Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canı-Qabaxlı
Qabaxlı (Keşişkənd) — Dərələyəz mahalında, Alagöz çayının (erm.: e. Եղեգիս գետի, l. Yeğeqis qeti) sol sahilində kənd. Qabaxlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. Qabaxlı (Axta) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında indi Axta (Razdan) rayonunda kənd. Qabaxlı körpüsü — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü. Qabaxlı çayı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Qabaxlı selavı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda selav.
.it
.it — İtaliyanın internet kodu.
Akita (it)
Akita — Yapon işçi it növü, əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir. == Ümumi məlumat == Akitanın əcdadları uzaq keçmişə söykənir, və bu it hələ də Yaponyada öz mənəvi əhəmiyyətini saxlayır. 1931-ci ildə Yapon hökuməti bu cinsi milli xəzinə kimi təyin etmişdir. Akitaların heykəlləri uşaq doğumunda və ya bir kəs xəstə olanda hədiyyə edilir. Mülkiyyəti əvvəllər krallar və güc sahibi zadəganlarla məhdudlaşdırılmış bu itlər qidalandırılması və qayğısı xüsusi təlimatlar əsasında aparılır və bu itlərə müraciət etdikdə xüsusi lüğətlərdən istifadə edilir. 17-ci əsrdən Akitalar Şimali Yaponiyanın dağlarında vəhşi heyvan və quşları ovlamaq üçün istifadə edilirdi. Hazırda bu itlər polis və mühafizə işlərində təlim keçirilərək istifadə edilir. Akitalar 20-ci əsirin ikinci yarısından başlayaraq populyarlaşmışdır. == Xüsusiyyələri == Akita böyük və güclü olub, iri başlı, geniş əzələli, geniş və qara burunlu olurlar. Qulaqları səciyyəvi olaraq başına nisbətdə kiçik, cüzi gözlərə tərəf yönəlmiş, dik olur.
Boji (it)
Boji — sosial mediada İstanbulda mütəmadi olaraq ictimai nəqliyyatla səyahət etdiyi üçün tanınan it. == Həyatı == Kanqal və çoban iti arasında xaç olan Boji 2021-ci ildə ictimai nəqliyyatla İstanbulun ilçələri arasında səyahət etdiyi üçün tanınıb. O, bu adı metroya mindiyi zaman boji sahəsində yatdığı üçün almışdır. Onun səfərləri zamanı vətəndaşlar tərəfindən çəkilmiş fotoları internetdə yayılaraq məşhurlaşmışdır. 18 avqust 2021-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Bojiyə taxılan mikroçip sayəsində Bojinin İstanbulun iki qitədəki ilçələri də daxil olmaqla bir gündə 29 dayanacaq gəzdiyi müəyyən edildi. Bojinin marşrutunu izləmək üçün xüsusi proqram da hazırlanıb. 2021-ci ilin oktyabr ayından etibarən Metro İstanbul Bojinin qidalanmasını öz üzərinə götürdü. Onun üçün Kadıköy-Moda tramvay xəttində xüsusi daxma tikilib. Boji günlərinin bir hissəsini bələdiyyəyə məxsus qocalar evində keçirir. Boji haqqında beynəlxalq xəbər agentlikləri və mediada da məlumatlar yayılıb və onun nüfuzu Reuters Xəbər Agentliyi vasitəsilə dünyaya yayılıb.
Manç (it)
Manç (mac. Mancs; 1994–2006) ― erkək alman çoban iti. O, Macarıstanın Mişkolts şəhərinin "Spayder" adlı xüsusi xilasetmə komandasının ən məşhur xilasedici iti idi. Onun adı pəncə deməkdir. Mançın xüsusi istedadı dağıntılar altında qalmış zəlzələdən xilas olanları tapmaq və xilasediciləri xəbərdar etmək idi. O, zəlzələ dağıntıları altında basdırılmış insanları tapa bilirdi və insanın öldüyünü və ya diri olduğunu ayırd etməklə yanaşı, bu barədə xilasetmə qrupunun digər üzvlərinə şarə verə bilirdi. Ölü insanı hiss edəndə uzanırdı,; dağıntılar altında canlı insan hiss etdikdə ayağa qalxırdı, quyruğunu silkələyirdi və hürürdü. Manç və sahibi Laslo Lexotsi 2001-ci ildə El Salvador və Hindistanda baş verən zəlzələlər də daxil olmaqla bir neçə zəlzələdən xilasetmə əməliyyatında iştirak etmişdilər. Manç 1999-cu ildə Türkiyədə İzmit zəlzələsindən sonra 82 saat xarabalıq altında qalan 3 yaşlı bir qızı xilas etməyə kömək etdiyi zaman məşhur oldu. 2004-cü ilin dekabr ayında Mişkoltsun mərkəzində Sinva çayının və yeni şəhər meydanının yaxınlığında Mança heykəl qoyuldu.
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. == Azərbaycanda xidməti itlərdən istifadə olunan xidmət orqanları == Dövlət Sərhəd Xidməti — sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar — cinayətkarların — terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi — xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi — "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi — əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Yenotabənzər it
Yenotabənzər it, yenot iti, Ussuri tülküsü və ya Ussuri yenotu, yenotka[daha etibarlı mənbəyə ehtiyac var] (lat. Nyctereutes procyonoides) — itlər fəsiləsinə aid yırtıcı növü. == Xarici görünüşü == Yenotabənzər itlər orta ölçülü iltər hesab edilir. Bədəninin uzunluqları 65–80 sm, quyruqları 15–25 sm; çəkiləri isə 4–10 kq arası dəyişir. Bədəni alcaqdır. Pəncələri qısadır. Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütünu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur.
İt boğuşdurması
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədi ilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. == Tarixi == Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt davası
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. == İt savaşının səbəbləri və nəticələri == Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt döyüşü
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədi ilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. == Tarixi == Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt gənəsi
İt gənəsi lat. Ixodes ricinus gənələrin parazit qrupuna aid olub, bilavasitə qan sormaqla qidalanır. == Qısa təsviri == Parazit həyatla əlaqədar olaraq bədənin bütün hissələri tamamilə birləşmiş, bel-qarın istiqamətdə yastılaşmış, oval formaya malikdir. Xeliser və pedipalp birləşərək xortuma çevrilmişdir. Bədənin ön hissəsinin qarın tərəfində dörd cüt ayaq yerləşir. Ayaqlar arasında, bədənin orta hissəsində cinsiyyət dəliyi vardır. Arxa hissəyə yaxın yerdə isə anal dəliyi yerləşir. İt gənəsində cinsi dimorfizm çox aydın görünür. Bədənin yan tərəfində tənəffüs dəliyi - stiqma yerləşir. Dişi fərd qan sormamış 4 mm, qan sorduqdan sonra isə 10–12 mm olur.
İt itburnu
İt savaşı
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. == İt savaşının səbəbləri və nəticələri == Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt valsı
İt valsı sadə bir piano əsəridir,ifa etmək asan olduğundan pianoda ifa etməyə yeni başlayanlar tərəfindən tez-tez istifadə olunur. == Musiqisi == Adına baxmayaraq əsər vals deyil.Parça G-flat major açarındə qeyd olunur, çünki notların əksəriyyəti bu düymələrdəki qara düymələrdə çalınır və daha da asanlaşır. === Notlar === == Haqqında == Parça bütün dünyada tanınır.Buna baxmayaraq əsər müxtəlif ölkələrdə müxtəlif adlar almışdır. Məsələn Yaponiyada "Neko Funjatta" (ねこふんじゃった) (Pişiyin üzərinə basdım),İspaniyada "La Chocolatera",Hollandiyada "Vlooienmars" (milçək marşı),Belçikada "Valse de Puce" (Milçək valsı),Rusiyada Собачий Вальс(İt valsı),Polşada "Kotlety"(kotlet),Almaniyada "Flohwalzer" (Milçək marşı), Bolqarıstanda "Koteshki Marsh" (Pişik marşı),Macarıstanda "Szamárinduló" (Uzunqulaq marşı),Malyorkada "Polca de los Tontos" (Axmaqların polkası),Meksikada "Los Changuitos"(Balaca meymunlar),Finlandiyada "Kissanpolkka" (Pişik polkası),Çexiyada "Prasečí valčík" (Donuz valsı),Slovakiyada "Somársky pochod"(Uzunqulaq marşı),Koreyada "Somársky pochod"(Pişik rəqsi),Çində "跳蚤圆舞曲" (Milçək valsı) və Böyük Britaniyada isə Chopsticks (yemək çubuqları) adlarır. == Aranjimanlar == Əsər üzərindəki dəyişikliklərdən biri "Lesson One",1962-ci ildə pianoçu Rass Konuey tərəfindən edilmiş və hit olmuşdur..Danimarkalı pianist Bent Fabrik 1963-cü ildə əsərin cazdan təsirlənmiş versiyası olan "Chicken Feed"-i yazmışdır.
