Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abbas Mirzə məscidi
Şah Abbas məscidi, Abbas Mirzə məscidi, Sərdar məscidi və ya Xan məscidi — ilk dəfə 1606-cı ildə Şah Abbas, 2-ci dəfə 1810-cu ildə Abbas Mirzə tərəfindən İrəvan qalasında inşa etdirilən məscid. Qala məscidi və ya Köhnə məscid də adlandırılan bu məscid İrəvandakı məscidlərin ən qədimidir. Bəzi mənbələrdə İrəvanda mövcud olmuş 3 məscid — Şah Abbas məscidi, Abbas Mirzə məscidi və Sərdar məscidlərinin əslində eyni bir məscid olduğu iddia edilir. == Tarixi == === İlk məscid === İlk dəfə 1606-cı ildə inşa edilən məscidə xalq Şah Abbas məscidi adını vermişdir. Eyni zamanlarda Gəncədə inşa edilən məscid də eyni memar - Şeyx Bəhai tərəfindən inşa edildiyindən bir-birlərinə çox bənzəmişlər. Sərdar sarayının şərq yanına inşa edilən məscidin yanında mədrəsə, kitabxana və mehmanxana tikilmiş olub böyük bir həyətlə ətraflanan möhtəşəm bir arxitektura külliyyə olaraq elm mərkəzi vəzifəsi ifa etmişdir. İrəvan xanlığı zamanında məscidin aş evində kasıblara gündə üç pay yemək verilməkdə idi. Dini bir məkan olmaqdan başqa, ictimai bir quruluş olan bu məscid ermənilər tərəfindən hər fürsətdə korlanıb. === İkinci məscid === 1810-cu illərdə inşa edilmiş Sərdar məscidindən Rus işğalından sonra müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Məscid on səkkizinci əsrin əvvəllərində İrəvan xanı Hüseynqulu xan Sərdarın hakimiyyəti dövründə inşa edilmişdir.
Abdullah ibn Məsud
Abdullah ibn Məsud (594, Taif, Məkkə bölgəsi[d] – 653, Mədinə, ərəb. أبو حنيفة النعمان بن ثابت الكوفي‎) — İslamı ilk qəbul edənlərdən və Məhəmmədin ən yaxın səhabələrindən biri. == Bioqrafiya == Məkkədə anadan olub. Bənu Xuzeyl qəbiləsindəndir. İslam rəvayətinə görə Abdullah ibn Məsud gəncliyində Uqbu ibn Əbu Muaytın yanında işləyən çoban olmuşdur. O, İslamı ilk qəbul edənlərdən olub və əl-Ərkəm evində müsəlman məclislərinin üzvü olmuşdur. Həmin dövrdə müsəlmanlar bütpərəstlər tərəfindən zülmə məruz qalır, lakin Abdullah ibn Məsud bundan qorxmur. Kəbənin yanında "Ər-Rəhman" surəsini oxuyur, buna görə onu tutub işgəncələrə məruz qoyurlar. Abdulla cəsarətlə bütün işgəncələrə dözür və Efiopiyaya mühacirət etməyə məcbur olur. Efiopiyadan qayıdandan sonra, Məhəmməd peyğəmbərlə birlikdə Mədinəyə hicrət edir.
Adana Ulu məscidi
Adana Ulu məscidi — Adanada yerləşən XVI əsrdən qalma tarixi bir məsciddir. Adana Ulu məscidi adı ilə tanınır. Ramazanoğulları bəyliyinin şah əsəri olan məscid, şəhərin ən mühüm tarixi tikililərindən biridir. 1998-ci ildə Sabancı mərkəz məscidinin istifadəyə verilməsinə qədər Adananın ən böyük məscidi olma xüsusiyyətini saxlamışdır. Tikintisinə Ramazanoğlu Xəlil Bəy tərəfindən 1509-cu ildə başlanıb. Xəlil Bəyin ölümündən sonra tikintisi oğlu Piri Mehmet Paşa tərəfindən 1541-ci ildə tamamlanıb. Ramazanoğlu Xəlil Bəy və Piri Mehmed Paşa ilə Mehmet Paşanın iki oğlu məscidinin cənub-şərqindəki 1541-ci il tarixli türbəsində dəfn olunublar. Məscidin memarlığı Səlcuqlu və Məmlük üslubundadır. Divarları qara ağ mərmər daşlarla bəzədilmişdir. Qərb və şərq istiqamətində qapıları var.
Adana Yeni məscidi
Adana Yeni Məscidi — Adanada Məmlük memarlığı təsiri altında tikilmiş tarixi məscid. Məscid kitabələrindən birinə görə məscidi, 1724-ci ildə Abdürrəzzak Antaki adlı Antakyalı bir zəngin tərəfindən tikdirilmiş; Başqa bir kitabəyə görə minarəsi 1729-ci ildə Abdullah İbn Əli Beşə tərəfindən tikdirilmişdir. Düzbucaqlı formasında, on günbəzli bir quruluşa malikdir. Minarəsinin giriş qapısının üstündə bir günəş saatı vardır. == Yerləşimi == Kuruköprüden Kiçik Saata gedən Özlər Prospekti üzərində yerləşmişdir. Kiçik bir məsciddir. == Xarici görünüşü == İlk baxışda, qiblə divarı xaricində qalan cəbhələrdə, əlavə edilən dəmir-beton hissələrlə məscidin əsas xarakteri pozulmuş olsa da, dəyişikliyə uğramamış olan qiblə divarı ilə minarəsi məscidin orijinal vəziyyətini ortaya qoymağı bacarır. Cənub-qərb tərəfdə olan minarənin qaydası eyni zamanda həyət qapısı vəziyyətindədir. Silindrik minarə gövdəsi ziqzaqşəkilli xətlərlə bəzədilmiş, Məmlük məscidlərində olduğu kimi tağ ilə örtülmüşdür.
Afaq Məsud
Məsud Afaq Məsud qızı (3 iyun 1957, Bakı) — Xalq yazıçısı, dramaturq, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru. == Həyat və fəaliyyəti == Afaq Məsud qızı Vəliyeva 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1979–1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986–1988-ci illərdə "Azərbaycantelefilm"in direktoru, 1989–2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 may tarixli 501 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 may tarixli 110 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib. Roman, pyes, esse və hekayələr müəllifidir. Əsərləri, müsahibə və məqalələri bir çox ölkələrin nəşriiyyatlarında, KİV-də nəşr olunub, mədəniyyət, ədəbiyyat portallarında yayınlanıb. "Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbəla", "Mənsur Həllac" pyeslərinin müəllifidir. Dövlət "Yuğ" Teatrında "Can üstə", "O məni sevir" (rejissor – Vaqif İbrahimoğlu), Akademik Milli Dram Teatrının səhnəsində "Qatarın altına atılan qadın" tamaşaya qoyulub (rejissor – Mehriban Ələkbərzadə).
Allahın varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. == Tanrının mövcudluğunu təsdiqləyən dəlillər == === "Boşluqların tanrısı" === Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. === (Mənəvi) Kamillik səviyyəsində/ dərəcəsində isbatı === İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Alman məsələsi
Alman məsələsi (alm. Deutsche Frage‎) — XIX-XX əsrlərin Avropanın ən mühüm geosiyasi problemlərindən biri olub, Almaniyanın siyasi statusu və sərhədləri məsələsi ilə bağlı müxtəlif formalarda 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləğvindən 1990-cı ildə Almaniyanın yenidən birləşməsinə qədər mövcud olmuşdur. Rəsmi alman tarixşünaslığında alman məsələsinin 1806-cı il avqustun 6-da “Birinci İmperiya” (Müqəddəs Roma İmperiyası) dağıldıqdan sonra yarandığı hesab edilir. İkinci Reyxin yaranmasına qədər Alman məsələsinin həllinin iki variantı rəqabət aparırdı: kiçik Alman (Prussiyanın rəhbərliyi altında) və Böyük Alman (Avstriyanın rəhbərliyi altında). İkinci variant Avstriyada yaşayan digər xalqlarla birlikdə çoxlu sayda ərazilərin daxil edilməsi zərurəti, habelə Avstriya İmperiyasının alman dövlətləri ilə müqayisədə daha mürtəce siyasəti ilə əlaqədar daha az populyar idi. Almaniya Birinci Dünya müharibəsindən məğlub olaraq çıxdı, bu da alman millətçiliyinin artmasına şərait. İmperatorun devrilməsindən sonra yaranmış ilkin hökumət siyasi cəhətdən çox zəif idi ki, bu da sağçı alman millətçilərinin inkişafına və onların ideologiyasının sadə əhali və cəmiyyətin yuxarı təbəqələri arasında daha da yayılmasına imkan verdi. İkinci Dünya müharibəsinin mərkəzi nöqtəsi yenə pangermanizmlə Almaniya məsələsi idi. Belə ki, almanları slavyanlardan qorumaq bəhanəsi ilə Münhen sazişinə uyğun olaraq Çexoslovakiyanın Sudet vilayəti işğal olundu. İkinci Dünya Müharibəsindən sonra alman məsələsi yenidən aktuallaşdı.
