ÖLÜVAY
ÖPMƏK
OBASTAN VİKİ
Aşıq Ömər
Aşıq Ömər (təq. 1621, Evpatoriya – təq. 1707, Evpatoriya) — türk aşığı. == Həyatı == Aşıq Ömərin həyat və yaradıcılığı ilə əlaqədar geniş bilgi yoxdur. Onun anadan olma və ölüm tarixləri də, harada dünyaya gəldiyi də mübahisəlidir. Bir şerində "Kəndim Gözləvəli, Ömərdir ismim" misrasındakı bu Gözləvə kəndinin Konya vilayətində olduğundan bir sıra ədəbiyyatşünas alimlər onun məhz Konyalı olduğunu yazırlar. Bəziləri isə onun Aydmlı olduğunu irəli sürürlər. "Vatan-ı aslimiz Aydın ilidir" misrasına əsaslananlar da onun Aydın vilayətindən olmasını ehtimal edirlər. Ancaq bu xalq aşığının Konyanın Gözləvə kəndində anadan olduğunu və bir müddət Aydında yaşadığım yazanların fikrilə razılaşmaq olar. Beləliklə də, Aşıq Ömərin təxminən 1651-ci ildə Konyanın Gözləvə kəndində anadan olduğunu söyləmək mümkündür.
Gümrah Ömər
Gümrah Ömər (23 iyul 1973, Bakı) — Azərbaycan teatr rejissoru, "Səda" Tədris Teatrının Direktoru və Bədii rəhbəri(2017-ci ildən). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi. == Həyatı == 1973-cü ildə Gürcüstan respublikasınında anadan olmuşdur. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsində təhsil almış. 1995-ci ildən "Yuğ" Dövlət Teatrında aktyor, 2000-ci ildən rejissor kimi fəaliyyətə başlamışdır.2010-2013 illərdə Gəncə Dövlət Dram Teatrının, 2014–2017-ci il "Yuğ" Dövlət Teatrında baş rejissor vəzifəsində çalışıb, 2017-ci ildən "Səda" Tədris Teatrının direktorudur. 2017-ci ildən "Səda" Tədris Teatrında direktor və bədii rəhbər vəzifəsində çalışır.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr Sənəti" fakültəsinin "Dram teatrı və kino aktyoru" kafedrasında müəllim vəzifəsində çalışır. == Quruluş verdiyi tamaşalar == == İştirak etdiyi teatr festivalları == "Milli klassika Festivalı" (Bakı-Azərbaycan)-2001-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-cı il; "Qafqaz Kültürləri festivalı-2" (Kars-Türkiyə)-2005-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu " (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləkətlərinin I Beynəlxalq teatr festivalı (Alma–ata)"-2006-cı il; "Milli Teatr Festivalı" (Estoniya-Sarema)-2008-ci il; "Üfüq-XXI" monotamaşalar Festivalı (Bakı-Azərbaycan)-2002-ci il; "Beynəlxalq Teatr yarmarkası" (Tibilisi-Gürcüstan)-2005-ci il; "Boş Məkanın dolğunluğu" (Bakı-Azərbaycan)-2006-cı il; "Orta Asiya məmləketlərinin I Beynəlxalq Teatr Festivalı" (Alma–ata-Qazaxıstan)2006-cı il; "Sərgüzəşti Mirzə Fətəli" festivalı (Bakı-Azərbaycan)-2012-ci il; "Tuğanlıq festivalı"- (Ufa-Başqırdıstan)-2012-ci il; "Bin nəfəs bir səs-Konya teatr festivalı"-(Türkiyə-Konya)-2013-cü il; "Sabah İncəsənət Festival"(Bakı-Azərbaycan)-2018-ci il; "Qits Ustad Dərsləri Festivalı"(Rusiya Moskva)-2019-cu il; "33-cü Amotör Teatr Festivalı" (Türkiyə-Dənizli)-2019-cu il; == Mükafatları == "Üfüq-XXI" Monotamaşalar festivalı. "Ən yaxşı rejissor işi (Diplom). (Bakı-Azərbaycan 2002) İlin ən yaxşı teatr rejissoru(Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi. (Bakı-Azərbaycan 2003) Gənclər-mükafatı (Diplom)-Azərbaycan Gənclər İdman və Turizm Nazirliyi.
II Ömər
Ömər ibn Əbdüləziz və ya II Ömər (2 noyabr 681, Mədinə, Əməvilər xilafəti – təq. 5 fevral 720) — səkkizinci Əməvi xəlifəsi. Yaşadığı illər: 682–720 illər. Hakimiyyət illəri 717–720 illər. Onun sələfi xəlifə Süleyman idi . Ömər ibn Əbdüləziz həmçinin ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Dindarlığı və qeyri-adi düzgünlüyü ilə seçilirdi. Həm əhli sünnə, həm də əhli şiə arasında özü barəsində çox yaxşı xatirə qoymuşdur. II Ömər 5-ci Raşidi Xəlifə hesab olunur. == Mənşəyi == Ömər ibn Əbdüləziz hicri 60-cı ildə (miladı 682) Mədinədə anadan olmuşdur.
Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 585, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ == Həyatı == 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. == Hərbi fəaliyyəti == === Ömər ibn Xəttabın dövründə baş verən döyüşlər === ==== Əcnadeyn döyüşü ==== Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə: Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər. Siyasi nəticə: Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Molla Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. == Həyatı == Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Məhəmməd Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. == Həyatı == Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.
