Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xanoğlan Bayramov
Xanoğlan Bayramov — Sosialist əməyi qəhrəmanı, neftçi. 1933-cü ildə həyata göz açıb 1999-cu ildə dünyasını dəyişən Xanoğlan Bayramov ömrü boyu qurub-yaratmaqla məşğul olub. 66 illik həyatında o qədər ev tikib, qurğu quraşdırıb ki… Başqa inşaatçılardan fərqi isə onda olub ki, torpağın üstündə deyil, suların qoynunda qurub-yaradıb. Dənizdə ağırlığı minlərlə ton olan platformaların quraşdırılması, suyun az qala 300 metr dərinliyində kəmərlərin çəkilməsi bugünümüzün gerçəkliyidir və heç kəsi təəccübləndirmir. 40, 50, 60 il əvvəl isə bunlar möcüzə kimi görünürdü. Onda təkcə Neft daşları vardı. Burada dəniz şəhəri salınırdı, evlər tikilirdi, estakadalar, estakadayanı meydançalar inşa edilirdi. Dəli-dolu dalğaların qoynunda Xanoğlan kimi igidlər xarüqə yaradırdı. == Həyatı == Lerikdə anadan olmuş, Əmircanda səkkizillik məktəbi bitirmiş, sonra peşə təhsili alaraq qaynaqçılığı öyrənmişdi. Hünər göstərdiyi məkan isə Neft daşları olmuşdu.
Xanoğlan Məmmədov
Xanoğlan Sadıq oğlu Məmmədov (13 fevral 1975, Neftçala rayonu – 17 mart 1995, Qazax rayonu) — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xanoğlan Məmmədov 1975-ci il 13 fevral tarixində Neftçala rayonunun Beşdəli kəndində anadan olmuşdur. 1983-cü ildə VIII sinfi bitirib Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olmuş, iki il dülgərlik sənətinin sirlərini öyrənmişdir. 1993-cü ildə hərbi xidmətə yollanaraq, Pirişküldə, Murovdağda xidmət etmişdir. == Döyüşlərdə iştirakı == Xanoğlan Məmmədov bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilir və bir neçə döyüşdə iştirak edir. 1995-ci il martın 15-də Qazax-Afstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məzarı Beşdəli kənd qəbiristanlığındadır. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Xanoğlan Xəlilov
Xanoğlan Şıxəliyev
Qışlaq-i Xanoğlan (Biləsuvar)
Qışlaq-i Xanoğlan (fars. قشلاق خان اوغلان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 80 nəfər yaşayır (21 ailə).
Elgün Xanoğlanlı
Elgün Xanoğlanlı (d.1992, Füzuli ray., Əhmədbəyli k.) — Amerikanın azərbaycanlı çempionu., Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri == Həyatı == Elgün Xanoğlanlı 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə əsgəri xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb. 2016-cı ildə ABŞ-yə dəvət alanadək orada çalışıb. == Fəaliyyəti == === İdman fəaliyyəti === Nyu York şəhərində yaşayan Elgün Xanoğlanlı "Bruklin MMA" idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir. 2001-ci ildən karatenin kyokuşhin növü üzrə idmanla məşğul olub. 2004, 2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu olub. 2009-cu ildə məşğul olduğu idman növünü dəyişərək MMA- qaydasız döyüşə başlayıb. Hərbi xidmətə çağrılanadək Bakıda Şüa idman klubunda məşqlərini davam etdirib, bu idman növü üzrə də müvəfəqqiyyət əldə edərək Azərbaycan çempionu olub.
Xanbulan
Xanbulan — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Hirkan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Xanbulan kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == Oykonim ərazidəki eyniadlı çayın adından yaranmışdır. == Əhalisi == Əhalisi 1441 nəfərdir.
Ağoğlan
Ağoğlan dağı — Laçın rayonu ərazisində dağ. Ağoğlançay — Həkəri (Əkərə) çayının sağ qolu olub Laçın rayonundan axır. Ağoğlan (Laçın) — Laçın rayonunda kənd. Ağoğlan monastırı — Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində bazilika. Ağoğlan qalası — Amaras monastırının yerləşdiyi qala. Ağoğlan piri — Cəbrayıl rayonu Şahvəlli və Əfəndilər kəndindən üç kilometr aralıqda yerləşən pir. Ağoğlan qapısı — Şuşa qalasının üç əsas qapısından biri Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah.