İt itburnusu
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
İt Ceyk
İt Ceyk (ing. Jake the Dog) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının baş qəhrəmanlarından biri. O, "Adventure Time: Distant Lands" spin-off serialında da görünüb. Ceyk Con Di Macio tərəfindən səsləndirilmişdir. Serialda onun "it ili ilə 28 yaşı" var. Ceyk öz formasını və ölçüsünü dəyişmə qabiliyyətinə malikdir. O, bədənini istədiyi qədər böyüdə və kiçildə bilir. Ceykin tövsiyələri və məsləhətləri mükəmməl olmaya bilər, lakin o, övladlığa götürülmüş ögey qardaşı Finnə hər zaman bacardığı qədər dəstək olmağa çalışır. Ceykin gücləri ona döyüşlərdə və hərəkət etməkdə xeyli kömək edir, buna baxmayaraq o, çox vaxt güclərindən sadəcə əylənmək və hisslərini ifadə etmək üçün istifadə edir. Ceykin "Lady Raincorn" adında sevgilisi və onunla sahib olduğu beş övladı var.
Tosa (it)
Tosa-ina, tosa-ken, Yapon mastifi — Molosslara daxil olan və Yaponiyada təbii şəkildə formalaşan it cinsi. XIX əsrin sonları Tosa knyazlığında it döyüşləri üçün istifadə edilirdi. == Tarixi == Tosa-ina it cinsi Meyci dövründə xüsusi ilə it döyüşləri üçün yetişdirilmişdir. Yerli it cinslərinin Avropadan gətirilən Buldoq, Mastif, Bulterer, Alman poynteri, Alman doqu və Senbernarlar ilə seleksiya edilməsi nəticəsində indiki Koçi prefekturası ərazisində yeni cinslər yetişdirilirdi. Bu cinslər döyüşlərdə rəqiblərini dişləri ilə deyil cüssələri ilə məğlub edirdilər. === İt döyüşü === Sumo döyüşlərini xatırladır. Burada itlər bir-birini dişləmir. Hədəf sadəcə rəqibi küncə sıxmaqdır. Digər iti dişləyənlər, hürənlər yarışdan çıxarılır. Qalib gələn it xüsusi qidaya sahiblənir.
Adi it xiyarı
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
Biql (it cinsi)
Biql — ov itləri cinsi. == Haqqında == Dovşan və tülküləri təqib etmək üçün istifadə olunur, ovunu dəstə ilə qovur, dözümlüdür, güclü iybilmə qabiliyyəti var. Adı yazılı mənbələrdə ilk dəfə 1475-ci ildə çəkilir. İlk standartı Böyük Britaniyada təsdiq edilib. Biqllər mütənasib quruluşlu, canıbərk və qıvraq itlərdir. Süysününün hündürlüyü 33–40,5 sm, kütləsi 8–13 kq-dır. Üzü bir qədər qısa, gözləri mülayim ifadəli, qulaq ları uzun və sallaqdır. Beli düz, sinəsi batıqdır. Quyruğu qılıncşəkillidir, qaçarkən onu dik saxlayır. Tükləri qısa, sıx və coddur.
Hayırsızada it qətliamı
Hayırsızada it qətliamı (türk. Hayırsızada köpek katliamı) – 3-4 iyun 1910-cu ildə 80.000 küçə itinin Türkiyənin Sivriada (digər adı ilə Hayırsızada) adasında toplanıb öldürülməsi ilə baş verən kütləvi heyvan qətliamı hadisəsi. Tarixin ən böyük heyvan qətliamlarından biridir. İstanbul tarixin bir çox dövrlərində itlərlə dolu olan şəhər olmuşdur. İstanbul şəhərində ilk it sürgünlərindən biri XIX əsrdə Osmanlı hökmdarı II Mahmudun dövründə həyata keçirilmişdir. II Mahmud şəhərdəki bütün itlərin tutulub adaya göndərilməsini əmr etdi, lakin İstanbul əhalisi heyvanlara əziyyət verməyin uğursuzluq gətirəcəyini bildirib etiraz etməyə başladılar. Bundan sonra adadakı itlər qayıqlar vasitəsilə yenidən İstanbula gətirildi. XX əsrdə şəhərdə itlərin sayının artmasından sonra başqa İstanbul bələdiyyəsi başçısı Suphi Bəysoyundu başda olmaqla səlahiyyətli şəxslər it problemini həll etmək üçün yol axtarmağa başladılar. Dövlət bu itlərin kimya sənayesində istifadəsi üçün Fransa hökuməti ilə razılaşdı. 80.000 it İstanbul küçələrindən toplanıb əvvəlcə dəniz səmtində yerləşən Topxanaya gətirildi və Fransaya göndərilmək məqsədilə gözlədilməyə başlandı.
Shake it up
Göstər özünü (ing. Shake It Up) — Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-cu ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orijinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orijinal serialıdır.
İT-Park (Kazan)
Yüksək texnologiyalar sahəsindəki "İT-park" texnoparkı, "Rusiya Federasiyasında yüksək texnologiyalar sahəsində texnoparkların inşası" kompleks proqramı çərçivəsində Tatarıstan Respublikasının ərazisində inşa edilmiş informasiya və rabitə texnologiyası texnoparkıdır. "İT-park" texnoparkın əsas məqsədi İT şirkətlərinin inkişafını sürətləndirmək və Tatarıstan Respublikası iqtisadiyyatında İT sənayesinin payını artırmaqdır. Tam adı "Yüksək texnologiyalar sahəsində" Texnopark "İT-park" dövlət təşkilatıdır ". == Əsas məlumat == İT-park Teknoparkın inşasına 2008-ci ildə federal büdcə və Tatarıstan Respublikasının büdcəsi hesabına başlanmış və 2009-cu ilin oktyabrında başa çatdırılmışdır. Zonanın Kazan şəhərinin stansiyaları, Tukay Meydanı və Kazan metrosunun Sukno qəsəbəsi yaxınlığında, yəni mərkəzi hissədə yer alması təyin edildi.İT park binaları kompleksi texnopark infrastrukturunun əsas hissəsini özündə cəmləşdirən 5 mərtəbəli müasir bir binadan və keçmiş kazarmaların yenidən qurulmuş iki binasından ibarətdir. İT parkının ümumi sahəsi 30 min kvadratmetrdən ibarətdir. Rusiya Federasiyası Kommunikasiya və Kütləvi İnformasiya Naziri İqor Şeqolev və Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun iştirak etdiyi İT Park Biznes İnkubator 2011-ci ilin aprelində fəaliyyətə başladı. == Şirkətlər == Ərazidə Autodoriya, AK BARS Bank, ICL-KPO VS, BARS Group, GLONASS + 112, İnnovativ İdarəetmə Sistemləri, BİLİŞİM, Microsoft Rus, Sky, NPO VS, Russian Post, Document Circulation System, SIT, StartUp, StartBase TiTi Group, Fujitsu, RT CIT, Kontur SKB şirkətləri yerləşdirilmişdir. == İT Akademiyası və İnkişaf Mərkəzi == 2015-ci ildən etibarən Kazanda İT parkda İT Akademiyası və İnkişafı Mərkəzi uğurla fəaliyyət göstərir və vətəndaşlar və hüquqi şəxslər üçün əlavə peşə təhsili xidmətləri göstərir. İnformasiya Texnologiyaları Akademiyası, təhsil fəaliyyətlərini həyata keçirmək üçün lisenziyaya malikdir və bunun çərçivəsində 3 təlim formatı həyata keçirilir: uşaqlar üçün qabaqcıl təlim, peşəkar yenidən hazırlıq və ümumi inkişaf proqramları.
İt ürəyi (roman)
İt ürəyi (rusca:Собачье сердце) — rus yazııçısı Mixail Bulqakovun romanı. 1925-ci ildə yazılmış roman bolşevizmin və bolşevizm nəticəsində yeni yaranmış varlı təbəqənin tənqidinə yönəlmişdir. Yazıçının evinə keçirilən baxış sonrası "NKVD" tərəfindən müsadirə edilən romanın əlyazmaları və nüsxələrinin geri qaytarılması üçün Qarsim Qorki işə müdaxilə etdi. Roman yazıçının ölümündən təqribən yarım əsr sonraya - 1987-ci iə qədər rus dilində çap olunmadı. Bununla belə, roman 1987-ci ildə Maykl Qlenni tərəfindən ingilis dilinə tərcümə olunub çap olunmuşdur. == Mövzusu == Roman küçə iti Şarikin professor Filipp Filippoviç Preobrajenski ilə tanışlığından sonra dəyişən həyatından bəhs edir. F.Filippoviş insanların xəstə orqanlarını heyvan bədən üvzləri ilə dəyişdirməklə onları cavanlaşdırmaq bağlı eksperimentlər həyata keçirir və bu yolla pul qazanır. Dünyamiqyaslı alim professor Filipp Filippoviç Preobrajenski evinə gətirdiyi Şarikə yüngül həyat tərzinə sahib kişinin cinsiyyət və hipofiz vəzilərini köçürdür. == Xarici dillərə tərcümə == Türkcə - Mustafa Kemal Yılmaz tərəfindən tərcümə olunmuş, 2016-cı ildə İş Bankası Kültür Yayınları tərəfindən çap olunmuşdur.
