ƏBDÜL

Allahın qulu ("əbdül" sözü ilə başlanan adların qısaldılmış forması); qul, kölə, nökər.
ƏBDİBƏY
ƏBDÜLAĞA
OBASTAN VİKİ
Şeyx Əbdül
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. == Həyatı == Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Xalıq
Əbdül Xalıq (əsl adı: Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev; 5 may 1920, Bakı – 30 sentyabr 1988, Bakı) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). == Həyatı == Əbdülxalıq Əbdül Əli oğlu 5 may 1920-ci ildə Bakıda anadan olmuşdur. O, 1934–1939-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış, bir il sonra Moskva Rəssamlıq İnstitutuna qəbul olunsa da, Böyük Vətən müharibəsinin başlanması səbəbilə ali təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmışdır. Müharibə illərində o, həmkarları Böyükağa Mirzəzadə, Lətif Feyzullayev və Bağır Maratlı ilə birlikdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində fəaliyyətlə məşğul olmuş, müharibədən sonra Moskva Rəssamlıq İnstitutundakı təhsilinə davam etmiş və 1949-cu ildə diplomunu müdafiə edərək yenidən Bakıya qayıtmışdır. Əbdülxalıq Rzaquliyev sonralar da pedaqoji fəaliyyətinə davam etmiş, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim işləmişdir. O, 30 sentyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın yaradıcılığını süjetli tablo, portret, natürmort və peyzajlar təşkil edir. O, 1940-cı ildə süjetli "Kolxozda bayram" tablosunu ictimailəşdirmiş, 1946-cı ildə təşkil olunmuş ilk "Payız sərgisi"ndə "Mənzərə" və "Bazar" lövhələrini nümayiş etdirmişdir. Onun müharibədən sonrakı illərdəki yaradıcılığında iriölçülü "Traktorçunun nəğməsi" (1957) və "Hesabat verənlər" (1961) tabloları yer alır. 1950-ci illərdə keçirilmiş respublika sərgilərində onun müxtəlif janrlı lövhələri, eləcə də "Natürmort", "Pirsaat çay", "Toran çağı", "Dağlar", "Günəşli gün" və "Mənzərə" adlı etüd xarakterli əsərləri sərgilənmişdir.
Əbdül Xalıqov
Əbdül Xalıqov - Azərbaycan SSR DTK-nın sədr müavini (1970–1985), SSRİ DTK-nın fəxri əməkdaşı (1964), Azərbaycan SSR-in Əməkdar hüquqşünası (1980), general-mayor (1974). == Həyatı == Xalıqov Əbdül Süleyman oğlu 24 yanvar 1915-ci ildə Rusiya imperiyasının Amur vilayətinin Blaqoveşenskiy zavod kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmiş, 1934-cü ildə ordu sıralarına çağrılmış və Azərbaycan diviziyasının 77-ci polkunda bölmə, taqım komandiri və batareya komandirinin köməkçisi vəzifələrində xidmət etmişdir. 1936-cı ildə ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxtdan Şamaxı rayonunun milis orqanlarında işləmişdir. 1941-ci ildən əmək fəaliyyətini Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində davam etdirmişdir. 1943–1952-ci illərdə DTK-nın Kürdəmir və Yevlax rayonlarının şöbə rəisi vəzifələrində işləmiş, 1952-ci ildə Azərbaycan SSR DTK-nın mərkəzi aparatına keçirilmişdir. 1953-cü ildə Kirov adına ADU-nun hüquq fakultəsini bitirmişdir. 1954-cü ildə Azərbaycan SSR DTK-nın partiya təşkilatının sədri seçilmişdir. 1965-ci ildə Azərbaycan SSR DTK-nın 2-ci şöbəsinə (əkskəşfiyyət) rəis, 1970-ci ildə isə sədr müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 1985-ci ilədək işləmişdir. 1974-cü ildə ona general-mayor rütbəsi verilmişdir.
Əbdül Zahı
Əbdül Behrəng Bunevi Zallinader Zahı (18 aprel 1937, Tehran – 12 sentyabr 1966) — şair. == Həyatı == Zahı 1937-ci ildə Tehranda anadan olub. Balacalıqdan şeir yazan Zahı 1949-cu ildə ilk şeiri olan "Balaca qız" şeirini Təbriz mətbuatında çap etdirmişdir. Uşaqları çox sevən şair onlar üçün "Bir ilanın hekayəsi" və s. əsərlərini yazmışdır. Şair 1966-cı ildə edam etdirilmişdir.