Baloğlan Abbasov
Balaoğlan Abbasov (tam adı: Balaoğlan Mirzağa oğlu Abbasov, rus. Балаоглан Мирзага оглы Аббасов; 15 dekabr 1919, Lənkəran, Lənkəran qəzası – 23 noyabr 1942, Volqoqrad vilayəti) — Azərbaycan-sovet snayperi, baş çavuş, İkinci Dünya müharibəsi iştirakçısı. == Həyatı == Baloğlan Mirzağa oğlu Abbasov 1919-cu il dekabrın 15-də Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. Kənddə ibtidai təhsil aldıqdan sonra Baloğlan 1939-cu ildə ordu sıralarına çağırılıb. Müharibə başlayanda Ukraynada döyüşlərdə yetkinləşdi, snayperlik sənətini səylə öyrəndi. Az müddətdə atıcı alayında ən yaxşı nişançılardan biri oldu. 1942-ci ilin yayında serjant Baloğlan Abbasovu ən mühüm cəbhə olan Stalinqrad şəhərinin müdafiəsinə göndərdilər. Vzvod komandiri təyin olunan Baloğlan Azərbaycan oğulları ilə birgə qəhrəmanlıqla vuruşur, əla snayperçinin atdığı güllələr boşa çıxmırdı. Sərrast atıcı kimi diviziyada ad-san qazanan Baloğlan Abbasov həlledici əks-hücum zamanı 1942-ci il noyabrın 19-da ağır yaralanıb həlak oldu. Stalinqrad cəbhəsi Hərbi Şurasının qərarı ilə müharibə qəhrəmanı kimi Baloğlan Abbasovun adı əbədi olaraq qvardiyaçı diviziyasının şəxsi heyətinin siyahısına daxil edildi.
Baloğlan Bağırov
Baloğlan Bağırov (tam adı: Baloğlan Həbib oğlu Bağırov; 23 yanvar 1966, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ – 29 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1966-cı il yanvarın 23-də Maştağa qəsəbəsində anadan olmuşdur. Azərquş sənaye birliyinin baytarlıq laboratoriyasında işləmişdir. Ailəli olmuş, iki oğlu və bir qızı yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Ad günü olan gün, yanvarın 23-də, saat 16.00-da Tbilisi prospektində benzindoldurma məntəqəsinin yaxınlığında, 1 nömrəli taksimotor parkının yanında hərəkət edən zaman hərbçilər heç bir səbəb olmadan onları atəşə tutmuş, Baloğlan döş qəfəsindən və qarın boşluğundan yaralanmışdır. Xəstəxanaya aparılmış, lakin aldığı xəsarətlərdən yanvarın 29-da xəstəxanada vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn edilmişdir. == Xatirəsi == Yaşamış olduğu Maştağa qəsəbəsində adına küçə var.
Baloğlan Nağıyev
Baloğlan Müdəhətoviç Nağıyev (29 oktyabr 1996; Tomsk, Tomsk vilayəti, Rusiya Federasiyası — 24 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baloğlan Nağıyev 29 oktyabr 1996-cı ildə Rusiya Federasiyası, Tomsk şəhərində anadan olub. Bərdə rayon Güloğlular kənd tam orta məktəbini bitirib. 2014–2015-ci illərdə hərbi xidmətdə olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Baloğlan Nağıyev Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. Müharibə zamanı sanitar təlimatçısı olub. 24 oktyabr 2020-ci ildə döyüşlər zamanı 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur. Bərdə Şəhidlər xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Baloğlan Nağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Baloğlan Rüstəmov
Baloğlan Əmrah oğlu Rüstəmov (1922-2007) — ictimai xadim, İkinci dünya müharibəsinin veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Ümumdünya Müharibə Veteranları Baş Assambleyasının üzvü. 1987-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının sədri olmuşdur. 1994-cü ildə o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi və sədr müavini, 2001-ci ildən ömrünün sonunadək qeyd olunan Şuranın sədri kimi fəaliyyət göstərmişdir. == Həyatı == Baloğlan Rüstəmov 1922-ci il iyun ayının 22-də Naxçıvanın indiki Culfa rayonunun Qazançı kəndində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Naxçıvan İkiillik Müəllimlər İnstitutuna daxil olmuş, lakin burada təhsilini başa vurmadan 1940-cı ildə Bakıya köçərək, 15 nömrəli fabrik-zavod məktəbinin şagirdi olmuş və eyni zamanda neft mədənlərində çalışmışdır. 1941-ci ildə könüllü olaraq ordu sıralarına yollanan Baloğlan Rüstəmov hərbi desant məktəbinə göndərilmişdir. 1941-1945-ci illər müharibəsi dövründə Baloğlan Rüstəmov Qafqazdan başlayaraq Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, alman-faşist işğalçılarına qarşı ağır döyüş əməliyyatlarının iştirakçısı olmuş, qəhrəmanlıqlar nümayiş etdirmişdir. O, müharibədən sonra – 1952-ci ildə Bakı partiya məktəbini bitirmiş, 1978-ci ildə isə Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin məzunu olmuşdur.
