çay məhsulları

Çay yarpağının emalı yolu ilə istehlak üçün hazırlanmış məxməri, preslənmiş, tozvari və qatılaşdırılmış çay növləri

çay əkini materialları
çay sənayesi
OBASTAN VİKİ
Qida məhsulları
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. == Üzvi maddələr == === Zülallar === Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Süd məhsulları
Süd məhsulları, ağartı və ya ağarantı — məməlilərin südündən hazırlanan qida növü. Əsasən inək, su camışı, ev keçisi, qoyun və dəvə südündən əldə edilir. Süd məhsullarına yoğurt, pendir və kərə yağı kimi qidalar daxildir. Süd məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat sahəsi südçülük adlanır. Əksər Şərqi və Cənub-şərqi Asiya ölkələri, həmçinin Mərkəzi Afrikanın bəzi əraziləri istisna olmaqla, süd məhsulları bütün dünyada istehlak olunur. == Süd == Süd, əlavə homogenləşdirmədən və ya pasterizasiyadan və yağ səviyyəsinin standartlaşdırılmasından və Streptococcus lactis və Leuconostoc citrovorum bakteriyalarının əlavə edilməsindən sonra bir neçə səviyyədə istehsal olunur. Süddən bir neçə məhsul istehsal edilir: xama, yağ, pendir, körpə formula və yoğurt. Süd yağlılıq səviyyəsinə görə fərqlənir. Yağsız süddə yağlılıq səviyyəsi 0 olur. Təbii süddə isə yağlılıq ən yüksək səviyyədə olur.
Neft məhsulları
Neft məhsulları neft emalı zavodlarında emal edildiyi üçün xam neftdən (neftdən) alınan materiallardır. Neftin böyük hissəsi neft məhsullarına çevrilir ki, bunlara bir neçə yanacaq sinfi daxildir. Xam neftin tərkibinə görə və bazarın tələbindən asılı olaraq neft emalı zavodları müxtəlif növ neft məhsulları istehsal edə bilir. Neft məhsullarının ən böyük payı müxtəlif növ mazut və benzinin payına düşür ki, onlar da "enerji daşıyıcıları" kimi istifadə olunur.
Bərk neft məhsulları
Bərk neft məhsulları == Parafinlər == Parafinlər əsasən normal quruluşlu molekulunda 18-35 ataomlu metan sırası, ərimə temperaturu 45-65oC olan karbohidrogen qarışığından ibarətdir. Parafinlərdə adətən bir qədər izoparafin, bir də molekulunda aromatik və naften nüvəli karbohidrogen təşkil edir. Parafin – molekul kütləsi 300-450 olan kristallik quruluşa malik ağ maddədir. Parafinlər əsasən aromatik-keton həlledicilərindən istifadə edərək distillə olunmuş yağ xammalının parafinsizləşdirmə və yağsızlaşdırma yolu ilə alırlar. Əmtəə məhsulları almaq üçün yağsızlaşdırılmış parafinləri sulfat turşusu, kontakt üsulu, süzülmə və hidrogenləşmə yolu ilə təmizləyirlər. Təmizlik səviyyəsinə görə parafinləri yüksək təmizlənmiş və adi təmizlənmişlərə bölünür. Yüksək təmişlənmiş parafinlərin tətbiq sahələri: - yeyinti məhsulları ilə təmasda olan konteynerləri və qablaşdırılma materialın hazırlanmasında; - kosmetik preparatlar hazırlamaq üçün; - əczaçılıq sənayesində; - müxtəlif mumlu tərkiblərin hazırlanmasında.Texniki təyinatlı təmizlənmiş parafinləri istifadə edirlər: - təsərüffatın müxtəlif sahələrində xammal materialı kimi (sintetik yağ turşularının alınmasında, xlorparafinlərin və s.); - kimyəvi məişət məhsullarının, əsasən şamların alınmasında; - müxtəlif növlü kağızların, kartonların, tekstilin, taxta və metal səthlərin hopdurulması və örtülməsi üçün == Serezinlər == Serezinlər- əsasən molekulunda karbon atomlarının sayı 35-dən 55-ə qədər olan izomer və normal quruluşlu parafin karbohidrogenin qarışığından ibarətdir. Serezinlərin tərkibində həmçinin parafin naften və parafin-naften-aromatik karbohidrogenlər vardır. Serezinlər – makrokristallik quruluşa malik maddələrdir. Parafinlərdən fərqli olaraq serezinlər yüksək özlülüyə və yağı qatılaşdırmaq qabiliyyətinə malikdirlər.