Pir Ömər
Pir Ömər (v. 1420, Ərzincan) — Qaraqoyunlu sərkərdəsi. == Həyatı == Qara Yusif 1410-cu ildə Ərzincanı Ağqoyunlulardan aldıqdan sonra Pir Ömər bəyi Ərzincan hakimi təyin etdi. Ardınca Bayburt, Tərcan və İspiri də ələ keçirərək bu əraziləri də Pir Ömərə verdi. Bundan sonra Qara Yusif geriyə Təbrizə qayıtdı. Qara Yusifin başının Sultan Şahruxa qarışmasından istifadə edən Ağqoyunlu Osman bəy 1416-cı ildə Ərzincana yürüş etdi. Pir Ömər tezliklə Qara Yusifdən kömək istədi. Qara Yusif oğlu Qara İsgəndərin başçılığı ilə Ərzincana ordu göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy geri çəkildi. Ağqoyunluların Qaraqoyunlular ilə münasibətləri sabitləşdikdən sonra Qara Yusifin elçiləri ilə birlikdə Pir Ömər bəyin elçilərinin də Ağqoyunlu sarayına göndərildikləri mənbələrdə qeyd edilir.
Səidə Ömər
Xəlifə Ömər
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب‎; təq. 585, Məkkə – 3 noyabr 644, Mədinə) — 634–644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi․ == Həyatı == 581-ci ildə Məkkədə doğulub. 3 noyabr 644-cü ildə Mədinədə vəfat edib. == Hərbi fəaliyyəti == === Ömər ibn Xəttabın dövründə baş verən döyüşlər === ==== Əcnadeyn döyüşü ==== Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü. Sosial nəticə: Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634). Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər. Siyasi nəticə: Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır. Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır. Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Ömər Assar
Ömər Assar (22 iyul 1991) — Misiri təmsil edən stolüstü tennisçi. == Karyerası == Ömər Assar Misiri 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Ömər Assar Misiri 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Ömər Ağayev
Ömər Ağacahangir oğlu Ağayev (1 yanvar 1928, Leninabad, Mərəzə rayonu – 1 oktyabr 2017, Bakı) — istehsalat qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1976). == Həyat və əmək fəaliyyəti == Ömər Ağayev 1928-cı ildə Şamaxının Leninabad (indiki Təklə) kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildən başlamışdır. 1952-ci ildən Bakı elektrik maşınqayırma zavodunda çalışmışdır. 1959-cu ildən Sov.İKP üzvü olmuşdur. 1960-cı ildən hopdurucular briqadasının briqadiri olmuşdur. AKP 28 və 29-cu qurultaylarında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 22 və 25-ci qurultaylarının nümayəndəsi olmuşdur. 3 yanvar 1974-cü ildə sənayenin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordenləri ilə təltif olunmuşdur. 2002-ci ildən prezident təqaüdçüsü olub.
Ömər Aşiq
Ömər Faruk Aşıq (türk. Ömer Faruk Aşık)—;(d.4 iyul 1986) Türkiyəli profisional basketbolçudur. O Milli Basketboll Assosasiyasının Nyu Orlean Pelikansında oynuyur. 19 yaşında Avropa Beynəlxalq oyununda 7:0 hesabı ilə qalin gəlmişdi. O ilk dəfə Türkiyənin Fənərbaxça basketbol qrupunda 2005-06-cı illerde oynayıb. Alpellada birinci mövsümündən sonra yenidən Fənərbaxçaya qayıdır ancaq 2009-cu ilde Oradan çıxır. 2009-10-cu illərdə Türkiyənin əsas komandasında oynayır. 2010-cu ildə FİFA-nın dünya çempionatında oynayır. Bu oyunlar zamanı Türkiyə gümüş medal qazanır. 2010-cu ildə Aşıq Çikaqo Bullsa komandasına qatılır.
Ömər Buludov
Ömər Buludov (15 dekabr 1998, Azərbaycan) – Misli Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu. == Karyerası == === Neftçi === Neftçidə ilk matçına 25 noyabr 2017-ci ildə keçirilən Neftçi-Keşlə matçında çıxıb. Matç Neftçinin 3–1 hesablı qələbəsi ilə başa çatıb. Neftçidə ilk qolunu 10 mart 2019-cu ildə keçirilən Sumqayıt-Neftçi matçının 87-ci dəqiqəsində vurub. Matç Neftçinin 1–2 hesablı qələbəsi ilə başa çatıb.
Ömər Cəbrayılov
Aprel döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında təmas xətti boyunca, əsasən Tərtər-Ağdərə cəbhəsində Talış istiqaməti üzrə, Cəbrayıl-Füzuli cəbhəsində isə Lələtəpə istiqaməti üzrə baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 89 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin neçə hərbi qulluqçusunun şəhid olduğu barədə rəsmi məlumat verilməmişdir. Bu siyahı hazırlanan zaman KİV-lərdə şəhidlərin dəfn mərasimləri ilə bağlı verilən xəbərlərdən və Meydan TV-nin araşdırmasından istifadə edilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 1-ci Ordu Korpusunun 39 hərbi qulluqçusu, Quru Qoşunlarının 2-ci Ordu Korpusunun 19 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 27 hərbi qulluqçusu, Hərbi Hava Qüvvələri 3 hərbi qulluqçusu və Hərbi Dəniz Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 87-si hərbi əməliyyatlar zamanı, 2-si isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 21-i zabit, 19-u gizir, 12-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 37-si isə sıravi əsgər (çağırışçı) idi. Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Aprel döyüşləri zamanı şəhid olan 2 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adı, 3 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 2 hərbi qulluqçu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 6 nəfər "Vətən uğrunda" medalı, 13 nəfər isə "İgidliyə görə" medalı ilə təltif edildi. Həmçinin 61 şəhid hərbi qulluqçu müdafiə naziri Z. Ə. Həsənovun 19 aprel 2016-cı il tarixli əmrilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müalicə aldığı hospitalda şəhid olan Nəcməddin Savalanov hələ sağlıqında "İgidliyə görə" medalı ilə təltif edilib.
