Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elimdar Səfərov
Elimdar Səlimxan oğlu Səfərov (26 iyul 1992; Yardımlı, Azərbaycan – 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Elimdar Səfərov 1992-ci ilin 26 iyul günündə Yardımlı şəhərində anadan olub. Elimdar Səfərov 1993-cü ildə ailəsi ilə birgə Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçdü. == Hərbi xidməti == Gizir Elimdar Səfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 4-ü isə Elmidar Səfərov Neftçala rayonunun Aşağı Qaramanlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Səfərov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elimdar Səfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Elmira
Elmira — qadın adı. Elmira Cəfərova — Elmira Kərimova — Elmira Əliyeva — Geologiya-mineralogiya elmlər doktoru, AMEA-nın müxbir üzvü (30.06.2014) Elmira Abasova — musiqişünas, pedaqoq. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967).
Elidor
Elidor - ingilis yazıçısı Alan Qarnerin 1965-ci ildə Collins tərəfindən nəşr olunan uşaq fantastik romanıdır. Tərcümələr doqquz dildə nəşr olunub və o, televiziya və radio üçün uyğunlaşdırılıb. == Süjet təqdimatı == Hekayə başqa bir dünyadan gələn peyğəmbərliyi yerinə yetirərək dəhşətli qaranlığı cilovlamaq üçün mübarizə aparan bir qrup uşağın macəralarına aiddir. Süjet real dünyada Elidor dünyasına, Mançester şəhərinə və Şimali Çeşirin bəzi hissələrinə gedir. Qarnerin bir çox kitabları kimi, povestin vurğusu da qəhrəmanların üzləşdiyi seçim və məsuliyyətlərin çətinlikləri, dəyəri və praktiki cəhətləridir. == Başlıq == Elidor adı, Giraldus Cambrensis tərəfindən İtinerarium Cambriae-də 1188-ci ildə ölkə üzrə səyahətinin rekordu olan Elidor və Qızıl Top kimi tərcümə olunan Uels xalq nağıllarından yaranmışdır. Elidor bir uşaq ikən cırtdanlar tərəfindən gözəl olsa da, günəşin tam işığı ilə işıqlandırılmayan bir ölkədə qızıl qalaya aparılmış bir keşiş idi. Bu, Qarnerin Elidor ölkəsinin tutqun səması ilə ziddiyyət təşkil edən Qoriasın qızıl divarlarının təsviri ilə müqayisə edilir. == Ətraflı == İngilis folkloru - Elidor Uilyam Şekspirin “Kral Lir” əsərindən sitat gətirən epiqrafla başlayır: “Çayld Rould Qaranlıq Qülləyə gəldi”. Bu həm də Elidorun süjetinin bir neçə elementinin çəkildiyi “Çayld Rouland” ingilis xalq nağılına işarədir.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar Əliyev Eldar Əliyev — . Eldar Əliyev — balet ustası. Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.
Elmir
Elmir — ad.
Dorote Elmicer
Dorote Elmicer (1985, Vetsikon[d], Sürix kantonu, İsveçrə) – İsveçrə yazıçısı. Hazırda İsveçrədə yaşayır. Elmicer gələcək vəd edən İsveçrə yazıçılarından biridir. 2010-cu ildə Almandilli Ədəbiyyat Festivalında Kelaq mükafatını qazanmışdır. Məktəbi bitirdikdən sonra Elmicer Nyu-Hempşirə getmiş, daha sonra Sürix Universitetində fəlsəfə və siyasi elmlər üzrə təhsil almağa başlamışdır. Bil şəhərində İsveçrə Ədəbiyyat İnstitutunda və Leypsiqdə Alman Ədəbiyyat İnstitutunda təhsil almışdır. 2008-ci ildə Hildeshaymda yeni ədəbiyyat üzrə keçirilən festivalda – Prosanovada iştirak etmişdir. Yazıçının ən məşhur əsəri 2010-cu ildə nəşr olunmuş "Cəsurlara dəvət" (alm. "Einladung an die Waghalsigen"‎) novellasıdır. == İstinadlar == == Xarici keçidlər == "Schöner Erfolg für die Schweizer Literatur", Tages-Anzeiger, 27.