Rusiya məhsulları alma
Rusiya məhsulları alma (ukr. Не купуй російське!) və ya Rusiya məhsullarını boykot elə (ukrayna dilində Бойкотуй російське!) — Ukraynadakı Rusiya əmtəəsini boykot edən müqavimət kampaniyasıdır. Rusiya Federasiyasının Ukraynaya ticarət embarqosuna qarşı reaksiya olaraq 2013-cü ilin avqustun 14-də başlamışdır. Vidsiç adlı hərəkat kampaniyanı sosial mediada təşkil etmişdir. Kampaniya 45 şəhər və qəsəbəyə müxtəlif üsullarla (poster, vərəqə və s.) ilə yayıldı. 2013-cü ilin noyabrında baş verən Avromeydan aksiyaları ilə eyni dövrə düşən kampaniya 2014-cü ilin martın 2-də Krım böhranı və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə eyni vaxt ərzində yenidən başladıldı. == Qalereya == == Xarici keçidlər == Rusiya Ukraynanı zərəsizləşdirir. Facebookda kampaniyanın rəsmi səhifəsi (ingilis dilində) Дамо відсіч зазіханням Росії на Україну. Facebookda kampaniyanın rəsmi səhifəsi. Дамо відсіч зазіханням Росії на Україну!.
Rusiya məhsulları alma!
Rusiya məhsulları alma (ukr. Не купуй російське!) və ya Rusiya məhsullarını boykot elə (ukrayna dilində Бойкотуй російське!) — Ukraynadakı Rusiya əmtəəsini boykot edən müqavimət kampaniyasıdır. Rusiya Federasiyasının Ukraynaya ticarət embarqosuna qarşı reaksiya olaraq 2013-cü ilin avqustun 14-də başlamışdır. Vidsiç adlı hərəkat kampaniyanı sosial mediada təşkil etmişdir. Kampaniya 45 şəhər və qəsəbəyə müxtəlif üsullarla (poster, vərəqə və s.) ilə yayıldı. 2013-cü ilin noyabrında baş verən Avromeydan aksiyaları ilə eyni dövrə düşən kampaniya 2014-cü ilin martın 2-də Krım böhranı və Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə eyni vaxt ərzində yenidən başladıldı. == Qalereya == == Xarici keçidlər == Rusiya Ukraynanı zərəsizləşdirir. Facebookda kampaniyanın rəsmi səhifəsi (ingilis dilində) Дамо відсіч зазіханням Росії на Україну. Facebookda kampaniyanın rəsmi səhifəsi. Дамо відсіч зазіханням Росії на Україну!.
Abaran (çay)
Abaran çayı- İrəvan xanlığının Abaran mahalında çay adı . Abaransu da adlanır. Alagöz dağından (bax) başlanan və Zəngiçaya qarışan hissəsi Kasax (Qazax) çayı (bax) adlanır.
Ardon (çay)
Ardon (Oset. Æрыдон "dəli çay") Şimali Osetiyada, Şimali Qafqazda çay, Terek çayının sol qolu. == Coğrafiya == Çayın uzunluğu 102 km, hövzəsinin sahəsi 2700 km²-dir. Ardon çayı, Mamisondon, Nardon, Adaykom və Tsmiakomdon çaylarının axması nəticəsində yaranır ki, bu da öz növbəsində Baş Qafqaz silsiləsinin buzlaqlarından əmələ gəlir. Ardon çayı Şimali Osetiya qoruğunun ərazisindən axır. Dağətəyi Osetiya düzənliyinə girməzdən əvvəl Ardon çay dərin Alagir dərəsindən axır. Daha sonra Şimali Osetiyada Rokski aşırımı ilə cənubu birləşdirən Trans-Qafqaz magistral yolunda dərədən keçir.Digər Hərbi Osetiya yolu Mamison keçidindən Gürcüstanın Oni şəhərinə keçir. Ardon çayının dərəsində və onun qollarında, qurğuşun-sink filizlərinin Sadon yatağı və Buron, Sadon, Yuxarı Zqid, Mizur və Xolst yaşayış şəhərləri yerləşir. Aşağı Zaramaq kəndindən Baddon çayının axmasına qədər təxminən 16 km uzunluğunda çayın kənarında, mövcud və tikilməkdə olan Zaramaq Su Elektrik Stansiyası var. Alagir şəhəri yaxınlığında Ardon çay suları düzənlikdən axir və suvarma üçün istifadə olunur.