Ağ it (film, 1982)
Ağ it (ing. White dog, 1982) — ABŞ istehsalı psixoloji film. Filmin göstərilməsinə bir çox ölkədə qadağan olunmuşdur. == Haqqında == Samuel Fullerin rejissoru olduğu filmin senarisini o və Kurtis Hanson filmin rollarında Kristi MakNikol, Paul Vinfild, Burl İves və Ceymson Parker oynayıb. Filmin musiqisi Ennio Morrikone aiddir. Samuel Fullerin filmdə kiçik rolu vardır. (Həmçinin tibb bacısı rolunda Fullerin həyat yoldaşı Krista Lanq çəkilmişdir) Film məşhur fransız yazıçı Romayn Qarinin 1970-ci ildə yarı-avtobioqrafik şəkildə yazdığı "Chien Blanc"'ın (Ağ it) romanı əsasında çəkilmişdi. Romayn Qari ABŞ-də ağlarla zəncilər arasında irqçiliyi tənqid etdiyi bu romanında Los-Ancelesdə Fransa səfiri olrkən yazmışdı. Bu zaman ABŞ aktrisası Jan Seberq ilə evli idi və filmdə baş verən hadisənin bənzəri ailəsinin başına gəlmişdi. Samuel Fuller filmin çəkilişləri başmamışdan qabaq 1980-ci ildə vəfat edən Romayn Qraya həsr etdi.
Divanü Lüğat-it-Türk
Divanü Lüğat-it-Türk (ərəb. ديوان لغات الترك‎ - Türk dilləri lüğəti) — türk dünyasının ilk ensiklopedik əsəri. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir. Türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Quruluş etibarı ilə lüğətdir. Lakin, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngindir. Səkkiz bölmədən (əsərdə "kitab") ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır. == Əlyazması == Orijinalı bilinməyən əsərin bizə məlum ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn Əbu-Bəkr ibn Əbu-l-Fəth tərəfindən üzü köçürülmüş və hal-hazırda İstanbul Millət Kitabxanasında saxlanılan nüsxəsidir. == Əsas məlumatlar == XI əsrdə yazılmışdır.
Canq
Canq (urdu جھنگ) — Pakistanın Pəncab əyalətindəki Canq rayonunun inzibati-mərkəzi. Çenab çayından şərqdə yerləşir. Pakistanın ən böyük 18-ci şəhəridir. Şəhər Sultan Bahunun məzarının burada yerləşməsinə görə tanınır və Pakistanın turistik yerlərindən biridir. == Tarixi == Britaniya Racının altında bir-birindən iki mil (3,2 km) məsafədə yerləşən Canq və Mighiana şəhərləri daha sonra Canq-Maqiana olaraq bilinən ortaq bir bələdiyyəyə çevrildi. Maqiana, Çenab allüvial vadisinə baxmadan, dağlıq ərazilərin kənarında yerləşir, köhnə Canq şəhəri isə ayaqları altındakı ovalıqları tutur.
Cani Atanasov
Jani Atanasov (31 oktyabr 1999, Strumitsa[d]) — Şimali Makedoniyalı futbolçu, hazırda Splitdən olan Hajduk klubunda yarımmüdafiəçi kimi çıxış edir.
Xanı
Xanı (lat. Perca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Can Can
Can Can (erm. Ջան Ջան) — 2009 Avroviziya Mahnı Müsabiqəsində Ermənistanı təmsil edən İnqa və Anuş Arşakyanın oxuduğu mahnıdır. 12 may 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsinin I yarımfinalında 99 xalla 5-ci yer tutmuşdur və finala çıxmışdır. Finalda isə doqquzuncu nömrə altında yarışdı və 92 xal toplayaraq 10-cu oldu. Müsabiqədə səslənən erməni mahnısına bir müddət sonra Azərbaycan ictimaiyyəti etiraz etdi.
Can
Can — bəzən psixika termininin sinonimi kimi işlədilən termin. Fəlsəfə tarixində bu anlayışla insanın idealizimdə xüsusi qeyri-maddi substansiya ilə eyniləşdirilən daxili aləminə baxış ifadə olunmuşdur. İbtidai insanların təsəvvüründə Can nə isə maddi bir şey hesab edilmişdir (qan, nəfəs və s.). Dində can dedikdə bədəndən asılı olmadan "o dünyada" müstəqil mövcud olan nə isə qeyri-cismani, ölməz, qeyri-maddi qüvvə başa düşülür. İdealist fəlsəfədə Can şüurun bu və ya digər ünsürü ilə eyniləşdirilir. Platonda bu əbədi ideyalar, Hegeldə ruhun materiya ilə əlaqəsində ən aşağı hissi təzahürüdür (hiss edən və fəal Can.). Dualist təlimlərdə Can nə isə əzəli və bədənlə birlikdə mövcud olan bir şey kimi başa düşülür (Dekart, Spenser, Vundt, Cems). XIX əsrə qədərki materializimdə (Demokrit, metafizik materizlizm) Can törəmə, iknci bədəndən asılı hesab edilmişdir. Lakin burada psixi fəaliyyət olmaq etibarilə Can adi mexaniki və yaxud fiziki-kimyəvi, proseslərə müncər edilirdi. Çox vaxt ayrı-ayrı materialist filosoflar aləmin ümumiliklə Canlılığına ehtimal etmişlər (Hilozoizm).
Çandır qalası
Çandır qalası — (türk. Çandır Kalesi) Mersin elində böyük qaladır. == Yerləşir == Qala, Mersinin mərkəzi bölgələrindən biri olan Toroslar kəndində və 37 ° 01′K 34 ° 37′E-də yerləşir. Mersinə 40 kilometr məsafədədir və Ayvagediyi qəsəbəsinin şərqindəki bir dağın üstündədir. Eyni adlı kənd qəsrin cənubundadır. == Tarixi == 474-491-ci illər arasında hökm sürən və müxtəlif münaqişələrlə üzləşməli olan Şərqi Roma imperatoru Zeno, 475-ci ildə paytaxtdan qaçaraq müvəqqəti olaraq adlı bir qalada gizləndi. Bu qalanın Çandır qalası olduğu düşünülür. Çox strateji bir nöqtədə qurulan qala sonrakı əsrlərdə istifadə edilmiş və XII-XIV əsrlər arasında Kilikiya Erməni Krallığının ən əhəmiyyətli qalalarından birinə çevrilmişdir. Qalanın əhəmiyyəti, şərqdə Orta Anadolu və Namruna gedən yolları idarə edən mövqeyindən irəli gəlirdi. Qala daha sonra müvafiq olaraq Karamanidlər, Məmlüklər və Osmanlılar tərəfindən fəth edildi.
Artemisia cana
Artemisia cana (lat. Artemisia cana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Azərbaycan cazı
Azərbaycan cazı — caz musiqisinin qollarından biri. Bu janr Sovet İttifaqının teleoloji rəsmi siyasəti nəticəsində kök saldı və zaman keçdikcə, Azərbaycan xalq musiqisi və muğam harmoniyası ilə birləşdirərək ifa etməsi nəticəsində yerli Azərbaycan mədəniyyətində öz yerini tutdu. Azərbaycanın müasir mədəniyyət məkanında yayılmış iki növ caz vardır. Biri, Qərb cazına bənzəyən lakin yerli muğam çalarlarının da əlavə edildiyi klassik hökumət dəstəkli cazdır. Digəri isə caz harmoniyalarından istifadə edilərək Bakının dəbdəbəli restoranlarında ifa edilən və pop mahnılarını xatırladan cazın stilizasiyasıdır. Əvvəldən etibarən, Azərbaycan cazı rəsmi hakimiyyət tərəfindən yaradılmış və məşhurlaşdırılmışdır. Həmçinin, bu caz müstəqil respublikanın milli ideologiyasına daxil edilib və hələ də edilməkdədir. Azərbaycan cazının fərqləndirilməsi ilə yanaşı, bu fakt hökumət və vətəndaşlar arasında qarşılıqlı əlaqədə də, gündəlik həyatın milli ideologiyaya nüfuzu prosesində də müzakirələrə səbəb olur. 1960-cı illərdə Vaqif Mustafazadə muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmış və bu janrı "caz-muğam" adlandırmşdır. 2000-ci illərdə Bakı Beynəlxalq Caz Festivalı və Qəbələ Musiqi Festivalı kimi caz festivalları Azərbaycanda cazın inkişafında müsbət dönüş yaratdı.
