Əbdül Səməd bəy hamamı — Şuşada tikilən və Şuşanın yuxarı məhəllələrindən biri olan Hamam qabağı məhəlləsində yerləşən ilk hamam tikililərindən biri. İlk hamam olaraq XVIII əsrin 50-ci illərində qala şəhər kimi formalaşmağa başlayanda Pənahəli xanın qardaşı oğlu Əbdüsəməd bəy Behbudəli bəy oğlu Cavanşir tikdirib və həmin hamam sahibinin adı ilə də tanınıb. Hamamın qapısının üstündə Şuşa şəhərinin salınma, hamamın tikilmə tarixi, sahibinin adı həkk olunmuşdu. Binanın izləri təxminən XIX əsrin axırlarınadək yaşayırdı.[1]
Əbdül Səməd bəy hamamı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Hamam qabağı məhəlləsi |
Aidiyyatı | Qarabağ xanlığı |
Sifarişçi | İbrahimxəlil xanın əmisi oğlu Əbdül Səməd bəy Behbudəli bəy oğlu Cavanşir |
Tikilmə tarixi | 1750 |
Vəziyyəti | fəaliyyət göstərmir |
Müsəlman adət-ənənələrinə görə, şəhərin hər məhəlləsində hamamı olmalı idi. Ona görə də Köhnə Şuşada nə az, nə çox, on yeddi hamam olmalı idi. Su adi quyulardan götürülürdü və çox duzlu idi.[2] Şuşa hamamlarında kişilər və qadınlar üçün ayrı-ayrılıqda çimmək günləri olub. Hamamların əksəriyyəti insanların hamamdan sonra dincəlib çay içə biləcəyi geniş taxçalı hamam otağından və soyunub-geyinmə otaqlarından ibarət idi. Hamam qadınların həyatında xüsusi rol oynamışdır. Şəriət qanunlarına görə, ər arvadına icazə verməsə, özlərini göstərə və başqalarına baxa, yeni paltar və ləl-cəvahiratlarını nümayiş etdirə bilərdilər. İnsanlar hamamda oğullarına gəlin seçərdilər. Çox vaxt hamamlardan qız təqdim etmək və toy dəstəmazı mərasimini təşkil etmək üçün istifadə olunurdu. Mərasimlər musiqi ilə müşayiət olunurdu; qohumlar, dostlar oxuyur, rəqs edir, şirniyyat yeyirdilər. Bəzən hamamlar bağlanır və insanlar orada zorxana adlı idman yarışları təşkil edirdilər.[2] Həm kişilərin, həm də qadınların tamamilə soyunaraq çimməsi ədəbsiz hesab olunurdu. İnsanlar bədənin aşağı hissəsinə fitə adlı xüsusi dəsmal bağlayırdılar. Onları özləri ilə gətirirdilər və yaxudda hamamda onlara verirdilər.[2] Hamamların daxili və xarici hissələri demək olar ki, döyüş və ov səhnələri, pəhləvanların döyüş səhnələri, Azərbaycan və fars ədəbiyyatının Nizami, Firdousi və digər klassik yazıçılarının əsərlərindən olan illüstrasiyalarla bəzədilirdi.[2]
Şuşada ilk hamamı Qarabağ xanı İbrahimxəlil xanın əmisi oğlu Əbdül Səməd bəy inşa etdirmişdir. Şuşanın qədim sakinlərinin məlumatına görə bu hamam Şuşa şəhərinin tarixi ilə (1750-ci il) bağlıdır.[3] Əbdül Səməd İbrahimxəlil xan tərəfindən Ağa Məhəmməd şah Qacarın sarayına girov verilmişdir. O, sarayda olan haqsızlıqlara dözməyərək oradan qaçarkən yolda öldürülmüşdür. İbrahimxəlil xanın əmisi Behbudəli bəyin oğlu Əbdül səməd bəy Qarabağ xanlığının tarixində özünəməxsus xidmət göstərmişdir.[3] Əbdül Səməd bəy hamamı sahibinin adı ilə də tanınıb. Hamamın qapısının üstündə Şuşa şəhərinin salınma, hamamın tikilmə tarixi, sahibinin adı həkk olunmuşdu. Binanın izləri təxminən XIX əsrin axırlarınadək yaşayırdı.[4][5] Hamamın yerləşdiyi məhəllənin sonralar onun şərəfinə Hamam qəbağı məhəlləsi adlandırılması ilə onun qədimliyini və populyarlığını qiymətləndirmək olar.[2]
Yuyunduqdan və tamamən təmizləndikdən nail olduqdan sonra ritual dəstəmaz prosesinə keçilir. Bunun üçün qırx acar adlanan ritual qablara doldurulmuş təmiz su ilə yuyunmaq lazım idi. Buna görə də ona çilcam (perfuziya qabı) da deyirlər. Bundan sonra heç kim insana tam quruyana qədər toxuna bilməz.[2]
Hamama gətirilən əşyaların daşınması və saxlanması üçün hamam sandığından (mis qablar) istifadə olunurdu. Qabın qapağı və alt hissəsi ayrıla bilir, hamam camı kimi də istifadə oluna bilirdi. Qadınlar özləri ilə hamama müxtəlif buxurlar və kosmetik maddələr — xına, basma, sırma, yumşaldıcı yağ və s. gətirirdilər. Hamam ziyarətindən bir gün əvvəl xına və basmadan istifadə olunur, hamamda isə yuyurdular. Yağlar və buxurlar hamamdan dərhal sonra bədənə sürtülürdü. Hamamlarda gəlinlər əl və ayaqlarına xına vururdular. Xınadan bayramlarda da istifadə edirdilər. Bir çox qadınlar hamama gələndə müxtəlif zinət əşyaları taxırdılar. Burada bir növ qeyri-rəsmi gözəllik və yaxşı yaşayışın yarışması var idi. Çimərkən hamam sandığının içinə zinət əşyaları qoyulur, kilidlənir və hamam nəzarətçilərinə verilir.[2]