Məhəmməd Abdullayev (6 aprel 1999[1]) — Azərbaycanı təmsil edən boksçu.[2]
Məhəmməd Abdullayev | |||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||||||||||||
Tam adı | Məhəmməd Zahid oğlu Abdullayev | ||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | ||||||||||||||||
Doğum tarixi | 6 aprel 1999[1] (25 yaş) | ||||||||||||||||
Boyu | 190 sm. (6 ft 3 in) | ||||||||||||||||
İdman növü | Boks | ||||||||||||||||
Məşqçisi | Etibar Abdullayev | ||||||||||||||||
Medallar
|
Məhəmməd Abdullayev 2016-cı ilin noyabrında Rusiyanın St. Peterburq şəhərində baş tutan gənclər arasında Dünya Çempionatını beşinci pillədə başa vurub. 2017-ci ildə Antalya şəhərində U-18 Avropa Çempionatının qalibi olan Məhəmməd Abdullayev 2019-cu ildə Vladiqafqaz şəhərində U-22 Avropa Çempionatının da qızıl medalına sahib olub.
Məhəmməd Abdullayev 2019-cu ilin iyununda Belarusda baş tutan II Avropa Oyunlarında mübarizə apardı.[3] Turnirin 1/16 final mərhələsində o, Bolqarıstan nümayəndəsi Petar Belberova məğlub olub (1:4) və mübarizəsini dayandırıb.[3]
Məhəmməd Abdullayev 2019-cu ildə Rusiyada baş tutan Dünya Çempionatında çıxış edib.[4] Turnirin 1/16 final mərhələsində Çin nümayəndəsi Bayihevuzi Danabieheya 4:1, 1/8 final mərhələsində isə Misir təmsilçisi Yusri Hafeza 3:2 hesabı ilə qalib gələn Məhəmməd Abdullayev, 1/4 final mərhələsində Avstraliya nümayəndəsi Custin Huniyə məğlub oldu (0:5) və mübarizəsini başa vurub.[4]
2020-ci ilin martında isə Məhəmməd Abdullayev London şəhərində (Birləşmiş Krallıq) baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparıb.[5] COVID-19 pandemiyası səbəbilə turnir nəticələri saxlanılmaqla 2021-ci ilin aprelinə Paris şəhərinə (Fransa) təxirə salınıb.[5] Turnirin 1/8 final mərhələsində Polşa nümayəndəsi Adam Kulihi 5:0, 1/4 final mərhələsində isə Ukrayna təmsilçisi Tsotne Rogavanı 4:1 hesabı ilə məğlub edən Məhəmməd Abdullayev, 1/2 final mərhələsində Fransa nümayəndəsi Murad Əliyevə məğlub olsa da (WO) turniri bürünc medalla başa vuraraq olimpiya lisenziyasına sahib oldu və 2021-ci ilin avqustunda Azərbaycanı XXXII Yay Olimpiya Oyunlarında təmsil edib.[5][6]
XXXII Yay Olimpiya Oyunları 2021-ci ilin 22 iyul-8 avqustunda Yaponiyada baş tutdu.[6] Olimpiya Oyunlarında debüt edən 22 yaşlı Məhəmməd Abdullayev isə turnirin 1/16 final mərhələsində Bəhreyn nümayəndəsi Denis Lətifov ilə üz-üzə gəlib.[7] Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə 3:1 hesabı ilə qalib gəldi və olimpiadanın 1/8 final mərhələsinə keçib.[7][8] İyulun 29-da isə Məhəmməd Abdullayev 1/8 final mərhələsində Asiya və Dünya Çempionatlarının qalibi Özbəkistan nümayəndəsi Bəxtiyar Cəlolov ilə üz-üzə gəldi.[9] Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə 0:5 hesabı ilə məğlub olub və turnirdə mübarizəsini dayandırıb.[9][10]
Olimpiadadan sonra Məhəmməd Abdullayev Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi.[11] Turnirin 1/16 final mərhələsində Litva nümayəndəsi Jonas Jazeviciusa (5:0), 1/8 final mərhələsində Serbiya təmsilçisi Vladan Babiça (5:0), 1/4 final mərhələsində isə Hindistan nümayəndəsi Narender Bervala (5:0) qalib gələn Məhəmməd Abdullayev, yarım-final mərhələsində Ermənistan təmsilçisi Davit Çaloyana məğlub olub (0:5) və Dünya Çempionatının bürünc medalına sahib olub.[11]
2022-ci ildə Avropa Çempionatının Ermənistanda baş tutmasına görə Azərbaycan idmançıları bu turnirdə mübarizə aparmayın.[12] 2 ildən sonra Məhəmməd Abdullayevin birinci beynəlxalq turniri 2023-cü ilin mayında Özbəkistanda baş tutan Dünya Çempionatı olub.[13] Dünya Çempionatının 1/16 final mərhələsində Meksika nümayəndəsi Xaviyev Kruza (5:0), 1/8 final mərhələsində Əlcəzair nümayəndəsi Murad Kadiya (4:1) qalib gələn Məhəmməd Abdullayev turnirin 1/4 final mərhələsində Gürcüstan nümayəndəsi Niholoz Beqadze üzərində qələbə qazandı (5:0) və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[13] Finala gedən yolda onun rəqibi Kuba nümayəndəsi Fernando Arzola oldu.[13] Həmin görüşdə Məhəmməd Abdullayev rəqibinə məğlub oldu (1:4) və Dünya Çempionatının bürünc medalına sahib olub.[13]
Həmin ilin iyununda isə Məhəmməd Abdullayev Polşada baş tutan III Avropa Oyunlarında mübarizə apardı.[14] Turnirin təsnifat mərhələsində Məhəmməd Abdullayev Türkiyə nümayəndəsi Uğur Aydəmir üzərində qələbə qazandı və 1/8 final mərhələsinə adladı.[14] Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Niholoz Beqadze oldu.[14] Bu görüşdə də Məhəmməd Abdullayev rəqibinə qalib gəldi (3:1) və turnirin 1/4 final mərhələsinə adladı.[14] Bu mərhələdə Məhəmməd Abdullayev Yunanıstan nümayəndəsi Stilianos Rulias üzərində qələbə qazandı (5:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[14] Finala gedən yolda isə onun rəqibi Almaniya nümayəndəsi Nelvi Tiafa oldu.[14] Bu görüşdə də Məhəmməd Abdullayev rəqibinə qalib gəldi (4:1) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[14] Həlledici görüşdə isə Məhəmməd Abdullayev Birləşmiş Krallıq nümayəndəsi Delisius Oriya məğlub oldu (0:5) və III Avropa Oyunlarının gümüş medalına sahib oldu.[14] Bununla da Məhəmməd Abdullayev həm də olimpiya lisenziyasına sahib oldu.[15][16]
Məhəmməd Abdullayev Paris Olimpiadasının açılış mərasimində cüdoçu Gültac Məmmədəliyeva ilə birgə Azərbaycan bayrağını apardı.
Avropa Oyunları | Belarus | |||
Dünya Çempionatı | Rusiya | |||
Avropa Olimpiya Təsnifat Turniri | Fransa | |||
Olimpiya Oyunları | Yaponiya | |||
Dünya Çempionatı | Serbiya | |||
Dünya Çempionatı | Özbəkistan | |||
Avropa Oyunları | Polşa |
Rüstəm Orucov Fəridə Əzizova 2020 |
Azərbaycan Olimpiya Komandasının bayraqdarı Gültac Məmmədəliyeva ilə birgə 2024 |
2028-ci ildə məlum olacaq |