Ömər Dimayev
Ömər Dimaeviç Dimayev (çeç. Дима́ев, Ума́р Димаевич; 1 oktyabr 1908, Urus-Martan – 26 dekabr 1972, Qroznı) — Çeçen musiqiçisi və bəstəkarı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti, musiqiçi və bəstəkar Əli Dimayev və Səid Dimayevin atası. == Həyatı == 1908-ci il oktyabrın 1-də Çeçenistanın Urus-Martan kəndində anadan olub. 1924-cü ildən Urus-Martan rayonu radio mərkəzində musiqiçi işləyib. 1929-cu ildən Qroznıda Çeçen-İnquş Dram Teatrında xalq çalğı alətləri orkestrinin solisti vəzifəsində çalışıb. 1934-cü ildə respublika radio komitəsinin xalq çalğı alətləri orkestrinin solisti kimi çıxış edib. 1939-cu ildə Moskvada xalq çalğı alətləri üzrə ifaçıların birinci Ümumittifaq müsabiqəsinin laureatı olub. Böyük Vətən müharibəsi illərində bir çox vətənpərvərlik əsərləri yazıb. Çeçenlərin və inquşların deportasiyasına qədər o, cəbhə musiqi briqadalarının tərkibində fəal işləyib, cəbhədə, xəstəxanalarda, cəbhəçilərə və cəbhəyə gedənlər üçün konsertlər verib. Deportasiya illərində Qırğızıstan SSR-in Bişkek stansiyasında yaşayıb.
Ömər Döngəloğlu
Ömər Döngəloğlu (türk. Ömer Döngeloğlu; d.1968 Zile, Tokat - 3 may 2020, İstanbul) — Türk ilahiyyatçı, yazıçı, proqram prodüseri və aparıcısı. Kanal 7-də aparıcısı olduğu dini verilişləri ilə tanınır. 2020-ci ildə Koronavirüs səbəbindən dünyasını dəyişib. == Həyatı == 1968-ci ildə Ziledə anadan olan Ömər Döngəloğlu ibtidai təhsilini Zile Altunyurt İbtidai məktəbində, orta təhsilini Zile İmam Hatip liseyində almışdır. Daha sonra Sakarya Universiteti İlahiyyat fakültəsini bitirib. Ərəb və ingilis dillərini yaxşı bilir. 1986-1996-cı illər arasında məmləkəti Tokatda İmam-Hatip kimi işləməyə başladı. Uzun illər dövlət sektorunda müxtəlif inzibati vəzifələrdə çalışan Döngəloğlu illər boyu İslam tarixi və Siyer-i Nebi haqqında araşdırma aparmış, səyahət etmişdir. === Ölümü === 3 may 2020-ci ildə tutulduğu koronavirüs xəstəliyi səbəbi ilə müalicəsi aldığı Başakşehir Dövlət Xəstəxanasında vəfat etdi.
Ömər Eldarov
Ömər Həsən oğlu Eldarov (21 dekabr 1927, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan heykəltaraşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2001–2023), Azərbaycan SSR xalq rəssamı (1982), SSRİ (1980) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı, "Heydər Əliyev" ordeni laureatı (2017). == Həyatı == 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsini qurtardıqdan sonra peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltaraşlıq və memarlıq institutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958–1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib.
Ömər Faiq
Ömər Faiq Lömən oğlu Nemanzadə (24 dekabr 1872, Azğur, Axalsıx qəzası, Tiflis quberniyası – 10 oktyabr 1937, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Azərbaycan ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi, Gürcüstan SSR Müvəqqəti İnqilab Komitəsinin üzvü və Gürcüstan SSR Müsəlman İşləri Üzrə Şuranın 1-ci sədri. Axısqa türkü. == Həyatı == Ömər Faiq 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getsə də, dinə maraq göstərməmiş və yenicə açılmış rus məktəbinə daxil olmuşdur. Atası onu Qori müəllimlər seminariyasına qoymaq istəyirdi, lakin dindar qadın olan anasının: "Mən oğlumu kafirlərin içərisinə buraxa bilmərəm" deyə etiraz etməsi buna mane olmuş və anasının təkidi ilə 1882-ci ildə İstanbula getmiş, "Fateh" məktəbində təhsilini davam etdirmişdir. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş-şəfəq" məktəbinə daxil olmuşdur. 1891-ci ildə həmin məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur. Bir müddətdən sonra sultan istibdadına qarşı gizli çalışan cavanlara qoşulmuşdur. == Fəaliyyəti == 1894-cü ildə, Axısqada milli münasibətlərin kəskinləşməsi dövründə vətənə qayıtmışdır.