Alpan məscidi
Alpan məscidi — Azərbaycanın Quba rayonunun Alpan kəndində yerləşən tarixi-memarlıq abidəsi. Alpan məscidi miladi təqvimlə 1806-cı ildə İbrahim bəyin rəhbərliyi ilə kənd camaatının iştirakı ilə usta Pirqulu tərəfindən tikilmişdir. 1814-cü ildən dini ayinlərin icrası üçün istifadəyə verilən kənd məsçidi SSRİ-nin yarandığı ilk dövrlərə qədər dini məqsədlər üçün istifadə edilmişdir. Amma, sonrakı illərdə məlum səbəblərdən kənd məsçidi 70 il ərzində kolxoz və sovxozun taxıl anbarı kimi istifadə edilmişdir. (tarixi məlumatlar daş kitabəyə istinadən verilmişdir) SSRİ dağıldıqdan sonra kənd camaatının öz dini etiqadlarına gizlin sitayiş etmələri artıq tarixdə qaldı və camaatın dini ayinlərin icrası üçün anbar kimi istifadə edilən məsçidin yenidən bərpasına ehtiyac duyuldu. 1995–96-cı illərdə kənd əhalisinin təkidi ilə məsçidin anbar kimi istifadə edilməsinə son qoyuldu. Bu qərarın verilməsində həmin dövrdə sovxozun direktoru olmuş Tofiq Qubatovun da əməyi olmuşdur. Məsçidin təmiri ilə əlaqədar təkliflə ilk çıxış edənlərdən biri də kənd sakini Əlipaşa Murtuzov olmuşdur. 1996-cı ildə həmkənlilərimiz hüquq elmləri doktoru Ələsgər Ələsgərov və şəqsünas Vidad Ələsgərov məsçidin təmir edilməsində yaxından iştirak etmiş və kənd camaatının yanında olmuşdur. 1998-ci ildən etibarən kənd məsçidi Dini İcmanın Qərargahı və ibadət mərkəzi kimi fəaliyyət göstərir.
Altunizadə məscidi
Altunizade məscidi (türk. Altunizade Camii) və ya İsmayıl Zühtü Paşa məscidi (türk. İsmail Zühtü Paşa Camii) — Türkiyənin İstanbul şəhərində yerləşən 19-cu əsrə aid Osmanlı məscidi. Məscid İstanbulun Üsküdar ilçəsinin Altunizadə məhəlləsində yerləşir. Məscid, həyətində dəfn olunmuş Altunizadə İsmayıl Zühtü Paşa (1806–1887) tərəfindən sifariş edilmişdir. Tikili 1865-ci ildə inşa edilmişdir. Məscidin, İstanbulun Anadolu hissəsində Osmanlı üslubunda tikilmiş məscidlərinin son nümunəsi olduğu düşünülür Məscid əvvəllər sosial kompleksin, külliyyənin bir hisəsi olmuşdur, lakin bu kompleksə aid yalnız bəzi dükanlar günümüzə qədər gəlib çatmışdır. Məscid bu gün də yaxşı vəziyyətdədir. == Memarlıq == Məscid ən azından böyük pəncərələri ilə tanına bilən Barokko-intibah üslubunda dizayn edilmişdir. Bu üslubda inşa edilən məscidlər son Osmanlı imperiyası dövrünün nümunələridir.
Alxan-Yurd cümə məscidi
Məhəməd Bəşir Hacı Arsunkayev adına Alxan-Yurd cümə məscidi (çeç. Iалхан-Юрт маьждиг Мохьмад-Башир-хьажин цӀарах дина) — Çeçenistan Respublikası Urus-Martan rayonu, Alxan-Yurd kəndində yerləşən Qafqaz magistral yolunun yaxınlığında tikilmiş, kəndin ən böyük Cümə məscidi. Məscid Çeçenistan Respublikasının ilk müftisi Məhəməd Bəşir Hacı Arsunkayevin adını daşıyır. == Tarixi == 1883-cü ildə Alxan-Yurt kəndində əsas Cümə məscidi olan 7 məscid və 6 məhəllə məscidi fəaliyyət göstərirdi.. Lakin Sovet hakimiyyəti illərində bütün məscidlər bağlanmış və yaxud dağıdılmışdı. Alxan-Yurd cümə məscidi alim və ilahiyyatçı Məhəməd Bəşir Hacı Arsunkayevin adını daşıyır. Maqomed-Bəşir-Hacı Çeçenistan Respublikasının ilk müftisi olmuşdur. == Tikintisi == Müsəlman ziyarətgahının inşası layihəsinin müəllifi Qroznı şəhərinin baş arxitektoru Balaudi Maqomadov olub. Məscidin inşasına 2008-ci ildə başlanmışdır. Lakin 2009-cu ildə çeçen iş adamı Adam Albakovun məscidin inşasına maliyyə dəstəyi göstərməsi ilə işlər daha da canlanmışdır.
Ambaras məscidi
Ambaras məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid Naxçıvan memarlıq məktəbinə aid edilir. Plan quruluşunun həllində, eləcə də fasad hissələrinin qurulmasında tətbiq olunan memarlıq kompozisiyası üsulları binanın XVII-XVIII əsr tikililərinə uyğun gəldiyini göstərir. Məscidin tavanında taxta üzərində rənglə yazılmış kitabə vardır. El arasında yerləşdiyi məhəllənin adı ilə adlandırılan Ambaras məscidində tədqiq olunan bu kitabədən aydın olur ki, məscid hicri 1284-cü (1867-1868) ildə Cəfərqulu Ağababa oğlu tərəfindən təmir etdirilmişdir. Kitabədə məscidin adı "Ağa Mirzə Cəfər məscidi" kimi qeyd olunmuşdur. Məscidin XVII əsrdə Ağa Mirzə Cəfər adlı şəxs tərəfindən inşa edildiyi ehtimal olunur. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008, səh.
Anabad məscidi
Anabad məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən orta əsrlərə aid məscid == Coğrafi mövqeyi == Anabad məscidi Ordubad çəhərindən 4 km şimal-şərq tərəfdə, Gənzəçay çayının sol sahilində yerləşən Anabat kəndinin şimal-şərq tərəfində inşa olunmuşdur. == Tarixi dövrləşdirilməsi == Məscidin içərisində üzərində yazı olan bir ədəd taxta parçası saxlanılır. Qara rənglə ərəb və kiril əlifbası ilə yazılan kitabə vaxtilə məscidin tavanında da olmuşdur. Hər iki kitabənin mətni belədir: "Tirlər dəyişdirilib 28.08.1960. Yusif Xudayar oğlu.
Anabat məscidi
Anabad məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən orta əsrlərə aid məscid == Coğrafi mövqeyi == Anabad məscidi Ordubad çəhərindən 4 km şimal-şərq tərəfdə, Gənzəçay çayının sol sahilində yerləşən Anabat kəndinin şimal-şərq tərəfində inşa olunmuşdur. == Tarixi dövrləşdirilməsi == Məscidin içərisində üzərində yazı olan bir ədəd taxta parçası saxlanılır. Qara rənglə ərəb və kiril əlifbası ilə yazılan kitabə vaxtilə məscidin tavanında da olmuşdur. Hər iki kitabənin mətni belədir: "Tirlər dəyişdirilib 28.08.1960. Yusif Xudayar oğlu.
