MƏHƏDDİN
MƏHƏMMƏDAĞA
OBASTAN VİKİ
Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həmdə Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Aşıq Məhəmməd
Aşıq Məhəmməd — Aşıq Ələsgərin qardaşı.
Dost Məhəmməd
Dost Məhəmməd — ad. Dost Məhəmməd (siyasətçi) — Pakistan siyasətçisi. Dost Məhəmməd xan Dost Məhəmməd xan (Əfqanıstan əmiri) — Əfqanıstan əmiri (1834-cü ildən). Dost Məhəmməd xan (Moğolustan xanı) — Moğolustan xanı.
Dərviş Məhəmməd
Dərviş Məhəmməd və ya Kritli Məhəmməd. 23 dekabr 1930-cu ildə Menemen hadisəsi zamanı, kiçik leytenant Kubilayı Menemendə öldürən şəxsdir. Dərviş Məhəmməd hadisədən bir neçə gün sonra tutularaq edam edilmişdir.
Eliyah Məhəmməd
Eliyah Məhəmməd (ing. Elijah Muhammad; 7 oktyabr 1897[…] – 25 fevral 1975[…], Çikaqo, İllinoys) — ABŞ ictimai və din xadimi. 1934–1975-ci illərdə afroamerikalıların "İslam milləti" təşkilatının lideri. == Həyatı == Eliyah Pul 7 oktyabr 1897-ci ildə Corciyanın Sandersville şəhərində anadan olmuşdur. 16 yaşında evini tərk edərək, ölkə boyu səyyahətə başladı. 1917-ci ildə Klara Evans ilə evləndi. 1923-cü ildə Detroitə köçərək, orada avtomobil zavodunda işləməyə başladı. 1930-cu illərin əvvəllərində şəhərdə "İslam Məbədi"ni quran Uolles Fərd Məhəmməd ilə tanış oldu. Uolles Fərd Məhəmmədin təbliğ etdiyi din təlimi İslamla oxşar idi, lakin bir çox cəhətdən ondan fərqlənirdi. Eliyah Pul soyadını Məhəmməd olaraq dəyişdirdi.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Keçəçioğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Məhəmməd (ad)
Məhəmməd (Ərəbcə:مُحَمَّد-Muhammad-Muhəmməd) ya Məmməd ərəb mənşəli bir ad və H-M-D kökündəndir; Həmd. Ərəblər ilə yanaşı bir çox fərqli müsəlman millətlər tərəfindən istifadə edilmiş və istifadə edilməkdədir. İslamda, Məhəmməd, Allahın son peyğəmbəri olub. == Etimologiya == Məhəmməd ərəbcə Pasif fel sifəti və H-M-D (Həmd-Həmd olmuş) kökündən gəlir və tərifəlayiq həmd olmuş, yüksək qiymətləndirilmiş, yüksək təqdir edilmiş anlamındadır. == Transliterasiyalar == Muhəmməd (Muhammad مُحَمَّد),Muhammed,Mohamed,Mahammad(Məhəmməd),Mohammed və Mohamad:Ərəb ölkələri Mohəmməd(Mohammad محمد), Məhəmməd:İran, Əfqanıstan, Pakistan Muhammed, Muhamed, Muhammet, Muhamet ya Mehmet :Türkiyə,Albaniya Muhammed, Muhamed:Bosniya və Herseqovina Mamadou:Seneqal Mahometus:Latın dilində Maometto:İtalyan dilində Μωάμεθ (Moameth):Yunan dilində Mahoma:İspan və Katalan dillərində Mamede: Qalisiya dilində Мухаммад (Mukhammad-Muxammad), Магомед (Magomed-Maqomed): Rus dilində Maxamed:Somali dilində Мұхаммед (Mukhammed-Muxamed):Qazax dilində 穆罕默德 (Mùhǎnmòdé): Çin dilində Məhəmməd, Məmməd:Azərbaycan dilində və Fars dilində == İlk ad == === Məhəmməd === Məhəmməd:Peyğəmbər, İslam dininin banisi Məhəmməd Füzuli:görkəmli orta əsr Azərbaycan Türk şairi və mütəfəkkiri. Şeyx Məhəmməd Xiyabani:İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və siyasətçi. Məhəmməd Cahan Pəhləvan: Atabəylər dövlətinin hökmdarlarından biri, Atabəy Şəmsəddin Eldənizin oğlu. Məhəmməd ibn Heysam: Şirvanşahlar dövlətinin ikinci hökmdarı Məhəmməd Hacıyev (işıqçı):işıqçı Məhəmməd ibn Zəkəriyə əl-Razi:Fars tibb və kimya elm adamı Məhəmməd Musaddıq:28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. Məhəmməd Behişti:İranın Ədliyyə başçısı Məhəmməd Fazil Lənkərani:İslam dünyasının və şiə məzhəbinin böyük alimi, müctəhidi və mərcəyi-təqlidi. Molla Məhəmməd Ömər:"Taliban" hərəkatının lideri Məhəmməd Əbdüh: XIX–XX əsr İslam dünyasında mühüm rol oynamış alim, ictimai, siyasi və dini xadim.
Məhəmməd (dəqiqləşdirmə)
Məhəmməd: Məhəmməd — Peyğəmbər, İslam dininin banisi Məhəmməd surəsi — Quranda bir surə Məhəmməd (ad) — Oğlan adı və tərifəlayiq, həmd olunmuş anlamındadır. Məhəmməd xan Ziyadlı-Qacar — İrəvan xanlığının hakimi (1805—1806).