Elkiyar Məmmədov
Elkiyar Abdulla oğlu Məmmədov (7 avqust 1992; Ərçivan, Astara rayonu, Azərbaycan – 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elkiyar Məmmədov 1992-ci ildə 7 avqust Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşdur.1998-ci ildə həmin qəsəbədə 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2009-cu ildə məktəbi bitirmişdir. Ailəli idi. 2 qızı və 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Elkiyar Məmmədov 2010-cu ildə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmiş və 2012-ci ildə hərbi xidmətini başa vurmuşdur. 2013-cu ildən Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə MAXE rütbəsində sürücü kimi xidmətə başlamışdır. 2015-ci ildə Füzuli rayonuna ezam olunmuşdur və 5 il idi ki, Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə qüsursuz xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Elkiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. Elkiyar Məmmədov oktyabrın 30-da Hadrutun azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elkiyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elmixan Məmmədov
Elmixan Məmmədov (9 yanvar 1994-cü ildə Tovuzda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-17 milli futbol komandasında çıxış etmişdir. == Bioqrafiyası == Elmixan Məmmədov 1994-cü ildə Tovuz şəhərində anadan olmuşdur. O, Turan Tovuz klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur. == Klub karyerası == Elmixan Məmmədov öz peşəkar futbolçu karyerasına 2010-cu ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Turan Tovuz klubunda başlamışdır. O, Tovuz təmsilçisi ilə birlikdə Premyer Liqada üç mövsüm iştirak etdi. 2013–14 mövsümünün sonunda toplanılan xallar əsasında klub Birinci Diviziona endi, lakin digərlərindən fərqli olaraq, Elmixan klubu tərk etmədi. === Çempionat === Mövsümlər üzrə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: === Кубок === Mövsümlər üzrə Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir: == Milli karyerası == 2010-cu ildə Elmixan Azərbaycan U-17 millisi ilə Moldova Futbol Federasiyası Kuboku turnirində iştirak etmək üçün milliyə dəvət almışdır.
Elmira Qəmbərova
Elmira Qəmbərova (14 mart 1994) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Elmira Qəmbərova beynəlxalq turnirlərdə birinci uğuruna 2014-cü ildə Polşada gənclər arasında Avropa Çempionatını gümüş medalla başa vurmaqla imza atdı. Həmin il Elmira Qəmbərova həm də Xorvatiyada gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2015-ci ilin martında isə Elmira Qəmbərova Polşada U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin il Avropa Oyunlarında çıxış edən Elmira Qəmbərova 2015 və 2016-cı illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirləri beşinci pillələrdə başa vurdu. 2017-ci ildə Elmira Qəmbərova Kiyev şəhərində beynəlxalq turnirin gümüş medalına sahib oldu, Macarıstanda U23 Avropa Çempionatını və Serbiyada Avropa Çempionatını isə yeddinci pillələrdə başa vurdu. Mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib olan Elmira Qəmbərova həmin il Paris şəhərində (Fransa) Dünya Çempionatında debüt elədi və turniri 12-ci pillədə başa vurdu. 2018-ci ildə Elmira Qəmbərova Rusiyada Avropa Çempionatını 8-ci, Macarıstanda Dünya Çempionatını isə 14-cü pillədə başa vurdu. Karyerasın ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Elmira Qəmbərova əvvəl Fransa Qran-Prisini beşinci pillədə başa vursa da, mövsümün növbəti nüfuzlu turnirlərində uğurlara imza atdı. Apreldə Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vuran Elmira Qəmbərova iyunda Belarusda Avropa Oyunlarının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.