Ömər Xəlvəti
Ömər Xəlvəti (Avaxıl, Şamaxı rayonu – 1349, Avaxıl, Şamaxı rayonu) — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi. == Həyatı == Əxi Məhəmməd Xəlvətinin xəlifəsi və qardaşı oğlu, xəlvətilik təriqətinin banisi, piri və mürşidi Əbu Abdulla Siracddin Ömər Xəlvəti şeyx nəslindən olub, soyu Şirvanın məşhur şeyx ailələrinə dayanır. Atası Şeyx Əkmələddindir. Pir Ömər Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Daha sonra əmisi ilə birgə Heriyə gəlmiş, ölümündən sonra onun yerinə səccadəyə oturmuşdur. Öncə Xoy şəhərində, sonra Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə gəlmiş, orada bir versiyaya görə 1349-cu ildə, digər bir versiyaya görə isə 1397-ci ildə vəfat etmişdir. Mehmet Rıhtım birinci tarixi daha çox həqiqətə uyğun hesab edir. Ləmazatda onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir.
Ömər Xəyyam
Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars. عُمَر خَیّام نیشابوری‎); və ya sadəcə Ömər Xəyyam (1048–1131) — dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu. == Həyatı == Səlcuq dövlətinin Xorasan vilayətinin NeyŞahBur-Nişapur(perscə deyilişi) şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdidir. Bəhmənyarın şagirdi olaraq Xorasan Azərbaycanlısıdır. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir. Gənc yaşlarında doğma şəhərini Nişapuru tərk etmiş və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur. Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.
Ömər Yamaoka
Ömər Yamaoka (yap. オマル山岡, əsl adı: Kotaro Yamaoka, yap. 山岡 光太郎, 7 mart 1880, Fukuyama, Hiroşima prefekturası – 23 sentyabr 1959, Sakay[d], Osaka prefekturası) — İslamı qəbul etmiş yapon hərbçisi. Hacı ünvanın sahibi. == Hərbi fəaliyyət == Rus-yapon müharibəsi başlayandan bir il sonra Mancuriyaya Yaponiya İmperator ordusu qoşununda göndərilib. Müharibədən sonra Mancuriya, Monqoliya və Koreyada cəsus kimi işləyib. Kokuryukay ("Qara əjdaha cəmiyyəti") adlı millətçi hərəkatın üzvü olub. Casus tapşırığını bitirib və 1908-ci ildə Yaponiyaya qayıdıb. Yapon İmperatorluğu Rus İmperatorluğuna müxalif düşmüş türk və müsəlmanları öz tərəfinə çəkmək işi aparırdı. Bu səbəbdən sibirtatar əsilli molla Əbdürrəşid İbrahim yerli tatarlar arasında yapon təbliğatı aparırdı.
Ömər aşırımı
Ömər aşırımı — Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycannın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçidi. Aşırımın hündürlüyü 3261 m təşkil edir. Aşırım Qarabağ müharibəsinın ən qanlı döyüşlərindən biri olan Ömər aşırımı uğrunda döyüşə şahidlik etmişdir..Silsilə adını Ömər İsgəndırovun adından götürmüşdür.Ömər İsgəndərov 1936 cı ildə Bərdə Rayonu Gülgəzli kəndində anadan olub.Ömər İsgəndərov uzun müddət Qarabağ su.tikinti idarəsinin rəisi vəzifəsində işləmişdir.Hələ o sahə rəisi olarkən Sərsəng su anbarının,Suqovuşan su anbarının tikintisində məsul vəzifədə çalışmışdır.Sərsəng su anbarının tikintisində işləyərkən Kəlbəcərdən Gəncə istigamətinə mal qaranın yaylağa getmesi üçün Murov dağin zirvəsindən texnikaların inkişafı üçün yol çəkmişdir.Və bu səbəbdən Murov dağinin zirvəsindəki aşırım, el arasında "Ömər Aşırımı" adlandırılmışdır.Həmçinin Suqovuşdan Talış istigamətinə yer altı tunel tipli kanal çəkmiş və bu dərə Ömər Dərəsi adlandırılmışdır. == Geomorfologiyası == Ömər aşırımı Koroğlu (3462 m) və Gamış (3724 m) zirvələri arasındadır. Mütləq yüksəkliyi 3395 metr olan yəhərvari aşırımdan ibarətdir. İstifadə müddəti may ayından sentyabrın ortalarına qədərdir. Ən yaxın yaşayış məskəni — şimal istiqamətində Kürdəlilər və Pirverdilər kəndləridir. Bu istiqamətdə aşırımın 3 km-yində ilk su mənbəyi,2600 m-də Kürəkçayın mənbəyini, sonradan onun qollarından birini təşkil edən bulaqlar mövcuddur. Aşırımdan cənub istiqamətində isə su mənbəyi nisbətən yaxındadır (Maydançayın mənbəyini təşkil edən bulaqlar). Bu istiqamətdə ən yaxın yaşayış yeri Yanşaq kəndidir.
Ömər Çelik
Ömər Çelik (15 iyun 1968, Adana) — türk jurnalist və siyasətçi. == Həyatı == Ömər Çelik 1968-ci ildə Adanada anadan olub. Çelik Qazi Universitetinin məzunudur. 3 dəfə Adanadan millət vəkili seçilən Çelik Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini olub.
Ömər Çəlik
Ömər Çelik (15 iyun 1968, Adana) — türk jurnalist və siyasətçi. == Həyatı == Ömər Çelik 1968-ci ildə Adanada anadan olub. Çelik Qazi Universitetinin məzunudur. 3 dəfə Adanadan millət vəkili seçilən Çelik Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini olub.