Məhəmməd Abbasquliyev
Məhəmməd Abbasquliyev (14 fevral 1965, Kalbaoruc Dizə, Naxçıvan rayonu – 22 noyabr 2013, Bakı) — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sabiq müavini. == Həyatı == Məhəmməd Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kalbaoruc Dizə, kəndində anadan olub. O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001–2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə Məhəmməd Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib. General-mayor Məhəmməd Abbasquliyev 2013-cü il noyabrın 22-də infarkt nəticəsində dünyasını dəyişib. II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Məhəmməd Abduh
Məhəmməd Abduh (1849–1905) — Misirdəki İslam modernizminin banilərindən biri. Məhəmməd Abduh (1849–1905) Cəmaləddin Əfqaninin hərarətli tələbəsi və davamçısı idi. Abduh on beş illik yaxın dostuluqları zamanı ustadının dərslərini o qədər mükəmməl öyrəndi ki, hətta onu keçərək geridə daha konkret, mühüm və qalıcı bir miras buraxdı. Bu mirası yazılarında, konfrans və vaazlarında və bir də Əzhər Universitetində müəllimlik, idarə heyəti üzvlüyü və Misir baş müftülüyü kimi sahələrdə əldə etdi. == Uşaqlıq və məktəb illəri == Məhəmməd Abduh 1849-cu ildə Misirdə orta təbəqədən bir əkinçi ailəsində dünyaya gəlmişdir. On yaşında bir kənd məktəbində oxumağı və yazmağı öyrəndikdən sonra Quranı əzbərləməsi və qiraətini gözəl öyrənməsi üçün Quran hafizi yetişdirən bir məktəbə göndərildi. Iki il içərisində bu vəzifəsinin öhdəsindən gəldi və 1862 ci ildə Tantadakı Əhmədi məscidi məktəbinə getdi. Üç il yarımlıq əzbərələmə metoduna uyğun təhsil ərəfəsində müəllimlərinin dərslərini başa düşməkdə böyük çətinliklər çəkən, üstəlik çöldə-bayırda oynamağa çox düşkün olan gənc Abduh, məktəbi onu qane etməyən metodlar üzündən ümidsiz halda tamamən tərk etdi. Atası və qohumlarından bir çoxu kimi əkinçi olmaq üçün kəndinə döndü və orada 16 yaşında evləndi. Evliliyindən qırx gün sonra Məhəmməd Abduh onun ümidlərini doğrultmayan köhnə məktəbə dönməsi üçün atası tərəfindən məcbur edildi.
Məhəmməd Abdullayev
Məhəmməd Abdullayev (6 aprel 1999) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Məhəmməd Abdullayev 2016-cı ilin noyabrında Rusiyanın St. Peterburq şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu. 2017-ci ildə Antalya şəhərində U-18 Avropa Çempionatının qalibi olan Məhəmməd Abdullayev 2019-cu ildə Vladiqafqaz şəhərində U-22 Avropa Çempionatının da qızıl medalına sahib oldu. Məhəmməd Abdullayev 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/16 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Petar Belberova məğlub oldu (1:4) və mübarizəsini dayandırdı. Daha sonra Məhəmməd Abdullayev 2019-cu ildə Rusiyada baş tutan Dünya Çempionatında çıxış elədi. Turnirin 1/16 final mərhələsində Çin nümayəndəsi Bayihevuzi Danabieheya 4:1, 1/8 final mərhələsində isə Misir təmsilçisi Yusri Hafeza 3:2 hesabı ilə qalib gələn Məhəmməd Abdullayev, 1/4 final mərhələsində Avstraliya nümayəndəsi Custin Huniyə məğlub oldu (0:5) və mübarizəsini başa vurdu. 2020-ci ilin martında isə Məhəmməd Abdullayev London şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə turnir nəticələri saxlanılmaqla 2021-ci ilin aprelinə Paris şəhərinə (Fransa) təxirə salındı.
Məhəmməd Abduyev
Məhəmməd Abduyev Abdu oğlu (7 iyul 1961, Krasnoselsk rayonu) Coğrafiya elmlər doktoru == Həyatı == Abduyev Məhəmməd Abdu oğlu 1961-ci ildə Ermənisatan Respublikasının Krasnoselo rayonunda anadan olub. 1978-ci ildə orta məktəbi bitirib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinin əyani şöbəsinin I kursuna daxil olmuş və 1988-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək təyinatla AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutuna göndərilib. 1989-cu ildə Coğrafiya İnstitutunun əyani aspiranturasına daxil olub.1995-ci ildə dissertasiyanı müdafiə edərək, coğrafiya elmləri namizədi, 2013-cü ildə isə "Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin tədqiqi və su ilə təminatın ekoloji təklükəsizliyinin qiymətləndirilməsi" mözusunda dissertasiya müdafiə edərək, coğrafiya elmləri doktoru elmi adını alıb. == Elmi fəaliyyəti == 1992-ci ildən 2013-cü ilədək AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb.İşlədiyi müddətdə 15 elmi hesabatı yerinə yetirib və 126 elmi məqalə nəşr etdirib, 35 yerli və Beynəlxalq səviyyəli konfransda iştirak edib, sertifikat və diplomlarla təltif olub AMEA-nın 60 illiyi ilə əlaqədar Yer elmləri bölməsinin təşəkkürnaməsini və AMEA Rəyasət Heyətinin Fəxri Fərmanını alıb. AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən DO1.091 Dissertasiya Şurasının və ADPU-nun "Xəbərlər" jurnalının Redaksiya Heyətinin üzvüdür. 2014-cü ildən ADPU-nun Tarix və Coğrafiya fakültəsinin "Ümumi coğrafiya" kafedrasında müdir vəzifəsində çalışır.