Elmira Abdullayeva
Elmira Axundova
Elmira Axundova (deputat)
Elmira Cəfərova
== Həyatı == Elmira Cəfərova 1937-ci il iyun ayının 7-də Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. O, 1961-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib və təyinatla AMEA Fizika İnstitutuna göndərilib. Burada görkəmli alim, akademik H.M.Abdullayevin rəhbərlik etdiyi yarımkeçiricilər laboratoriyasında elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. O, 1968-ci ildə “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə “Diffuziya yolu ilə alınmış n- və p- bazalı silisium diodlarının reaktiv xassələrinin tədqiqi” mövzusunda nаmizədlik dissertasiyasını müdafiə edib. Elmira Cəfərova 1969-cu ildə yeni yaradılmış “Heteroquruluşlar fizikası“ laboratoriyasında böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmiş və 2000-ci ildən hal-hazıradək həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışır. 2007-ci ildə isə “Dərin aşqar səviyyəli germanium, silisium və onlar əsasında çəpər quruluşlarda qeyri-stasionar elektron prosesləri” mövzusunda “Fiziki elektronika” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. Elmi əsərlərinin sayı-160 Xaricdə dərc olunan əsərlərinin sayı-70 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı -40 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı-10 Elmi-pedaqoji fəaliyyəti - 1978-1990-cı illərdə Azərbaycan Texniki Universitetinin “Mikroelektronika” kafedrasında mühazirələr oxumuş və elektron texnikası mühəndisliyi üzrə mütəxəssislərin hazırlanmasında fəal iştirak etmişdir Dil bilikləri- rus, ingilis dilləri Əsas elmi nəticələri - Qeyri-stasionar tutum spektroskopiyası, fotokeçiricilik, fototutum və EPR metodlarından istifadə edərək germanium, silisium və onların əsasında yaradılan baryer quruluşlarda qeyr-stasionar elektron proseslərinin mexanizmləri araşdırılmış, keçid metalların (Ti, V, W, və Ni) Ge və Si-da yaratdığı dərin səviyyələrin əsas energetik parametrləri təyin edilmişdir. Al-SiO2-Si-Me, In2O2-SiO2-Si-Me quruluşları alınmış, onların elektrik, fotoelektrik, aşırma xarakteristikaları öyrənilmiş, rastrelektron mikroskopunda tədqiqatlar aparılmış, onlar əsasında aşırıcı və yaddaş elementləri yaradılmışdır. Moskva şəhərinin Dubna vilayətindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə birgə Si əsasında yeni tipli foroqəbuledici detektorlar yaradılmış və onların əsas xassələri öyrənilmişdir. Hazırlanmış koordinat həssaslıqlı detektorlar tək-tək işıq kvantlarını yüksək effektivliklə qeyd etməyə qabildirlər.
Elmira Ramazanova
Elmira Ramazanova (azərb. Elmira Məmmədəmin qızı Ramazanova‎, 28 oktyabr 1934, Bakı – 8 dekabr 2020) — Texnika elmlər doktoru, Professor, Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Elmira Ramazanova 1934-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1952-ci ildə 134 saylı orta məktəbi qızıl medalla, 1957-ci ildə isə Azərbaycan Sənaye İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyasının) Energetika fakültəsini fərqlənmə diplomu ilə bitirib. == Fəaliyyəti == Alim əmək fəaliyyətinə Azərbaycan Respublikasının Energetika İdarəsində başlayıb, 1992-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasının nəzdində “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktorudur. O, 1965-ci ildə “Qazkondensat sistemlərdə qazların separasiya şəraitlərinin hesablanma metodunun işlənməsi və tədqiqi” mövzusunda namizədlik, 1975-ci ildə “Adaptasiya metodlarının tətbiqinə əsasən neftqaz-kondensat yataqlarının termodinamiki tədqiqatları“ mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, 1978-ci ildə professor elmi adını alıb. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Elmira Ramazanova neft-qaz və qazkondensat yataqlarının səmərəli işlənməsinin təmini istiqamətində kompleks praktiki və elmi-tədqiqat işləri aparan tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini neft-qaz, qaz kondensat çıxarmada yaranan mürəkkəbləşmələrə qarşı mübarizə, işlənmə rejiminin tənzimlənməsi üçün lazım olan parametrlərin seçilməsi, nanokompozitlərin alınması, nanotexnologiyaların işlənib hazırlanması və onların istehsalata tətbiqi, neftlə çirklənmiş torpaqların təmizlənməsi təşkil edir. 2004-cü ildə alimin rəhbərliyi ilə ölkəmiz “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı”, “Xəzər, Qara dəniz regionunun, tədqiqatlar, energetika və iqlim dəyişilməsi siyasəti” regional layihələrində təmsil olunub.
Elmira Rəhimova
Elmira Allahverdi qızı Rəhimova (13 avqust 1941, Bakı) – Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2002) == Həyatı == Rəhimova Elmira Allahverdi qızı 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir. 1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir. 50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C. Nehrunun dəvəti ilə iki dəfə (1957–59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Anand adında bir oğlu və iki nəvəsi vardır.