Baloğlan Süleymanov
Süleymanov Baloğlan Süleyman oğlu (5 avqust 1960, Keçikli, Zəngilan rayonu – 25 oktyabr 1993, Cəbrayıl rayonu) — Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baloğlan Süleymanov Azərbaycanın Zəngilan rayonundakı Keçikli kəndində 5 avqust 1960-cı ildə anadan olub. 1975-ci ildə səkkizillik məktəbi bitirib, sənədlərini rayondakı 144 nömrəli texniki peşə məktəbinə verib. Traktorçu-maşinist diplomunu aldıqdan sonra "1 May" kolxozunda traktorçu-mühəndis, rayon rabitə qovşağında mexanik işləmişdir. Ailəli idi. Üç uşağı yadigar qalıb. == Hərbi xidməti == Baloğlan Sülyemanov 1992-ci ilin yanvar ayından könüllü olaraq milli orduya yazılmışdır. Əvvəlcə tank komandiri, sonra isə kəşfiyyat qrupunun bölük komandiri vəzifəsini icra etmişdir. 25 oktyabr 1993-cü ildə Cəbrayıl rayonunun Dərzili kəndində qəhrəmancasına şəhid olmuşdur. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.
Baloğlan Əhədli
Baloğlan Şakir oğlu Əhədli (10 yanvar 2002, Gəgiran, Lənkəran rayonu – 6 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Baloğlan Əhədli 10 yanvar 2002-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuşdur. 2020-ci ilə qədər Lənkəran rayon Gəgiran kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Baloğlan Əhədli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Baloğlan Əhədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Füzulinin, Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Baloğlan Əhədli 6 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Lənkəran rayonunun Gəgiran kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Baloğlan Əhədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Baloğlan Əşrəfov
Baloğlan Xanoğlan oğlu Əşrəfov (8 oktyabr 1951, Bədəlan, Masallı rayonu – 26 aprel 2021, Bakı) — Azərbaycanlı müğənni Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub. 1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib. 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il Azərbaycan dili və ədəbiyyat müəllim işləmişdir. İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir. 1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər vermişdi. Baloğlan Əşrəfov oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki özü bəstələyib. Dünyanın bir sıra ölkələrində — Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib.
Sevak Xanağyan
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987, Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir. Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.
Xanbulan bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağoğlan (Laçın)
Ağoğlan (əvvəllər Kosalar adlandırılırdı) — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağoğlan kəndi Laçın rayonunun Malıbəy kəndinin inzibti ərazi vahidində yerləşir. Ağoğlan çayının sağ sahilində, Qarabağ yaylasındadır. Ağoğlan kəndinin keçmiş adı Kosalar olmuşdur. Sonralar yaşayış məntəqəsi kəndin ərazisindəki, Ağoğlan pirinin adı ilə adlandırılmışdır. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır. Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun 1923-cü ilədək adı Ağoğlan olmuşdur. Kəndin əsasını kosalar nəsli qoymuşdur. Bu tayfanın nümayəndələri harada məskunlaşıblarsa oranı "Kosalar" adlandırıblar. Azərbaycan Respublikasının bir sıra rayonlarında Kosalar adında yaşayış məskənləri mövcuddur.
Ağoğlan (Təbriz)
Ağoğlan — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Xudafərin bölgəsinin Mincivan kəndistanında, Xudafərin qəsəbəsindən 33 km cənub-qərbdədir.
Ağoğlan bazilikası
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Ağoğlan dağı
Ağoğlan dağı — Laçın rayonu ərazisində dağ. Türk dillərində "oğlanak" — "kiçik oğlan, kiçik şahzadə" deməkdir. Müqəddəs dağ sayılır.
Ağoğlan monastırı
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Ağoğlan məbədi
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Ağoğlan piri
Ağoğlan türbəsi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək kəndindən şimalda yerləşən ziyarətgah. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağ şəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqqəddəs və şəfaverici hesab edilir.
Ağoğlan qapısı
Ağoğlan qapısı, Muxtar qapısı və ya Şuşakənd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şərq tərəfində yerləşir və şəhərin aşağı hissəsinə girişi təmin edir. Qalanın digər iki qapısı isə Gəncə və İrəvan qapılarıdır. == Tarixi == Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir. Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir." Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu. Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir. Pənahəli xanın dövründə inşa edilmiş qala qapısından çıxan yol Şuşa şəhərini Şuşakənd və Muxtar kəndləri ilə birləşdirərək Ağoğlan qəsrinə kimi uzanırdı. XIX əsrin bütün rusdilli mənbələrində Şuşanın cənub qapısı Ağoğlan qapısı kimi qeyd edilmişdir. 1846-cı ilin "Qafqaz təqvimi"nə (rus.
Sevak Xanaqyan
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987, Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir. Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.