Xanoğlan Məmmədov

Xanoğlan Sadıq oğlu Məmmədov (13 fevral 1975, Neftçala rayonu17 mart 1995, Qazax rayonu) — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Xanoğlan Məmmədov
Xanoğlan Sadıq oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qaraqaşlı, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Qazax-Ağstafa bölgəsi
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Neftçala rayonu Cəngan Beşdəli kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993-1995
Rütbəsi Əsgər
Döyüşlər Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Xanoğlan Məmmədov 1975-ci il 13 fevral tarixində Neftçala rayonunun Beşdəli kəndində anadan olmuşdur. 1983-cü ildə VIII sinfi bitirib Salyan rayonundakı 104 saylı texniki peşə məktəbinə daxil olmuş, iki il dülgərlik sənətinin sirlərini öyrənmişdir. 1993-cü ildə hərbi xidmətə yollanaraq, Pirişküldə, Murovdağda xidmət etmişdir.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Xanoğlan Məmmədov bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilir və bir neçə döyüşdə iştirak edir. 1995-ci il martın 15-də Qazax-Afstafa bölgəsində dövlət əleyhinə çıxmış qiyamçılarla döyüşdə qəhrəmancasına həlak olmuşdur. Neftçala rayon Mədəniyyət və İncəsənət sarayı onun adını daşıyır. Məzarı Beşdəli kənd qəbiristanlığındadır.

Subay idi.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.