Elmira Süleymanova
Elmira Teymur qızı Süleymanova (17 iyul 1937, Bakı – 25 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən), Alim, dövlət və ictimai xadim == Həyatı == Elmira Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944–1954-cü illərdə Bakı şəhərindəki 134 saylı orta məktəbdə oxumuşdur. 1955–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda fəaliyyət göstərmiş, laborant, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının aspiranturasında təhsil almış, 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor rütbəsi almışdır. 1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvüdür. 2024-cü il aprelin 25-də uzun sürən xəstəlikdən sonra vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub. == Elmi nailiyyətləri == Alim ömrünün bəhrələri, onun tədqiqatları, yeni kimyəvi maddələrin sintezi, alınması texnologiyası və tətbiqi sahələri üçün təklif etdiyi orijinal üsullar və texnoloji proseslərin işlənməsi 260-dan çox elmi əsərində, 40-dan çox ixtirasında, patentdə, müəlliflik şəhadətnamələrində öz əksini tapmışdır. O, 5 elmlər doktoru, 16 elmlər namizədi yetişdirmişdir.
Elmira Səfərova
Elmira Yusif qızı Səfərova (16 sentyabr 1934) — Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, professor, pedaqoq və pianoçu. == Həyatı == 16 sentyabr 1934-cü ildə Bakıda anadan olmuşdur. Atası Yusif tanınmış mühəndis-neftçi, Azərbaycan Respublikasının əməkdar mühəndisi, iki dəfə dövlət mükafatı laureatı, texnika elmləri namizədi və Xəzər dənizində yerləşən qeyri-adi şəhər – «Neft daşlarının» əsasını qoyanlardan biri olmuşdur. Hazırda Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevirdi. Anası Cəvahir xanım gözəl səsə və böyük musiqi istedadına malik idi. Gənc yaşlarında o, dahi Üzeyir Hacıbəyovun xorunda oxuyurdu və solist kimi də müxtəlif konsertlərdə çıxış edirdi. O, Azərbaycan mahnılarını çox gözəl ifa edirdi. Lakin malik olduğu istedad və qazandığı uğurlara baxmayaraq Cəvahir xanım uşaqlarının (Elmiradan savayı onun bir qızı və bir oğlu da var idi) xatirinə səhnəni tərk etməyə məcbur olmuşdur. Xalq musiqisinə, muğamlara və Azərbaycan bəstəkarlarının, xüsusən də Üzeyir Hacıbəyovun yaradıcılığına olan sevgilərini valideynlər öz uşaqlarına aşılayırdılar və onları musiqi incəsənətinə dərin məhəbbət və böyük maraq mühitində böyüdürdülər.
Elmira Vəliyeva
Vəliyeva Elmira Bağır qızı — geologiya-mineralogiya elmləri doktoru. == Həyatı == Vəliyeva Elmira Bağır qızı 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Neft və Kiyma İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. İnstitutu qurtardıqdan sonra "Orcanikidzeneft" NMİ-də əmək fəaliyyətinə neft çıxarılmasının təkrar üsulları sexində operatorluqdan başlamışdır. Sonra "Qum adası" NMİ-nin ETİS-də mühəndis, böyük geoloq vəzifələrində işləmişdir. 1967-ci ildə "Xəzərdənizqaz" Birliyində istehsalat şöbəsinin geoloqu vəzifəsinə təyin olunmuşdur. 1973-1992-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqlarının Problemləri İnstitutunun "Neft və qaz ehtiyatlarının hesablanması" laboratoriyasında böyük elmi işçi vəzifəsində işləmişdir. Vəliyeva E.B. Balaxanı-Sabunçu-Ramana, Suraxanı, Qaraçuxur, Qala, Lökbatan-Puta-Quşxana, Bibiheybət və s. kimi iri yataqların karbohidrogen ehtiyatlarının hesablanması üzrə elmi mövzuların məsul icraçısı olmuşdur. 1974-cü ildə Vəliyeva E.B. "Bakı arxipelaqının neft və qaz yataqlarının səmərəli işlənməsi məqsədilə geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Elmira Zamanova
Elmira Emin qızı Zamanova — Fəlsəfə elmləri doktoru. Tərcüməçi-jurnalist Emin Sadıxovun qızı.[mənbə göstərin] == Həyatı == Elmira Zamanova 9 aprel 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1954-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Elmira Zamanova 1958-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Hüquq İnstitutu) kiçik elmi işçi vəzifəsində çalışmışdır.1965-ci ildə namizədlik dissertasiyasını(estetika üzrə) müdafiə etmişdir. Alim 1967-1990 illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1990-cı ildən etibarən isə Fəlsəfə və Hüquq İnstitutunda aparıcı elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hal-hazırda baş elmi işçi vəzifəsində çalışır. Elmira Zamanova 2016-cı il noyabrın 9-da Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Elmira Zamanova ilk dəfə XIX-XX əsrlərdə Türkiyədə fəlsəfi-estetik fikrin inkişafı, əsas problem və təmaüllərini tədqiq etmişdir. Alim əsərlərində əsas diqqətini XX əsr türk estetik fikrinin inkişafını səciyyələndirən problemlərə yönəltmiş və bu mövzuda bir çox türk filosoflarının fikir və düşüncələrini təhlil etmişdir.