Ömər İzgi
Ömər İzgi (türk. Ömer İzgi; 1 yanvar 1940) — Türkiyə siyasətçisi və hüquqşünası. 2000–2002-ci illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuşdur İzgi 1999–2002-ci illərdə Milliyətçi Hərəkat Partiyasından (MHP) Konya seçki dairəsi üzrə millət vəkili olmuş, lakin 2002-ci il ümumi seçkilərində yerini itirmişdir. == Erkən illəri == Ömər İzgi 1 yanvar 1940-cı ildə Türkiyədə, Konyanın Doğanhisar şəhərində anadan olmuşdur. Onun atası Mehmed Səlim, anası isə Zeynəb xanımdır. O, Ankara Universitetinin Hüquq fakültəsini bitirmiş və eyni zamanda həmin fakültədə mülki hüquq üzrə magistr dərəcəsi almışdır. İzgi azad hüquqşünas olmamışdan əvvəl Türkiyə Baş Nazirliyində baş ekspert vəzifəsində çalışmışdır. == Siyasi karyerası == Ömər İzgi 1983-cü ildə Mühafizəkarlar Partiyasının qurucu üzvlərindən biri olmuşdur. Mühafizəkarlar Partiyası 30 noyabr 1985-ci ildə adını dəyişərək Milliyətçi Əmək Partiyası olmuşdur. İzgi daha sonra yeni partiyanın baş katibinin müavini seçilmişdir.
Abdullah ibn Ömər
Abdullah ibn Ömər ibn Xəttab
Abdullah ibn Ömər ibn Xəttab (ərəb. عبد الله بن عمر ابن الخطاب‎; təq. 610, Məkkə – 693, Məkkə) — Abdullah ibn Ömər ibn Xəttab (Hicrətdən 10 il əvvəl-73-cü Hicri Qəməri il) kiçik səhabələrdən olan mühəddis və fəqihdir. İkinci xəlifə Ömər ibn Xəttabın oğludur. Ən çox fətva verənlərdən biri olmuşdur. Həmçinin, Məhəmməd peyğəmbərin (s) hədislərini ən çox əzbərləyib nəql edənlərdən biri olmuşdur. İbn Ömər Məhəmməd (s) peyğəmbərin sünnəsinə ən çox təqlid edən və o Həzrətin (s) yolunu izləyən biri olmuşdur. Habelə, o, Mədinə şəhərində hədis və fətva öyrənən tələbələrin, sədəqə verməqdə səxavəti və dünyadaki zahidliyi tanıqdıqdan sonra isə mallarını Allah yolunda xərcləyən tələbələrin qibləsi olmuşdur. İbn Ömər Məhəmməd (s) peyğəmbərlə birgə bir neçə döyüşlərdə iştirak etmişdir. Sonralar, peyğəmbərin (s) vəfatından sonra Şam, İraq, Fars ölkəsi, Misir və Afrikanın fəth edilməsində iştirak etmişdir.
Abdullah ibn Ömər Əbu Vəhhab əl Kəlbi
Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi — İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Kərbəla şəhidlərindən biridir. O və onun ailəsi İmam Kərbəlaya yollanarkən o həzrətin karvanına qoşulmuşdu. Yeni evlənən (bəzi rəvayətlərə görə cəmi 17 gün idi ki evlənmişdi) gəncin şəhid olan zaman 25 yaşı var idi. Aşura günündə təkbətək döyüşlər zamanı şəhid oldu. Başının üstünə gələn anasını da rəhmsizliklə şəhid etdilər. Rəvayətə görə, anasının ondan daha tez iman gətirməsi onun İslamı qəbul etməsinə zəmin yaratmışdı. Əsasən anası idi ki, onun İmam Hüseynə qoşulmağa və döyüşə atılmağa təşviq edirdi. Aşura günündə Vəhəbin başını kəsib, anasının qarşısına atanda o dedi: - “Həmd o Allaha olsun ki, onun şəhid olması ilə Rəbbim və İmam yanında başım uca, gözüm isə aydın oldu. Allaha şəhadət verirəm ki, kilsələrdəki və atəşgahlardakı xristianlar, yəhudi və atəşpərəstlər sizdən yaxşıdır” Xarəzmi deyir ki, Şimr ibni Zil-Couşən öz nökərinə onu öldürməyi əmr etdi və o da Vəhəbinin anasının başından vurub onu qətlə yetirdi.
Besim Ömər Akalın
Besim Ömər Akalın (türk. Besim Ömer Akalın; 1 iyul 1862 – 19 mart 1940, Ankara) — Türk tibb professoru, elm adamı, millət vəkili. == Həyat və fəaliyyəti == Atası Ömər Şevki Paşa, ilk Osmanlı "Məclis-i Mebusan"ında (Milli Məclis) Sinop şəhərinin millət vəkili idi; anası Afifə xanım isə Yaşar Paşanın qızı idi. İlk təhsilini Priştina şəhərində almışdır. Orta təhsilinə Kosova Mülki Rüştiyyəsində başlamış, Kuleli Tibbi məktəbində tamamlamışdır. Ali təhsilini Məktəb-i Tibbiyə-i Şahanədə hərbi tələbə kimi təhsil almış və bütün kurslarda birinci olaraq 1885-ci ildə bitirmişdir. Bir müddət hərbi həkim kimi Yunanıstan sərhəddində işləmişdir. Daha sonra xəstəliyə yaxalandıqdan sonra İstanbula qayıtmış və Tibb məktəbinin doğum klinikasında Mehmet Vahid bəyin yanında müəllim köməkçisi işləmişdir. Magistr təhsili üçün Parisə göndərildi və təhsilini Çarti Xəsətəxanasında Prof.Dr. Budin və Prof.Dr.