Məhəmməd Abutrika
Məhəmməd Abutrika(ərəb. محمد أبو تريكة‎; 7 noyabr 1978, Giza) — Misir futbolusti, Misir milli futbol komandasının yarımmüdafiəçisi. == Həyatı == Məhəmməd Abutrika 1978-ci il noyabr ayının 7-də Misirin Giza şəhərində anadan olub. O, böyük futbola 25 yaşında gəlib. Misirin "Əl-Əhli" klubunda oynayan yarımmüdafiəçi iki dəfə Afrika çempionu olub, 3 dəfə isə klubu ilə birgə Afrika Çempionlar Liqasının kubokunu qazanıb. Peşəkar karyerasının ən əlamətdar oyununu Misir milli futbol komandasının heyətində Braziliya millisinə qarşı keçirib. FİFA Konfederasiyalar Kuboku çərçivəsində küçirilən bu oyunda Abutrikanın Kakaya qarşı oynadığı futbol yüksək qiymətləndirilib və məğlub olmasına baxmayaraq Misir yığması əla təsir bağışlayıb. Misir milli futbol komandasının 2006-cı ildə Afrika çempionu olmasında da Məhəmməd Abutrikanın rolu danılmazdır. Futbolçu ilə bağlı yadda qalan daha bir məqam 2008-ci ildə Afrika Kuboku oyunları çərçivəsində onun Sudan yığmasının qapısına vurduğu qoldan sonra futbolkasını çıxarması və maykasındakı "Qəzzada baş verənlərə görə təəssüf edirəm" yazısını nümayiş etdirməsi olmuşdur.
Məhəmməd Abuxousa
Məhəmməd Abuxousa (30 dekabr 1992) — Fələstini təmsil edən atlet. Məhəmməd Abuxousa Fələstini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Abuxousa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.89 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Məhəmməd Allahmanlı
Məhəmməd Qara oğlu Allahmanlı (1963, Kəmərli, Qazax rayonu – 2010) — AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin elmi işçisi == Həyatı == Məhəmməd Qara oğlu Allahmanlı 1963-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Təhsilaldığı illərdən başlayaraq mətbuat səhifələrində elmin, mədəniyyətin ayrı-ayrı problemləri ilə bağlı məqalələr yazmışdır. "Sərbəst düşüncə", "Müxalifət", "Etimad" qəzetlərində müxbir, şöbə müdiri vəzifələrində çalışmışdır. Azərbaycanın xarici və daxili siyasəti, onun müxtəlif problemləri ilə bağlı analitik şərhlər vermək fəaliyyətinin mühüm bir hissəsini təşkil edib. Xalq yaradıcılığının toplanması, araşdırılması sahəsində gərəkli işlər görüb. Bütövlükdə ədəbi prosesi izləmək onun həmişə marağında olub. Tarixçi alim, tənqidçi, publisist kimi tanınıb. "XIX əsr – ХХ əsrin əvvəllərində Azərbaycanın qərb bölgəsinin mənəvi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" mövzusunda namizədlik disertasiyası müdafiə etmişdir (1998). Son dövrlərdə Azərbaycanın bağçılıq mədəniyyəti problemi ilə bağlı araşdırmalara daha çox üstünlük verirdi.
Məhəmməd Allahverənov
Məhəmməd Zöhrab oğlu Allahverənov (8 avqust 1995; Çəmənli, Bərdə, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhəmməd Allahverənov 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olub. == Hərbi xidmətləri == Məhəmməd Allahverənov 2020-ci il iyul ayinda MAHHXHQ kimi N saylı hərbi hissədə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 7 oktyabr tarixində Suqovuşan istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Allahverənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Allahverənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qara Məhəmməd
Qara Məhəmməd — Baharlılar sulaləsinin banisi olan Bayram Xocanın qardaşı oğlu Qara Məhəmməd 1380–1389-cu illərdə Qaraqoyunlu tayfa ittifaqının başçısı. == Həyatı və siyasi fəaliyyəti == Qara Məhəmməd Cəlairilərlə mövcud ziddiyəti aradan qaldırmaq məqsədilə Cəlairi Sultan Əhmədlə qohum oldu. Bu qohumluq hər iki tərəf arasında münasibətlərin yaxşılaşmasına kömək etdi. Vəziyyətdən istifadə edən Qara Məhəmməd mərkəzi Van olmaqla Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoydu. Sonradan Azərbaycanda öz hakimiyyətini yaymağa calışan Qara Məhəmməd bu qohumluğa əhəmiyyət vermədi və 1382-ci ilin sentyabrında böyük qoşunla Təbrizə hücum etdi. Şəhər ətrafında ciddi döyüşdə Qaraqoyunlu qüvvələri Cəlairi şahzadəsi Şeyx Əliyə qalib gəldi. 1384-cü ildə Qara Məhəmməd Mardin hökmdari Məcdəddin İsanın üzərinə yürüş etdi. Mardin hökmdarı müqavimət göstərmək istədi, lakin məğlub oldu və Qara Məhəmmədlə qohumluq münasibətləri yaratdı. Bunula da tərəflər arasında barışıq yarandı. 1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin arasındakı ərazinin sahibi olan Misir Xocanı Qahirəyə gondərək Sultan Bərqoqdan Suriyaya koçməyə razılıq aldı.