Arqun (çay)
Arqun (çeçen. Чӏаьнтий-Орг, gürc. არღუნი) - Şimali Qafqazda Gürcüstan və Rusiya ərazisindən axan çaydır. Sunja çayının sağ qoludur (Terek hövzəsi). == Coğrafiya == Arqun çayının uzunluğu 148 km, hövzəsinin sahəsi isə 3390 km²-dir. Çayın Orta yamacı 17,63 m / km təşkil edir. Su axınının orta sürəti 45,6 m³ / s-dir. Arqun çayının qidalanma mənbələri müxtəlifdir. Arqun üzərində davamlı donma müşahidə olunmur. Arqun çayı, Böyük Qafqaz dağ silsiləsinin şimal yamacındakı buzlaqlardan başlayır.
Atray (çay)
Atray çayı (benq. আত্রাই/আত্রেয়ী নদী) Qərbi Benqal və Banqladeşin şimalında çay. Qədim dövrlərdə Atreus adlanırdı və çay Mahabharata dastanında da xatırlanır. Çay Qərbi Benqaldan başlayır və sonra Dinacpurdan keçdikdən sonra Hindistan ərazisindən yenidən axır. Çay, çox vaxt mussonlar zamanı bir çox ərazidə daşqının səbəbi olsa da, çoxillik balıq ovu mənbəyi kimi xidmət edir.Çayın ümumi uzunluğu təxminən 240 mil (390 km) , maksimal dərinliyi isə 99 fut (30 m)-dir. == Tarixi == Atray əvvəllər Şimali Benqalın ən böyük çaylarından biri idi, çünki bu çay Tistanın sularının Qanqa axdığı əsas kanal idi. Bununla birlikdə 1787-ci ildə Tista qədim yatağından ayrıldı və Brahmaputra çayına axdı. O vaxtdan bəri Atray əhəmiyyətini itirmişdir. Hal-hazırda onun əvvəlki ölçüsü olduqca kiçilmişdir.
Avtoxton çay
Avtoxton çay- hövzəsi bütünlüklə bir fiziki-coğrafi regionda yerləşən çay, öz rejimi ilə ancaq bu regiona xas olan xüsusiyyətləri əks etdirir.A.ç. mənbəyini axdığı vilayətdən yox, kənardan götürən və rejimi bu vilayətin təbii şəraiti ilə uzlaşamayan, tranzit çaylara, qarşı qoyulur. Məs. Sırdərya və Amudərya çayları Orta Asiya səhraları daxilində.
Axuryan (çay)
Qərbi Arpaçay (erm. Ախուրյան, osm. ارپه چاى, türk. Arpaçay) — Ermənistan yaylası ərazisində Kiçik Qafqaza doğru axan çay. Araz çayının sol qolunu təşkil edir. Şimal axarlarda Ermənistab ərazisindən axsa da aşağı axarlareda Türkiyə Ermənistan sərhəddindən axır. Ərpiliç su anbarından axan çay Baqaran kəndin yaxınlığında Araza birləşir. == Adı == Ermənilər çayı Axuryan adlandırırlar. B.e.ə VIII əsrdə Sarıqamış şəhərində aşkarlanmış Urartuya aid Axuriani şəhərinin adı çəkilir. Çayın adını bunla əlaqələndirirlər.
Ayrım (çay)
Ayrım — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Ayrım çayı Tərtər çayının qoludur. Etnohidronimdir. XIX əsrə qədər çayın sahilində Ayrım binəsi olmuşdur. Çay öz adını həmin binənin adından almışdır. Sonralar binənin yerində Aşağı Ayrım kəndi salınmışdır. Ayrım və ya Ayrum Kiçik Qafqazda yaşamış Azərbaycanlıların qədim etnoqrafik adıdır.