Aslanbəyli məscidi
Aslanbəyli məscidi — Azərbaycan Respublikası Qazax rayonunun Aslanbəyli kəndində yerləşən məscid. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. == Haqqında == Hacı Mahmud Əfəndinin xatirəsinə ucaldılan məscid onun adını daşıyır. Məsciddə yerli dindar və möminlər ibadət edirlər. Məscid yerli əhəmiyyətli abidələr siyahısına daxildir. == Tarixi == Aslanbəyli kəndindəki məscid 1909-cu ildə kənd camaatı tərəfindən inşa edilib. Həmid Əfəndi tərəfindən tikilmişdir. Hacı Mahmud Əfəndi məscidi 1938-ci ildən 1985-ci ilədək klub kimi istifadə olunmuşdur. 1990-cı ildə yerli sakinlər tərəfindən məscidin təmir-bərpa işlərinə başlanmışdır. Qeyd etmək lazımdır ki, məscidin vaxtilə minarəsi olmuşdur.
Atabəylər məscidi (Naxçıvan)
Cümə məscidi – Naxçıvandakı Atabəylər memarlıq ansamblının ən monumental tikililərindən biridir. XX əsrin əvvəllərində uçurularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır. Mərənd və Urmiya məscidləri kimi Naxçıvan cümə məscidinin də günbəzlə örtülən kubvari gövdəsinin güney üzündən başqa, qalan üzlərinin hər birində iki sivri açırım olmuşdur. Bu fakt göstərir ki, Mərkəzi Azərbaycanda XII əsrdə yerli monumental cümə məscidi tipi işlənib hazırlanmışdı. Foto sənədlərə əsasən Naxçıvan cümə məscidinin məqsurəsinin üç yandan yerləşgələrlə dövrələndiyi bəlli olur. Ancaq bu yerləşgələrin necəliyini daydınlaşdıran dəlillər yox dərəcəsindədir. Bu baxımdan V. A. Engelqardın XIX yüzildəki məlumatı maraq doğurur. Onun yazdığına görə "Bu türk məscidi yonulmuş daşdan qurulmuş tağları olan iri tikilidir və onun içərisində yüksək işlməli müxtəlif yapma (gəctəraşlıq) naxışlar görünür. Binanın bir bölümü artıq uçmuşdur, qalanı sə uçmaq təhlükəsindədir. Ondan 50 sajen (təqribən 107 m) aralıda vaxtilə bu məscidə aid olan və yanlarında hər biri 10 sajen (təqribən 42 m) ucalıqda qoşa minarəli qapı var.
Axçoy-Martan Cümə Məscidi
Batal-Hacı Belxoroyev adına Axçoy-Martan cümə məscidi (çeç. Iашхой-Марта маьждиг Батал-Хьажан Белхароев цӀарах дина) — Çeçenistan Respublikasının Açxoy-Martan rayonunun regional mərkəzinin əsas cümə məscidi. Fortanqa çayının sahilində yerləşir. Məsciddə ibadət zamanı beş minə qədər insan yerləşə bilər. == Tarixi == 1883-cü ilə qədər Açxoy-Martan kəndində 10, o cümlədən baş Cümə məscidi və 9 məhəllə məscidi fəaliyyət göstərirdi. Şeyx Batal-Hacı Belxaroyev adına mərkəzi məscid Çeçenistan Respublikasının Açxoy-Martan rayonunun mərkəzində yerləşir. Məscid X. N. Nuradilov küçəsi boyunca Fortanqa çayının vadisində yerləşir. Bu məscidin tikintisi ilə bağlı qərarı Ramzan Kadırov 2013-cü ilin yanvarında Açxoy-Martan rayonuna səfəri zamanı verib. Məscidin tikintisinə 2013-cü ilin yazında başlanmış, açılışı 2014-cü ilin dekabrında olmuşdur. Məscidin tikintisində türkiyəli mütəxəssislər iştirak ediblər.
Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA və ya EMTA) — Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Republikasında Mərkəzi Bankdan sonra yaradılmış ikinci dövlət Tənzimləmə qurumu olmaqla yanaşı, Azərbaycanda elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirir. Həmin Fərmanın 1-ci bəndinə əsasən, Agentliyin "Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında" yaradıldığını nəzərə alaraq, həmin qurumlar ləğv edilməklə onların aktiv və passivləri Agentliyə ötürülmüşdür. Eyni Fərmanla Agentliyin Nizamnaməsi təsdiq olunmuşdur. Agentliyin fəaliyyəti üçün Azərbaycan Respublikasının "Energetika haqqında" 1998-ci il (05.12.2023-cü il tarixlində qüvvədən düşüb), "Elektroenergetika haqqında" 1998-cı il (01.01.2024-cü il tarixindən qüvvədən düşüb), "Qaz təchizatı haqqında" 1998-ci il və "Elektrik və istilik stansiyaları haqqında" 1999-cu il (01.01.2024-cü il tarixindən qüvvədən düşüb) qanunlarına dəyişiklik edilərək Agentliyə müvafiq qurumlar tərəfindən haqq ödənilməsi üçün hüquqi baza yaradılmış, Energetika Nazirliyi tərəfindən həmin haqların ödənilməsi “Elektrik, istilik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən müəssisələrin Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödədikləri haqqın məbləğinin hesablanması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında" Energetika Nazirliyi Kollegiyasının 5 mart 2018-ci il tarixli, 2 nömrəli Qərarı ilə müəyyən edilmiş, Agentliyin ştat cədvəli və xərclər smetası Energetika Nazirliyinin 1 mart 2018-ci il tarixli, 26 nömrəli Əmri ilə təsdiq edilmiş və Agentlik 2018-ci ilin aprel ayından funksional fəaliyyətə başlamışdır. Nizamnaməsinə uyğun olaraq, Agentlik tərəfindən həyata keçirilən nəzarətin prosedurlarını müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanı ilə "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilmişdir. Agentliyin fəaliyyəti üçün tələb olunan hüquqi və institusional islahatların işlənib-hazırlanması və həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək" layihəsi çərçivəsində müasir beynəlxalq standartlara və qabaqcıl dünya dövlətlərinin təcrübəsinə və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanılaraq aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli, 1750 nömrəli Fərmanının 5.4-cü bəndinin icrası qaydasında Agentliyin əmlakının dəyəri dəqiqləşdirilmiş və 22 may 2018-ci il tarixli, 88 nömrəli Fərmanla Agentliyin Nizamnamə fondu 1000 manatdan 7.914.367,3 manata qaldırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2018-ci il tarixli, 204 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası qaydasında Nazirlər Kabinetinin qərarları ilə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq təsdiq edilmiş (o vaxta qədər SSRİ-də qəbul olunmuş qanunvericilik qüvvədə olub) aşağıdakı qaydalarda Agentliyin texniki nəzarət istiqamətində səlahiyyətləri daha da dəqiqləşdilrilmişdir: elektrik qurğularının quraşdırılması qaydası elektrik və istilik qurğularının texniki istismar qaydası elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydası; elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası; yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydası. Agentliyin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 filialı fəaliyyət göstərir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. == Tarix == Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qaçqınlar məsələsi — XX əsrin əvvəllərində erməni millətçilərinin azərbaycanlılara qarşı dəfələrlə törətdikləri soyqırımları nəticəsində yaranmış və beynəlxalq səciyyə kəsb etmiş problem. == Baş vermiş hadisələr == 19-cu əsrin əvvəllərindən başlayaraq çar Rusiyası tərəfindən cənubi Qafqaza — Azərbaycan torpaqlarına köçürülmüş ermənilər yerli aborigen əhali olan azərbaycanlılara qarşı aramsız kütləvi qırğınlar həyata keçirmiş, onları öz ev-eşiklərindən məhrum etmiş, ata-baba torpaqlarından sıxışdırmışlar. Azərbaycan xalqnın üzləşdiyi belə fəlakətlərdən biri də 1917–1920-ci illərdə baş vermişdir. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, həmçinin Naxçıvan, Qarabağ və digər bölgələrdən didərgin salındılar. 1917–18-ci illərdə təkcə Yeni Bayazid, Eçmiədzin və İrəvan qəzalanndan olan qaçqınların sayı 200 minə çatmış, İrəvan quberniyasında azərbaycanlılar yaşayan 211 kənd viran edilmişdi. Ümumiyyətlə, erməni qəddarlığı və təcavüzü nəticəsində 1918–20-ci illərdə İrəvan, Zəngəzur, Şuşa və Şamaxıdan 300 mindən çox azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanın əlverişli geostrateji mövqedə yerləşməsi, zəngin sərvətlərə malik olması, Birinci dünya müharibəsi zamanı bir-biri ilə döyüşən bloklardakı iri dövlətlərin, Azərbaycana yiyələnmək və buranı həmişəlik olaraq özünün bir quberniyasına çevirmək istəyən Rusiyanın Azərbaycana münasibətdə təcavüzkar siyasəti, Azərbaycan xalqının müsəlman, xüsusilə türk olması və Rusiyanın müstəmləkə siyasətindən narazılığı, ermənilərin "dənizdən-dənizə" "Böyük Ermənistan" yaratmaq kimi sərsəm ideyalarını həyata keçirmək məqsədilə Azərbaycanın əzəli torpaqlarını zəbt etmək arzusu, ümumən, türklərə qarşı düşmən münasibəti, onların öz məkrli niyyətlərini həyata keçirmək üçün böyük dövlətlərin, xüsusilə Rusiyanın əlində alətə çevrilmələri və s. o zaman Azərbaycanın düçar olduğu fəlakətin əsas səbəbləri idi. Azərbaycan xalqının öz doğma yurd-yuvalarından qaçqın düşməsi prosesi Avropa dövlətlərinin cənubi Qafqaza müdaxiləsindən sonra da dayanmadı. Həmin dövrdə təkcə İrəvan quberniyasından şərqi Azərbaycana 150 mindən çox qaçqın gəlmişdi.