Qazi Məhəmməd
Qazi Məhəmməd (avar. Гъази-МухӀаммад; 1795, Gimri – 17 oktyabr 1832, Gimri) — müridizm tərəfdarı, Dağıstan və Çeçenistanın ilk imamı (1828-ci ildən). Qazi Məhəmməd dağlıları qəzavat şüarı altında rus müstəmləkəçilərinə qarşı mübarizəyə çağırırdı. 1831-ci ildə çar qoşunu dəstələri üzərində bir sıra qələbələr əldə etdi. Üstünlük təşkil edən çar qoşunlarının təzyiqi altında dağlıq Dağıstana çəkilmişdi. Gimri aulu yaxınlığında savaşda həlak olmuşdur.. Milliyətcə Avardır .
Qazı-Məhəmməd
Hacıqabul (əvvəlki adı Qazı-məmməd olub) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati mərkəzi. == Tarixi == XX əsrin başlanğıcında Azərbaycanı işğal edən Rusiya kommunistləri bu yaşayış məntəqəsinin adını dəyişərək ona kommunist rəhbərlərdən olan Qazıməmməd Ağasıyevin adını veriblər. 1938-ci ildə bura rayon tabeli şəhər statusu verildi. Azərbaycan müstəqilliyini qazandıqdan sonra 2000-ci ildə şəhərin və tabe olduğu rayonun adı dəyişdirilərək ona əvvəlki adı qaytarılıb. == Coğrafiyası və iqlimi == Əsasən düzənlikdir, lakin Böyük Qafqaz dağlarının bəzi təpəlikləri rayonun ərazisində aydın görünür. Torpaqları şoran, bitki örtüyü zəifdir. Kür çayı sahili boyunca tuqay meşələri uzanır. Meşələrdə çaqqal, canavar, tülükü, vəhşi pişik, porsuq, kirpi, dovşan və gürzə kimi zəhərli ilanlar yaşayır. İqlimi olduqca sərtdir, yayda çox isti, qışda çox soyuq. == Əhalisi == == Dəmiryol == Hacıqabul, şərqdən qərbə doğru uzanan, Azərbaycanın paytaxtını Bakını ölkənin qalan hissəsi ilə birləşdirən Azərbaycanın əsas dəmir yolu xəttlərindən birində yerləşir.
Qazı Məhəmməd
Qazı Məhəmməd (1900 ya da 1901 – 30 mart 1947) — kürd siyasi xadimi, kürd azadlıq hərəkatının lideri, Məhabad Cümhuriyyətinin ilk və yeganə prezidenti. == Həyatı == Qazı Məhəmməd 1900 ya da 1901-ci ildə Məhabad şəhərində doğulub. Onun nəsli şəhərdə tanınmış olub. Məhəmmədin babası Feyzulla bəy 1918-ci ildə alman-türk ordularının qarşısını almaq üçün qurulmuş könüllülərə rəhbərlik edirdi. Belə bir vətənpərvər ruhlu ailə Məhəmmədin gələcək həyatına təsir etməyə bilməzdi. Qazı Məhəmməd çox yaxşı təhsil almış , islam dinini mükəmməl öyrənmiş, kürd və fars dilləri ilə yanaşı ərəb, türk , ingilis və rus dillərini bilmişdir. 1941-ci ildə sovet-ingilis ordusu Iranın şimalını işğal edəndə Məhabad bölgəsi iran ordusu müttəfiq ordusu arasında neytral zonaya çevrilmişdi. Bu zaman Qazi Məhəmməd Məhabadın dini rəhbəri və şəhər valisi idi. Bu nüfuzundan istifadə edən Məhəmməd faktiki olaraq bütün bölgəni idarə edirdi. İkinci Dünya Müharibəsi illərində mərkəzi hökumət artıq ölkənin şimalına hakim deyildi.
Qiyasəddin Məhəmməd
Qiyasəddin Məhəmməd (v. 1336 və ya 3 may 1336) — Elxanilər dövlətinin vəziri, Fəzlullah Rəşidəddinin oğlu. == Həyatı == 1327-ci ildə Əbu Səid tərəfindən vəzirliyə gətirilmişdi. Mənbələrdə Bağdadda kilsələri sökməsi və Hənəfiliyi bərpa etməsi ilə xatırlanmışdır. Məmlüklər ilə sülh müqaviləsini imzalamışdır. Aqrar təsərrüfatın inkişafına şərait yaratmış, Xorasanda rüşvətxorluq hallarını aradan qaldırmışdır. Onun fəaliyyəti əmirlər tərəfindən bəyənilmirdi. 1328-ci ilin iyulunda Əmir Əli Padşah Oyrot ona qarşı Sultaniyə tərəfdən hücuma keçsə də, bu üsyan yatırıldı. 1329-cu ildə Narın Tağayın üsyanı da yatırıldı və sərkərdə edam olundu. 1334-cü ildə Mahmudşah İncunun üsyanının aqibəti də eyni oldu.
Qütbəddin Məhəmməd
Qütbəddin Məhəmməd (Farsça: قطب الدين محمد; ö. 1127, Harezm), 1097–1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşah hökümdarı. Anuş Təkinin böyük oğluydu. 1097-ci ildə Böyük Səlcuq sultanı Börkiyaruq tərəfindən "xarəzmşah" titulu ilə atası kimi Xorasan hakimliyinə təyin edildi. 1127-ci ildə ölümündən sonra yerinə böyük oğlu Əlaəddin Atsız keçdi. Anuş Təkinin vəfatından sonra Səlcuq Sultanı Səncər tərəfindən Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd də atası kimi Səlcuq sarayında yetişmiş, saray tərbiyəsi və dövlət idarəçiliyi elmləri almış, göstərdiyi uğurlar ilə atası kimi göz dolduraraq yüksəlmişdi. Anuş Təkinin vəfatından sonra Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd, xalqına ədalətli və mərhəmətli davranaraq Xarəzm xalqının hörmətini və etibarını qazandı. Buna görə də, Xarəzm zadəganları, Qütbəddin Məhəmmədi şəriksiz bir lider olaraq görməyə başlamışdılar. Səlcuq Dövləti ilə inkişaf edən ticarət də Xarəzm xalqını iqtisadi olaraq yüksəltmiş, firavan bir həyat sürən Xarəzm xalqı da Qubernatorları Qütbəddin Məhəmmədə bağlı qalmışdılar. Qütbəddin Məhəmməd dövründə çətin günlər yaşamaqda olan Böyük Səlcuq Dövləti, bölgədəki siyasi proseslər səbəbinə görə Xarəzm bölgəsini uzaqdan idarə etməkdə, sədaqətini sübut etmiş və sadiq bir qubernator olan Qütbəddin Məhəmməd də mərkəzi idarədən birbaşa təlimat almadan Xarəzm bölgəsinin idarəsini həyata keçirirdi.