Azərbaycan nanı
Ağ Şanı
Ağ Şanı — üzüm növü. Abşeronun yerli sortudur. Azərbaycan Respublikasının əksər üzümçülük rayonlarında, Dərbənddə, Həştərxan və Volqoqrad vilayətlərində becərilir. Kolları güclü böyüyəndir. Çardaqda, alleyada, sərilən formada (qumlu torpaqlarda) yaxşı məhsul verir. Bu onu göstərir ki, dayağı şpalerdən ibarət olan üzümlüklərdə kordon və kombinələşmiş formalar tətbiq edilməlidir. Çiçəkləri funksional dişi tiplidir. Qara Şanı onun ən yaxşı tozlayıcısıdır. Mərdəkanda, Bilgəh və Fatmayıda Ağ Şanı Qara Şanı ilə qarışıq əkilir. Siyezen ve Zarat bolgelerinde, en yaxshi mehsul veren "Fransa süfre üzüm sortu"dur.
Baccharis cana
Baccharis cana (lat. Baccharis cana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Buddleja cana
Buddleja americana (lat. Buddleja americana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja callicarpoides Kunth Buddleja cana Willd. Buddleja dentata Kunth Buddleja floribunda Kunth Buddleja occidentalis L. Buddleja spicata Ruíz & Pav. Buddleja verbascifolia Kunth Buddleja americana var. albiflora Gómez Buddleja americana var. rothschulii Loes.
Callicarpa cana
Callicarpa candicans (lat. Callicarpa candicans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.
Canlı orqanizm
Orqanizm (lat. organismus – qururam, q.yun. ὄργανον − alət) — diri orqanizm, diri varlıq, canlı orqanizm, canlı varlıq — biologiya sahəsində heyvan, bitki, kif, mikrob kimi tək bir vücud əmələ gətirən yekdil sistemdir. Hüceyrədən ibarət olub, qeyri-canlı materiyadan onu fərqləndirən amillərə malik olan bioloji vücuddur. Bilinən bütün orqanizmlər bu xarakterlərin bir çoxuna sahibdir: nizamlılıq, böyümə və bölünmə, inkişaf, çoxalma, maddələr mübadiləsi, qıcıqlanma, uyğunlaşma (adaptasiya) və xarici mühitlə daxili mühitin fiziki və kimyəvi tarazlığını saxlama (hemostaz). Biologiyanın əsas predmetidir. == Orqan == Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsinə deyilir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir. Hər bir orqan bir neçə toxumadan əmələ gəlmişdir, lakin bunlardan biri həmişə çoxluq təşkil edir və orqanın əsas funksiyasını müəyyən edir.
Canlı sədd
Canlı sədd (ing. Human shield) — düşməninin döyüş hədəflərinə hücumun qarşısını almaq üçün, döyüş hədəfləri daxilində və ya ətrafında qeyri-döyüşçülərin qəsdən yerləşdirilməsini izah edən hərbi və siyasi termin.
Canq Ley
Canq Ley (d. 9 may 1988) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Ley, Çin yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasını 16:15 hesabı ilə məğlub edən Çin yığması, London Olimpiadasını beşinci pillədə başa vurdu.
Canq Linq
Canq Çonq (d. 16 iyun 1996) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Linq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Canq Veyvey
Canq Veyvey (d. 7 sentyabr 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Veyvey, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Canq Çonq
Canq Çonq (d. 3 may 1990) — Çini təmsil edən su poloçusu. == Karyerası == Canq Çonq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.
Elflərin qanı
Elflərin qanı (pol. Krew elfów) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı, "Cadugər Saqası"ndan olan ilk romandır. Roman ilk dəfə 1994-cü ildə Polşada çap edilmişdir. Əsərdəki hadisələr ümumi qəhrəman cadugər Riviyalı Geraltın iştirakı ilə birləşdirilən "Sonuncu arzu" və "Qismət qılıncı" hekayələr toplularında baş verən hadisələrin davamıdır. Roman, Polşada Yanuş Zeydel Ədəbiyyat mükafatına, Böyük Britaniyada isə Devid Gemmel Fentezi mükafatına layiq görülmüşdür. Əsərin ingiliscə tərcüməsi Böyük Britaniyada 2008-ci ildə (Gollancz nəşriyyatı tərəfindən), ABŞ-də isə 2009-cu ildə (Orbit nəşriyyatı tərəfindən) çap edilmişdir. == Məzmunu == Kitabdakı hadisələrin başlamasından təxminən bir il əvvəl Nilfqaard imperiyası Sintraya hücum edir. Ölümcül yaralanmış kraliça Kalante intihar edir, onun Siri adlandırılan nəvəsi Sirilla isə alovlar içində olan şəhərdən qaçır. Nilfqaard imperatoru Emqır var Emreys Sirinin tapılması üçün ,casuslarını qitənin dörd bir tərəfinə göndərir. Emqır bilir ki, bu balaca qız yalnız krallığın varisi olduğuna görə yox, həm də elflərin qanını daşıdığına və sehr potensialına görə böyük əhəmiyyət daşıyır.
Hüseyn Sanı
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər. Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur. Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur.
Qara Şanı
Qara Şanı — üzüm növü. Sort çox qədimdən becərildiyinə görə onun tarixi məlum deyil. Abşeronun yerli sortudur. Tək-tək kol da olsa, respublikanın hər yerində vardır. Ancaq, Abşeron kəndlərinin hamısında, Salyanda və Ordubadda geniş miqyasda becərilir. Həştərxan və Volqoqradda da yüz ildən çox müddətdir becərilir. Ağ şanıda olduğu kimi Qara şanıda da cavan zoğlar və yarpaqlar çox tükcüklü olduğundan ağa çalan rəngdədir. Ancaq, Qara şanıda zoğ tacı və ilk yarpaqlar zəif çəhrayı rənglidir. Kolları güclü böyüyəndir, kordon və kombinələşmiş formalar tələb edir. Çiçəkləri öz-özünü tozlayandır.
Xanı balığı
Çay xanısı (lat. Perca fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin xanı cinsinə aid heyvan növü. == Yayılması == Koladan Kolımayadək Şimal Buzlu okeanın çaylarında, Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində, Baykal gölündə yayılmışdır. Xəzərdə bütün çayların aşağı axarlarında, az miqdarda onların mənsəb hissələrində qeydə alınır. Azərbaycanda Küryanı göllərdə, Dəvəçi limanında, bəzən Samurçaydan Bakıya qədər dənizin sahil zonasında yaşayır. Kiçik körfəzdə nisbətən çoxsaylıdır. Qumbaşı çayında belə qeydə alınır. == Morfoloji əlamətləri == DXIII–XV, I-III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə qövsünün alt şəxəsindəki dişcikləri sayı 15-20-dir. Pulcuqları ktenoiddir, başının örtük sümükləri üzərində sikloid pulcuqlar da olur. Yanaqları pulcuqlarla örtülüdür, buradakı eninə pulcuq sıralarının sayı 20-dən 23-ə qədərdir.
İran lanı
İran lanı (lat. Dama mesopotamica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin lan cinsinə aid heyvan növü.
Vəkil hanı?