Əbdül Əbdülzadə
Əbdülzadə Əbdül Abbas oğlu — Əbdülzadə Əbdül(hüseyn) Kərbəlayı Abbas oğlu (12.03.1898, Bakı-27.7.1937, Bakı) - Atası - tacir Kərbəlayı Abbas Əbdül oğlu (təx.1870, Təbriz-təx.1900, Bakı) təxminən 1890-da Bakıya köçüb. Aşağı Təzəpir (indiki Mirzə Fətəli) küçəsində (döngə 17, ev 7) ev alıb. İndiki Füzuli meydanında - "1001 xırdavat" mağazasının yerində dükanı olub. Kərbəla ziyarətinə gedərkən orada vəfat edərək dəfn olunub. Anası Hürnisə Sayıl qızı Binəqədi kəndindəndir. Qardaşı Qulam Əbdülzadə (1892/94-təx.1940) müəllim işləyib. Əbdül Əbdülzadə Sonqulu məscidində molla yanında oxuyub. Sonra Bakı Politexnik məktəbinin mexanika bölməsində neft sənayesi ixtisası üzrə oxuyaraq oranı bitirib (3.5.1918). AC Parlaman idarəsində (dəftərxanasında) məzbətə mühərriri - stenoqrafçı (1.1.1919-adək; ARDA,). 18 may 1919-dan Gəncə ibtidai məktəbində müəllim işləyib.
Əbdül Əliyev
Əliyev Əbdül Hacıəli oğlu (1911, Dağıstan, Daxadayev rayonu, Qubaçı kəndi - 1965) — geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA müxbir üzvü. == Həyatı == Əliyev Əbdül Hacıəli oğlu Dağıstanın Dahadayev rayonunun Qubaçi kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu (indiki ADNSU) bitirmişdir. "Azneftkəşfiyyat" trestində mühəndis-geoloq işləmişdir. 1940-cı ildə "Kabristanın məhsuldar qatının petroqrafiyası" mövzusunda namizədlik, 1946-cı ildə isə "Azərbaycanın neftli-qazlı vilayətlərinin üçüncü dövr çöküntülərinin petroqrafiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Bu iş Azərbaycanın bu mühüm neftli-qazlı qatının öyrənilməsinə mühüm töhfə oldu və onun tərəfindən təklif olunmuş kəsilişlərin bölgü və müqayisəsi gələcək tədqiqatların əsasını qoydu. Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) süxurların fiziki xüsusiyyətlərini öyrənən laboratoriyaya rəhbərlik etmişdir. 1948-ci ildə Geologiya İnstitutunun direktoru təyin edilmişdir. 1951-1959-cu illərdə Azərbaycan SSR-nin EA Neft ekspedisiyasının rəisi işləmişdir. Onun rəhbərliyi altında Azərbaycanın perspektivli yataqlarının neft və qaz ehtiyatlarının hesablanması üzrə böyük işlər aparılmış, yataqlara təsir etmənin çoxlu layihələri işlənib hazırlanmışdır ki, bu da Azərbaycanın neft mədənlərində neft hasilatının çoxalmasına kömək etmişdir.
Əbdül Əlizadə
Əbdül Əlizadə (d. 16 avqust 1932 — ö. 22 fevral 2015) — əməkdar elm xadimi, professor, psixoloq-alim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, psixologiya elmləri doktorudur. == Həyatı == Əbdül Əli oğlu Əlizadə 1932-ci il avqust ayının 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin tələbəsi olmuşdur. 1957-ci ildə Ə.Əlizadən "Azərbaycan məktəbi" jurnalında işləməyə başlayıb. Ə.Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu professor Ə.K.Zəkuyevin rəhbərliyi ilə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri"ni öyrənirdi. Onu aktual bir məsələ — təxəyyüldə informasiyaların işlənməsi prosesi maraqlandırırdı. 60-cı illərdə informasiyaların işlənmə prosesi XX və XXI əsrlər psixologiyasında önəmli yer tutan koqnitiv psixologiyanın əsas problemlərindən biri idi. Gənc alim də təxəyyülün xüsusiyyətlərini məhz bu kontekstdə araşdırırdı.
Şah Əbdül Əzim
Şah Əbdüləzim türbəsi — İranın Rey şəhərində yerləşən türbə və Əbdüləzim ibn Əli ibn Hüseyn ibn Zeyd ibn İmam Həsən Müctəbanın qəbri. Türbənin binası ilk dəfə hicri qəməri üçüncü ilin ikinci yarısında, yəni miladi ilə doqquzuncu əsrdə təmir və bərpa edilmişdir. Türbənin girişi şimalda yerləşir ki, Ali-Buyə padşahı və daha sonra Məcid əl-Məlik Qumi tərəfindən tamamlanmışdır. Hərəm binası aşağıda dördbucaqlıdır və hər bir küncü 8 metr hüdudundadır. Üst hissəsi bütün Səlcuqlu binalarında olduğu kimi, dördbucaqlı dörd qübbə, yəni dörd çardaqdan meydana gəlməkdədir. == Türbədə olan tarixi əsərlər == Əbdüləzimə aid türbə sandığı; istehsal tarixi 1335 miladi. İki taxta kitabələri lövhəsi; yeni bir cüt taxta üzərinə əlavə olunmuşdur. Lövhələrin istehsal tarixi miladi 1444-cü il. Böyük taxta qapı. Şimal kəməraltı ilə qadınlar məscidi arasında iştirak edən bu qapının istehsal tarixi 1498 miladidir və Əmir Teymur dövrü üslublarındandır.