Azərbaycandakı məscidlərin siyahısı
Azərbaycandakı məscidlərin siyahısı - Azərbaycan Respublikasında 2 mindən çox məscid mövcuddur. Sovetlərin son dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu, 1990-cı ildən Azərbaycanda minə yaxın məscid inşa olunmuşdur. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb. 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunmuş, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılmış, 16 məscid yenidən qurulmuşdur. == Tarix == Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. 1943 Tehran konfransından sonra Stalinlə əldə edilmiş razılaşmaya əsasən SSRİ ərazisində bir sıra dini məkanların açılmasına icazə verildi. Bununla əlaqədar Bakıda da Təzə Pir məscidi və Göy məscidin fəaliyyəti bərpa edildi.
Azərbaycanın ərazi və suverenlik məsələlərinin xronologiyası
Azərbaycanın ərazi və suverenlik məsələlərinin xronologiyası — 1918-ci ildən etibarən Azərbaycanın hərbi və diplomatiya yolları vasitəsilə iddia etdiyi əraziləri nəzarətinə götürməsi, həmçinin bu ərazilərdə suverenliyini bərpa etməsi ilə bağlı hadisələrin xronologiyası. == Azərbaycan Milli Şurası == == Azərbaycan Xalq Cümhuriyyəti == == Sovet Azərbaycanı == == Müasir Azərbaycan Respublikası == == İstinadlar == == Mənbə == Goff, Krista A. (2021). Nested Nationalism: Making and Unmaking Nations in the Soviet Caucasus. Cornell University Press. ISBN 978–1501753299. Göyüşov A ., 1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000; Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament. Stenoqrafik hesabatlar, c.l, B., 1998. Jiroxov, Mixail. Семена распада.
Azərilərin məskunlaşması
Azərbaycanlıların tarixi məskunlaşma əraziləri — azərbaycanlıların Qafqazda və Orta Şərqdə tarixən yaşadığı ərazilər. Hal-hazırda azərbaycanlılar əsas olaraq Azərbaycan Respublikasında, İranda (Cənubi Azərbaycan), Qafqazda (Borçalı və Dağıstan) və Türkiyədə (İğdır və Qars illəri) yaşayırlar. Azərbaycan geomədəni regionunda Azərbaycan mədəniyyəti (Memarlıq, təsviri sənət, kino, mətbəx, milli rəqslər, milli geyimlər, ədəbiyyat, musiqi, mifologiya və teatr sənəti) və dili (Əlifba, orfoqrafiya və dialektlər) inkişaf etmişdir. == Tarixi yurdlar == === Azərbaycan Respublikası === Azərbaycanlılar Azərbaycan əhalisinin əksəriyyətini təşkil edir. The World Factbook təşkilatının verdiyi məlumata görə 1999-cu ildə Azərbaycan əhalisinin 90.6%-i azərbaycanlılardan ibarət idi. 2009-cu ildə keçirilən Azərbaycan əhalisinin siyahıyaalınmasına əsasən Azərbaycan Respublikasında 8,172,809 azərbaycanlı (ölkə əhalisinin 91.6%-i) yaşayırdı. === İran === İran azərbaycanlıları və ya cənubi azərbaycanlılar İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılardır. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 15–35 milyon arasındadır, bu isə İran əhalisinin 18%–50%-ni təşkil edir. 1957-ci ildə Moskvada nəşr edilmiş "Ön Asiya xalqları" kitabında 1956-cı il üçün verilən ehtimala əsasən "bütün İranda təxminən 4,000,000 nəfərədək etnik azərbaycanlı yaşayırdı." Bundan əlavə tayfa bölgüsünü saxlamış, köçəri və yarım köçəri həyat sürən və dil həmçinin mədəniyyət baxımından azərbaycanlılara yaxın olan tayfalara mənsub əhalinin sayı isə təxminən 700,000 nəfər (400,000 əfşar, 180,000 şahsevən, 75,000 qaradağlı 25,000 qacar və 20,000 qarapapaq) idi. İran azərbaycanlıları əsasən İranın şimalında, qərbində və şərqində yaşayırlar.
Ağa Məsih Şirvani
Ağa Məsih Şirvani (Şamaxı – 1766, Şamaxı) — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Sultan Məcid Qənizadənin ulu babası == Həyatı == Ağa Məsih Şirvani Şamaxı yaxınlığında yerləşən Dədəgünəş kəndində doğulmuşdur. Muasirlərindən Nişat Şirvani və Zülali ilə dostluq etmişdir. Məsih Şirvani Zülalini özünə ustad seçmişdir. Deyişmələrindən yalnız "Verir" rədifli şeiri dövrümüzədək gəlib çatmışdır. Qəzəl, müəşşər və müxəmməslərində Məhəmməd Füzuli və Nişat Şirvaninin təsiri duyulur. Aşıq ədəbiyyatının təsiri ilə qoşmalar yazmışdır. Ağa Məsih Şirvaninin yaradıcılığında tarixi mənzumələr əhəmiyyətli yer tutur. Bizə gəlib çatmayan "Şahnamə" adlı əsəri Fətəli xana həsr olunmuşdur. Əhməd xan Şahsevənin 1749-cu ildə Şirvana basqınından bəhs edən mənzumələri XVIII əsr Azərbaycan ictimai siyasi həyatından bəhs edir.
BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı
UNESCO (UNESCO — United Nations Educational, Scientific and Cultural Organization) – Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Təşkilat 16 noyabr 1945-ci ildə yaradılmışdır, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir. UNESCO-nun nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilmiş, 4 noyabr 1946-cı ildə qüvvəyə minmişdir. Hal-hazırda dünyanın 194 ölkəsi bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. Ali orqanı sessiyaları iki ildən bir çağırılan konfransdır. 1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir. Bu Təşkilatın Nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkən nümayəndəsinin qatıldığı toplantıda qəbul edilmişdir.
Bakı məscidi
Bakı məscidi və ya Kriuşi məscidi — 1907-1909-cu illərdə Həştərxanda tikilmiş məscid. Sovet hakimiyyəti dövründə məscidin minarəsi dağıdılıb və müxtəlif illərdə onun binası anbar və mədəniyyət evi kimi istifadə edilib. 2002-ci ildə Həştərxandakı Azərbaycan diasporunun səyi ilə məscid yenidən restavrasiya edilib və Azərbaycan icmasının istifadəsinə verilərək Bakı məscidi adlandırılıb. Məscid Həştərxanda Bakinskaya küçəsində yerləşir. == Haqqında == Arxiv məlumatlarına əsasən 1903-cü ildə 238 nəfər Həştərxan sakini toplaşaraq Kriuşi bölgəsində 1897-ci ildən fəaliyyət göstərən və yerli sakin Nijemetdinovun ərazisində yerləşən dua evinin yerində məscid tikmək qərarına gəlirlər. 1907-ci ildə Həştərxan quberniya idarəsi 2-ci Bakaldinskiy küçəsində Nijemetdinovun vəsiyyət etdiyi ərazidə daş məscidin tikintisinə icazə verir. May ayında məscidin mollası da təyin edilir. 1907-ci ilin iyun ayında başlanan tikinti 1909-cu ildə yekunlaşır. Məktəbin nəzdnində qadın və kişi məktəbləri fəaliyyət göstərib. 1938-ci ildə sovet hakimiyyəti dövründə məscid bağlanır və binadan anbar kimi istifadə edilir.
