brest Litovsk slüh müqaviləsinin ardından Osmanlı 31 mart 1918-ci ildə gürcülərdən Batumu boşaltmasını istədi. Gürcülərin bunu rədd etməsindən sonra şiddətli çarpışmalar başladı.
20 iyul sui-qəsdi
"Valkiriya" əməliyyatı, həmçinin 20 iyul sui-qəsdi və generalların sui-qəsdi (alm. Attentat vom 20. Juli 1944‎)— alman müqavimətinin, ilk növbədə Vermaxtın Adolf Hitlerin öldürülməsi, dövlət çevrilişi və Nasist hökumətini devirmək məqsədi ilə həyata keçirdiyi sui-qəsd. Sui-qəsdin kulminasiya nöqtəsi 20 iyul 1944-cü ildə Hitlerin həyatına qəsdə uğursuz cəhd idi. Sui-qəsdin uğursuz olması, üzvlərinin əksəriyyətinin edam edilməsi və Alman Müqavimətinin digər üzvlərinə qarşı repressiya ilə nəticələndi. == Valkiriya planı == 1942-ci ilin yazından etibarən Olbrixt məcburi əmək üsyanı kimi fövqəladə hallar və daxili iğtişaşlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş Valkiriya planı üzərində işləyirdi. Plan Hitler tərəfindən təsdiqlənmişdi. Olbrixt isə çevriliş zamanı bu plandan istifadə etməyi düşündü. Hitlerin öldürülməsindən sonra ehtiyat ordusu Berlində əsas hədəfləri tutmalı, SS-ni tərksilah etməli və nasist rəhbərliyini həbs etməli idi. Ehtiyat ordusunun komandiri general-polkovnik Fridrix Frommun sui-qəsdə qoşulacağı və ya uzaqlaşdırılacağı, bu halda Hoepnerin komandanlığı alacağı güman edilirdi.
Fatma Qədri
Fatma xanım Qədir qızı Qədri (1 (14) aprel 1907 və ya 1907, Odessa, Xerson quberniyası – 29 fevral 1968 və ya 1968, Bakı) — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş qadın-aktrisa, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulmuşdur. Rus dilində təhsil almış və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Teatr Texnikumunun ilk buraxılışında aktyor diplomu almışdır. Fatma Qədir qızı Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (1926). Səhnə fəaliyyətinə 1926-cı ildə Bakı Türk İşçi Teatrında başlamış, burada Nübar ("Cancur Səməd", M. Əfəndiyev; J. B. Molyerin "Zorən xəstə" əsərinin təbdili), Sürucuin ("Hind qızı", Ə. Hamid), Oa-Şen ("Çin tanrısı", F. Pavlovun "Tunc büt" əsəri üzrə), Gülüş və Sevil ("Sevil", C. Cabbarlı), Xumar ("Şeyx Sənan", H. Cavid), Esmeralda ("Paris Notrdam kilsəsi", V. Hüqonun eyniadlı əsəri üzrə), Gülbahar ("Anamın kitabı", C. Məmmədquluzadə) kimi səhnə obrazları yaratmışdır. 1932–1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olmuş, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləmişdir. Əsas rolları: Maşa ("Dubrovski", A. S. Puşkin), Xuraman ("Vaqif", S. Vurğun), Cülyetta, Emiliya ("Romeo və Cülyetta", "Otello", U. Şekspir), Luiza ("Məkr və məhəbbət", F. Şiller), Larisa, Katerina ("Cehizsiz qız", "Tufan", A. Ostrovski), Polina ("Ögey ana", O. Balzak), Gültəkin ("Aydın", C. Cabbarlı), Məhəbbət ("Məhəbbət", M. İbrahimov). 1933-cü ildən pedaqoji fəaliyyət göstərmişdir. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 "Qırmızı əmək bayrağı" ordeni == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008.