Şeyx Əbdül Mahmudbəyov
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. == Həyatı == Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Səttar Ədhi
Əbdül Səttar Ədhi (1928 – 8 iyul 2016, Kəraçi) — Dünyanın ən varlı və ən məşhur xeyriyyəçi dilənçisi. == Karyerası == Pulu olmadığı üçün anasını həkimə apara bilməməsi və məhz pulsuzluq və yoxsulluqdan anasının ölməsi onun həyatına ciddi təsir göstərmişdir. Sonradan dilənçilikdən qazandığı pullarla yoxsulların müalicə ala biləcəyi 250-dən artıq xəstəxana tikdirmişdir. Nəticədə o, Kəraçi küçələrində sədəqə istəyən dilənçidən millət qəhrəmanına çevrilmişdir. Bu barədə o belə demişdir: "Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı". Ədhi dilənərək qazandığı pulları yığıb 1951-ci ildə ilk kiçik klinikasını tikdirmişdir. Əlsiz-ayaqsızlar üçün klinikada pulsuz müayinə təmin edən, topdansatış anbarlardakı dərmanları alaraq yoxsullara çox ucuz qiymətə satan Ədhi insanların rəğbətini qazandıqdan sonra iş adamları, siyasətçilər, adi insanlar ona külli miqdarda xeyriyyə ianələri verməyə başladılar. Dilənçilikdən qazandığı pulları bağışlanan ianələrlə cəmləyən Ədhi Pakistanın ilk təcili yardım maşınını alaraq yoxsulların xidmətinə verir. O, artıq 50 ildən çoxdur ki, dilənçiliyini davam etdirir. Əməlləri barədə deyir: "Yoxsulam, doğrudur, amma pula məndən çox ehtiyacı olanlar var.
Əbdül Hüseynov
Əbdül Hüseynov (tam adı: Əbdül Ənbi oğlu Hüseynov; d. 27 oktyabr 1925, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 14 may 2017, Moskva, Rusiya) — tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim. == Həyatı == Əbdül Ənbi oğlu Hüseynov 27 oktyabr 1925-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1945-ci ildə Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra anasının, atasının, qardaşlarının ölüm xəbərlərini öyrənmiş və Azərbaycandan getmiş, elə o vaxtdan da vətəndən uzaqlarda yaşamışdır. 2017-ci ilin may ayında vəfat etmişdir. == Yaradıcılığı == Əbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir. Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. 14 may 2017-ci ildə 91 yaşında Moskvaa vəfat edib.. === Tarixi roman və povestləri === "Səlahəddin" "Mustafa xanın xəzinəsi" "Əkinçi taxtda" Əfzələddin Xaqaninin həyatına həsr olunmuş "Şirvanlı zəvvar" "Abşerondan Ontarioyadək" "Arzamaslı qız" "Biz əslən Bakıdanıq" === Monoqrafiyaları === "Yılmaz Günel" "Mövsün Ərtoğrul" Türk kinosu" == İctimai fəaliyyəti == Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Əbdül Hüseynov, həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin mərkəzi şuralarının üzvü də olub.
Əbdül Həmid
Məhəmməd Əbdül Həmid (benq. মোহাম্মাদ আবদুল হামিদ; 1 yanvar 1944, Dəkkə, Britaniya Hindistanı) — Banqladeşin hazırkı Prezidenti. Banqladeş tarixində ən uzun müddət çalışan prezident olaraq tarixə düşüb. == Həyatı == Həmid Kişoreqanj bölgəsindəki Mithamayn Upazilanın Kamalpur kəndində Tayebuddin və Tomiza Xatunun oğlu olaraq anadan olub. İlk təhsilinə kənd ibtidai məktəbində başlamışdır. İbtidai məktəbi bitirdikdən sonra Bayrapurdakı qohumunun evinə getdi və orada təhsilini davam etdirdi. Hüquq ixtisası üzrə bakalavr dərəcəsi aldı. Hal-hazırda Dəkkə Universitetinə bağlı olan Mərkəzi Hüquq Kollecindən dərəcə aldı. Daha sonra vəkil kimi Kişoreqanjda fəaliyyət göstərdi. 1990–1996-cı illər arasında 5 dəfə Kişoreqanj Bölgəsi Prezidenti seçilib.
Əbdül Kərim
Əbdülkərim — ad. Əbdülkərim bəy Məmmədov — xəttat. Əbdülkərim xan — Həştərxan xanlığının hakimi. Əbdülkərim Musəvi Ərdəbili — İran siyasətçisi və ayətullah. Əbdülkərim xan (Yarkənd xanı) — Yarkənd xanlığının hakimi. Əbdülkərim Buxari — Buxaralı səyyah və tarixçi. Əbdülkərim Əlizadə — Azərbaycan tarixçisi, şərqşünas, akademik Əbdülkərim Əfəndiyev – Göyçayın Potı kəndində yaşayıb. Əbdülkərim Qasım — İraqın 24-cü Əbdülkərim Mənzuri Xamnə — nasir, şair, tətqiqatçı, alim. Digər Əbdülkərim (Baymak) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Hisar-i Əbdülkərim (Əbhər) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd.
Əbdül Mahmudbəyov
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. == Həyatı == Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Mahmudov
Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Şeyx Əbdül adı ilə də tanınır. == Həyatı == Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib.