Elmira İsmayılova
Elmira İsmayılova (tam adı: Elmira Məhərrəm qızı İsmayılova; 13 noyabr 1945, İrəvan) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007). == Həyatı == E.İsmayılova İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Ermənistan Respublikasının X.Abovyan adına Pedaqoji İnstitutunu bitirmişdir. Elə həmin ildən etibarən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir. E.İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaratmışdır. Onun Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rolları tamaşaçı rəğbətini qazanmışdır. E.İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya filmlərində çəkilmişdir. == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.11.1978 "Əməkdar artist" fəxri adı — 25 oktyabr 2000-ci il "Xalq Artisti" fəxri adı — 16 oktyabr 2007-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 2006-ci il, 2007-ci il, 2008-ci il "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqının medalı) (2021) == Teatr səhnəsindəki rolları == === Teatrın İrəvandakı fəaliyyəti dövründə === === Teatrın Bakıdakı fəaliyyəti dövründə === Fena («Mənim qaynanam», Georgi Xuqayev) Ana («Didərginlər», Zəlimxan Yaqub) Sənəm («Allah onlara rəhmət eləsin», Süleyman Rəşidi) Gülnar («Abbasqulu bəy Şadlınski», İnqilab Vəlizadə) Mehriban («Məhəbbət yaşayır hələ», Hidayət) Harayxanım («Durnalar qayıdanada», Hidayət) Ballı («Sehrli alma», Şahin Cəbrayılov) == Ailəsi == Teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Vidadi Əliyev (həyat yoldaşı) Televiziya prodüseri, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi Oqtay Əliyev (oğlu) Televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli (oğlu) Teatr və kino aktrisası, teleaparıcı Dilarə Əliyeva (gəlini) == Filmoqrafiya == Ömürdən uzun gecə (film, 1996) Bəsdir, ağlama!
Elmira Şabanova
Elmira Balahüseyn qızı Şabanova (1 noyabr 1940, Bakı) — Azərbaycanın görkəmli kino aktrisası, Azərbaycan Respublikası Xalq Artisti (2006), Prezident təqaüdçüsü. == Həyatı == Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olmuşdur. Atası əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub. M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq (1958–1962), sonra rejissorluq fakültəsini bitirib. (1969) Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib. Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır. == Fəaliyyəti == 1962–1997 müəllim və dosent işləmişdir. "Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilmişdir. Aktrisa 2 filmdə çəkildikdən sonra həyat yoldaşı Rüfət Şabanovun qadağası ilə 1977-ci ilədək kinoda görünməyib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmiylə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb.
Elmira Şahtaxtinskaya
Elmira Həbibulla qızı Şahtaxtinskaya (25 oktyabr 1930, Bakı – 13 oktyabr 1996, Moskva) — Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi. == Həyatı == Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. == Yaradıcılığı == Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958–1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir. Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.