Yaqub Qədri Qaraosmanoğlu
Yaqub Qədri Qaraosmanoğlu (27 mart 1889 - 13 dekabr 1974)— Türkiyə yazıçısı, şairi, jurnalisti, diplomatı. == Həyatı == Yaqub Qədri Qaraosmanoğlu 27 mart 1889-cu ildə Qahirədə anadan olmuşdu. Atası Manisanın məşhur Qaraosmanoğlu soyuna mənsub Əbdülqadir bəy, anası İqbal xanım idi. Atası 1833-cü ildə Kavalalı İbrahim paşanın Manisanı işğalı sırasında ona yaxınlıq göstərmiş və onun Misirdəki malikanəsinə yerləşmişdi. Əbdülqadir bəyin malikanə yiyələrindən İqbal xanım ilə etdiyi evlilikdən dünyaya gələn ikinci övladı Yaqub Qədri idi. Yaqub Qədrinin ailəsi İbrahim paşanın vəfatından sonra Türkiyəyə dönmüşdü. O, burada ilk təhsilini "Fevziye Mekteb-i İptidaisi"ndə tamamladı. 1903-cü ildə İzmir edadiyasına daxil oldu. Şahabettin Süleyman ilə dostluğu bu məktəbdə ikən başladı. Uşaqlıq illərində ədəbiyyata göstərdiyi həvəs lisey illərində daha da artdı.
Qədirli
Qədirli (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Vedibasar) — Ermənistan Respublikasının Vedi rayonunun inzibati ərazi vahidində kənd.
Qəfərli
Qəfərli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Qaralar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qəfərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Qəmərli
Qəmərli rayonu — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda rayon. Qəmərli (Gərnibasar) — tarixən Azərbaycana hazırda isə Ermənistan Respublikasına məxsus Şimal-qərbi Azərbaycanda şəhər. Qəmərli (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. Qəmərli (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd.
Lederq
Lederq (fr. Lédergues, oks. Ledèrgas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rekista kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12127. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 31 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 708 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 370 nəfər (15-64 yaş) arasında 266 nəfər iqtisadi cəhətdən, 104 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə 64.1%).
Çədəri
Cadarı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 523 nəfər əhali yaşayır.
Amin Qəfərli
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Anar Qədirli
Anar Ələsgər oğlu Qədirli - jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, “Strateji Kommunikasiyalar Mərkəzi” ictimai birliyinin rəhbəri. == Həyatı və təhsili == 14 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1974-1985-ci illərdə Bakı şəhərində Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil almışdır. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və universiteti fərqlənmə ilə bitirmişdir. 1991-ci ildə İTAR-TASS informasiya agentliyində təcrübə keçmişdir. 2004-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının (MARJ) üzvüdür. == Əmək fəaliyyəti == 1992-1993-cü illərdə “Xəbər Servis” Müstəqil informasiya Agentliyinin baş redaktoru 1993-1995-ci illərdə “Los Angeles Times” qəzetinin regional müxbiri 1993-1996-cı illərdə “ANS” teleradio şirkətində xəbərlər xidmətinin baş redaktoru 1996-1997-ci illərdə “Trend” jurnalında baş redaktorun müavini 1997-1998-ci illərdə Moskvada "Группа-Альянс" şirkətində PR üzrə konsultant 1999-2005-ci illərdə “Proqnoz” Müstəqil Sosioloji Araşdırmalar Mərkəzində direktor müavini 2006-2015-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri 2015-2017-ci illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli 305 saylı sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 9 iyun 2008-ci il tarixli əmri ilə fəxri fərmanla təltif olunmuşdur.
Arif Qəmərli
Arif Paşa oğlu Qəmərli (5 yanvar 1929, Gəncə, Gəncə qəzası) — Baytarlıq elmləri doktoru, professor. K.İ.Skryabin adına Qırğızıstan Milli Aqrar Universitetinin heyvanların infeksion və invazion xəstəlikləri kafedrasının professoru. == Həyatı == Qəmərli Arif Paşa oğlu 1929-cu il yanvarın 5-də Azərbaycan SSR-nin Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1951-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirib və Moskva Dövlət Baytarlıq Dermatologiyası İnstitutu (Ümumittifaq Elmi-Tədqiqat Baytarlıq Sanitariyası İnstitutu) nəzdində aspiranturaya göndərilib. 1955-ci ildə A.Qəmərli baytarlıq elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib (Ümumrusiya Elmi-Tədqiqat Eksperimental Baytarlıq İnstitutu, Moskva). 1956-cı ildə A.Qəmərli SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişi ilə Qırğızıstana, Elmi-Tədqiqat Heyvandarlıq və Baytarlıq İnstitutuna daimi işləməyə gəlib və kənd təsərrüfatı heyvanlarının parazitlərinin öyrənilməsi laboratoriyasının rəhbəri təyin edilib. 1970-ci ildə A.Qəmərli doktorluq dissertasiyası müdafiə edib. 1987-ci ildə ona professor elmi adı verilib. == Təltif və mükafatları == Qırğız Respublikasının Kənd Təsərrüfatı Əlaçısıdır. Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin (ÜİKTS) bürünc medalı (Moskva, 1957), “Rəşadətli əməyə görə” medalı (1970), “Sosializm yarışının qalibi” nişanı (1974) və başqa təltifləri var.