Bodrumlu Ömər Lütfi Əfəndi
Bodrumlu Ömər Lütfi Əfəndi (1817, Muğla ili – 20 aprel 1897, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Sicill-i Osmânî, IV, 4, 865. İlmiyye Salnâmesi, s. 612–614. İbnülemin, Son Sadrıazamlar, III, 1273, 1365–1366. Karal, Osmanlı Tarihi, VIII, 274, 306–308. Ebül‘ulâ Mardin, Huzur Dersleri (nşr. İsmet Sungurbey), İstanbul 1966, II–III, 135, 824–825. Danişmend, Kronoloji2, V, 158. Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s.
Bürc-Ömər-Driss
Bürc-Ömər-Driss (ərəb. برج عمر إدريس‎) — Əlcəzairin şərqində, İllizi vilayətində şəhər və kommuna. In-Amenas rayonuna daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərbində, Böyük Səhranın şimalındakı vahələrdən birinin ərazisində, Tinqertdən cənubda, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1010 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 360 metr yüksəkdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 25 mm). Orta illik temperatur 23,8 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,5°C, ən isti ayda (iyulda) 34,5°C-dir. == Nəqliyyat == Şəhərin şimalından 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Dmitri Ömər bəy Şervaşidze
Dmitri Ömər bəy Şervaşidze — Abxaziya knyazı. == Həyatı == Georgi Səfər bəy Şervaşidze və Tamara Dadianinin ilk övladı idi. Dmitri Sankt-Peterburqda hərbi təhsil almış və Rus ordusunda polkovnik rütbəsi almışdı. Əsl adı Ömər olsa da xristian olduqdan sonra Dmitri adını qəbul etmişdir. Atasının ölümündən sonra 1821-ci ildə knyaz olmuş, lakin 1822-ci ildə Abxaziyanın Lıxnı qəsəbəsində zəhərlənərək öldürülmüşdür. Övladı olmadığı üçün yerinə kiçik qardaşı Mixail Həmid bəy Şervaşidze keçmişdir.
Dokka Ömər Əbu Osman
Əbu Osman Doka Xamadi oğlu Umarov (çeç. Iумаров Хьамади кIант Докка Абу Усман) — Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biri, Qafqaz Əmirliyi adlı qurumun rəhbəri. Doku Osman Xamat oğlu Umarov 1964-cü il aprelin 13-də Çeçenistanda, Şatoy rayonunun Xarsen kəndində doğulub. Qroznı Neft İnstitutununun Memarlıq fakültəsini bitirib. Çeçenistanın Rusiyadan ayrılması üçün silahlı mübarizə aparan səhra komandanlarından biridir. Şəxsiyyət xarakteri dostu və silhdaşı olmuş Şamil Basayevə yaxındır. Birinci çeçen müharibəsi ərəfəsində Ruslan Gelayevin başçılıq etdiyi “Borz” (azərbaycanca: "canavar") polkunda qulluq edib. 1994-cü ildən Rusiya qoşunlarına qarşı vuruşan dəstələrdən birinin başında dayanıb. 1996-cı ildə briqada generalı rütbəsi alıb. Aslan Məshədovun prezidentliyi dövründə tanınmamış İçkeriya Respublikasının Təhlükəsizlik Şurasının katibi olub, daha sonra Cinayətkarlığa Qarşı Mübarizə Qərargahına başçılıq edib.
Dədə Ömər Rövşəni
Dədə Əmir Rövşəni (1407, Osmanlı imperiyası – 1487, Təbriz) — türk mənşəli ələvi şair, XV əsr xəlvəti şeyxi və Seyid Yəhya Bakuvinin öndə gələn xəlifələrindən biri. == Həyat və fəaliyyəti == "Ləmazat" əsərində "nur əhlinin seçgini", "aləm və adəmin işığı", "can və tən əhlinin eşq sirlərinin rəhbəri", "aləm imamlarının qütbü", "sirlər aləminin eşq və sevgi nuru", "yetişdirici qütblərin məna iqliminə gedən aydınlıq yolu" deyə tövsif edilmişdir. Daha çox şeirlərində istifadə etdiyi Rövşəni məxləsi ilə tanınır. Əsl adı Əmir Əli'dir, ləqədi Dədə, künyəsi Əli ibnu binti Umur bəydir. Atası haqqında məlumat olmadığı halda ana babsı "Töhfətül-mücahid" əsərinə görə İldırım Bəyazidin əmirlərindən Qara Timuurtaş Paşanın oğlu Qazi Umur bəydir. "Ləmazat" da Aydın oğlu Umur bəy göstərilir. Şairin babasının bölgədə Osmanlılardan əvvəl hökm sürən Aydınoğulları sülaləsindən əlli il ara ilə bəylik edən iki Umur bəydən biri, böyük ehtimalla birincisi olduğu qəbul edilir. Belə ki,Ömər Rövşəni Aydın ili bölgəsinin o vaxtkı mərkəzlərindən Gözəlhisara aid Tirədən olduğunu bildirir: – demişdir. Doğulduğu il dəqiq olara bilinməsə də aparılan araşdırmalar doğum ili kimi 1407–1417-ci illər arasını göstərib. Təsəvvüfə və Bakıya gələrək Seyid Yəhya Bakuviyə bağlanmasına böyük qardaşı Əlaəddin Əli səbəb olmuşdur.
