Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin və ya alt başlığın məscidlər mövzusunda məlumat əskikliyi olduğuna inanılır. |
Azərbaycandakı məscidlərin siyahısı — Azərbaycan Respublikasında 2 mindən çox məscid mövcuddur.
Sovetlərin son dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha doğrusu, 1990-cı ildən Azərbaycanda minə yaxın məscid inşa olunmuşdur.
Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb.
1993–2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunmuş, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılmış, 16 məscid yenidən qurulmuşdur[1].
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[2]
1943 Tehran konfransından sonra Stalinlə əldə edilmiş razılaşmaya əsasən SSRİ ərazisində bir sıra dini məkanların açılmasına icazə verildi. Bununla əlaqədar Bakıda da Təzə Pir məscidi və Göy məscidin fəaliyyəti bərpa edildi.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |