Anatoli Sultrekov (Solbanax)
Anatoli Yeqoroviç Sultrekov (rus. Анатолий Егорович Султреков (Солбанах), 5 aprel 1954, Taştıp aymağı, Krasnoyarsk diyarı) — Xakas yazıçısı, şairi və jurnalisti, Rusiya Yazıçılar Birliyinin üzvü (1999), Xakasiya Respublikasının Əməkdar Mədəniyyət işçisi (1998), Nikolay Domojakov adına ədəbi mükafatın laureatı (2017)
== Həyatı ==
Anatoli Yeqoroviç Sultrekov 5 aprel 1954-cü ildə Xakasiya Muxtar Vilayətinin Taştıp rayonunun Tarbaqan aulunda çoxuşaqlı kənd poçtalyonu ailəsində anadan olmuşdur. O, Taştıp orta məktəbini bitirdikdən sonra Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olsa da, rektor Venedikt Qriqoryeviç Karpovun tövsiyəsi ilə təhsilini Abakan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində daxil olmuşdur.
Təhsil aldığı illərdə xakas dilində yayınlanan “Lenin yolu” («Ленин чолы») regional qəzetin redaksiyası ilə yaxından əlaqə saxlamışdır. Həmçinin Nikolay Georgieviç Domojakovun rəhbərlik etdiyi “Səhər şəfəqləri” («Утренняя зоренька») ədəbi dərnəyində fəal iştirak etmişdir.
1977-ci ilin may ayında ali təhsilini bitirərək “Lenin yolu” qəzetində çalışmağa başlamışdır. Əmək kitabçasında bununla bağlı belı bir qeyd var: qırx ildən çoxdur ki, indi “Xəbər” adlandırılan qəzetdə çalışır. O, bu qəzetin səhifələrində əvvəlcə təsərrüfatla, sonra gənclik mövzuları və mədəniyyətlə bağlı məqalələr yazmışdır.
Yazıçı öz yaradıcılıq amalını belə açıqlayır: “Mən alovlu bir bütpərəstəm, bütün kitablarımda əsas qəhrəmanlardan nümunə götürərək insanların Xakasiyanın adət-ənənələrini, qutsal yerlərini unutmaması üçün hər şeyi etməyə çalışıram”.
İdman jurnalistlərinin regional və ümumrusiya müsabiqələrinin dəfələrlə qalibi və mükafatçısı olmuşdur.