Ağ çay
Ağ çay (çin. 白茶), (Pinyin:báichá) — yüngül oksidləşdirilmiş çay çaydır və Camellia sinensis bitkisinin qönçələri və yarpaqlarının uclarından toplanılır. Yarpaqları və qönçələr oksidləşmə və ya əlavə çay emalın qarşısını almaq üçün yüngül emaldan əvvəl təbii günəş işığında qurudulur. "Ağ çay" adı çay bitkisinin açılmamış qönçələrinin üzərində olan gözəl gümüşü-ağ tüklərə görə verilib. Bu bitkiyə ağımtıl görünüş verir. İçki özü ağ və ya rəngsiz deyil, bir qədər solğun sarı rəngdədir. Ağ çay yağ yığılmasının tənzimlənməsi ilə piylənməni azaltmaq olar.
Ağcakənd (çay)
Ağcakənd — Ağcakənd hidronimi, Kəlbəcər rayonu ərazisində çay. == Haqqında == Tutqunçayın qoludur. Quzey və Güney çaylarının birləşməsindən əmələ gəlmişdir. Eyniadlı kəndin ərazisindən axdığı üçün belə adlanır. Bəzi mənbələrdə Qarasu çayı kimi də qeyd olunur. == İstinadlar == == Xarici keçidlər == "Azərbaycan su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyaslı idarə edilməsi. Müəllif. F.İmanov., A.Ələkbərov" (PDF). www.sukanal.az. İstifadə tarixi: 20 avqust 2021.
Ağidel (çay)
Ağidel (başq. Ағиҙел; tatar. Агыйдел) və ya Belaya (rus. Белая) — Cənubi Ural və Uralyanıda çay. Tatarıstan və Başqırdıstan Respublikaların ərazilərində axır. Çulman çayın ən uzun axını və Cənubi Uralın ən böyük çayı. == Etimologiya == Ağidel ilə Qaraidel çayları qovuşanda, onların açıq və tünd axınların arasında fərq görünür. XVI—XVII əsrlərdən rus tarixi və coğrafi ədəbiyyatında Belaya Volojka (rus. Белая Воложка) adının istifadəsini tapmaq olar. == Coğrafiya == Ağidel Xəzər dənizinin və Çulman ilə Volqa çayların hovuzuna aiddir.
Ağvan (çay)
Ağvan — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur. == Ümumi məlumat == Mənbəyini Çınqıldağın yamacından alır. Yerli əhalinin dilində Alvançay variantında işlənir. Keçmişdə Şuşa rayonunun Malıbəyli kəndi ərazisində Ağvan adlı yaşayış məntəqəsi də olmuşdur. Etnotoponimdir. Ağvanlar Azərbaycanın qədim türk mənşəli tayfalarından biri olmuşdur.
Ağçay (çay)
Ağçay — Quba və Xaçmaz rayonlarının ərazisindən axaraq Xəzər dənizinə tökülən çay. Uzunluğu 68 km, hövzəsinin sahəsi 239 km²-dir. Mənbəyi Yan silsiləsindəki Yarımyaylaq dağında, 3780 metr yüksəklikdə yerləşir. Axımı əsasən yağış, qismən də qar və yeraltı sulardan əmələ gəlir. Orta illik su sərfi 0,60 m³/san-dır. Orta illik asılı gətirmələr sərfi 0,24 kq/san, suyunun orta lillənməsi 429 q/m³-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-500 mq/l minerallaşmaya malikdir. Suvarma işlərində istifadə edilir. == Toponimi == Quba və Xaçmaz rayonlarında çay. Yan silsilənin Yarımyaylaq dağından (1780 m.
Babacan (çay)
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Balu (çay)
Balu (benq. বালু নদী ) -Banqladeşdə çay, Şitalakşa çayının sağ qolu. Banqladeşin şimal-mərkəzi hissəsi, Qazipur, Dakka və Narayanganj rayonlarının ərazisindən axır. Çay 44 kilometr uzunluğundadır və orta eni 79 metrdir. Banqladeş Su Ehtiyatlarının İnkişafı Şurasının çayları siyahısında 46-cı yerdə göstərilmişdir.Balu çayı yağışlı mövsümdə daşır. Çayda qazma işləri Banqladeş hökumətinin sponsorluğu ilə aparılır. Buna baxmayaraq Balu çayı "ölüm çayına" çevrilir. Bu, çayın əsas axınının musson dövründə, Şitalakşa çayının Balu çayı boyunca axması zamanı baş verməsi ilə əlaqədardır. Balu çayında yağış olmadığından 6-7 ay ərzində su axını quruyur .Balu çayının suları suvarma üçün istifadə olunur .