Fəs
Fəs — kişi baş geyimi. Adı Mərakeşin Fəs şəhərindən götürülmüşdür. Osmanlı İmperiyası və ondan asılı olan ölkələrin şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tünd rəngli fəs qoyurdu. Fəs kəsik konus formasında astarlı olur, yuxarı kəsiyə rəngli saplardan 10—15 sm uzunluqda qotaz bənd edilirdi. Mahud və digər qiymətli parçalardan tikilirdi. Əyanlara məxsus fəslərin qotazları qiymztli qaş və muncuqlarla bəzədilirdi. 1826—1925 illərdə qara qotazlı qırmızı fəs Türkiyədə məmur və əsgərlərin rəsmi baş geyimi olmuşdur.
MCS
MCS rep grupudur .(17.02.2014) tarixində qurulmuştur == Haqqında == Mcs mənası Millətim Cəmiyyətim Siyasətim deməkdir əslində ən başda grubu quran Əsədli Elvin-Məhəmməd öz adı və ən yaxın dostları Səmral və Camalın adının baş hərfinin birləşdirməsindən MCS qoymuşdur. Daha sonra bunun mənasız olduğunu düşünərək Millətim Cəmiyyətim Siyasətim sözlərini uyduraraq MCS adını dəyişməmişdir. MCsin baş mövzuları xalqın çətin vəziyyəti gündəlik çətinliklər ləkəli siyasət mövzuları olmuşdur. Hər zaman xalqın yanında olmuş MCS qurulduğu tarixdən fəaliyyət dövründə hər zaman xalqın yanında olacağına insanlıq adına işlər görəcəyinə söz vermişdir. MCS ilk track'i 2015 ildə yayımlanmışdır. MCSin üzvlərindən ən çox bilinəni Röyal Ramazanov və Əsədli Elvin-Məhəmməd olmuşdur. MCS özü ilə birlikdə yeni bir anlayış Küçə Ədəbiyyatı anlayışını gətirmişdir. Küçə Ədəbiyyatı insanların ağır vəziyyətini görərək onlara yol gösdərməyə çalışan bir cəmiyyətdir. Gəncləri səhv yoldan ayırıb düz yola yenidən qaytarmağa çalışan insanlığı həmişə vacib bir amil kimi göstərən küçə ədəbiyyati bu sözlərilədə tanınır "Bizə yaşamaq üçün tiryək yox kitab lazımdır".
MLS
Major League Soccer (MLS) — ABŞ Futbol Federasiyası tərəfindən icazəsi verilən, kişilər arasında keçirilən peşəkar futbol liqasıdır. Bu liqa ABŞ və Kanadada futbol üzrə ən yüksək səviyyəli liqa hesab olunur.
MMS
Multimedia mesaj xidməti (ing.Multimedia Messaging Service, ru.служба мультимедийных сообщений) - şanvari rabitə şəbəkələrində multimedia məlumatlarının (görüntülərin, melodiyaların, video materialların) ötürülməsi sistemi. EMS xidmətinin inkişaf etdirilmiş variantıdır. Məlumatları təkcə mobil telefona deyil, həm də elektron poçta göndərməyə imkan verir. MMS məlumatının ölçüsü 999 kilobaytadək ola bilər (MMS 2.0 standartı). Mobil rabitə operatoru göndərilən məlumatın ölçüsünə öz məhdudiyyətini qoya bilər. Bəzi mobil telefonlarda MMS-in ölçüsü 100 kilobaytdan artıq ola bilməz. Bu məlumatda fotoqrafiya və ya sürəkliliyi təxminən 10 saniyə olan 3GP formatlı video yerləşdirmək olar, yaxud da müxtəlif formatlı (MIDI, MP3, MMF – Synthetic Music Mobile Application Format) kiçik melodiyalar və ya diktofon yazıları göndərmək olar. MMS məlumatı iki hissədən ibarətdir. Məlumatın özü telefon operatorunun xüsusi WAP-serverində saxlanır. İkinci hissə – xüsusi SMS məlumatı isə alan şəxsin telefonuna göndərilir.
Mis
Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element. Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pul və silah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdə və bürünc heykəltaraşlığında istifadə edilir. Bürünc də mis tərkiblidir. Kənd təsərrüfatında su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30–230 mq-a qədər olur.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Mes körpüsü
Mes körpüsü (alb. Ura e Mesit) Albaniyada Şkoderin 5 km şimal-şərqində, Mes kəndində yerləşən körpü. Ölkənin önəmli turistik yerlərindən biridir. Körpü 1770-ci illərdə Qara Mahmud paşa tərəfindən tikdirlmişdir. Körpü Kir çayının iki sahilini birləşdirir.
Səs
Səs — tezliyi 16 Hs-lə 20000 Hs arasında olan mexaniki dalğalar. Səs bütün dalğalar kimi amplituda və tezliyə malikdir. Hesab edilir ki, insan üçün 16 Hs-dən 20 kHs-ə qədər diapozondakı dalğalar eşitmə duyğusu yaradır. İnsanın eşitmə qabiliyyətindən aşağı səsə infrasəs, 1 QHs-dən yuxarı səsə isə hipersəs deyilir. İnsanın şifahi danışığı fonetik, danışıq və fonemdən ibarətdir. Musiqi səslərindən isə musiqi yaranır. == Səsin sürəti == Səsin sürəti orta dalğasının ötdüyü materiyanın əsas xassəsindən asılıdır. Səsin sürəti elastiklik modulunun (λ) sıxlığa (ρ) olan nisbətinin kvadrat kökü ilə tərs mütənasibdir. Bu fiziki xassələr və səsin surəti ətraf şəraitdən aslı olaraq dəyişir. Misal üçün, qazdan ötən səsin surəti onun temperaturundan asılı olaraq dəyişir.
Artur Mas
Artur Mas (kat. Artur Mas i Gavarró; 31 yanvar 1956, Barselona) — Kataloniya əyalətinin 129-cu prezidenti.
Bəs-Normandi
Aşağı Normandiya (fr. Basse-Normandie) - Fransanın şimal-qərbində bir bölgədir. Ərazisinin sahəsi 17 589 km² təşkil edir, sahilin uzunluğu 470 kilometrdir. Meşələrin sahəsi 192 000 hektar təşkil edir.
Cornus mas
Adi zoğal (lat. Cornus mas) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. Zoğal cinsinin 4 növü məlumdur ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, Orta Asiyada, Moldaviyada bitir. Azərbaycanda, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə ağacları arasında da tək-tək bitir. Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəkləyir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı və sentyabrda yetişir. Meyvələri yumru, oval, armudaoxşar və silindrik olur.
Fəs (şəhər)
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Fəs şəhəri
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Kasia Mos
Katarjina "Kasia" Mos (pol. Katarzyna "Kasia" Moś, d. 3 mart 1987, Ruda Slyoska, Polşa) — Polşa müğənnisi, bəstəkarı və rəqqasəsi. O, 2011-ci ildə Amerikanın məşhur The Pussycat Dolls qrupunun üzvü olmuşdur. 2012-ci ildə Kasia Polşanın Must Be the Music musiqi yarışmasında iştirak edərək, üçüncü yeri qazanmışdır. Müğənni "Flashlight" mahnısı ilə Polşanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Kasia Mos 3 mart 1987-ci ildə Polşanın Ruda Slyoska şəhərində, Aukso orkestrinin dirijoru Marek Mosun ailəsində dünyaya göz açmışdır. Erkən yaşlarından musiqi ilə maraqlanan Kasia Polşanın Bıtom şəhərində yerləşən Frederik Şopen adına musiqi məktəbində təhsil almış və orada violonçel və pianoda ifa etməyi öyrənmişdir. O eyni zamanda Katovitse şəhərində yerləşən Karol Şımanovski adına musiqi akademiyasında caz və müasir musiqi janrında təhsil almışdır. Musiqi karyerasına başlamazdan öncə Kasia 15 yaşında ikən vokal dərsləri almağa başlamışdır.