Əbdül Muis
Əbdül Muis (ind. Abdoel Moeis; 3 iyul 1883 – 17 iyun 1959, Bandunq) — İndoneziya yazıçısı, jurnalisti və tərcüməçisi, müasir İndoneziya realist nəsrinin qabaqcılı. İndoneziyanın Niderlanddan müstəqilliyi uğrunda hərəkatın iştirakçılarından biri. == Həyatı == Qərbi Sumatradakı Sunqay-Puarda anadan olmuşdur. Cakartada üç il tibb təhsili almış, lakin xəstəliyinə görə təhsilini yarımçıq buraxmaq məcburiyyətində qalmışdır. Onun ilk işi dövlət xidməti ilə bağlı idi, lakin daha sonra Əbdül Muis İndoneziyadakı Niderland müstəmləkə hakimiyyətlərini tənqid edən bir jurnalistə çevrilmişdir. O, Qərb müəlliflərinin əsərlərini İndoneziya dilinə tərcümə etmişdir: Servantesin "Don Kixot" (1923), Mark Tvenin "Tom Soyyerin macəraları" (1928), Hektor Malonun "Ailəsiz" (1932) əsərləri buna nümunədir. Muis İndoneziyanın siyasi həyatında daha çox iştirak etmək ümidi ilə "Sarekat İslam" azadlıq hərəkatına qoşulmuşdur. İndoneziyanın müstəqilliyi məsələsinin sülh yolu ilə həllinin faydasız olduğuna əmin olmuş, ölkənin müstəmləkə hakimiyyətlərindən zorakı formada azad edilməsinin tərəfdarı idi. Buna baxmayaraq, o, daha sonra Niderland hakimiyyətinin yaratdığı nümayəndəlik orqanı olan Xalq Şurasının üzvü olmuşdur.
Əbdül Məcid
Əbdül Məcid və ya Əbdülməcid — kişi adı.
Əbdül Qasımov
Əbdül Hüseynəli oğlu Qasımov — Azərbaycanın tanınmış hidrobioloq alimi. == Həyatı == 5 mart 1929-cu ildə Lənkəran rayonunun Kənarmeşə kəndində anadan olmuşdur. 1946-cı ildə Dövlət Pedaqoji İnstitutunun təbiyyat-kimya fakültəsinə qəbul olunmuş, həmin institutu 1950-ci ildə bitirmişdir. Tələbəlik illərində prof. Z.M.Şaxtaxtinskayanın rəhbərliyi ilə yerinə yetirdiyi “Lənkəran rayonunun iynəcə sürfələri” mövzusunda yerinə yetirdiyi kurs işi onun gələcək fəaliyyətini müəyyənləşdirdi . Ölkəmizdə və xarici ölkələrdə məşhur hidrobioloq və zooloq kimi tanınmış Ə.H.Qasımov 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Elmi fəaliyyəti == 1950-ci ildən Azərbaycan EA Zoologiya İnstitutunda çalışan Əbdül müəllim Qasımov 1954-cü ildə məşhur rus hidrobioloqu V.İ.Jadinin rəhbərliyi ilə yerinə yetirdiyi namizədlik dissertasiyasını Leninqrad şəhərində müvəffəqiyyətlə müdafiə etmişdir. O, həmin ildən Mingəçevir su anbarının, Kürün, o cümlədən respublikanın dağ-çəmən zonası göllərinin dib faunasını araşdırmağa başlamışdır. Ə.H.Qasımov 1963-cü ildə Moskva Dövlət Universitetində “Aşağı Kürün və Mingəçevir su anbarının biloji rejimi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycanın şirin su faunasının gözəl bilicisinə 1968-ci ildə professor elmi adı verilmişdir.
Əbdül Rəhim
Əbdül Rəhim (Arabic عبد الرحيم الكيب) və ya Əbdül Rəhim əl-Kib; 2 mart 1950, Tərabülüs əl-Qərb – 21 aprel 2020, Taskalusa[d], Alabama) — elektronika üzrə mühəndis və Liviya siyasətçisi. 2011-ci il oktyabrın 31-i Liviya Milli Keçid Şurasında keçirilən açıq səsvermədə 51 nəfərdən 26-nın dəstəyini alaraq Liviyanın Baş Naziri seçilib. Seçkidə alimin 4 rəqibi olub.
Lida Əbdül
Lida Əbdül (1973[…], Kabil) — müasir əfqan video-art rəssamı və ifaçıdır. == Həyatı == Lida Abdul 1973-cü ildə Kabildə anadan olub, lakin gənc yaşda Sovet-Əfqan müharibəsi zamanı ailəsi ilə birlikdə Hindistana köçüb. Daha sonra Almaniya və ABŞ-da yaşayıb. O, 2000-ci ildə Kaliforniya İrvine Universitetində təsviri incəsənət üzrə magistr dərəcəsini almışdır.. == Mükafatları == Lida Abdulun əsərləri dəfələrlə müxtəlif mükafatlara layiq görülüb: 2006 — Şahzadə Klaus Mükafatı, 2007 — BƏƏ-dən sənətin populyarlaşması üzrə YUNESKO Mükafatı, 2009 — Avropa Media İncəsənət Festivalının Mükafatı, 2015 — Merz Fondunun birinci mükafatı (Turin).
