ÇAY

1
I
сущ. река (постоянный водный поток с естественным течением по руслу от истока вниз до устья). Araz çayı река Араз, dağ çayı горная река, bolsulu çaylar полноводные реки, dayaz çay мелкая река, coşgun (kükrəyən) çaylar бурные реки, çayın axarı течение реки, çayın qolu приток реки, çayın yatağı (məcrası) русло реки, çayın yuxarı axarı верховье реки, çayın mənbəyi исток реки, çayın mənsəbi устье реки, çay sahilindən çıxdı река вышла из берегов, çayı bəndə salmaq перекрыть плотиной реку, çayı üzüb keçmək переплыть реку
II
прил. речной:
1. относящийся к реке. Çay suyu речная вода; геогр. çay dərəsi речная долина, çay çöküntüləri речные отложения
2. живущий в реке. Çay balığı речная рыба
3. связанный с плаванием по реке, с работой на реке. Çay donanması речной флот, çay nəqliyyatı речной транспорт
◊ çay gəlməmiş (çaya çatmamış) çırmanmaq действовать, сделать что-л. преждевременно, торопиться в своих действиях; çaya susuz aparıb, susuz gətirər kim kimi заткнёт за пояс кого кто; утрёт нос кто кому; çayda balıq sövdəsi дележ шкуры неубитого медведя
2
I
сущ. чай:
1. вечнозелёное дерево или кустарник сем. чайных, из высушенных листьев которого приготовляется ароматный напиток
2. высушенные и особо обработанные листья этого растения, служащие для приготовления напитка. Azərbaycan çayı азербайджанский чай, qara çay чёрный (байховый) чай, yaşıl çay зелёный чай, əla növ(-lü) çay чай высшего сорта, bir paçka çay пачка чаю (чая), çay dəmləmək заваривать чай; quru çay dənəciyi чаинка
3. ароматный напиток, настоянный из этих листьев. Acı çay чай без сахара, dişləmə çay чай вприкуску, ətirli çay ароматный чай, limonlu çay чай с лимоном, mürəbbəli çay чай с вареньем, məxməri çay бархатный чай, salma çay чай внакладку, tünd çay крепкий чай, şirin çay сладкий чай, çay qaynatmaq вскипятить чай, çay vermək подать чай, bir stəkan çay стакан чая (чаю)
4. настой на каких-л. листьях, травах как суррогат такого напитка. İtburnu çayı шиповниковый чай, kəkotu çayı чабрецовый чай, meyvə çayı фруктовый чай, heyva çayı айвовый чай
5. чаепитие. Səhər çayı утренний чай, çaya dəvət etmək пригласить на чай
II
прил. чайный:
1. относящийся к чаю – дереву или кустарнику. Çay kolu чайный куст, çay yarpağı чайный лист
2. связанный с производством, разведением, хранением, продажей чая и т.п. Çay plan-tasiyaları чайные плантации, çay fabriki чайная фабрика, çay mağazası чайный магазин
3. предназначенный для чаепития. Çay dəsgahı чайный набор, çay qaşığı чайная ложка, çay süfrəsi чайный стол; çay fəsiləsi чайные (название сем. вечнозелёных растений, к которому относятся чайное дерево, чайный куст, камелия и др. )
ÇAVUŞ
ÇAY-ÇÖRƏK
OBASTAN VİKİ
Ağ çay
Ağ çay (çin. 白茶), (Pinyin:báichá) — yüngül oksidləşdirilmiş çay çaydır və Camellia sinensis bitkisinin qönçələri və yarpaqlarının uclarından toplanılır. Yarpaqları və qönçələr oksidləşmə və ya əlavə çay emalın qarşısını almaq üçün yüngül emaldan əvvəl təbii günəş işığında qurudulur. "Ağ çay" adı çay bitkisinin açılmamış qönçələrinin üzərində olan gözəl gümüşü-ağ tüklərə görə verilib. Bu bitkiyə ağımtıl görünüş verir. İçki özü ağ və ya rəngsiz deyil, bir qədər solğun sarı rəngdədir. Ağ çay yağ yığılmasının tənzimlənməsi ilə piylənməni azaltmaq olar.
Ağcakənd (çay)
Ağcakənd — Ağcakənd hidronimi, Kəlbəcər rayonu ərazisində çay. Tutqunçayın qoludur. Quzey və Güney çaylarının birləşməsindən əmələ gəlmişdir. Eyniadlı kəndin ərazisindən axdığı üçün belə adlanır. Bəzi mənbələrdə Qarasu çayı kimi də qeyd olunur. "Azərbaycan su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyaslı idarə edilməsi. Müəllif. F.İmanov., A.Ələkbərov" (PDF). www.sukanal.az. İstifadə tarixi: 20 avqust 2021.