Meqahers, MHs
Meqahers, MHs (ing.megahertz (MHz), ru. мегагерц, МГц) — saniyədə 1 milyon dövrəyə (CYCLE) bərabər olan tezlik ölçüsü vahidi. Mikroprosessorların takt tezliyi (CLOCK RATE) adlandırılan sürəti meqaherslə ölçülür. Məsələn, 200 MHs tezliklə işləyən mikroprosessor saniyədə 200 000 000 dövr yerinə yetirir. Hər bir kompüter komandası müəyyən sayda dövr tələb edir, ona görə də takt tezliyi mikroprosessorun bir saniyədə neçə əməliyyat yerinə yetirə biləcəyini müəyyən edir. Bu isə mikroprosessorun nə qədər güclü olmasını göstərir. Mikroprosessorlar kimi, şin və interfeyslərin də sürəti meqaherslə ölçülür. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sərbəst mis
Sərbəst mis – Cu — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Qızıllı mis (2-3 %-dək Au), vitneit (3 %-dək As) == Xassələri == Rəng – misi-qırmızı, çox vaxt əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – misi-qırmızı, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 8,5-9,0; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqşəkilli, tikanlı; Başqa xassələr – çox döyülən və uzanandır, yaxşı elektrik keçiricisidir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; heksaedrik və heksaoktaedrik; İkiləşmə: {111} üzrə təmas ikiləşmələri; Mineral aqreqatları: bütöv kütlələr, lövhəciklər, yastı və həcmi dendritlər, püruzlar, məftil şəkilli, çox vaxt burulmuş-məftilvari əmələgəlmələr, tozabənzər kütlələr, konkresiyalar, ağac üzrə, həmçinin kuprit, xalkozin və digər minerallar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Reduksiyaedici şəraitlərdə kristallaşır. Hipogen mis, əsas etibarilə, hidrotermal proseslərdə əmələ gəlir və əsasi süxurların (bazaltların) badamcıqlarını, boşluq və çatlarını doldurur, sement kimi konqlomeratlarda qeyd edilir. Hidrotermal mənşəli sərbəst misin ən iri yığınları Kivino yarımadasının (ABŞ-nin Miçiqan ştatında Yuxarı göl) effuzivləri içərisində yerləşir. Burada çəkisi 450 tona yaxın olan nəhəng külçə aşkar edilmişdir. Maqmatik mənşəli sərbəst misin kiçik dənələri bəzən əsasi və ultraəsasi süxurlarda qeyd edilir. Mis filizi yataqlarının oksidləşmə zonalarının aşağı hissələrində ilkin mis minerallarının dəyişilmə məhsulu kimi əmələ gələn hipergen mənşəli sərbəst mis ən geniş yayılmışdır.
Səs (1993)
Səs (dəqiqləşdirmə)
Səs
Səs (qəzet)
"Səs" qəzeti — 1991-ci il yanvarın 11-dən Azərbaycanda nəşr olunan qəzet. Hal-hazırda Səs Media Qrupa daxildir. == Yaranma tarixi == "Səs" qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir. == Fəaliyyəti == Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub.
Səs Azərbaycan
Səs Azərbaycan — Dünyanın 50-dən çox ölkəsində yayımlanan The Voice televerilişinin lisenziyalı Azərbaycan versiyası. Azərbaycan Televiziyası ilə yayımlanıb. Şounun aparıcısı Tural Əsədovdur. Şounun ilk mövsümünün yayımına 2015-ci ildə başlanılmışdır. == Sezon 1 2015/2016 == === Münsiflər === Səs Azərbaycan şousunun münsiflər heyəti 22 sentyabr 2015-ci il tarixində bəlli oldu. Münsiflər heyətinə Azərbaycanın xalq artistləri Faiq Ağayev və Mübariz Tağıyev ilə yanaşı əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva da daxildir.Səs Azərbaycanın ilk mövsümünün qalibi Mübariz Tağıyevin komandasından olan Emiliya Yaqubova oldu. İkinci yer Faiq Ağayevin komandasından Hüseyn Abdullayev, üçüncü yer Tünzalə Ağayevanın komandasından Samirə Əfəndiyeva və dördüncü yer isə Manananın komandasından Səmra Rəhimli oldu. === Kastinqlər === === "Görmədən dinləmələr" turu === Qaydalar Şounun münsiflər heyəti "Görmədən dinləmələr" turu zamanı öz komandalarını formalaşdıracaq. Bu turun mahiyyəti ondan ibarətdir ki, münsiflər ifaçıların səsini eşitsələr də, onları görə bilməyəcəklər. Bu dinləmələrdən sonra 4 komanda formalaşacaq.
Səs sürəti
Səs sürəti — havada, dəniz səviyyəsində və 21 °C temperaturda 343,2 m/s və ya 1235,5 km/saata bərabərdir. Səs sürəti tezliklə əlaqədar olaraq dəyişmir, hər tezlikdə səs eyni sürətdə hərəkət edir. Havanın temperaturuna, sıxlığına görə səsin yayılma sürəti dəyişir. Soyuq havada səs sürəti dəyişir. Soyuq havada səs sürəti aşağı düşür. Səs isti havadan soyuq havaya keçərkən yayılma istiqamətini dəyişdirir. Səsin havadakı sürəti təxmini olaraq aşağıdakı düstur ilə hesablanır: c h a v a = ( 331 . 5 + ( 0 . 6 ⋅ ϑ ) ) m s − 1 {\displaystyle c_{\mathrm {hava} }=(331{.}5+(0{.}6\cdot \vartheta ))\ \mathrm {ms^{-1}} \,} Düsturdakı ϑ {\displaystyle \vartheta \,} (teta) istiliyin Selsi (°C) şkalası ilə ifadəsidir. Hər hansı bir sahədə külək arxadan əsərsə səs yerə doğru istiqamətlənir.
Səs telləri
Səs bağı (lat. ligamentum vocale) — qırtlağa məxsus bağ. Elastik konusu təşkil edən liflərdən bir dəstəsi həqiqi səs büküşlərində yerləşir ki, bunu da səs bağı adlandırırlar. Bu bağ elastiki liflərdən təşkil olunaraq qalxanabənzər qığırdaqdan başlayır və çalovabənzər qığırdağın səs çıxıntısına bağlanır.
Səs tembri
Tembr (fr. timbre) — səsin "rəng"i, musiqi səsinin gurluğu, yüksəkliyi və notun uzunluğu ilə yanaşı əlamətlərindən biri.Tembr səsin çalarıdır, eyni yüksəkliyə malik iki səsi fərqləndirməyə imkan verir. Tembrə görə biz musiqi alətlərinin səslərini fərqləndiririk, tanış adamların səsini tanıyırıq. Tembr ikinci subyektiv qiymətləndirmədir. Səsin tembri obertonlar çoxluğu ilə təyin olunur. Bu və ya digər səsə məxsus obertonların müxtəlif sayı ona xüsusi çalar – tembr verir. Bir tembrin digərindən fərqi təkcə obertonların sayı ilə deyil, onların intensivliyi ilə də şərtlənir. Tembr səs tezliklərinin hansı oblastlarında oberton toplularının (formantların) yaranmasından da asılıdır. Tembrinə görə eyni gurluqlu və not uzunluqlu səsləri fərqləndirirlər. Səsin tembri səsin rəngi deməkdir.Yəni ki, eyni yüksəkliyə, eyni ucalığa malik olan səslərin bir birindən fərqlənməsidir.Səs tembrinin əsas keyfiyyəti onun xarakterindən asılıdır.
Səs tipi
Səs tipi — insanın səs aralığını təyin edən bir qavramdır. Səs tipi qadınlarda və kişilərdə olmaqla ikiyə ayrılır.
Səs altı
Subsonik və ya Səs altı, Aerodinamikada səs sürətindən aşağı sürətləri ifadə etmək üçün istifadə olunan termindir (təxminən Mach 0 - 0.8). Həm də yavaş uçan təyyarələrə subsonik təyyarələr deyilir. Republic F-84 Thunderjet buna nümunədir.
AES
Atom elektrik stansiyası — bir və ya daha çox nüvə reaktorunun yanacaq olaraq radioaktiv maddələri istifadə edərək elektrik enerjisi hasil etdiyi təsisat. Radioaktiv maddələr istifadə edildiyinə görə digər elektrik stansiyalarından fərqli olaraq AES-lərdə daha güclü təhlükəsizlik tədbirləri həyata keçirilir.