Elvin Ömərov
Elvin Xeybər oğlu Ömərov (18 avqust 1991; Kürdəmir rayonu, Azərbaycan SSR — 10 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Ömərov 1991-ci il avqustun 18-də Kürdəmir rayonunun Qarasu kəndində anadan olub. == Hərbi xidməti == Elvin Ömərov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Elvin Ömərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə. Elvin Ömərov oktyabrın 10-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunun Qarasu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Ömərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Ömərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Ömərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hacı-Ömər Alborti
Hacı-Ömər Alborti (oset. Ӕлборты Хадзы-Умар; 15 iyul 1939, Sarabuk[d], Cənubi Osetiya Muxtar Vilayəti – 30 mart 2001) — Cənubi Osetiya şairi, publisist və ədəbiyyatşunas. == Bioqrafiyası == 1939-cu ildə Cənubi Osetiya Muxtar Vilayətinin Sarabuk kəndində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi doğma kəndində bitirdikdən sonra Uanat kəndindəki səkkizillik məktəbdə təhsil alır. 1959-cu ildə Tsxinvali Pedaqoji Məktəbini bitirdikdən sonra, 1964-cü ildə bitirdiyi Cənubi Osetiya Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olur. Pedaqoji texnikum tələbəsi olaraq 1955-ci ildə "Fidiuaq" ədəbi jurnalında ilk şeirini nəşr etdirir. 1964-cü ildə oset. «Фæдосин» adlı ilk şeirlər toplusunu nəşr etdirir. Tiflis Universitetində aspiranturanı bitirir, "30 -cu illərdə Osetiya ədəbi tənqidi" mövzusunda filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edir. "Soyuzpeçat"-ın Cənubi Osetiya şöbəsində çalışır, oset.
Hacı Ömər Əfəndi
Hacı Ömər Əmir oğlu Əfəndi (Birinci Şıxlı, Qazax qəzası – 1916, Birinci Şıxlı, Qazax qəzası) — dövrünün görkəmli alimi, ilahiyyat nəzəriyyəsinə və təsəvvüf (sufi) fəlsəfəsinə dair əsərlərin müəllifi. == Həyatı == Hacı Ömər Əfəndi Qazax mahalının I Şıxlı kəndində anadan olub. Ömər Əfəndi gənc yaşlarından ömrünü elmə həsr edərək böyük bir müctəhid səviyyəsinə qədər yüksələ bilib. Qazax şəhərinin Şıxlı kəndində ilk məktəbi məhz Hacı Ömər Əfəndi acıb.Onun fəlsəfəyə, riyaziyyata, həndəsəyə, məntiqə dair əsərləri onu dövrünün tanınmış alimləri sırasına cıxara bilib. == Fəaliyyəti == Hacı Ömər Əfəndiyə daha cox şöhrət gətirən ilahiyyət nəzəriyyəsinə və təsəvvüf fəlsəfəsinə dair əsərləri olub. O zamanln bir cox dini məktəblərində onun ilahiyyatdan yazdığı "Qur`ani Kərimin təfsiri" kitabı dərslik kimi tədris olunurdu. Yaradıcılığında təsəvvüf elminə önəm verərək "Təsəvvüfün sirləri, "Şah Nəqşbəndinin hikmətləri" əsərləri ilə sufizm fəlsəfəsinə qiymətli tövfələr verib. XIX əsrin məşhur sufi şairi Mir Həmzə Əfəndinin şeir məktəbinin nümayəndəsi kimi tanınıb. Mir Həmzə Əfəndi öz yetirmələri Hacı Mahmud Əfəndi və Hacı Ömər Əfəndiyə həmişə etiramla yanaşaraq onların böyük övliyalığından söhbət acardı.Hətta Hacı Mahmud Əfəndi uzaqdan gələn müridləri əvvəlcə Hacı Ömər Əfəndinin ziyarətinə göndərib sonra onları qəbul edərdi. Hacı Ömər Əfəndi 1916-cı ildə vəfat edib.
Həfsə binti Ömər
Həfsə binti Ömər (ərəb. حفصة بنت عمر بن الخطاب‎; 604, Məkkə – noyabr 665, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == Həfsə binti Ömər Ömər ibn Xəttabın qızı idi. O, Məhəmmədin peyğəmbərliyinin başlamasından təxminən beş il əvvəl anadan olmuş və atası ilə Məkkədə İslamı qəbul etmişdir. Təqiblərdən qaçan Həfsə əri Hüneys ibn Xuzafə ilə birlikdə əvvəlcə Efiopiyaya, sonra isə Mədinəyə hicrət etmişdir. Hüneys Bədr və Uhud döyüşlərində iştirak etmişdir. Uhud döyüşündə ağır yaralanaraq dünyasını dəyişmişdir. Həfsə dul qaldıqdan sonra atası onu Osman ibn Əffana, sonra isə Əbu Bəkr əs-Siddiqlə evləndirməyə çalışdı. Onların heç birindən razılıq almayan Ömər Məhəmməd peyğəmbərə üz tutur. Peyğəmbər cavabında, özü Həfsə ilə, qızı Ümmü Gülsüm isə Osmanla evlənəcək deyə bildirir.