Sultan Məhəmməd
Sultan Məhəmməd (1470-ci illər, Təbriz – 1555, Təbriz) – mənşəcə Azərbaycan türklərindən olan rəssam, XVI əsrdə Təbriz miniatür məktəbinin banisi. == Həyatı == Şərqin bir çox elm və sənət ustaları kimi Sultan Məhəmməd haqqında da bioqrafik məlumat, demək olar ki, yoxdur. O, təqribən 1470-ci ildə anadan olmuş və XVI əsrin ortalarında vəfat etmişdir. Sultan Məhəmməd yaradıcılıqının görkəmli tədqiqatçısı K. Kərimov ustada həsr etdiyi əsərində orta əsr təzkirələrindən çətinliklə toplaya bildiyi məlumatları gətirir. == Yaradıcılığı == Onun müşahidəsinə görə rəssamlar haqqında bəhs olunan ən erkən mənbələrdən biri, 1544-cü ildə Dust Məhəmməd tərəfindən qələmə alınmış "Halati-hunər-vəran" əsərində belə deyilir: "Birinci sırada öz əsrinin yeganəsi olan ustad Nizam əd-Din Sultan Məhəmməd dayanır. Onun rəsmləri, xüsusilə də şah (I Şah Təhmasib nəzərdə tutulur) həzrətlərinə həsr olunmuş "Şahnamə"si çox gözəldir. Burada pələng dərisi geymiş adam elə inandırıcı təsvir olunub ki, pələng ürəyi yemiş ən ürəkli sənətkarlar belə həmin əsərə həsədlə baxmış və ustadın qarşısında baş əymişlər." Daha sonra K. Kərimov Qazi Əhməd adlı bir müəllifin 1596–1597-ci ildə qələmə alınmış "Gülüstani hünər dər halat-i xəttatan və nəqqaşan" adlı əsərindən aşağıdakı sətirləri yada salır: "Ustad Sultan Məhəmməd əslən paytaxt şəhəri Təbrizdəndir. Usta Behzadın Heratdan İraqa gəldiyi vaxtda Ustad Sultan Məhəmməd şahın kitabxanasında işləyirdi. Məskəni behişt, yeri cənnət bağları olsun, usta Behzad dörd iqlimin bu Xosrovunun yanında məşğul oldu və onun cənnətə layiq sənətkarlığı rəssamlıq sahəsində bu səviyyəyə yüksəldi. Ustad Sultan Məhəmməd qızılbaşları hamıdan yaxşı təsvir edirdi.
"General Məhəmməd Əsədov" mükafatı
"General Məhəmməd Əsədov" mükafatı — Qarabağ müharibəsinin ilk günlərində Famil Mehdi tərəfindən yaradılmış "Nicat" cəmiyyətinin təsis etdiyi mükafat. == Məqsədi == Bu mükafatın verlməsində əsas məqsəd Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq olmuşdur.
Abbas Məhəmmədi
Abbas Məhəmmədi (23 avqust 1975, Kirman) — İran futbolçu, qapıçı. == Həyatı == Abbas Məhəmmədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubunun oyunçusudur. O Traktor Sazi klubuna gəlməmişdən öncə Mis-i Kirman və Sipahan futbol klublarında oynamışdır. Abbas Məhəmmədi İran çempionatının 2010/2011 mövsümündə ən az (29) buraxan qapıçı olmuşdur.
Abdulla Məhəmmədov
Abdulla Məhəmmədov (qum. Абдулла Магьамматов, 5 aprel 1869 – 2 mart 1937) — qumuq şairi. == Həyatı == Abdulla Məhəmmədov (Mahammadov) (1869, Tersk vilayətinin Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz açan Abdulla Mahammadov dərin təhsil görməmişdi. Həmin vaxt nəinki bölgədə, hətta Qafqazda belə tanınan mədrəsə onun doğulduğu kənddə fəaliyyət göstərirdi. Abdulla iti zəkası, fitri istedadı ilə yaşıdlarından seçilmiş, xalq arasında yaşayan yırları söyləyə-söyləyə özü də həmin janrda əsərlər yazmağa başlamışdır. Bolşeviklər hakimiyyətə gəldikdən sonra daim xalq arasında olan sadə insanlardan bacarıqla istifadə edərək onları öz təbliğatçılarına çevirirdilər. 1920–1930-cu illərdə kasıb ailədən çıxan, folklordan qaynaqlanaraq sadə şeirlər yazan, xalq arasında dolaşan qazax Cambul Cabayev, ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa kimi sənətkarları reklam edərək, onlardan bacarıqla yararlanırdılar. Qumuqlar arasında da Abdulla Mahammadov bu funksiyanı yerinə yetirirdi. O, kolxoz quruluşunu, sosializmin qələbəsini, bolşeviklərin hünərini tərənnüm edən, kapitalizmi, köhnəliyi, adət-ənənələri tənqid edən şeirlər yazırdı.