Elmira Əliyeva
Elmira Hacımurad qızı Əliyeva (12 sentyabr 1960, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru, 2014-cü ildən AMEA-nın müxbir üzvü. == Həyatı == Elmira Hacımurad qızı Əliyeva 1960-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlər Universitetinin (indiki BDU) geoloji-coğrafi fakültəsini bitirmiş, 1990-ci ildə "Cənubi-Xəzər çökəkliyinin qərb yamacının antropogen Didakna mollyuskaların filogenya, sistematika və paleoekoloqo-biogeokimyəvi xarakteristikası" mövzusunda namizədlik, 2005-ci ildə "Orta və Cənubi-Xəzər çökəkliyinin qərb yamacının mezokaynozoy çöküntülərinin sedimentasiya tsiklliliyi və fasiyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmira Əliyeva 1991-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) işləyir. O hazırda GGİ-də Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin rəhbəri kimi məsul elmi vəzifə daşıyır. Alim 2014-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. == Fəaliyyəti == Elmira Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri çoxsahəli olmaqla: "Müasir və qədim terrigen çöküntü sistemlərinin toplanması şəraitləri və tsiklləri; Mezokaynozoy çöküntülərinin sekvens və xemostratiqrafiyası; məhsuldar qatın karbohidrogen rezervuarlarının stratiqrafik arxitekturası; iqlim, dəniz səviyyəsinin dəyişməsi və çöküntü toplanması; Mezokaynozoyda Xəzər ərazisinin paleocoğrafiyası; ətraf mühit dəyişmələrinə qarşı geokimyəvi və biokimyəvi reaksiyalar" kimi mövzuları əhatə edir. Elmira Əliyevanın rəhbərlik etdiyi şöbə "Cənubi Xəzər və Orta Kür hövzələrinin Kaynozoyda paleocoğrafiyası, Miosen - Pliosen çöküntülərinin kollektor xüsusiyyətləri və üçölçülü modelləşdirilməsi; diatomeyaların öyrənilməsi nəticəsində Maykop və Pleystosen-Holosendə Cənubi Xəzər hövzəsinin qərb bortunun paleoekologiyası və s" kimi mühüm elmi-tədqiqat layihələrini və dissertasiya mövzularını reallaşdırır. Alimin əsas elmi nailiyyətləri "Orta və Cənubi Xəzər hövzələrinin qərb bortunda mezo- kaynozoy çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi, neftli ana və kollektor süxurların toplanmasının fasial kontrolu və siklliliyinin müəyyən olunması", "Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması", "Cənubi Xəzər hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu", "Məhsuldar qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin pliosen ərzində dəqiq paleocoğrafik rayonlaşdırılması və kollektorların keyfiyyətinin dərəcələrə bölünməsi", "Qırmakı dərəsində məhsuldar qatın alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi", "Palçıq vulkanlarının tullantılarına görə Cənubi Xəzər hövzəsi Qərb yamacının eosen-miosen çöküntülərinin palecoğrafiyası" sahələrini əhatə edir. Elmira Əliyeva həmçinin “Neft-qaz hövzələrinin stratiqrafiyası və sedimentologiyası” beynəlxalq elmi jurnalı redaktorunun müavini vəzifəsini daşıyır.
Elmira Əmrahqızı
Elmira Əmrahqızı — tanınmış Azərbaycan jurnalisti, "Azadlıq" radiosunun Bakı nümayəndəliyinin rəhbəri (1993–1998), "Qızıl qələm" mükafatı laureatı. "Həsən Bəy Zərdabi" və "İlin qadını" mükafatlarına layiq görülüb. == Həyatı == Elmira Əmrah qızı Əhmədova 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində anadan olub. 1958-ci ildə 24 saylı Dəmiryolu məktəbinə gedib. 1962-ci ildə məktəbi dəyişərək təhsili 1 saylı orta məktəbdə davam edib. 1969–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Proqramların tərtibi şöbəsində işləyib. "Bakı", "Baku", "Nezavisimaya qazeta" "Azərbaycan gəncliyi", "Ulduz", "Azərbaycan qadını" və digər qəzet və jurnallarında işləyib. 1989–1990-cı illərdə "Azadlıq" qəzetində çalışıb. 1989-cu ildə "Kosmos uşaqlar üçün" adlı SSRİ jurnalistlərinin kosmosa göndərilməsi ilə əlaqədar proqramının qaliblərindən biri olub.
Ələmdar
Ələmdar — kişi adı. Polad Ələmdar Bu adı olan tanınmış şəxslər Ələmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professor Yaşayış məntəqələri Ələmdar — Hadişəhrin digər adı.
Əlamdar
Ələmdar — kişi adı. Polad Ələmdar Bu adı olan tanınmış şəxslər Ələmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professor Yaşayış məntəqələri Ələmdar — Hadişəhrin digər adı.