Barak (çay)
Barak (benq. বরাক নদী) — şimal-şərqi Hindistanda Surma-Meqxna sisteminin bir hissəsi olan böyük çay. Çay, Manipur əyalətinin dağlıq hissəsində başlayır, çox sayda qolu (Qumti, Xourax, Kagni, Senai Buri, Hari Mangal, Kakrai, Kurulia, Balujhuri, Şonaiçari, Durduria) alır və qərbdən axaraq, Manipurun cənub-qərbindən Mizoram əyalətinə keçir. . Mizoramada, qərbdən axır, sonra şimala dönərək Assam əyalətinə girir, burada Laxypur bölgəsində qərbə və düzənliyə çevrilir. Assamda, qərbdən Madhura çayının axdığı Silchar şəhərinə və Banqladeş ilə sərhədə, burada iki qola bölünür: şimal (Surma) və cənub (Kuşiyara). == Təbiəti == Barak su bioloji müxtəlifliyi baxımından dünyanın ən zəngin çayları arasındadır, çünki burada 2000-dən çox növ balıq var. Digər canlılar arasında çay Barak timsahı və ya Siams timsahı (nadir və nəsli kəsilmək təhlükəsi altında olan timsah), Susu delfin, Hamar örtülmüş çəmənlik və qara timsah var. Baraq çayı, başlanğıcından Naqaland sərhəddində Surma və Barak çayına qədər bükülməsinə qədər 564 kilometrdir. Biyomalar vəhşi təbiət baxımından olduqca zəngindir və çayın bütün uzunluğunda da çox müxtəlifdir: 1. Varzea meşəsi (su basmış meşəli meşə) 2.
Birlad (çay)
Birlad — (rum. Râul Bârlad) Rumıniyada çay. Siret çayının sol qolu. Uz. 250 km, hövzəsinin sah.7,6 min km2 . Başlanğıcını Bırlad platosunun q. hissəsindən götürür, əsasən, Moldova yüksəkliyi ilə axır. Yaz daşqınları olur,yayda bəzən quruyur. Suvarmada istifadə olunur; dəyirman qurğuları var. Vasluy,Bırlad, Tekuç şəhərləri Birlad sahilindədir.
Botan (çay)
Botan (türk. Botan Çayı, Botan Suyu və ya Uluçay; kürd. Çemê Botanê; erm. Ջերմ ) ― Türkiyənin cənub şərqində, Siirt ilində çay. Botan çayının yuxarı axını Van ilindən axır və bu hissəyə tez-tez Çatak deyilir. Çatak şəhərinin qərbindən axan Çatak çayının ən yuxarı hissəsi isə bəzən Norduz adlandırılır. Çay Van və Hakkari arasındakı sərhəd yaxınlığında yerləşən Norduz yaylası ətrafındakı yüksək dağlardan qaynaqlanır. Çay dərəsi ilə dağların zirvəsi arasındakı hündürlük fərqi təxminən 1000 m-ə çatır. Bu səbəbdən çay öz dərəsi üzərində kanyon yaratmışdır.Çayın yazdan yayın ortalarına qədər ortalama su sərfi 100–300 m³/san-dir. Aprel və iyun aylarında bu rəqəm 400–600 m³/san, mayda isə 700–1 000 m³/san-ə qədər qalxa bilər.
Brend (çay)
Brend - (alm. Brend‎) - Almaniyada yerləşən çaydır. Bavariyadan keçir. Çayın indeksi 24432, ümumi uzunluğu 26,18 km-dir.
Buzlu çay
Buzlu çay, Buz çay və ya Soyuq çay — buz ilə bir stəkan soyuq çayın qarışığıdır, şəkərli və ya şəkərsiz verilir. Buzlu çay həmçinin popyular paketlənmiş içkidir. Buzlu çay limon, şaftalı, malina, turş limon , pəşın meyvəsi, çiyələk və gilas kimi geniş yayılmış ilə dadlandırılmış sirop ilə qarışıq ola bilər.
духо́вный костю́мчик на скаку́ накидно́й образу́мление обшлифо́вываться припла́та притво́рство тексти́льщик ура́ пове́рь повы́браться подча́ливание послеза́втра постила́ться проту́хнуть хлебозаку́пки иудей махлевать overflow pipe professorial spice cake Sunday painter пари толстомордый