Abdullah ibn Məhəmməd
Abdullah ibn Məhəmməd əl-Qureyşi (610-cu illər, Məkkə – 615, Məkkə, ərəb. عبد الله بن محمد‎) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan oğlu. == Bioqrafiyası == Abdullah Məhəmmədin peyğəmbərlik missiyasının başlanmasından sonra Məkkədə anadan olub. O, atasının peyğəmbərliyi başlayandan sonra doğulduğu üçün ət-Tahir (“təmiz”) və ət-Tayyib (“mehriban”, “yaxşı”) adlarını almışdır. Məhəmməd peyğəmbər ona atasının adını verir. Abdullah 615-ci ildə Məkkədə uşaq ikən vəfat etmişdir. Təfsirlərə görə, Abdullahın vəfatından sonra Məhəmməd peyğəmbərin müasirlərindən və əleyhdarlarından olan əl-As ibn Vail onun haqqında onun sonsuz olduğunu demişdir. Cavabında Kovsər surəsi nazil oldu: Əs-Suddi demişdir: “İnsanların övladları ölən zaman insanlar (ərəblər) belə deyirdilər: “O, itirdi (məhrum oldu). Məhəmməd itirdi (məhrum oldu) ” Sonra Allah nazil etdi: “Həqiqətən, sənin düşmənin sonsuzdur”.
Abdullah ibn əl-Səid Məhəmməd
Abdullah ibn Səid Məhəmməd (ərəb. عبد الله بن سعيد محمد‎; 1846[…], Darfur – 24 noyabr 1899, Kordofan[d]) — Sudanlı Mehdinin ölümündən sonra Mehdi Dövlətinin başçısı və xəlifə (1885–1898). == Həyatı == Abdullah ibn Səid Məhəmməd təxminən 1846-cı ildə Tayşa Bəqqarə qəbiləsində anadan olmuşdur. Atası Məhəmməd ət-Taki ailəsi ilə birlikdə Məkkəyə köçmək istəmiş, lakin bölgənin çətin vəziyyəti ona mane olmuşdur. Abdullah Sudanlı Mehdinin ölümündən sonra, 1885-ci ildə Mehdi Dövlətinin başına gəlmişdir. O, mehdiçilərin mərkəzləşdirilmiş feodal dövlətini gücləndirmiş, qüvvətli ordu yaratmışdı. İngilis müstəmləkəçilərinə qarşı sudanlıların müqavimət hərəkatına (1895–1898) başçılıq etmişdir. 1898-ci ildə Omdurman döyüşündə ingilislər qalib gəldikdən sonra Abdullah Sudan xalqının gerilla hərəkatına rəhbərlik etmiş və döyüşdə həlak olmuşdur.
Ali Məhəmməd piri (Camaldın)
Ali Məhəmməd piri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndinin təqribən 4,5 km şimal-şərqində yüksək dağın qərb tərəfində ziyarətgah. Culfa rayonunun Camaldın kəndindən 4'5 km şimal-şərqdə köhnə qəbrstanlıq təpəliyində Ali Məhəmməd piri vardır. Pirin yaranma tarixi XII əsrə aid edilir. Camaldın (Cəmaləddin) kəndi Culfa şəhərindən 18 km məsafədə Əlincə çayının sol sahilində yerləşir. Sovet hakimiyyəti dövründə kolxoz ambarı olmuş qədim məscid binası, son illərdə bərpa olaraq mömünlərin ixtiyarına verilmişdir. Ali Məhəmməd piri 8x5 metr ölçüsündə daş hörgülü kiçik binadan ibarətdir. Orada üç məzar yeri vardır ki, biri həyətdə, ikisi isə otaqdadır. Həyətdəki məzar əvvəllər çoban olmuş mücövür Səfəralı kişiyə aid olduğu ehtimal edilir. Binanın içərisindəki qara örtüklü məzar isə pir sahibi Aliməhəmmədin qəbridir. Pirin həyətindən çeşmə çıxır.
Alim Məhəmmədov
Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001, Fındıqlı, Zaqatala rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Alim Məhəmmədov 2001-ci il sentyabrın 28-də Zaqatala rayonunun Fındıqlı kəndində anadan olub. 2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Alim Məhəmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Alim Məhəmmədov oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Məhəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Allahın elçisi Məhəmməd (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Asakiri Mənsurəyi Məhəmmədiyyə
Asakiri Mənsurəyi Məhəmmədiyyə (Türkcə: Məhəmmədin qalib əsgərləri), Yeniçəri ocağının Vaqiəyi-Xeyriyyə ilə aradan qaldırılmasından sonra, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan yeni ordunun adıdır. 16 iyun 1826 - 1920-ci illərdə fəaliyyət göstərmişdi. De-fakto 1912-ci ildən fəaliyyətinə son verilmişdir. Mudros sülh müqaviləsindən sonra isə fəaliyyəti tamamilə ləğv edilmişdir. Qərargahı İstanbul və Selanikdə olmuşdur. Bu ordudan Rusiya-Osmanlı müharibəsi (1877-1878), Krım müharibəsi, Osmanlı-Yunan müharibəsi (1897) zamanı istifadə edilmişdir. Dindar insanların reaksiyasını azaltmaq üçün Məhəmmədiyyə adın əlavə edildi. Keçmiş yeniçəri ağalarından olan Ağa Hüseyn Paşa birinci olaraq “sərəsgər” adı ilə Asakiri Mənsurəyi Məhəmmədiyyənin rəhbərliyinə gətirildi. Asakiri Mənsurəyi Məhəmmədiyyə “tərtibat” adlandırılan səkkiz qoşundan ibarət idi. Hər tərtibatın başında “mayor” adlandırılan bir komandir var idi.