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Keş
Keş yaddaş (ing. cache) — prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır. ən güçlü prossessor İ7 dir. Əsasən onu təmizləyərək yaddaşı artırırlar. Bu zaman heç bir şey silinmir əksinə yenilənir Əməli yaddaşa müraciəti sürətləndirmək, kompüterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir. Kompüterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompüterin işləmə sürəti də artmış olur.
MET
Budapeşt Metropolitan Universiteti (azərb. Budapeşt Metropolitan Universiteti"‎, mac. "Budapesti Metropolitan Egyetem", ing. "Budapest Metropolitan University") və ya qısaca Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Tələbələrin sayı 6000 yaxındır. Unversitet, 2005-ci ilin yazında Erasmus Universitet nizamnaməsi ilə təltif olunub. Universitetdə biznes, marketinq, incəsənət, mediya, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.Universitetin dörd kampusu var: üç kampus Budapeştdə, biri isə Macarıstanən cənubundə yerləşən Hödmezörveşerhey (Hódmezővásárhely) bölgəsindədir. == Tarixi == 2000-ci il – Buapeşt Kommunikasiya Kollecinin əsası qoyuldu və ona dövlət akkeditasiyası verildi. Kollec, ali təhsil, böyükləriüçün təhsil və mütərəqqi peşə təhsil kurslarını beynəlxalq və Avropa Birliyi standartları əsasında tədbiqi rabitə və biznes elmləri sahələrində 2001-ci ildən bəri təmin etməyə başladı.
MeV
Elektron volt (eV) hissəciklər fizikasında istifadə olunan enerji vahididir. Hissəciklər fizikasında kütlə də elektron volt vasitəsilə ifadə olunur. Vahid 1912-ci ildə təklif edilmişdir, 1930-cu ildən istifadə olunur. Fizikada, kimyada və səhiyyədə istifadə olunur. == eV enerji vahidi kimi == Elektron x volt potensiala malik yerdən (x+1) volt potensiala malik yerə hərəkət etdikdə (və ya sürətləndikdə) elektronun qazandığı potensial enerji 1 elektron volt olur. 1 elektron volt= 1.602 176 565(35) × 10−19 coul Vahid çox kiçik olduğundan onun daha yüksək dərəcələrindən istifadə edilir: keV — (kilo yunan khilioi — min) — 103 elektron volt MeV — (meqa yunan megas — böyük) — 106 elektron volt GeV — (giqa yunan gigas — giqant) — 109 elektron volt TeV — (tera yunan teras — monstr) — 1012 elektron volt == eV/c2 kütlə vahidi kimi == Elektron volt vahidi enerji ilə yanaşı kütlə üçün də işlənir. Bu A. Eynşteynin (A. Einstein) E =mc2 formulundan alınır. Bu formulaya görə enerji kütlə ilə işıq sürəti kvadratının hasilinə bərabərdir. E = m ∗ c 2 {\displaystyle E=m*c^{2}} Buradan m = E / c 2 {\displaystyle m=E/c^{2}} Beləliklə 1 eV/c2 = 1.782 661 845(39) × 10−36 kg Məsələn, protonun kütləsi 938.272 046(21) MeV/c2 və ya 1.672 621 777(74)×10−27 kg Bəzən fizikaya aid ədəbiyyatda kütləni elektron volt ilə ifadə edəndə vahidin c2 hissəsi nəzərə alınmır. Belə ki, protonun kütləsi 938.272 046(21) MeV kimi də yazıla bilir.
Mem
Mem (ing. meme, ru. мем) -bir nəsildən başqa nəsilə genetik olaraq deyil, imitasiya, öyrətmə yoluyla ötürülən mədəni informasiya. "Mem" termini yunan dilindəki μίμημα ("oxşarlıq") sözündəndir. Mem anlayışı və onun konsepsiyası 1976-cı ildə Riçard Dokinz (Richard Dawkins) tərəfindən "Eqoist gen" kitabında işlənib. İnternetdə bu termindən, adətən, çox sürətlə populyarlıq qazanan sözü, ifadəni, görüntünü bildirmək üçün istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Men
Men (ing. Maine (/meɪn/)) - Şimal-şərqi ABŞ-nin ən şimal ştatı. 50 ABŞ ştatından Men ərazisinə görə ən kiçik 12-ci, ən az əhalisi olan 9-cu və ən az əhali sıxlığına malik 13-cüdür. Yeni İngiltərədə yerləşir, qərbdə Nyu-Hempşir, cənub-şərqdə Atlantik okeanı və şimal-şərqdə və şimal-qərbdə müvafiq olaraq Nyu-Bransuik və Kvebek adlı Kanada əyalətləri ilə həmsərhəddir. Men başqa bir tək ştatla həmsərhədd olan yeganə ştatdır, kontinental ABŞ-nin ən şərqidir və Böyük göllərin şərqindəki ən şimal ştatdır. Men nahamar, qayalı sahil xətti, alçaq, dərəli-təpəli dağları, sıx meşəli daxili və mənzərəli su yolları, həmçinin dəniz məhsulları mətbəxi, xüsusən də omar və molyusk ilə tanınır. Ştatın əksər hissəsində, o cümlədən sahilyanı ərazilərdə rütubətli kontinental iqlim mövcuddur. Men ən çox əhaliyə malik şəhəri Portlend, paytaxtı Oqastadır. Min illər boyu yerli xalqlar indiki Men ərazisinin yeganə sakinləri idi. Avropalılar indiki Menə gəldiyi zaman ərazidə bir çox Alqonkin dilli xalq yaşayırdı.
Merş
Merş -(lüksemb. Miersch, alm. Mersch‎, fr. Mersch)-Lüksemburq krallığının kantonu. Eyni adlı əyalət daxilində yerləşir. Belə ki, bu kantona 11 kommun daxildir.
Mest
Mest (Farsca: مست) erkək fillərdə görülən ve həddindən artıq təcavüzkar davranışlar ilə birlikdə testosteron hormonunun yayılmasında artım görünən periodik dövrdür. Testosteron normalın 60 qatı qədər arta bilər. Ancaq bu hormon artmasının mest dövrünün tək səbəbi olduğu ya da yalnızca faktorlardan biri olduğu tam olarak müəyyən edilə bilmir. Ən itaətli fillərin belə mest dövründə insanlara və digər fillərə qarşı həddindən artıq təcavüzkar olması bu vəziyyətdən çıxana qədər ayrılmalarını və izolə edilmələrini tələb etdiyi üçün elmi araşdırma etmək çətinləşir. Dişi fillər mest dövrünü keçirmirlər.
Mets
Mets (fr. Metz) — Fransa Respublikasında Lotaringiya bölgəsində respublika tabeli şəhər. == Tarix == Bir çox orta əsrlərə aid və 15–16-cı illərə aid olan "Alman qapıları" bu ərazidə yerləşir. 511-ci ildə "Avstraziya"nın paytaxtı olmuşdur. 1871–1919-cu illərdə Almaniya imperiyasının idarəsi altında olub. == İqtisadiyyat == Heyvandarlıq, kağız, ayaqqabı, silah mərkəzləri şəhərin əsas iqtisadi strukturunu təşkil edir.
Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı == Ümumi məlumatlar == Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Məşq
Məşq (ing. Training) — Bilik, bacarıq və sosial münasibətləri inkişaf etdirməyə yönəlmiş fəal təlim metodu. Məşq, ünsiyyətdə şəxsiyyət və peşə davranışının səriştəsini inkişaf etdirmək məqsədi daşıyan interaktiv bir təhsil formasıdır. Təlimə müxtəlif baxımından təhlil edilə bilər: Müsbət möhkəmləndirmənin köməyi ilə lazımi davranış nümunələri formalaşan və mənfi möhkəmləndirmənin köməyi ilə "arzuolunmazlar" "silinən" xüsusi bir təlim forması kimi; Məqsədi biliklərin ötürülməsi, müəyyən bacarıqların inkişafı olan fəal təlim forması kimi; İştirakçıların özünün zəif yanlarını ifşa etməsinə şərait yaratmaq və öz psixoloji problemlərini həll etmək üçün müstəqil axtarış metodu kimi. == Tarixçəsi == Məşqin inkişaf tarixi, təhsilin inkişaf tarixi kimi, min illərə malikdir. Təlimdən ilk istifadə edənlərdən biri 1912-ci ildə Deyl Karnegi Treninq şirkətini quran Deyl Karnegi idi. Bu mərkəzdə ictimai nitq bacarıqlarının inkişafı, özünə inam, insanlar arasında qarşılıqlı əlaqə və s. mövzusunda təlimlər keçirildi və hələ də davam edir. Məşhur sosial psixoloq Kurt Levin də təlim forması olaraq təlimə mühüm töhfə verdi. 1946-cı ildə K. Levin və həmkarları ünsiyyət bacarıqlarını artırmaq məqsədi ilə təlim qrupları qurdular.