Nəssir Əbdül Kərim Əbdül Rəhim
Nəssir Əbdül Kərim Əbdül Rəhim — Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2010-cu ildən)
Əbdül-Bəha Abbas
Əbdül-Bəha (23 may 1844, Tehran, Qacar dövləti – 28 noyabr 1921, Hayfa, Britaniya Fələstini[d]) — Bəhai dininin peyğəmbəri Bəhaullahın böyük oğludur. 1892-ci ildə Əbdül-Bəha atasının vəsiyyətinə əsasən onun varisi və Bəhai dinin ondan sonrakı rəhbəri təyin olunur. O Tehranda əsilzadə ailəsində anadan olmuşdur, belə ki babası Mirzə Abbas Nuri Fətəli şah Qacarın vəziri olmuşdur. 8 yaşı olarkən atası Bəhaullah həbs olunur və ailənin bütün əmlakı müsadirə olunur. 4 ay sonra atasının İrandan sürgün olunması ilə Bağdada gəlirlər və 9 il burada yaşayırlar. O artıq kiçik yaşlarından atasına sədaqət göstərirdi və yeniyetməlik dövründə isə onun katibi olaraq xidmət edirdi. 1863-cü ildə atasının İstanbula, sonra Ədirnəyə və daha sonra da Əkkaya sürgün edilməsi ilə Əbdül-Bəha da ailə üzvü olaraq eyni taleyi yaşayır. 1908-ci ildə 40 illik həbs və sürgün həyatından sonra Gənc Türklər tərəfindən azad edilir. Bundan sonra Əbdül-Bəha Bəhai dinini yaymaq üçün Qərbə, Avropa və Amerika Birləşmiş Ştatlarına səfər edir. Bəhailər üçün Əbdül-Bəha Bəhai dininin 1892–1921-ci illər üçün rəhbəri, Bəhai müqəddəs yazılarının səlahiyyətli və qüsursuz şərhçisi, həmçinin kamil insan nümunəsi kimi qəbul edilir.
Əbdül-Malik Məcidov
Əbdül-Malik Məcidov (13 fevral 1961, Dağıstan MSSR – 19 fevral 2013) — İçkeriyanın sələfi-cihad qanadının böyük əmirlərindən biri, separatçı, sələfiliyin tərəfdarı, tanınmamış ÇİR ordusunun briqada generalı, İçkeriya şəriət qvardiyasının əmiri (komandiri), "Camaat islamiyə" çeçen cihadçılarının hazırlanması üzrə təlim mərkəzinə rəhbərlik etmişdir. Ruslan Gelayevin müavini olur. Rusiya Federasiyasının Şimali Qafqaz regionu ərazisində bir sıra iri terror aktları təşkil etməsi ilə tanınmışdır. Tanınmamış ÇİR silahlı birləşmələrinin strukturunda briqada generalı rütbəsinə qədər yüksəlmiş, İçkeriya Şəriət Qvardiyasının dəstələrinə rəhbərlik etmişdir. Gelayevin ən yaxın silahdaşı və onun İçkeriya hərbi əmiri vəzifəsində müavini olmuşdur. == Bioqrafiyası == Əslən Dağıstanlı olsada, mənşəcə etnik çeçendir. Bəzi mənbələrə görə isə Urus-Martan şəhərindəndir. === Birinci Çeçenistan müharibəsi === Birinci Çeçenistan müharibəsi zamanı "İslam xüsusi təyinatlı alayı"-nın tərkibində Urus-Martan uğrunda döyüşlərdə iştirak edir, Ruslan Gelayevin dəstəsinin üzvü olur. Bəzi məlumatlara görə, o, Budyonnovskda terror aktında iştirak etmişdir. == Müharibələrarası dövr == Birinci Çeçenistan müharibəsi başa çatdıqdan sonra o, "ÇİR-nın briqada generalı" titulunu alır və şəxsən özünün qurduğu ÇİR-nın "Şəriət mühafizəsi"-nə rəhbərlik edir.
Əbdül Fəttah Fuman
Əbdül Fəttah Fuməni (fars. عبدالفتاح فومنی‎) — İran tarixçisi. O, XVI əsrdə Gilanda baş verən üsyan haqqında yazmışdır.
Əbdül Fəttah Fuməni
Əbdül Fəttah Fuməni (fars. عبدالفتاح فومنی‎) — İran tarixçisi. O, XVI əsrdə Gilanda baş verən üsyan haqqında yazmışdır.
Xədicə Sultan (II Əbdülhəmidin qızı)
Xədicə Sultan (10 iyul 1897, Konstantinopol – 14 fevral 1898) — II Əbdülhəmidin qızıdır. == Həyatı == Anası Fatma Pəsənd Xanımdır. 7 aylıq difteriya xəstəliyindən vəfat etmiş, Yəhya Əfəndi türbəsinə dəfn edilmişdir. Atası II Əbdülhəmid qızının ölümündən sonra onun xatirəsinə Hamidiyə Ətfal Xəstəxanasını inşa etdirmişdir.
Yasinzadə Əbdülvəhab Əfəndi
Yasinzadə Əbdülvəhab Əfəndi (1758, Konstantinopol – 1833, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == Devhatü’l-meşâyih, s. 126–127. İlmiyye Salnâmesi, s. 584–585. Sicill-i Osmânî, III, 405. Hediyyetü’l-ʿârifîn, I, 643. Osmanlı Müellifleri, II, 57. Brockelmann, GAL Suppl., II, 1013. Uzunçarşılı, İlmiye Teşkilâtı, s.