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. == Tarixi == === Aşağı Darğalı === Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Doqquz (Qəmərli)
Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquz, Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında qeyd edilmişdir. Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdür. 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (rus.
Dəlilər (Qəmərli)
Dəlilər, Böyük Dəlilər — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Böyük Dəlilər kəndi Erməni mənbələrində Dəlilər kəndi kimi qeyd edilir. Rayon mərkəzindən 2 km şimal şərqdə, Gərni çayından axan arxın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Dəlilər formasında, Qafqazın 5 verstlik xəritəsində Böyük Dəlilər kimi qeyd edilmişdir. Toponim qədim türk tayfası tele etnoniminə cəmlik bildirən -lər şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir. Toponimdəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dalar (dəlilər etnoniminin ermənicə tələffüz formasıdır) qoyulmuşdur.
Elnur Qədirli
Elnur Rəcəb oğlu Qədirli (27 avqust 1997, İsmayıllı rayonu – 7 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İtkin. == Həyatı == Elnur Qədirli 1997-ci il avqustun 27-də İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. == Hərbi xidməti == Elnur Qədirli 2020-ci il sentyabrın 29-da Hərbi Komissarlıq tərəfindən İkinci Qarabağ müharibəsinə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Elnur Qədirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Qədirli oktyabrın 7-də Madagizin azad edilməsi zamanı itkin düşüb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzun müddətli axtarışlar nəticə vermədiyindən Elnur Qədirliyə "şəhid" statusu verilmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Elnur Qədirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2023-cü il tarixli Sərəncamına əsasən Elnur Qədirli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (25.
Erkin Qədirli
Erkin Toğrul oğlu Qədirli (13 may 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü. == Həyatı == Erkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994–2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub, hüquq nəzəriyyəsi fənnini tədris edib, həmçinin Beynəlxalq Münasibətlər fakültəsində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlarda, həmçinin bir sıra milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərib. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) siyasi hərəkatının həmtəsisçisi olub. == Siyasi Fəaliyyəti == 2014-cü il mayın 13-də Respublikaçı Alternativ partiyasında başqanlıq vəzifəsindən kənarlaşdırılıb. Respublikaçı Alternativ (REAL) partiyasının İdarə Heyəti üzvü olmuşdur.
Gödəkli (Qəmərli)
Gödəkli - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Kəndin digər adı erməni mənbələrində Göydağlı, Kiçik Dəlilər formasında göstərilir. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qazaxlar türk tayfasına mənsub olan gödəkli etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Sadə quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Mrqavet qoyulmuşdur.
Gədəyli (Pərsabad)
Gədəyli (fars. گدايلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 587 nəfər yaşayır (95 ailə).
Kürdkəndi (Qəmərli)
Kürdkəndi — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Adı dəyişdirilərək Noraşen qoulmuşdur.
Mehrablı (Qəmərli)
Mehrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim türk mənşəli qaradolaq tayfasından olan mehrablı nəsil adından əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşen (Güllü kənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır.
Qəmərli (Başkeçid)
Qəmərli — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qəmərli kənd inzibati-ərazi dairəsinin mərkəzidir. == Tarixi == Toponimin qədim Kimmer (Qamər/Qəmər) tayfalarının adı ilə əlaqəli olduğu ehtimal edilir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 7 km qərbdə, Başkeçid yaylasında yerləşir. Qəmərli kəndi dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşir. == Əhalisi == Kənddə 1886-ci ildə 50 ailədə 304 nəfər, 1926-cı ildə 67 ailədə 406 nəfər azərbaycanlı yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 713 nəfər (341 nəfəri kişilər, 372 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 852 nəfər əhali yaşayır. === Nəsillər === Ovçular: Mollalar: Novruzlar: Məşədialılar: Xıvlar: Sabellər: Becənlər: Oruclular Aşırlar Kalvalılar Hacılar (Nəsibağalar) Qarabağlılar Feyzi oğulları == Təhsil == Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir.