Şeyx Əbdül

Əbdül Mahmudov (15 may 1944, Atbulaq, Qazıməmməd rayonu) — Azərbaycan kinorejissoru, ssenarist və aktyor, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən).[1] Şeyx Əbdül adı ilə də tanınır.

Əbdül Mahmudov
Abduləhəd Əlisa oğlu Mahmudov
Digər adları Əbdül Mahmudbəyov
Şeyx Əbdül Mahmudbəyov
Doğum tarixi 15 may 1944(1944-05-15) (80 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktyor, kinorejissor, rejissor
Fəaliyyət illəri 1957–h.h.
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2018 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2008 Azərbaycan SSR Dövlət mükafatı — 1986
IMDb ID0538535

Əbdül Mahmudov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün, nəsilləri həşimxanlılar adlanırmış. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirmişdir.

Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş vermişdir. Daha sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili ŞukşinG. Daneliya kimi məşhur sənətkarlardan dərs almışdır (1971–1973).

1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kinoaktyor teatrının bədii rəhbəri olub.[2]

Əbdül Mahmudovun ulu babası Hacı Şeyx Mürsəl ağa XVII əsrdə Ərdəbildə Şah İsmayıl Xətainin ulu babası olmuş Şeyx Səfiəddin Ərdəbilinin darülfünununda ilahiyyat elmi üzrə təhsil almışdır. Sonradan göndərişlə Şamaxı şəhərinə gəlib.[3]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Aktyor kimi

Rejissor assistenti kimi

İkinci rejissor kimi

Rejissor kimi

Ssenari müəllifi kimi

  1. İbrahimova S. "Biz sənət adamları təzədən formalaşmalıyıq": [Kinorejissor Şeyx Əbdül Mahmudbəyov ilə söhbət] //Kaspi. — 2008. — 7 avqust. — S. 15–16.
  2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276–277.
  3. Gəlin, danışaq. Şeyx Əbdül Mahmudbəyov
  4. President.Az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-02.
  5. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. "Kinematoqrafçılar İttifaqı 2019-cu ilin "Milli Kino Mükafatı" sahiblərinin adını açıqlayıb" (az.). Mct.gov.az. 26.07.2019. 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-26.
  6. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]