Əliyar
Əliyar — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; güləşçi; Qarabağ müharibəsi şəhidi. Əliyar bəy Haşımbəyov — Rusiya imperator ordusunda general-mayor Əliyar Səfərli — maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri. Əliyar Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə Əliyar Şahsevən — Şahsevən elinin Pireyvatlı obasının ağsaqqalı Əliyar İsmayılov — Rusiyalı futbolçu Əlyar Məmmədov — Azərbaycan hərbçisi, ehtiyatda olan polkovnik-leytenant. Əliyar Əmirov Kəndlər Əliyar (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Əliyar (Dizmar) — Cənubi Azərbaycanın Qaradağ vilayətinin Qərbi Dizmar mahalında kənd. Əliyar (Şot) — Əliyar (Vərziqan) — Digər Əliyar bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə.
Əlişar
Əlişar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18-20 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində <<alçaq dağ>> mənasında işlənən alaşar sözünün fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır.1918 –ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926–cı ildə 104 nəfər, 1931 –ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır. 1930–cu illərin sonlarında kəndin sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Polad Əlamdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polad Ələmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Ələmdar-Gərgər
Hadişəhr, Ələmdar, Gərgər və ya Ələmdar-Gərgər — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,842 nəfər və 7,552 ailədən ibarət idi.Əhalisi tamamilə azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Ələmdar (Meşkinşəhr)
Ələmdar (fars. علمدار‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (41 ailə).
Ələmdar Cabbarlı
Ələmdar Cabbarlı (tam adı: Bayramov Ələmdar Qəmbər oğlu; 4 avqust 1980, Ağcakənd, Kəlbəcər rayonu) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003). 15 sentyabr 2020-ci il tarixindən 2022-ci ilin yanvar ayınadək BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi olmuşdur. 11 yanvar 2022-ci il tarixindən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıdır. == Həyatı == Ələmdar Cabbarlı 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. 1987-ci ildə Ağcakənd orta məktəbinə getmiş, 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil almışdır. 2001–2003-cü illərdə BDU-da magistr təhsili almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur. 2006–2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. 2012-ci ildə "Səməd Vurğun şeirinin obrazlar sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Ələmdar Mahir
Ələmdar Mahir (26 may 1950, Nardaran – 21 fevral 2014, Bakı) — Azərbaycanın görkəmli qəzəlxan-şairi, Füzulişünas-alim, tədqiqatçı == Həyatı == Ələmdar Mahir 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açmışdır. Burada boya-başa çatmış, məktəbdə oxumuşdur. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləmiş, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzmüşdür. Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşmüş, axtarıb tapmış, səbir və dözümlə onlardan da öyrənməyə səy etmişdir. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır. Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır. 1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutmuşdur və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılmışdır. Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutmuş və Əliağa Vahid adına baş mükafatı almışdır. De gəlsin verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak etmişdir. Hacı Ələmdar Mahir doğma kəndi Nardaranda yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahının həyətində olan qəbirstanlıqda dəfn olunmuşdur.
Ələmdar Quluzadə
Ələmdar Quluzadə - Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1952-ci ildə Qarabağın Xocalı kəndində anadan olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra 1973-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialında Azərbaycan dili və ədəbiyyat fakultəsini bitirib. 1988-ci ilin sentyabr ayına qədər Xankəndində yaşayıb və bu müddətdə keçmiş, DQMV radio verilişləri komitəsinin Azərbaycan verilişləri redaksiyasında müxbir vəzifəsində çalışmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığa gənc yaşlarında başlayan şairin şeirləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində və “Ulduz” jurnallarında dərc edilmişdir. Ələmdar Quluzadənin ilk kitabı “Dağların yaddaşı” adlanır. Sonralar Ələmdar müəllimin bir-birindən maraqlı kitabları dərc edilmişdir. O, “Tumurcuqlar”, “Beş qitənin uşaqları”, “Şəhid şəhər”, “Alay komandiri”, “Ömür-gün qabaqdadır”, “İsti ocaq”, “Mənə söz verin”, “Məhləmin uşaqları”, “Məni yoldan eləmə”, “Qürbətə düşən daş”, “Dilotu”, “Ürəyindən keçəydim”, “Ətirşah ətri”, “Boğça”, “Qadan mənə Qarabağ” kitablarının müəllifidir. Şairin kitablarını kiçiklərlə yanaşı, böyüklər də sevərək oxuyur.