İES
İstilik elektrik stansiyası (İES) ― üzvi yanacağın (neft, qaz, daş kömür, biokütlə və s.) enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyadır. == İstilik elektrik stansiyaların tipləri == İES-lər aşağıdakı amillərə görə bir-birindən fərqlənirlər. === Buraxılan enerjiyə görə === Bu əlamətə görə İES-lər kondensasiyalı elektrik stansiyası (KES) və istilik elektrik mərkəzlərinə (İEM) ayrılırlar. KES-lərdə kondensasiyalı turbinlər qoyulur və ancaq elektrik enerjisi istehsal edirlər. KES-lərdən fərqli olaraq İEM-lər tələbatçıları həm elektrik enerjisi, həm də ki, istilik enerjisi (buxar və isti su) ilə təmin edirlər. Belə stansiyalarda təzyiqə görə tənzimləmə ayrımı olan kondensasiyalı turbinlər və yaxud da əks təzyiqli turbinlər qoyulur. İstilik tələbatına görə İEM-lər sənaye tipli, istiləşdirmə tipli və sənaye-istiləşdirmə tipli istilik elektrik mərkəzlərinə ayrılırlar. İES-lərdə istehsal olunan elektrik enerjisinin təxminən 2/3 hissəsi KES-lərdə və 1/3 hissəsi isə İEM-lərdə hasil edilir. === İES-lərdə qoyulan turbinlərin tiplərinə görə === Bu əlamətə görə İES-lər buxar turbinli, qaz turbinli və buxar-qaz turbinli stansiyalara ayrılırlar. Buxar turbinli stansiyalardakı turbinlərin gücü 150 (160), 200 (210), 300, 500, 800 və 1200 MVt olur.
Meq
Meq(ing. The Meg) — Din Georqaris, Con Höber və Erix Höberin ssenarisi əsasında Con Turteltaubun rejissorluğu ilə çəkilmiş 2018-ci il elmi fantastika filmi. Stiv Altenin 1997-ci ildə yazdığı "Meg: A Novel of Deep Terror" romanı əsasında çəkilib. Filmdə baş rolları Ceyson Stethem, Li Binqbinq, Rainn Vilson, Rubi Rouz, Uinston Çao və Kliff Körtis canlandırıb. Süjetdə bir qrup elm adamı Sakit Okeanın dibində xilasetmə missiyası apararkən 75 fut uzunluğunda (23 m) meqalodon köpəkbalığı ilə qarşılaşır. Walt Disney Studios ilk olaraq 1990-cı illərdə romanın film hüquqlarını aldı, lakin inkişaf cəhənnəmində illərin sərf etdi. Filmin hüquqları sonda Warner Bros. Pictures-ə keçdi və filmin çəkilməsinə icazə verildi. Turteltaub və aktyor heyətinin əksəriyyəti 2014-cü ilin sentyabrında filmə qoşuldu və çəkilişlər Yeni Zelandiya və Çinin Sanya şəhərində başladı və 2017-ci ilin yanvarında başa çatdı. Meq ABŞ-də 10 avqust 2018-ci ildə nümayiş olundu.
Men Tıva men
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir. Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Kick avec mes Nike
Kick avec mes Nike - "Busta Flex"in birinci maksisi.
Mes que un club
Mes que un club (azərb. Bir klubdan daha artıq‎) – İspaniyanın "Barselona" futbol klubunun rəsmi şüarı. Şüar "Barselona" klubunun ev oyunlarını keçirdiyi Kamp Nou stadionun tribunalarında öz əksini tapmışdır. Şüar klubun sadəcə bir futbol klubu olmadığını, Kataloniya mədəniyyətini və mübarizəsini təmsil etdiklərini bildirmək üçün işlədilir. == Tarixi == İkinci İspaniya Respublikası dövründə klub prezidenti Xosep Sunol klubu ölkənin idman və mədəniyyət həyatı ilə birləşdirmək üçün "İdman və vətəndaşlıq" şüarından istifadə etmişdir. Lakin bu şüar klubun daimi şüarı olmamışdır. İndiki şüarın tarixi 1933-cü ilə kimi uzanır. 1933-cü ilin aprelində aid klub məktubunda yazılır: "Belə görünür ki, Barselona bir futbol klubundan daha artıqdır". 17 yanvar 1968-ci ildə "Barselona" klubunun yenicə prezidenti seçilən Narsis de Karreras öz qəbul olunma nitqində "Barselona bir futbol klubundan artıqdır" cümləsini işlətmişdir. Lakin bu ifadə 1973-cü ilə kimi şüar kimi əhəmiyyət qazanmamışdır.
Akkuyu AES
Akkuyu AES (türk. Akkuyu Nükleer Güç Santrali) — Mersin vilayətinin Gülnar ilçəsində Yanisli məhəlləsinin Akkuyu səmtində tikintisi davam edən nüvə stansiyası. İnşasının tamamlanması halında Türkiyənin ilk nüvə enerji stansiyası olacaq. İkitərəfli dövlətlərarası razılaşma nəticəsində Akkuyu yatağı Rusiyanın Atomstroyexport ASM-yə qarşılıqsız təhvil verilmişdir. Rus ictimai şirkəti burada nüvə stansiyası tikərək, əldə edəcəyi elektrik enerjisini 15 illik alış zəmanəti ilə Türkiyə tərəfinə satacaqdır. İstehsalın istismara veriləcəyi tarix 2023 olaraq düşünülür. 1200 MW-lıq dörd modullardan ibarət ümumilikdə 4800 MW'lıq heyəti gücü ilə tək başına Türkiyənin elektrik istehsalının təxminə 6%-ni qarşılayacaqdır. == Tikinti mərhələsi == 14 aprel 2015-ci ildə Türkiyə Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız ilə birlikdə Mersin valisi Özdəmir Çakacak, ROSATOM müdiri Sergey Kiriyenko və Akkuyu Nüvə A.Ş. Baş Menecer Fuad Axundovun da qatıldığı mərasimlə dəniz quruluşları və limanın təməli qoyuldu. Təməl qoyulduqdan sonra Krienkon, Cengiz İnşaatın dəniz quruluşları və limanı 394 milyon dollar qarşılığında tender qazandığını elan etdi. Bünövrənin qoyulma mərasimindən sonra girişdəki dəmir qapı ətraf mühit fəalları tərəfindən qarşısı kəsilmişdir.
Bas (səs tipi)
Bas ( it. basso "aşağı") - səsin müvafiq tessiturasına malik olan ən aşağı kişi səsi. Böyük səs dərinliyi və dolğunluğu ilə fərqlənir. Qədim dövrlərdən bizim dövrümüzə qədər bas səsləri bəstəkarlar tərəfindən istifadə edilir. Xor və nəğmələr üçün bir çox kompozisiyalarda bas partiyası əsasdır. Həmçinin operada bir çox bas partiyaları ifa olunurdu. Baslar dərin bas profundo və melodik bas kantantasına bölünür. Bas diapazonu E-F (böyük oktavanın Mi-si, Fa-sı)-dan e1-g1-ə (Mi, Fa, Fa #, birinci oktavanın Sol-u), keçid notları: a-cis (Kiçik oktavanın La-sı - birinci aktavanın Do-diez-i). == Növlər == Yüksək bas, melodik bas (kantante), F2 (böyük oktavanın Fa-sı) ilə F4 (1-ci oktavanın Fa-sı) və bəzən F4, F#4, G4, Ab4 (Fa-diez, Sol və Birinci oktavanın la-bemolu) iş diapazonuna malikdir. Bu, bəzən bariton tembrini xatırladan yüngül, parlaq səsdir.