"Vəkil hanı?" — rejissor Ülviyyə Könülün 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Sınaq Film Prodüser Mərkəzində ekranlaşdırdığı film. == Məzmun == Cavan vəkil (Bəhruz Vaqifoğlu) həmkarının (Kamilə Babayeva) xahişi ilə onu əvəz etmək üçün məhkəmə salonuna yollanır, lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində vəkillik etməyə başlayır. Çox keçmir ki, aləm dəyir bir-birinə... == Film haqqında == Filmin premyerası 25 may 2011-ci ildə "Azərbaycan" kinoteatrında keçirilmişdir. Filmdə "Rast" və "Queen" qruplarının, Zülfiyyə Xanbabayevanın, Faiq Ağayevin, Elariz Məmmədoğlunun, Xumar Qədimovanın, Natəvan Həbibinin repertuarlarındakı parçalardan istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Elza Ağayeva, Ramiz Fətəliyev Quruluşçu rejissor : Ülviyyə Könül Quruluşçu operator : Rafiq Quliyev Quruluşçu rəssam : Rafiq Nəsirov Bəstəkar : Rəşad Haşımov Aktyor seçimi : Sənubər İsgəndərli (Sənubər İsgəndərova kimi) Rejissor : Ənvər Həsənov Operator : Ceyhun Quliyev Səs rejissoru : Teymur Abdullayev Montaj : Ramiz Hüseynov Redaktor : İlhamə Kərimova Geyim üzrə rəssam : Aygün Mahmudova Qrim üzrə rəssam : Kristina Qrim : Mziya Kençiaşvili, İradə Gülbabayeva Rejissor assistentləri : Pərviz Həsənov, Anar Almazov, Xədicə Qarayeva Operator assistentləri : Pərvanə Bədəlova, Rauf Qurbanəliyev, Ruslan Ağazadə Mexanik : Qoça Brolaşvili Dekor üzrə rəssamlar : İbrahimxəlil Əminov, Elyaz Səfərov Səs operatoru : Elvin Bayramzadə Fotoqraf : Babək Quliyev Geyim ustası : Gülxar Sadıqova (Gülxar Sadıxova kimi) Əlbəsə ustası : Füzuli Ağayev İşıqçılar : Qabil Yəhyayev, Həsən Əliyev, Əminağa Əliyev Kaskadyorlar qrupunun rəhbəri : Əli Məmmədov Kaskadyorlar : Əhməd Cəfərov, Bəxtiyar Abbasov, İlham Abbasov, Etibar Məmmədov Pirotexnik : Əlibala Məmmədov, Vaqif Qurbanov İnzibati qrup : Asif Ağayev, Pərviz Hacıyev, Ədalət Yunusov, Nəsib Hümbətov, Zaur Göyüşov Sürücülər : Vahid Kərimov, Əkbər Həsənov, Fuad Hüseynov, Bəhmən Qasımov, Süleyman Tağıyev İcraçı prodüser : Məhəmməd Ağabəyov Prodüser : Tofiq Musayev === Rollarda === Bəhruz Vaqifoğlu – Rəşad Babayev Toğrul Rza – Fərid Səidə Quliyeva – Nisə xala Qorxmaz Əlilicanzadə – Dadaş Rəhimov Kamilə Babayeva – Nigar Fuad Osmanov – Elxan Naina İbrahimova – Ofeliya Bəhram Bağırzadə – Əfqan Rövşən Kərimduxt – Karuzo Həcər Ağayeva – Esya Gülşad Baxşıyeva – hakim Əkbər Əlizadə – katib Ağaxan Salmanov (Ağaxan Salmanlı kimi) – Zəki Sahibə Nəzərova – Könül Ramilə Məmmədova – Gülya Mətanət Atakişiyeva – Nigarın anası Əsgər Rəhimov – prokuror Ömür Nağıyev – müstəntiq Möhsün Hüseynxanlı – Əmirqulu Nahidə Orucova (Naidə Orucova kimi) – Əmirqulunun arvadı Ənvər Həsənov – baş həkim Lüdmila Duxovnaya – Faina Markovna Yevgeniya Nevmerjinskaya – Kristina Farizovna Kərəm Hacızadə – Sadıxov Mətləb Abdullayev – mühafizəçi Həsən Yaqubov – mühafizəçi Niyazi Abdullayev – mühafizəçi Ağa Rəhimov – mühafizəçi Nəzrin Heydərova – uşaq Murad Həsənov – uşaq Nərmin Heydərova – uşaq Aynur Məmmədova – jurnalist Asif Ağayev – həbsxana rəisi Ülvi Həsənov – yanacaq dolduran Ofa Səlimova – manikürçü qız Nigar Zakirova – manikürçü qız Ləman İmanova – qonşu Firuz Xudaverdiyev – qonşu Möhsün Quliyev – qonşu Nərmin İsmayılova – qonşu Natiq Əliyev – qonşu === Filmi səsləndirənlər === Tofiq Orucov Mehriban Həsənova Xələf Cəfərov İlahə Şıxlinskaya Məmmədəli Məmmədov (DJ Fateh) (radiomətnlər) == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi == Çəkilişə köməklik edən qurumlar == Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası Sabunçu rayon xəstəxanası "Qoşa qala" restoranı "Nərgiz" Ticarət Mərkəzi "Azpetrol" MMC Azərbaycan Respublikası "Ovçuluq və Balıqçılıq" Cəmiyyəti Muzey Mərkəzi "Kristis" gözəllik salonu "G & A" gözəllik salonu == İstinadlar == == Mənbə == Vəkil hanı? Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine Ülviyyə Könül. Vəkil hanı? Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Vəkil hanı?
Kamal Bani Hani
Kamal Bani Hani (ərəb. كمال الدين بني هاني‎; d. 5 dekabr 1958, İrbid, İordaniya) — İordaniyanın Haşimi Universitetinin prezidenti. Mədə-bağırsaq cərrahıdır. == Həyatı == Kamal Bani Hani 5 dekabr 1958-ci ildə İordaniyanın İrbid şəhərində anadan olmuşdur. O, 1984-cü ildə İraqın Bağdad Tibb Universitetinin Kollecini, 1992-ci ildə Birləşmiş Krallıqda Qlazqo Kral Kollecini bitirmişdir. 2002-ci ildə Lids Universitetində doktorluq dərəcəsini almışdır. 2008-ci ilin sentyabrından 2010-cu ilin oktyabrına qədər İordaniya Elm və Texnologiya Universitetinin Tibb fakültəsinin dekanı olmuşdur. 2011-ci ildən İordaniyanın Haşimi Universitetinin prezidentidir.
Canaxır
Canaxır və ya Aşağı Əlik — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Hülövlü inzibati ərazi vahidində kənd. == Adının mənası == Kəndin əsasını əslən Quba rayonunun Əlik kəndindən olan əliklilər "Canaxır" adlanan yerdə qoymuşdur. Kənd əvvəllər Aşağı Əlik də adlanmışdır. Oykonim "əkin sahəsi üçün yararsız yer" mənasındadır. Belə ki, Azərbaycan dilinin əksər dialektlərində "cana" sözü "yararsız" və ya "pis", "xır" sözü isə "əkin sahəsi" mənalarında işlənir. == Tarixi == Bu ərazidə kəndin yaranması tarixi dəqiq məlum deyildir. Lakin əliklilərə məxsus bəzi ailələr bu əraziyə köçərək, burada daimi məskunlaşmışması nəticəsində bu ərazidə kənd salınması məlumdur. == Coğrafiyası və iqlimi == Samur-Dəvəçi ovalığındadır. == Əhalisi == Kəndin əhalisinin etnik tərkibini Şahdağ xalqlarından biri olan əliklilər təşkil edir.
Şanıdər
Şanıdər və ya Üzüm bayramı sentyabrın axirilərinndə və oktyabrın əvvəllərindəAzərbaycanda keçirilən üzüm dərmə və doşab pişirmə ilə şənlik və şükür mərasimidir.Üzümlər yetişəndən sonra, bağçılar qohumlarıni üzüm dərməyə dəvət edər.Qonaqların əksəriyyəti uzun və əski ənənəyə görə ağ paltar geyərlər və bu mərasimdə iştirak edərlər.Aşıqlarda bu mərasimdə oxuyarlar.Bütün üzüm bağçılari bu mərasimin naharına xoruz əti və suyun yeyərlər.
Anadır çayı
Anadır (Yukagir dili Онандырь), (Çukot dili Йъаайваам) — Rusiyanın uzaq şimal-şərq dutaracağında yerləşir. Rusiyanın Çukot Muxtar Dairəsinin Anadır rayonu ərazisindən axır. == Tarixi məlumat == 1648-ci ildə Semyon Dejnyov Anadırın mənsəbində qışlamışdır. Sonradan ərazi Çukçalarla tiçari əlaqə quran taçirlərin əsas qışlaq yerinə çevrilmişdir. Çay haqqında ilk yazılı məlumatı Mixail Staduxin vermişdir. Sonradan isə Anadır çayını Dmitri Laptev araşdırmışdır. 1913-ci ildə P.İ Polevin ekspedisiyası zamanı Anadır çayının mənbəyi aşkarlanır. Hövzəsinin sahəsi və ona tökülən əsas qollar müəyyənləşir. Hövzənin xəritəsi tərtib edilir. === Adlanması === Yukagir dilində enu-en → anu-an → anu-on — «çay» mənasını verir.
Anadır
Anadır — Rusiyada qəsəbə. Çukotka Muxtar Dairəsinin inzibati mərkəzi. Anadır çayının ağzında salınmışdır. Bu qəsəbə Rusiyanın ən şərqi qəsəbəsidir. == Tarixi == Qəsəbənin tarixi bir əsrdən bir az çox olsa da, adının tarixi qədimdir. Bu adın mənşəyi yukagir dilindəki çay mənasına gələn "any-an" sözündən götürülmüşdü. Qəsəbə 1889-cu ildə Novomariinsk adı ilə salınmışdı. Lakin 1923-cü ildə qəsəbənin adı Anadır olaraq dəyişdirildi. 1965-ci ildə isə qəsəbə statusu aldı. == Əhalisi == 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə Anadırın əhalisi 13045 nəfər olmuşdu.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Qardabani bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Canqır
Canqır (fars. جانقور‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndin ətrafı bağlarla əhatə olunub. Kənddə Pəhləvilər dövründə Rza şah üçün iqamətgah da inşa olunmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 916 nəfər yaşayır (223 ailə). Kənd əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Dandır
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
We Can Do It!
"We Can Do It!" (azərb. Biz bunu edə bilərik!‎) — 1943-cü ildə ABŞ-də müharibə dövrü "Westinghouse Electric"də işləyən işçilərin əhvalının artırmaq üçün C.Hovard Miller tərəfindən yaradılmış plakat. Plakatın ümumiyyətlə Ceraldin Hoff adlı Miçiqan fabrik işçisinin xəbər agentliyinin ağ-qara fotoşəklinə əsaslandığı iddia olunur. Plakata İkinci dünya müharibəsi zamanı çox az rast gəlinirdi. Plakat erkən 1980-ci illərdə yenidən tapıldı və geniş miqyasda bir çox formalarda reproduksiya olundu. Plakat çox vaxt "We Can Do It!" adlandırılsa da, bəzən "Çəkicvuran Rozi" adlandırılırdı. 1980-ci illərdə plakat feminizm və digər siyasi məsələlərin təşviq edilməsində istifadə olunurdu. Şəkil 1994-cü ildə "Smithsonian" jurnalının ön səhifəsində və 1999-cu ildə ABŞ-nin birinci sinif poçta markası kimi istifadə olunub. 2008-ci ildə plakat bir neçə Amerikan siyasətçisi üçün təşviqat materiallarında təsis edilmişdi, 2010-cu ildə isə Avstraliyanın ilk baş nazirinin qadın olması rəssam tərəfindən əks edilmişdir. Plakat Milli Arxiv və Yazılar Administrasiyasından ən çox tələb olunan 10 şəkillərdən biridir.
Is It True?
"Is It True?" (ing. Doğrudurmu?) 2009 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil edən Yohannanın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Óskar Páll Sveinssona aiddir. 12 may 2009-cu ildə keçirilmiş I yarımfinalda 174 xalla birinci olmuşdur və finala keçmişdir. Finalda isə 217 xalla ikinci olmuşdur. Bu nəticə 1999-cu ildən bəri İslandiyanın əldə etdiyi ən yaxşı nəticə idi.
Who Is It
Who Is It – Maykl Ceksonun "Dangerous" albomundan çxardığı sayca dördüncü sinqldır. Mahnı yeni çıxarıldığı dövrdə U.S. Billboard Hot Dance Club Play'də birinciliyə yüksəlmişdi. 1993-cü ildə Opra Uinfri ilə müsahibəsi zamanı Maykl Cekson mahnını akapella şəklində ifa etmişdir. Mahnı Maykl Ceksonun çox sevilən mahnılarından birinə çevrilmiş, ABŞ və Avropa ölkələrinin bir çoxlarında ilk onluğa və iyirmiliyə daxil olmuşdur. Eyniylə mahnının klipinin də taleyi çox uğurlu olmuşdur. Klipin rejissoru David Fincherdir. ABŞ – da MTV və VH-1 telekanalları mahnının klipinin yayımlanmasını qadağan etmiş və heç vaxt həmin klipi efirə buraxmamışdır. Əvəzində isə mahnı üzərində videomontaj vasitəsilə Maykl Ceksonun müxtəlif klip, konsert görüntüləri və şəkillərindən ibarət video yığılmışdır. Digət bir maraqlı fakt mahnının dinləyicilər tərəfindən çox sevilməsi və böyük uğur qazanmasına rəğmən mahnı Maykl Ceksonun heç bir konsert turuna daxil edilməmiş və heç bir vaxt (radioya olan müsahibə zamanı qısa akapella xaric) dinləyicilər qarşısında canlı ifa edilməmişdir.
Cıdır
Cıdır - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən yeniyetmələr və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Cıdır oyunu Novruz bayramı və digər el şənliklərində təşkil edilimiş atçılıq oyunlarından biri. Cıdır xalq oyunun Azərbaycanda yayılması "Kitabi-Dədə Qorqud" boylarından Nizami Gəncəvinin "Xosrov və Şirin" pomasından və klassik ədəbiyyatımızın digər nümunələrindən də bəllidir. == Oyunun qaydaları == Cıdırın keçirildiyi meydan, gün və şərtlə əvvəlcədən müəyyən edilir. Adlı- sanlı, tanınmış cavanlar bu oyun- yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar. Cıdır iştirakçılarından kim meydanı birinci qət edərsə, o yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini – onun başlanmasını və qurtarmasını zurnaçılar dəstəsi müşayət edir. Cıdır özünə- məxsus musiqi nömrəsi olur.
Hədəf Bakıdır
Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu və ya qısaca Hədəf Bakıdır — İkinci Dünya müharibəsi barədə çəkilmiş sənədli film. == Məzmun == Film Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edir. Filmdə mühərriklər müharibəsi adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən — neft uğrunda döyüş mövqeyindən baxılır. 1941–1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun qara qızılı Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi. Filmdə bugünədək nümayiş etdirilməyən kinokadrlar restavrasiya olunaraq rəngli formatda təqdim edilir. == Haqqında == Film Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmişdir. Filmin layihə rəhbəri Arzu Əliyevadır.
Anadır körfəzi
Anadır körfəzi — Berinq dənizinin ən böyük körfəzidir. Çukot yarımadası sahilində Çukot burnu və Navarin burunları arasında yerləşir. Körfəzin daxilində Krest və Anadır limanı adlı körfəzlər yerləşir. Sahilində Anadır şəhəri yerləşir. == Tarixi == 1648-ci ildə Semyon Dejnyovun ekspedisiyası zamanı aşkarlanmışdır. İlk xəritəsini 1665-ci ildə Kurbat İvanov tərtib etmişdir. == Coğrafiyası == Körfəzin uzunluğu 278 km, eni girəcəkdə 400 km, dərinliyi — 105 m təşkil edir. Günlük axınların sürəti 2,5-3 metrdir. İlin böyük qismi buzla örtülü olur. Körfəzə Anadır, Kalçalan, Velikaya, Tumannaya çayı axır.
Anadır rayonu
Anadır rayonu (çuk. Кагыргын район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Anadır şəhəridir (rayonun tərkibinə daxil deyil). == Coğrafiya == Çukotka muxtar dairəsinin cənubunda yerləşir. Rayonun sahəsi — 287 900 km². Rayonun cənub-şərq hissəsindən Rubikon çayı keçir. == Tarixi == Anadır rayonunda aşkar edilmiş bir neçə qədim yaşayış yerində aparılan qazıntılar bu yerlərdə ilk insanların erkən neolit ​​dövrünə təsadüf etdiyini göstərir. 1649-cu ildə səyyah Semyon Dejnev indiki Markovo kəndinin yaxınlığında qurulmuş qışlama yerində Anadır istinadgahının tikintisinə başladı. Kamçatka və ora gedən dəniz yolu kəşf edilməmişdən əvvəl Anadır istinadgahı xüsusi rol oynayırdı. Ancaq 1766-cı ildə İmperatriça II Yekaterinanın fərmanı ilə Anadır istinadgahı ləğv edilir.
Candar (Salmas)
Candar (fars. جاندر‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 365 nəfər yaşayır (62 ailə).
Candar (Sarvan)
Candar, Aran Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd..
Kür-Dostluq Çayıdır (1985)
Kür – dostluq çayıdır (film, 1985)
It
Ը, ը — (Səslənməsi: ıt, erm. ըթ) - erməni əlifbasının səkkizinci hərfi. Orta əsrlərdə «yerkatagir», «qraçagir», «notrgir», «şxagir» yazı üslublarında istifadə edilmişdir.
Cami ət-Təvarix
Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi. Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, Çin və Hindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir.
We Can Do It (dəqiqləşdirmə)
We Can Do It! İkinci dünya müharibəsi dövründə C. Hovar Miller tərəfindən yaradılmış plakatdır. We Can Do It bu mənaları da verə bilər: "We Can Do It" (Carboo mahnısı), Carboo-nun mahnısı. "We Can Do It" (Liverpul FK mahnısı), 1977-ci ilin mahnısı "Kaya Natin Ito!" və ya "We Can Do It!", Oqi Alkasidin mahnısı "We Can Do It", İstehsalçılar myuziklından mahnı. We Can Do It (albom), The Rubettes musiqi qrupunun albomu.
Cadi
Cadi (gürc. მჭადი) — ənənəvi olaraq lobio və pendirlə yeyilən ənənəvi gürcü qarğıdalı çörəyi.