Askalı Məhəmməd Həsənli (Xudafərin)
Askalı Məhəmməd Həsənli (fars. اسكلو محمد حسنلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 214 nəfər yaşayır (32 ailə).
Attaher Məhəmməd Əl-Mahcub
Attaher Məhəmməd Əl-Mahcub — Liviyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Attaher Məhəmməd Əl-Mahcub Liviyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Axund Mir Məhəmməd Kərim Mircəfərzadə
Axund Mir Məhəmməd Kərim Mircəfərzadə — tarixçi, Bakı qazisi (1904-1918) və Bakı quberniyasında (1907-1916) məclis sədri. Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman Şiə Ruhani İdarəsinin sədri. == Həyatı == 14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mircəfərzadənin həbsi üçün həmin gün order yazılır. Həmin gün də XDİK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir. Rüpresya qurbanı olmuş 2.3.1938 == Əsərləri == " Səlib müharibəsi" 2 cild 1913(1331) hicri. - 462 s == İstinadlar == == Mənbə == Aslan Kənan. "XX əsrdə repressiyalara məruz qalanlar".
Axund Məhəmməd Hənifə
Ayətullah Məhəmməd Fazil Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük din alimi, Ayətullah olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Ağa Məhəmməd xan Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağa Məhəmməd Şah Qacar
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağa Məhəmməd Şah Qacar (pyes)
Ağa Məhəmməd Şah Qacar (pyes) — Ə. Haqverdiyev 1905-ci il inqilabından sоnra Rusiya dövlət dumasına Gəncə qubеrniyası üzrə nümayəndə sеçilir və Pеtеrburqda qalır, “Ağa Məhəmməd şah Qacar” faciəsini yazmaq üçün dövlət kitabxanasında çalışır. 1907-ci ildə yazıçı yеnə həmin faciəyə aid əlavə məlumat tоplamaq üçün İrana səyahət еdir. Faciə ilk dəfə 1907-ci ildə Bakıda səhnəyə qоyulmuş və оndan sоnra da böyük müvəffəqiyyətlə uzun zaman səhnədə оynanılmışdır. “Ağa Məhəmməd şah Qacar” ədəbiyyat tariximizdə Nəriman Nərimanоvun “Nadir şah”ından (1898) sonra ikinci tarixi faciə idi. N.Nərimanоv da, Ə.Haqvеrdiyеv də yaradıcılıqlarında rеalist M.F.Axundоv ədəbi məktəbinin görkəmli davamçıları idilər. == Əsərin mövzusu == Ə.Haqvеrdiyеv tarixi həqiqətlərə sadiq qalaraq, faciədə İranın qəddar şahı оlan Ağa Məhəmməd şah Qacarın istilaçı siyasətini, Tiflis və Qarabağa hücumunu təsvir еtmişdir. 1907-ci ildə və оndan sоnra, uzun zaman böyük müvəffəqiyyətlə səhnədə nümayiş еtdirilən faciənin müasir ruhunu gücləndirən əsas səbəblərdən biri də Qacar simasında işğalçı müharibənin ifşası idi. Pyеsin tamaşaya qоyulduğu illər İranda inqilabın yüksəldiyi, irticanın quduzlaşdığı dövr idi. Pyеsdə müəllif tək bir müstəbidi ifşa еtməklə kifayətlənməmiş, ümumiyyətlə Şərqin özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulunu və оnun törətdiyi vəhşilikləri tənqid еtmişdir. Bütün yaradıcılığı bоyu rеalist оlan Haqvеrdiyеv, qəhrəmanın faciəsini bəhs еtdiyi dövrün ictimai münasibətləri və tarixi şəraiti ilə əlaqələndirərək, Qacarın fəaliyyətini və ölümünü tarixi bir zərurət kimi şərh еtmişdir.
Ağa Məhəmməd şah
Ağa Məhəmməd şah Qacar (fars. محمد خان قاجار‎) — türk Qacarlar sülaləsinə mənsub olub, Qacarlar dövlətinin qurucusu və birinci şahı. O, 1797-ci ildə 2-ci dəfə Qafqaza yürüş edən zaman Şuşada öldürülüb. == Etimologiyası == Qacar etnoniminə ilk dəfə miladdan öncə 650-ci ildə rast gəlinir və burada qacar tayfasının adı aqasif şəklində adlandırılmışdır. Sonradan bu ad ağaçəri olaraq formalaşmışdır ki, bu da türk dillərində qoşun mənasını verir. Səfəvilərin hakimiyyəti dövründə çərik yığma qoşun növü idi. Eyni zamanda Osmanlı dövlətində də yığma ordu yeniçəri adlanırdı. Bu adı müxtəlif alimlər fərqli aspektdən izah edirlər. Məsələn, Qərbi Avropa alimlərinin fikrincə, ağaçəri sözü ağ Xəzər deməkdir, yəni xəzərlərin şərq qolunu təşkil edən bir toplum nəzərdə tutulur. Macar alimləri, xüsusilə Yulius Nemət qeyd edir ki, ağaçəri qoşunun önündə gedəndir, yəni ordunun ağası mənasında işlənir.
Ağbulaq-Məhəmmədhüseynxan (Ərak)
Ağbulaq-Məhəmmədhüseynxan — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Ərak şəhristanının Sərbənd bölgəsinin Yuxarı Sərbənd kəndistanında, Astana şəhərindən 39 km cənub-qərbdə, dağlıq ərazidədir.