Ələmdar Əlbəndov
Ələmdar Aslan oğlu Əlbəndov (8 yanvar 1940, Kəlbəcər rayonu) — Azərbaycan Texnologiya Universiteti, kimya mühəhdisliyi kafedrasının müdiri, professor. == Həyatı == Ələmdar Əlbəndov 08 yanvar 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Ələmdar Əlbəndov 1958-ci ildə Kəlbəcər orta məktəbini bütün fənlərdən əla qiymətlərlə başa vuraraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) kimya-biologiya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu “Lenin təqaüdü” ilə bitirmişdir. Tələbəlik illərində fakültənin “Kimya-biologiya bülleteni”nin və “İti gözlər” satirik divar qəzetinin redaktoru, institut komsomol bürosunun üzvü kimi müxtəlif ictimai vəzifələrdə fəaliyyət göstərməklə yanaşı, görkəmli alim prof. Allahverdi Verdizadənin rəhbərliyi ilə “Sirkoniumun mikroperyodatometrik təyini” mövzusunda elmi iş aparmışdır. Apardığı tədqiqatın nəticələri “Azərbaycan kimya jurnalında” dərc olunmuşdur. Tələbəlik illərində təhsildə, ictimai və elmi-tədqiqat işlərində qazandığı müvəffəqiyyətlər barəsində institutun “Gənc müəlim”, ”Azərbaycan gəncləri” qazetlərində və “Uçitelskaya qazeta”da məqalələr dərc olunmuşdur. 1963-cü ildə institutu bitirən Ələmdar Əlbəndovun təyinatını Kəlbəcərə verirlər. Tələbəlik illərində Ələmdar Əlbəndovun təhsil sahəsində əldə etdiyi uğurları, eləcə də istedad və qabilliyyətini rəhbər tutaraq pedaqoji stajının olmamasına baxmayaraq rayon maarif şöbəsi yüksəik etimad göstərərək onu öz doğma kəndində orta məktəbə direktor təyin edir. Ələmdar Əlbəndov 01 janvar 1965-cü il tarixdən etibarən Azərbaycan SSR EA-nın “Qeyri-üzvi və Fiziki kimya İnstitutu”nun əyani aspiranturasına qəbul olunur.
Ələmdar Abdullayev
Ələmdar Abdullayev (25 iyul 1955 – 13 avqust 1993, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələri əsgəri, Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Ələmdar Abdullayev 25 iyul 1955-ci ildə Qərbi Azərbaycanın Kilsə kəndində anadan olmuşdur. == Təhsili == Kilsə kənd orta məktəbini bitirdikdən sonra 1973-1975-ci illərdə sovet ordusu sıralarında xidmət etmişdir. == Hərbi xidməti == Hərbidən qayıtdıqdan sonra yaşadığı kənddə təsərrüfatla məşğul olub ailəsini dolandırmışdır. O, könüllü surətdə cəbhəyə getmiş, 709 saylı hərbi hissənin tərkibində vuruşmuşdur. Buzluq, Mənəş, Todan, Çaykənd döyüşlərində iştirak edib. Sonradan onu bir neçə nəfər döyüş yoldaşları ilə birlikdə Ağdam və Tərtər rayonlarının müdafiəsinə yollamışlar.
Ələmdar (Bayraqdar)
Ələmdar - Ələm ərəbcə “bayraq”, dar isə farsca “-cı” deməkdir. Sözün mənası bayraqçı (bayraqdar) kimi başa düşülə bilər. Ələmdar isə təntənəli bayram günlərində ələm gəzdirirdi. 1555-ci ildə şahzadə Sultan İbrahim Mirzəni seyidlər,xadimlər,əmirlər və vəzirlər tam hörmətlə qarşıladılar.Ələmdarlar bu vaxt ələmləri qaldırdılar. Carçı-şah, vali hakim tərəfindən bir xəbəri, yaxud mətləbi küçədə, bazarda, şəhər meydanında və ya xalq arasında uca səslə elan edirdi. Əlyazmalarda hətta I Şah Təhmasibin oğlanlarından Musa Mirzənin carçı olduğu göstərilir. Mənbələrdə adı çəkilən monhinin də vəzifəsi carçıya bənzəyirdi. 1531-ci ildə monhilər (hərbi xəbərləri verən carçılar) və təvaçilər şahzadə Əlqas Mirzənin 4000 nəfərlik qoşunla köməyə gəldiyini I Şah Təhmasibə xəbər verdilər. == İstinadlar == == Ədəbiyyat == Jean-Louis Bacque-Qrammont. Padişah ve Şah.