Cahi
Cahi (zərdüştilik) — zərdüştilikdə "şəhvət" iblisi. Cahi (Qədim Misir) — Qədim Misirdə "Retcenu"nun cənub vilayəti üçün istifadə edilən ad.
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Cami
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Canis
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Kani
Məhəmməd Kabuli və ya təxəllüsü ilə Kani (1898, Mərivan, Kürdüstan ostanı – 1965) — kürd şairi. Qacar dövlətində, Mərivan ətrafındakı Rişen kəndində anadan olmuşdur. O, doğulduqdan az sonra valideynlərini itirmişdir. Poeziyasının böyük hissəsini məzlum insanlara həsr etmişdir. Onun poeziyasının əsas mövzuları azadlıq, kürd mübarizəsi, qadın hüquqları, təbiət və sevgidir.
Mani
Mani – “Şur” ladında qurulan zərbi muğamlardan biridir. Xalq – peşəkar musiqiçilər bu muğamı “Osmanı” da adlandırırlar. Marşvari ritm (4/2 ölçüsündə) bu muğamın sonuna qədər davam edir. Mani zərbi muğamı bir qayda olaraq təsniflə tamamlanır. Bu zərbi muğamda cəmi bir təsnif oxunur.
Nani
Luiş Nani (17 noyabr 1986, Praya) — (Port. Luís Carlos Almeida da Cunha) Portuqaliyalı futbolçu. Valensiya klubunda oynayır.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. == Tarixi == 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. == Ümumi məlumat == Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Çatı
Çatı – tükdən (qıldan — əsasən keçi qılından) hörülmüş və ya toxunmuş qalın kəndir. Çatıdan heyvanları bağlamaq, şələ, səhəng götürmək üçün istifadə edilərdi. Heyvandarlıqda istifadə etmək üçün üç-dörd, şələ və səhəng götürmək üçün beş-yeddi tağdan toxunur. Çatı toxunduqdan sonra hər iki ucuna yundan toxunmuş rəngli qotazlar tikilir. Çatı əsasən keçi tükündən (qəzilindən) hazırlanır. Çünki yuna nisbətdə keçi tükü daha dözümlü olur. Çatının uzunluğu iki metrə qədər olur.
Dandır çörəyi
Təndir çörəyi — yerdə açılan və ətrafı palçıqla suvanmış bir çuxurun içində bişirilən çörək. Çörək təndirin üzərinə yapışdırılaraq bişirilir. == Ümumi məlumat == Təndir çörəyi də kövrək çörəyi kimi bol miqdarda hazırlanıb uzun müddət saxlana bilər. Orta əsrlərdə Bakı əhalisinin məişətində ən çox yayılmış tikililər sırasına çörək bişirmək üçün nəzərdə tutulan təndirləri də aid etmək olar. İçəri Şəhərin müxtəlif sahələrindəki arxeoloji qazıntılar nəticəsində orta əsrlərdə Bakıda çörək bişirməsi üsulunu öyrənməyə imkan verən çoxlu sayda təndir aşkar edilmişdir. Azərbaycanda çörək bişirilməsinin çox qədim tarixi vardır. Arxeoloji tədqiqatların nəticələri göstərir ki, Bakıdan aşkar edilmiş təndirlərin öyrənilməsi İçəri Səhərin qaranlıq səhifələrinin işıqlandırılmasına kömək edəcəkdir. Təndir çörəyi hazırlamaq üçün müxtəlif ərzaqlardan istifadə edilir. Xəmirin gəlməsi üçün əvəllər acıtmadan (bir kündə xəmiri saxlayıb qıcqırtmaq) istifadə edilirdi. Müasir dövrdə acıtmanın əvəzinə quru mayadan istifadə edilir.
Lök-Candar
Lökcandar, Dağ Candar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Ququti kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd Lök dağlarının şimal ətəyində, rayon mərkəzi Başkeçid şəhərindən 32 km cənub-şərqdə yerləşir. Lökcandar kəndi Gürcüstanın Ermənistanla sərhədində yerləşir. Dəniz səviyyəsindən 2000 m hündürlükdə olan Lök dağının ətəyində, Bolnisi rayonunun inzibati sərhədi ilə kəsişmədədir. Cənub-şərq tərəfindən Ermənistanla dövlət sərhədi mövcuddur. Dörd tərəfdən meşə ərazisi ilə əhatə olunmuşdur. Ətrafının meşə və dağlıqla əhatə oluması, müəyyən çətinliklər yaradır ki, bu da yolla bağlıdır. Hər iki tərəfdən çayların axması da qış və yay daşqınları zamanı böyük çətinliklər yaradır. Kəndin qərb istiqamətində Qamışlı kəndi yerləşir və bu kəndlə məsafə 4 km olmasına baxmayaraq avtomobil yolu istifadəyə yararsız vəziyyətdədir.Cənub-Qərbdə isə Lök- Candar kəndini ətraf aləmlə birləşdirən, çətin keçilən avtomobil yolu vardır.
Yaman Candar
Teymur Şəmsəddin Yaman Candar (v. 1309) — Candaroğulları bəyliyinin qurucusu və ilk bəyi. == Həyatı == Oğuz türklərinin Qayı qolundan törəmişdir, Şəmsəddin Yaman Candar Alp Arslan Yaman Candar Məhmed bəyin oğlu idi. Anadolu Səlcuqluları arasındakı taxt mübarizəsinə qatılan Şəmsəddin Yaman Candar bəyə 1292-ci ildə Hülaki hökmdarı Keyxatu xan tərəfindən Əflani və ətraf bölgələri iqta olaraq verilmiş, bu tarix Candaroğlu bəyliyinin əsasının qoyulması olaraq qəbul edilmişdir. Bəyliyin qurucusu olan və ona adını verən Yaman Candar bəyin hansı türkmən boyuna mənsub olduğu bilinmir. Daşıdığı Candar ünvanı səbəbilə Səlcuqlu sarayında xidmət etdiyi anlaşılan Şəmsəddin Yaman Candar bəy, hakimiyyəti boyunca Hülakilərin tabeliyində qalmış, ancaq bəyliyin hüdudlarını genişləndirmədən 1309-cu ildə vəfat etmişdir. Yerinə isə oğlu Süleyman bəy keçmişdir.
Anadır əməliyyatı
Anadır əməliyyatı (rus. Анадырь) — Sovet İttifaqı tərəfindən 1962-ci ildə, Soyuq müharibə dövründə ABŞ qüvvələri tərəfindən Kubaya hücumun qarşısını ala biləcək bir ordu qrupu yaratmaq üçün ballistik raketlər, orta mənzilli bombardmançı təyyarələr və mexanikləşdirilmiş piyada diviziyasının yerləşdirilməsi üzrə gizli əməliyyatı üçün istifadə edilən kod adı. Plan üç R-12 raket alayından və iki R-14 raket alayından ibarət olan əsas raket qüvvələrini dəstəkləmək üçün təxminən 60,000 nəfərlik şəxsi heyətin yerləşdirilməsi idi. Buna baxmayaraq, Birləşmiş Ştatlar Kuba raket böhranına səbəb olan planı kəşf etmiş və bunun bir hissəsinin qarşısı alınmışdır. == Motivlər == O vaxtkı SSRİ Nikita Xruşşovun xatirələrinə görə, o, müdafiə naziri Rodion Malinovski ilə 1962-ci ilin aprelində Qara dəniz sahilində gəzintiyə çıxmış və ABŞ-nin Türkiyəyə yerləşdirdiyi "Jupiter" raketlərinin qısa uçuş müddətinin yaratdığı təhlükəni müzakirə etmişdi. Sovet İttifaqı ilə Qərb arasında nüvə başlıqlarının sayındakı fərq də bu çatışmazlıqları kompensasiya etmək üçün Kubaya raketlərin yerləşdirilməsi ideyası Xruşşovun zehnində kök salmışdı. Xruşşovun qeyd etdiyi kimi, o, Kubada sovet raketlərinin yerləşdirilməsini "öz kirpilərimizdən birini amerikalıların şalvarından aşağı salmaq" kimi görürdü. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Barlow, Jeffrey. Cuban Missile Crisis // Bruce A. Elleman; S. C. M. Paine (redaktorlar ). Naval Blockades and Seapower: Strategies and Counter-Strategies, 1805–2005.
Cıdır düzü
Cıdır düzü — Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını, bir çox yarışları keçirdiyi ərazi. == Cıdır düzündə keçirilən yarışlar və ədəbi məclislər == Cıdır düzü ("yarış meydanı") qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şuşalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəllər yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmişkən, yarışlar təkcə atlarda deyil, dəvələrdə də təşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirilirdi. Qaliblərə qarşı comərdcəsinə davranış sərgiləyib, dəyərli hədiyyələr verilirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu ən məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu.