Zemfira Əbdülsəmədova
Zemfira Feyzulla qızı Əbdülsəmədova (15 mart 1961, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor və rejissor sənəti müəllimi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası. == Həyatı == Zemfira Əbdülsəmədova 15 mart 1961-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhəri 70 və 250 nömrəli orta məktəblərdə təhsil almışdır. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "teatr və kino aktyorluğu" fakültəsini bitirib. 1982-ci ildə Şəki Dövlət Dram Teatrının truppasına daxil olur. Teatrda ilk rolu rejissor Hüseynağa Atakişiyevin qurluşunda olan Vilyam Şekspirin "Romeo və Cülyetta" əsərində Cülyetta obrazı olub. "Romeo və Cülyetta" tamaşası Rusiyanın Moskva və Tatarıstanın Kazan şəhərlərində Şekspir festivalında böyük uğurla nümayiş etdirilmişdir. 1985-ci ildə Z. Əbdülsəmədova Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrında işə dəvət olunur. Burada ilk rolu Vaqif İbrahimoğlunun quruluşunda Fikrət Əmirovun "Gözünüz aydın" musiqili komediyasında tibb kapitanı "Gülər" obrazı olmuşdur.
Ömər ibn Əbdüləziz
Ömər ibn Əbdüləziz və ya II Ömər (2 noyabr 681, Mədinə, Əməvilər xilafəti – təq. 5 fevral 720) — səkkizinci Əməvi xəlifəsi. Yaşadığı illər: 682–720 illər. Hakimiyyət illəri 717–720 illər. Onun sələfi xəlifə Süleyman idi . Ömər ibn Əbdüləziz həmçinin ikinci rəşidi xəlifəsi Ömər ibn əl-Xəttabın nəticəsidir. Dindarlığı və qeyri-adi düzgünlüyü ilə seçilirdi. Həm əhli sünnə, həm də əhli şiə arasında özü barəsində çox yaxşı xatirə qoymuşdur. II Ömər 5-ci Raşidi Xəlifə hesab olunur. == Mənşəyi == Ömər ibn Əbdüləziz hicri 60-cı ildə (miladı 682) Mədinədə anadan olmuşdur.
İbrahim Əbdülqadir Meriçboyu
A. Qədir (Türkcədə A. Kadir), ya da İbrahim Əbdülqadir Meriçboyu (1917[…], Konstantinopol – 1 mart 1985, İstanbul) — 1940 nəslinin sosialist şairləri arasında olan bir türk şairidir. Tərcümə işləri ilə dünya poeziyasının tanınmasına öz töhfəsini verdi. == Yaşayışı == Orta təhsilini Eyüp Orta məktəbində ( 1933 ) və Kuleli Hərbi Liseyində ( 1936 ) bitirdi . Türk Hərbi Akademiyasında son sinif tələbə ikən ( 1938 ), Nəzim Hikmətlə birlikdə həbs edildi; On ay həbs cəzası aldı. Həbsxanadan çıxdıqdan sonra hərbi xidmətə getdi. İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu ( 1941 ). 1943 'te nəşr etdiyi Təbliğ adlı şeir kitabı qadağan oldı və yığdırıldı. İstanbulda bir sıra insanlarla birlikdə sürgün edildi. Sürgün müddətini Muğla, Balıkesir, Konya, Kırşehir və Adanada keçirdi. 1947 - ci ildə İstanbula qayıtdı və bir biskvit fabrikində işləməyə başladı.
İşxan Əbu Əbdülmalik
İşxan Əbu Əbdülmalik — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə Х əsrin qırxıncı, sonuncu dəfə isə 941-957-cü illər arasında baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın nəvəsi, Şəki hökmdarı Atrnersehin və Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnersenin(en) qızı Dinarın oğlu idi. == Həyatı və siyasi fəaliyyəti == X əsr erməni tarixçisi, katolikos Ananiya Mokasi(ru) yazır ki, Х əsrin 40-cı illərində Albaniyada İşxanniki Stepannos Orbelean da “Albaniya hökmdarı” kimi tanıyır. “Kartli salnaməsi”ə görə İşxanın həm də “Əbu Əbdülmalik” adı ilə tanındlğını göstərən digər mənbədən isə məlum olur ki, o, 941-957-cü illər arasında Salarilər dövlətinə ildə 1 milyon dirhəm bac verirmiş. Bununla da tarixi mənbələrin İşxan Əbu Əbdülmalik haqqında qısa bir dövrə – X əsrin ortalarına təsadüf edən məlumatları bitir. Müasir erməni tədqiqatşılardan Qriqor Qriqoryanın yazdığına görə 962-ci ildə yeni Albaniya katolikosunun seçilməsi münasibətibəti ilə təşkil olunmuş mərasimdə İşxan da iştirak etmiş və hətta provoslav məzhəbindən imtina etmişdir. Mənbələrdə 1010-cu il üçün Şəki hökmdarı kimi çariça Dinarın adı çəkilir. “Kartli salnaməsi”nə görə gürcü çarı III Baqrat(ru) (1008–1014/15) (abxaz çarı II Baqrat (975-1014/15)) atası Qurgenin ölümündən sonra (1008) Heretini tutmuş və bura Əbu Lalanı mtivar (knyaz) təyin etmişdir. Lakin Baqrat gedən kimi, heretililər Kaxeti xorepiskopu Davidin (976-1010) tərəfinə keçmiş və David Heretini tutmuşdur.