Aşağı Məhəmmədağa (Çaldıran)
Aşağı Məhəmmədağa (fars. محمداقاسفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (6 ailə).
Babaxan Məhəmməd Şərif
Babaxan Məhəmməd Şərif (özb. Bobokhon Muḣammad Sharif, d. 1 may 1949, Xarəzm, Özbəkistan) — özbək yazıçı, tədqiqatçı, Beynəlxalq Antik Dünya Elmi Akademiyasının doktoru, professor. == Həyatı == Babaxan Məhəmməd Şərif 1949-cu il may ayının 1-də Özbəkistanın Xarəzm vilayətində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirdikdən sonra 1971-ci ildə Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1989-cu ildə Daşkənd İdarəetmə və Politologiya İnstutunu bitirmişdir . Evlidir, 4 övladı var. == Fəaliyyəti == Babaxan Məhəmməd Şərif “Muştum” jurnalı və “ Daşkənd axşamı” qəzetində müxbir, Özbəkistan nəşriyyat evində bölmə müdiri, Özbəkistan Mətbuat Nazirliyi baş editor- məsləhətçi, Qafur Qulam Nəşriyyatının baş direktoru, Özbəkistan Prezidenti yanında Dövlət və Cəmiyyət Quruluşu Akademiyası nəşriyyatının müdiri vəzifələrini icra etmişdir. == Kitabları və tərcümələri == === Kitabları === Şair və Cəmiyyət adamı (Daşkənd, “Özbəkistan” nəşriyyat evi, 1979) Atəşli sənətçi (Daşkənd, “Özbəkistan” nəşriyyat evi, 1981) . Damcıda yansıyan günəş (Daşkənd, “Özbəkistan” nəşriyyat evi, 1982) Türkcə danışaq!
Babaxan Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin] Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Babaxan bəy Məhəmmədbəyov
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (1889, Axtı – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü == Həyatı == Novorossiya İmperator Universitetində hüquq təhsil alıb. 1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir. Bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsidir.[mənbə göstərin] Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub. Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir. Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. 1920-ci ildə məhkəmədə hakim kimi işləyib. == Adı == İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Bari Məhəmmədəli
Bari Məhəmmədəli (27 yanvar 1989 və ya 27 oktyabr 1989, Göktoğay[d], Sincan-Uyğur Muxtar Rayonu) — hazırda "Qingdao Huanqhay" komandasında oynayan yarımmüdafiəçi Uyğur-Çinli futbolçudur. == Klub karyerası == Bari Sincanda anadan olub. Hər iki valideyninin də yerli Mədən Bürosunda çalışdığına, cüzi maaşlarına baxmayaraq, oğulları üçün məşq etməsi və futbol dərslərini ödəməsi üçün kiçik bir futbol meydançası quraraq fəal şəkildə futbol inkişafına təşviq etdilər. Valideynlərinin təşviqi Barinin Sincan Kişi Futbol Komandası tərəfindən 2005-ci ildə Çin Milli Oyunlarında iştirak etmək üçün kəşf olunduğu Sincan Mahnı Kinqlinq Futbol Məktəbində oynamasına təkan verdi. Turnirdən sonra yerli Sincan futbol idarəsi 2006-cı il peşəkar Çin futbol liqalarında iştirak etmək qərarına gəldi və üçüncü sıradakı "Sincan Ticai" adlı bir komandaya daxil oldular. 2005-ci il Çin Milli Oyunlarına qatılan heyətdən istifadə etdilər. 2007 liqası mövsümündə Bari böyük komandaya yüksəldi və kluba dörddəbir finalda nokaut edildikləri bir yüksəliş pley-off mövqeyiylə kömək etdi. Növbəti mövsüm Sincan əvvəlki mövsümdəki nəticələrini inkişaf etdirə bilmədiyini və rəhbərliyin komandanı ləğv etmək qərarına gəldiyini bildikdən sonra 2009 Çin Milli Oyunlarına çata bilmədiyini müəyyənləşdirdi. Bari 2009-cu il Çin Milli Oyunlarında ilkin hazırlıq dövründə futbol məşqçisi Vu Cinqui tərəfindən kəşf edildi və üst səviyyəli klub olan "Hanqcu Qrintovn"-a baş məşqçi olaraq qatıldıqdan sonra Barini futbolçularından biri halına gətirdi. İlk oyununu 27 mart 2010-cu ildə "Şandonq Lunenq"-ə qarşı keçirdi və 4-2 məğlubiyyətlə bitən bir oyunda Fan Xiaodonqun əvəzinə meydana çıxdı.
Cabbar Məhəmmədzadə
Mirzə Cabbar Mirzə Abbas oğlu Məmmədzadə (20 yanvar 1882, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 3 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan maarifçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor (1937). Ermənistan Cümhuriyyəti Parlamentinin I çağırış deputatı olmuşdur. Mirzə Abbas Məhəmmədzadənin oğlu, Cəlal Məmmədovun atasıdır. == Həyatı == Mirzə Cabbar Məmmədzadə 1882-ci ilin yanvar ayının 20-də İrəvan şəhərində, camaat arasında "fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində dünyaya gəlmişdir. Əvvəl ev təhsili almış, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Həmin seminariyada 1898-ci ildə İrəvanda ilk rus-tatar məktəbinin açılmasında rolu olan Axund Məmmədbağır Qazızadə ona dərs demişdir. Mirzə Cabbar 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsini alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib. 1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin 1 sentyabrına kimi Qəmərli məktəbinin nəzarətçisi olub.

Digər lüğətlərdə