Yaşıl Sol Partiyası

Yaşıllar və Sol Gələcək Partiyası, qısaca Yaşıl Sol Partiyası və ya YSP — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəşinsan surətindən ibarətdir.[2][3] Onun həmsədrləri Çiğdəm Qılıncgün Uçar və İbrahim Akındır.

Xalqların Bərabərliyi və Demokratiya Partiyası
Quruluş tarixi 30 noyabr 2012[1]
Baş qərargah
İdeologiya Libertarian sosializm
İdeoloji spektr Sol
Parlamentdə
57 / 600
Saytı yesilsolparti.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaşıl Sol Partiya 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir.

Yaşıl Sol Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir.[4]

Tarix[redaktə | mənbəni redaktə et]

Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu.[5][6]

Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi.[7] Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi.[8] Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.[9]

24 mart 2023-cü ildə qəbul edilən qərarla Xalqların Demokratik Partiyası, Əməkçi Hərəkatı Partiyası və Sosial Azadlıq Partiyası 2023-cü il parlament seçkilərinə Yaşıl Sol Partiyasının siyahıları ilə daxil olmaq qərarına gəlib.[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.yargitaycb.gov.tr/icerik/1189/yesiller-ve-sol-gelecek-partisi.
  2. Yeşil Sol Parti. "Tüzük". yesilsolparti.org (türk). 2023-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  3. "YEŞİL SOL PARTİ: KURUMSAL KİMLİK KILAVUZU" (PDF). yesilsolparti.org (türk). 2023-03-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1 aprel 2023.
  4. Yeşiller ve Sol Gelecek Partisi. "Barışa ve Umuda Şans Ver!". yesillervesolgelecek.org (türk). (#archive_missing_date) tarixində arxivləşdirilib.
  5. Turnusol. "Basın YGSP'nin kuruluşunu nasıl gördü". turnusol.biz (türk). 26 noyabr 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  6. ALPER TOLGA AKKUŞ. "Yeni Siyasetin adı kondu: Yeşiller ve Sol Gelecek". yesilgazete.org (türk). 2012-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  7. Yeşiller ve Sol Gelecek Partisi. "Partimizin 2. Olağan Konferans/Kongere'si Ankara'da Gerçekleştirildi". yesilsolparti.org (türk). 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  8. Dilek Şen. "Yeşil Sol Parti'nin logosu değişti | Parti Eş Sözcüsü İbrahim Akın: "Kapatılırsa, HDP seçeneksiz değil"". medyascope.tv (türk). 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  9. Günce Akpamuk. "Yeşil Sol Parti, HDP'nin parti üzerinden seçime girme ihtimaline nasıl bakıyor?". bbc.com (türk). 2023-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.
  10. Gazete Duvar. "Emek ve Özgürlük İttifakı'nda tam uzlaşı sağlandı". gazeteduvar.com.tr (türk). 2023-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 aprel 2023.