Şah Əbdül Əzim məscidi
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Şah Əbdül Əzim məscidində bəst
Məşrutə inqilabı (1905-1911) dövründən epizod. Vətənpərvər ruhanilərin və ağsaqqalların məsləhəti ilə dekabrın 14-də kütlə Tehran yaxınlığındakı "Şah Əbdül Əzim türbəsinə" ziyarətgahına toplaşıb, etiraz əlaməti olaraq, bəstə oturdular. Baş nazir Eynüddövləin göndərişi ilə Əmir Bahadır bəstə oturanların üzərinə qoşun çəkdisə də, onları bəstdən çəkindirə bilmədi. Bəstə oturanların 8 maddədən ibarət tələbləri 1906-cı il yanvarın 10-da qəbul olunduqdan sonra bu aksiya dayandırıldı və bəstə oturanlar yanvarın 12-də bəstə oturanlar qalib qüvvə kimi təntənə ilə Tehrana döndülər. Az keçmədən dövlətin bəstə oturanlara güzəştə getməsinin hiylə olduğu bəlli oldu. Özündə göc toplayan rejim bəstə oturanları təqib etməyə, onları pərən-pərən salmağa başladı.
Şah Əbdüləzim türbəsi
Şah Əbdüləzim türbəsi — İranın Rey şəhərində yerləşən türbə və Əbdüləzim ibn Əli ibn Hüseyn ibn Zeyd ibn İmam Həsən Müctəbanın qəbri. Türbənin binası ilk dəfə hicri qəməri üçüncü ilin ikinci yarısında, yəni miladi ilə doqquzuncu əsrdə təmir və bərpa edilmişdir. Türbənin girişi şimalda yerləşir ki, Ali-Buyə padşahı və daha sonra Məcid əl-Məlik Qumi tərəfindən tamamlanmışdır. Hərəm binası aşağıda dördbucaqlıdır və hər bir küncü 8 metr hüdudundadır. Üst hissəsi bütün Səlcuqlu binalarında olduğu kimi, dördbucaqlı dörd qübbə, yəni dörd çardaqdan meydana gəlməkdədir. == Türbədə olan tarixi əsərlər == Əbdüləzimə aid türbə sandığı; istehsal tarixi 1335 miladi. İki taxta kitabələri lövhəsi; yeni bir cüt taxta üzərinə əlavə olunmuşdur. Lövhələrin istehsal tarixi miladi 1444-cü il. Böyük taxta qapı. Şimal kəməraltı ilə qadınlar məscidi arasında iştirak edən bu qapının istehsal tarixi 1498 miladidir və Əmir Teymur dövrü üslublarındandır.
Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov (1938, Nuxa – 17 iyun 2003, Şəki) – Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi. == Həyatı == 1956-cı ildə Şahid Nuxa (Şəki) şəhərindəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959–1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961–1966-cı illərdə M. Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlamışdır. Şahidin 100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub.
Şair Əbdüləzim
Şair Əbdüləzim (1873, Ağkilsə, Yeni Bəyazid qəzası – 1943, Ağkilsə, Basarkeçər rayonu) — şair, dülgər, rəncbər, Aşıq Ələsgərin ortancıl oğlu. == Həyatı == 1873-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Əsas məşğuliyyəti dülgərlik olan Əbdüləzim həm də bacarıqlı bir rəncbər kimi camaat içərisində seçilirdi. Kiçik yaşlarından Aşıq Ələsgərin evindəki saz-söz məclislərinin şahidi olan Əbdüləzimdə aşıq şerlərinə maraq tez oyanmış, həmin təsirlə də şerlər qoşmağa başlamışdır. Əbdüləzim təhsil görməmişdir, lakin onun şerləri savadlı bir şairin yaradıcılıq məhsulu kimi nəzərə çarpır. 1934-cü ildə Əbdüləzim Kəlbəcər rayonunun Yanşaq kəndinə köçmüş və 1937-ci ilə kimi orada yaşamışdır. Şair Əbdüləzim 1943-cü ildə Göyçə mahalının Ağkilsə kəndində vəfat etmiş, Aşıq Ələsgərin qəbrinin yanında dəfn edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Şeyx Əbdülkərim Zəncani
Şeyx Əbdülkərim Zəncani (1887-1968)—İslam alimi. == Həyatı == Şeyx Əbdülkərim Zəncani 1887-ci ildə Zəncanın Barıt kəndində dünyaya gəlib. Bəzi mənbələrdə isə onun Nəcəf şəhərində doğulduğu qeyd olunur. İbtidai dərs dövrlərində Tehrana gedərək təhsillə yanaşı İslam ümməti ilə bağlı siyasi və ictimai məsələlərlə də maraqlanır. 22 yaşında Nəcəfə yollanıb. O, Nəcəf şəhərində Ayətullah Seyid Məhəmmədkazım Yəzdi, Ayətullah Seyid Məhəmməd Firuzabadi kimi ustadlardan dərs alıb. Şeyx Əbdülkərim də digər alimlər kimi tez bir zamanda ictihad dərəcəsinə nail olur. Onun İslam fəlsəfəsi və ilahiyyət sahəsindəki zövqü, onun Şərq filosofu adı ilə tanınmasına səbəb olub. 37 yaşında olarkən onun şəriət risaləsi çap olub. Şeyx Əbdülkərim, vəhdət zəminində, həmçinin fəlsəfə və ilahiyyət sahəsinin inkişafı yönündə layiqli addımlar atıb.