Həmidə Ömərova
Həmidə Ömərova (25 aprel 1957, Bakı) — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü (24 may 2021). == Həyatı == Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975–1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979–1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992–1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur. Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır. == Mükafatları və fəxri adları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1986 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 31 dekabr 1987 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2005 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2006-cı ildən Cəfər Cabbarlı mükafatı — 2010 "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021 Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 13 dekabr 2023 == Teatr səhnəsindəki rolları == === Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı === === Azərbaycan Teatr Xadimləri İttifaqı === == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) — Çinarə Arşınmalçı (film, 1985) Ata ocağı (film, 2017) — Şəfiqə Azərbaycan çayı (film, 2003) Babamızın babasının babası (film, 1981) — Zeynəb Bayramda yağış (film, 1985) — Pərvin Bir axşam...
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... — 2012-ci ildə rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr, kino və dublyaj aktrisası, Azərbaycanın xalq artisi Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.
Kənan Ömərli
Kənan Ömərli (tam adı: Kənan Elxan oğlu Ömərli; 8 mart, 1999; Göyçay, Azərbaycan — 6 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Ömərli 1999-cu il martın 8-də Göyçay rayonu Cəyirli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Ömərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Kənan Ömərli oktyabrın 6-da şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Kənan Ömərli ölümündən sonra 3 - cü dərəcəli "Vətənə xidmət" ordeni,"Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edildi.
Qabriel Ömər Batistuta
Qabriel Batistuta (1 fevral 1969[…]) – Argentinalı keçmiş futbolçu. FIFA tərəfindən yaşayan ən yaxşı 125 futbolçu arasına seçilmişdir. İtaliya A Seriyasında 1991–2003 illəri arasında oynadığı 318 matçda vurduğu 184 qol ilə liqanın qurulduğu tarixdən bu yana ən çox qol vuran səkkizinci futbolçu ünvanına malikdir. Argentina Milli Futbol Komandasında vurduğu 56 qol ilə Argentina Milli Komandasında ən çox qol vuran ikinci futbolçusudur. == Karyerası == 1994, 1998, 2002-ci il Dünya çempionatlarının iştirakçısı. Bir çox məşhur futbol klublarında, o cümlədən İtalyanın "Fiorentina", "Roma", İnter Milan kimi komandalarının şərəfini qorumuşdur. Qabriel Ömər Batistuta, Peşəkar futbol həyatına 1988-ci ildə ölkəsində Newell's Old Boys komandasında başlayan Batigol, 1989/1990 mövsümündə River Plate, 1990/1991 mövsümündə isə Boca Juniorsda oynayıb. 1991-ci ildə ACF Fiorentina klubuna keçən Batistuta, 1993-də Fiorentinanın Serie B'yə düşməsinə baxmayaraq komandasından ayrılmadı. Komandasının Serie A'ya geri yüksəlişində böyük rol oynayaraq daha böyük tərəfdar kütləsinin sevgisini qazandı. 2000-ə qədər ACF Fiorentinada oynayan Batistuta artıq ACF Fiorentinanın simvol futbolçularından biriydi.
Qara Ömər (Takab)
Qara Ömər (fars. قره عمر‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 406 nəfər yaşayır (81 ailə).
Qoşqar Ömərov
Qoşqar Ömərov (azərb. Qoşqar Səxavət oğlu Ömərov‎; d. 9 fevral 1994, Şilyan, Kürdəmir — ö. 4 noyabr 2020, Şuşa, Daşaltı) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qoşqar Ömərov 9 fevral 1994-cü ildə Kürdəmir rayonunun Şilyan (Qarasu) kəndində müəllim ailəsində anadan olmuşdur. 2011-ci ildə Qarasu kənd orta məktəbini yüksək qiymətlərlə bitirərək 466 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-informatika fakültəsinə daxil olmuşdur. 2015-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə magistraturaya daxil olsa da,hərbi xidmətə yola düşmüşdür. 2016-2018-ci illərdə magistr təhsili almışdır. 2018-ci ildə MİQ imtahanında 57 bal toplayaraq Masazır kənd 5 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. == Hərbi xidməti == 21 sentyabr 2020-ci ildə vətənin çağırışına qoşularaq Ordu sıralarına daxil olmuşdur.
Sahib Ömərov
Samanizadə Ömər Hulusi Əfəndi
Samanizadə Ömər Hulusi Əfəndi (1727, Konstantinopol – oktyabr 1812, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. Kürəkəni Məkkəyizadə Asım Əfəndi də şeyxülislamlığa gətirilmişdir. == Həyatı == 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. İstanbul qazısı Samanizadə Həsən Əfəndinin oğludur. Atasından və dövrün digər alimlərindən dərslər aldı, qabiliyyəti sayəsində təhsilini qısa zamanda tamamladı və 1749-cu ildə şeyxülislam Əbuishaqzadə Əsad Əfəndidən icazət alaraq müdərris olaraq fəaliyyətə başladı. Qısa müdərrislik xidmətinin ardından qazı olaraq təyin olundu. 1777-ci ildə təyin edildiyi İzmir qazılığında bir il xidmət etdi. 1783-cü ildə Misir qazısı, 1785-ci ilin sentyabrında Məkkə qazısı təyin olundu. 30 dekabr 1786-cı ildə mərasimlə İstanbula qayıtdı. 1790-cı ildə İstanbul qazılığına, 1794-cü ilin iyulunda Anadolu başqazılığına gətirildi.
Sərxan Ömərov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Digər lüğətlərdə