Cıdır meydanı
Cıdır meydanı, və ya ippodrom (yun. ἱππόδρομος) — at yarışları və araba yarışları üçün qədim yunan stadionu. == Tarixi == Yunan ippodromu Roma sirkinə bənzər idi.
Cıdır oyunu
Cıdır - Azərbaycanda əsasən yaz və payız fəsillərində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biridir. == Oyunun qaydaları == Oyunda üçdən artıq adam iştirak edir. Hər oyunçunun papağı, xüsusi hazırlanmış 1m 40sm uzunluğunda dəyənəyi olmalıdır. Oyunu keçirmək üçün dəyirmi dirək, ağac kötüyü, saplı balta və düz yer seçirlər. Oyunçular əvvəl bir-bir əllərindəki dəyənəyi dirəyə və ya balta sapına vurub sürüşdürərək uzağa atmağa çalışırlar. Dəyənəyi ən geridə qalan oyunçu papağını dirəyin üstünə qoyur və ya balta sapından asır. Ən uzağa düşən dəyənəyin qaldığı yerdə bir cızıq çəkilir və həmin cızıqdan oyunçular dəyənəklərini papağa atırlar. Əvvəlcə papaq sahibi dəyənəyi atır. Əgər oyunçu öz papağını vurarsa, papağını geriyə götürür və oyun əvvəlki qayda ilə yenidən başlanır. Başqa oyunçular papağı vura bilməyəndə oyundan çıxırlar.
Vətən Anadır (mahnı)
Canidae
İtlər (lat. Canidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Danidin
Danidin(ing. Dunedin,mao. Ōtepoti)– Yeni Zelandiyada, Cənub Adasının cənub-şərqində yerləşən şəhər,həmçinin Otaqo regionunun inzibati mərkəzidir. Şəhər 1848-ci ildə Şotlandiya azad kilsə icması tərəfindən salınmış,Edinburq şəhərinin (gel dilində – Dan Edinn,Dùn Èideann) şərəfinə adlandırılmışdır. Danidin, ölkənin dörd əsas mərkəzlərindən biri sayılır, baxmayaraq ki, əhali baxımından yalnız yeddincidir. == Tarix == Arxeoloji araşdırmalara əsasən, günümüzün Danidin ərazisində yaranan ilk insan qrupları burada 13-14-cü əsrin sonlarında sağ qalan moa axtarışında olan maorilər idi.Nəhəng quşların tükənməsindən sonra, maorilər, oturma həyatı yaşamış, balıqçılıq, ovçuluq və toplama ilə məşğul olmuşdur.İngilis dənizçilərin məlumatlarına görə, 19-cu əsrin əvvəllərində yerli əhali bu cənub adasında ən böyük idi. Otago Körfezi sahilində ilk ağ kişi, 25 Fevral - 5 Mart 1770-ci il tarixləri arasında buranı kəşf etmiş Ceyms Kuk idi.Gəminin jurnalında, Kuk yaxınlığında bir çox pinqvin və dəniz pişiklərini müşahidə etdiyinə diqqət çəkirdi.Axtarışa gəlmiş avropalı dənizçiləri və körfəzin sahillərində yaşayan aboriqenlər arasında tədricən qızışan münaqişələr, nəticədə 1810-1823-cü illərin "Pişik Müharibəsinə" (ing.Sealers' War) gətirib çıxardı.Mübahisələrin mövzusunun ortadan qalxmasından - pişiklərin məhv edilməsindən- sonra müharibə sona çatdı. 1815-ci ildə Vilyam Taker (İng. William Tucker) tərəfindən idarə olunan ingilis köçkünlərinin kiçik bir qrupu sahildə bir kənd qurdu.Əvvəlcə maorilərlə əlaqələri xeyirxah idi, Tucker hətta evinə yerləşən maori qızı ilə evləndi.Ancaq 1817-ci ilin dekabrında qonşu komandirlərdən biri əsgərləri ilə kəndə gəldi və kolonistlərdən xərac tələb etdi.Sakinlər onlara lideri məmnun edən əmlakı verdi və düşündükləri kimi təhlükə keçdi.Ancaq növbəti gün qəflətən sakinlərə hücum edildi.Yalnız bir qaçmaq və limanda ingilis gəmisinə çıxmağı bacardı.Taker da daxil olmaqla bütün qalanlar öldürüldü və yeyildilər. Maori Salnamələri hücumun səbəbi olaraq liderin hədiyyələrdən narazılığını göstərir.
Sanidin
Sanidin — mineral, kalium çöl şpatının (K, Na) [AlSi3O8] monoklinik modifikasiyası. Sanidin tərkibində kalium komponentinin miqdarı 38–100 mol % arasında dəyişir, lakin təbii sanidin bu miqdar adətən 67%-dən çox olur. CaO miqdarı 1,5%-ə qədər, qalan komponentlərin (Va, Fe3+, Rb, Mg, Li, Ti) miqdarı 1%-dən azdır. Şüşəli, şəffaflıq ikiləşmə çox vaxt karlsbad qanunu üzrə, bəzən baven və manebax qanunları üzrə. Pertit cücərtiləri olmur; −2V=15–500. Turş tərkibli effuzivlərdə, bəzən isə hipabissal süxurlarda. Cavan kaynozoy süxurların izotop yaşını (kalium-arqon üsulu), qədim süxurların yaşını (rubidium-stronsium üsulu) təyinində istifadə edilir. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Çadır
Layla Takidir
Çanaxır təpələri
Çanaxır təpələri — Xaçmaz rayonunun Canaxır kəndi yaxınlığında, Ağçayın sahilində yerləşən antik dövrə aid arxeoloji abidə. == Tarixi == Xaçmaz rayonu Mehrəliqışlaq və Canaxır kəndləri yaxınlığında olan Çanaxır təpələri qədim yaşayış məskənidir. Çanaxır təpələri Ağçayın sahilində aparılmış arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilib. Təsərrüfat işləri ilə bağlı olaraq mühəndis qurğularının inşası və şum zamanı islamdan əvvəlki sivilizasiyanın tapılmış nümunələri bu ərazidə qalın torpaq laylarının altında tarixi məlumatların yatdığından, əldə edilmiş tunc, dəmir və saxsıdan düzəldilmiş əmək alətləri, silahlar və bəzək əşyaları isə burada tarixin müxtəlif dövrlərində sənətkarlığın bir çox sahələrinin yüksək inkişafından xəbər verir. 1970-ci illərin sonunda Kurqanın ətəyində suvarma üçün kanal çəkilən zaman arxın divarının uçulması zamanı burada qadın skeletinin qalıqlarını tapılmışdır. Onun üzərində sırğalar, qollarında nazik ölçülü qolbaqlar, digər tunc asma bəzəklər aşkar etmişlər. Bundan əlavə buradan tuncdan dairəvi formalı, üstü şarvari formalı müxtəlif ölçülü bəzək əşyaları, at əsləhəsinin qalıqları və perçimlər də tapılmışdır. Eyni zamanda kişi qəbrindən tapılmış romb formalı tuncdan düzəldilərək üstü rəngli mina ilə naxışlanmış amuleti (zənciri dağılmış şəkildə) arxeoloqlar son tunc dövrünə aid etmişdir. Torpağın altından tapılmış abidələrə ölünün dəfni zamanı ayaq və baş tərəfi müxtəlif ölçülü və təyinatlı saxsı qabları (küp, cam, dopu, bardaqlar, qaraçıraqlar), hətta ikikameralı çıraqlar, dəmir silah və alətləri, tunc və misdən hazırlanmış hamar, naxışlı, burma formalı qolbağı, bəzək əşyalarını qeyd etmək olar. Müxtəlif rəngli daşlardan, sədəf və sümükdən hazırlanmış boyunbağılar da aşkar olunub.
Şanidar mağarası
Şanidar — İraqın Ərbil mühafəzəsində neandertalların qalıqlarının aşkar edildiyi mağara. Tapıntıların təxmini yaşı 50–70 min ildir. Zaqros dağlarında yerləşir. Üst Paleolitdə burada Zarzi mədəniyyətinə aid müasir tipli insanların məskəni yaranmışdır. Epipaleolit dövründə (e.ə. IX minillik) ən qədim əkinçilik mədəniyyəti olan Şanidar-Kərim-Şahir mədəniyyətinin təbəqələrinə burada rast gəlinmişdir. 2006-cı ildə əvvəllər mağarada tapılan sümüklər arasında Şanidar-10 təyinatı ilə neandertala aid ayaq sümükləri tapılmışdır. 21 sentyabr 2018-ci ildə Britaniya arxeoloqları Şanidar mağarasında (Şanidar-11 və Şanidar-12) iki yetkin neandertalın qalıqlarının aşkar edildiyini elan etmişdilər. == İstinadlar == == Xarici keçidlər == "Цветы в пещере Шанидар. Кто виноват — Человек или пчёлы?".