Yaşıl Sol Partiya

Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP),[1] 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəşinsan surətindən ibarətdir.[2][3] Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur.

Xalqların Bərabərlik və Demokratiya Partiyası
Loqonun şəkli
Sədri Tülay Hatimoğulları Oruç
Tuncer Bakırhan
Quruluş tarixi 25 noyabr 2012
Baş qərargah
İdeologiya Azlıqların hüquqları
Desentralizasiya
Regionçuluq
Eco sosializm
Feminizm
Anti-Kapitalizm
Antiimperializm
Antimilitarizm
İdeoloji spektr solçuluq
TBMM-də
57 / 600
Şəhər və il bələdiyyələri
10 / 81
İlçə bələdiyyələri
65 / 922
Bəldə bələdiyyələri
0 / 387
Şəhər məclislərində
0 / 2.591
İlçə məclislərində
0 / 1.251
Bələdiyyə məclislərində
0 / 20.498
Saytı demparti.org.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir.

Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir.[4]

Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu.[5][6]

Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi.[7] Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi.[8] Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.[9]

24 mart 2023-cü ildə qəbul edilən qərarla Xalqların Demokratik Partiyası, Əməkçi Hərəkatı Partiyası və Sosial Azadlıq Partiyası 2023-cü il parlament seçkilərinə Yaşıl Sol Partiyanın siyahıları ilə daxil olmaq qərarına gəlib.[10]

2023-cü il tarixində keçirilən qurultayda partiya adını Xalqların Bərabərlik və Demokratiya Partiyası olaraq dəyişmişdir. Qısaltması HEDEP olaraq qəbul edilsə də, Yargıtay tərəfindən adın keçmişdə mövcud olmuş Halkların Demokrasi Partisinin qısaltması olan HADEP-ə bənzəməsi səbəbi ilə qəbul olunmamışdır. Bunun üzərinə 11 dekabr 2023-cü il tarixində partiya qısaltmasının DEM Partiya olaraq dəyişdirildiyi elan olunmuşdur.[1]

Seçim
Həmsədrlər
Səsvermə nəticələri
Ümumi nəticə
Məclis
Yer
Səslər
%
±
Mandat
±
2023

Çiğdem Kılıçgün Uçar
İbrahim Ahın
4.803.922
2.28%
61 / 600
6
5.
  1. 1 2 "Halkların Eşitlik ve Demokrasi Partisi'nin kısa adı DEM Parti oldu". birgun.net (Turkish). 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
  2. Yeşil Sol Parti. "Tüzük". yesilsolparti.org (türk). 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  3. "YEŞİL SOL PARTİ: KURUMSAL KİMLİK KILAVUZU" (PDF). yesilsolparti.org (türk). 2023-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 aprel 2023.
  4. Yeşiller ve Sol Gelecek Partisi. "Barışa ve Umuda Şans Ver!". yesillervesolgelecek.org (türk). (#archive_missing_date) tarixində arxivləşdirilib.
  5. Turnusol. "Basın YGSP'nin kuruluşunu nasıl gördü". turnusol.biz (türk). 26 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  6. ALPER TOLGA AKKUŞ. "Yeni Siyasetin adı kondu: Yeşiller ve Sol Gelecek". yesilgazete.org (türk). 2012-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  7. Yeşiller ve Sol Gelecek Partisi. "Partimizin 2. Olağan Konferans/Kongere'si Ankara'da Gerçekleştirildi". yesilsolparti.org (türk). 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  8. Dilek Şen. "Yeşil Sol Parti'nin logosu değişti | Parti Eş Sözcüsü İbrahim Akın: "Kapatılırsa, HDP seçeneksiz değil"". medyascope.tv (türk). 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  9. Günce Akpamuk. "Yeşil Sol Parti, HDP'nin parti üzerinden seçime girme ihtimaline nasıl bakıyor?". bbc.com (türk). 2023-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  10. Gazete Duvar. "Emek ve Özgürlük İttifakı'nda tam uzlaşı sağlandı". gazeteduvar.com.tr (türk). 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.