Şeyx Əbdülkərim İrəvani
Şeyx Əbdülkərim İrəvani (?-1858) — İslam alimi, müctəhid. == Həyatı == Ayətullah Şeyx Əbdül-Kərim İrəvani XVIII əsrin axırlarında yaşayıb-yaratmış zahid və fəzilətli şiə müctəhidi və fəqihlərindən biridir. Alimin fəzilətindən və zöhdündən təkcə onu demək kifayətdir ki, o Kərbəla və Nəcəfi-Əşrəfdə mərcəiyyət məqamını qoyub İranın Qəzvin şəhərinə köçür, pərhizkarlıqla, dinə xidmətlə məşğul olur. O, XVIII əsrin axırlarında İrəvan şəhərində dünyaya göz açmış ərəb və fars dillərinin müqəddimatını, fiqhi və üsul bəhslərini orta səviyyədə əvvəlcə İrəvanda sonra isə Ərdəbil şəhərində oxumuşdur. daha sonra elmi və mənəvi cəhətdən kamala çatmaq üçün Kərbəlaya köçür və orada "Riyaziül-məsail" kitabının müəllifi Seyid Əli Təbatəbainin fiqh dərslərində iştirak edir. Fitri istedadına və elmi məharətinə görə bu ustadın seçilmiş şagirdlərindən hesab olunur və çox çəkmir ki, ictihad məqamına çatır. Alim özü buyurur: "Biz üç nəfər Seyyid Əli Təbətəbainin dərsində iştirak edirdik. Tələbələrin hamısından qabaqda biz idik. Biz üç nəfər mən, Mərhum Molla Şərifül-Üləma Mazandarani və Molla Əhməd Türk birlikdə bəhs edirdik." Hətta "Qisəsül-üləma"-nın müəllifinin nəql etdiyinə körə, İrəvani elmdə və bilikdə, zəmanəsinin ən elmli müctehidlərindən biri olan Şərifül-Üləmadan da üstün olub. Təəssüflər olsun ki, alimin həyatı haqqında "Rical" kitablarında bir şey yazılmayıb.
Şirin Əbdülvahab
Şirin Əbdülvahab(ərəb. شيرين عبد الوهاب‎, doğ. 8 oktyabr, 1980) Avropada Sherine kimi tanınır. Ərəb və müsəlman dünyasında Şirin (ərəb. شيرين‎ kimi məşhurdur)—Misir müğənnisi. == Həyatı == Şirin Əbdülvahab 8 oktyabr 1980-ci ildə Misirdə, Qahirə şəhərində anadan olub. 2001-ci ildən sonra müğənni kimi məşhurlaşıb. == Diskoqrafiyası == Albomları Free Mix 3 avec Tamer Hosny (2002). Éditeur : Free Music Art Production Garh Tany (une autre blessure) (2003). Éditeur : Free Music Art Production Lazem A'eesh (translation: je dois vivre) (2005).
Əbdül Səməd bəy hamamı
Əbdül Səməd bəy hamamı — Şuşada tikilən və Şuşanın yuxarı məhəllələrindən biri olan Hamam qabağı məhəlləsində yerləşən ilk hamam tikililərindən biri. İlk hamam olaraq XVIII əsrin 50-ci illərində qala şəhər kimi formalaşmağa başlayanda Pənahəli xanın qardaşı oğlu Əbdüsəməd bəy Behbudəli bəy oğlu Cavanşir tikdirib və həmin hamam sahibinin adı ilə də tanınıb. Hamamın qapısının üstündə Şuşa şəhərinin salınma, hamamın tikilmə tarixi, sahibinin adı həkk olunmuşdu. Binanın izləri təxminən XIX əsrin axırlarınadək yaşayırdı. == Ümumi məlumat == Müsəlman adət-ənənələrinə görə, şəhərin hər məhəlləsində hamamı olmalı idi. Ona görə də Köhnə Şuşada nə az, nə çox, on yeddi hamam olmalı idi. Su adi quyulardan götürülürdü və çox duzlu idi. Şuşa hamamlarında kişilər və qadınlar üçün ayrı-ayrılıqda çimmək günləri olub. Hamamların əksəriyyəti insanların hamamdan sonra dincəlib çay içə biləcəyi geniş taxçalı hamam otağından və soyunub-geyinmə otaqlarından ibarət idi. Hamam qadınların həyatında xüsusi rol oynamışdır.

Digər lüğətlərdə