Babacan (çay)
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Balu (çay)
Balu (benq. বালু নদী ) -Banqladeşdə çay, Şitalakşa çayının sağ qolu. Banqladeşin şimal-mərkəzi hissəsi, Qazipur, Dakka və Narayanganj rayonlarının ərazisindən axır. Çay 44 kilometr uzunluğundadır və orta eni 79 metrdir. Banqladeş Su Ehtiyatlarının İnkişafı Şurasının çayları siyahısında 46-cı yerdə göstərilmişdir. Balu çayı yağışlı mövsümdə daşır. Çayda qazma işləri Banqladeş hökumətinin sponsorluğu ilə aparılır. Buna baxmayaraq Balu çayı "ölüm çayına" çevrilir. Bu, çayın əsas axınının musson dövründə, Şitalakşa çayının Balu çayı boyunca axması zamanı baş verməsi ilə əlaqədardır. Balu çayında yağış olmadığından 6-7 ay ərzində su axını quruyur .
Ağidel (çay)
Ağidel (başq. Ағиҙел; tatar. Агыйдел) və ya Belaya (rus. Белая) — Cənubi Ural və Uralyanıda çay. Tatarıstan və Başqırdıstan Respublikaların ərazilərində axır. Çulman çayın ən uzun axını və Cənubi Uralın ən böyük çayı. Ağidel ilə Qaraidel çayları qovuşanda, onların açıq və tünd axınların arasında fərq görünür. XVI—XVII əsrlərdən rus tarixi və coğrafi ədəbiyyatında Belaya Volojka (rus. Белая Воложка) adının istifadəsini tapmaq olar. Ağidel Xəzər dənizinin və Çulman ilə Volqa çayların hovuzuna aiddir.
Ağvan (çay)
Ağvan — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur. Mənbəyini Çınqıldağın yamacından alır. Yerli əhalinin dilində Alvançay variantında işlənir. Keçmişdə Şuşa rayonunun Malıbəyli kəndi ərazisində Ağvan adlı yaşayış məntəqəsi də olmuşdur. Etnotoponimdir. Ağvanlar Azərbaycanın qədim türk mənşəli tayfalarından biri olmuşdur.
Ağçay (çay)
Ağçay — Quba və Xaçmaz rayonlarının ərazisindən axaraq Xəzər dənizinə tökülən çay. Uzunluğu 68 km, hövzəsinin sahəsi 239 km²-dir. Mənbəyi Yan silsiləsindəki Yarımyaylaq dağında, 3780 metr yüksəklikdə yerləşir. Axımı əsasən yağış, qismən də qar və yeraltı sulardan əmələ gəlir. Orta illik su sərfi 0,60 m³/san-dır. Orta illik asılı gətirmələr sərfi 0,24 kq/san, suyunun orta lillənməsi 429 q/m³-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300–500 mq/l minerallaşmaya malikdir. Suvarma işlərində istifadə edilir. Quba və Xaçmaz rayonlarında çay. Yan silsilənin Yarımyaylaq dağından (1780 m.
Barak (çay)
Barak (benq. বরাক নদী) — şimal-şərqi Hindistanda Surma-Meqxna sisteminin bir hissəsi olan böyük çay. Çay, Manipur əyalətinin dağlıq hissəsində başlayır, çox sayda qolu (Qumti, Xourax, Kagni, Senai Buri, Hari Mangal, Kakrai, Kurulia, Balujhuri, Şonaiçari, Durduria) alır və qərbdən axaraq, Manipurun cənub-qərbindən Mizoram əyalətinə keçir. . Mizoramada, qərbdən axır, sonra şimala dönərək Assam əyalətinə girir, burada Laxypur bölgəsində qərbə və düzənliyə çevrilir. Assamda, qərbdən Madhura çayının axdığı Silchar şəhərinə və Banqladeş ilə sərhədə, burada iki qola bölünür: şimal (Surma) və cənub (Kuşiyara). Barak su bioloji müxtəlifliyi baxımından dünyanın ən zəngin çayları arasındadır, çünki burada 2000-dən çox növ balıq var. Digər canlılar arasında çay Barak timsahı və ya Siams timsahı (nadir və nəsli kəsilmək təhlükəsi altında olan timsah), Susu delfin, Hamar örtülmüş çəmənlik və qara timsah var. Baraq çayı, başlanğıcından Naqaland sərhəddində Surma və Barak çayına qədər bükülməsinə qədər 564 kilometrdir. Biyomalar vəhşi təbiət baxımından olduqca zəngindir və çayın bütün uzunluğunda da çox müxtəlifdir: 1. Varzea meşəsi (su basmış meşəli meşə) 2.
Birlad (çay)
Birlad — (rum. Râul Bârlad) Rumıniyada çay. Siret çayının sol qolu. Uz. 250 km, hövzəsinin sah.7,6 min km2 . Başlanğıcını Bırlad platosunun q. hissəsindən götürür, əsasən, Moldova yüksəkliyi ilə axır. Yaz daşqınları olur, yayda bəzən quruyur. Suvarmada istifadə olunur; dəyirman qurğuları var. Vasluy,Bırlad, Tekuç şəhərləri Birlad sahilindədir.
Botan (çay)
Botan (türk. Botan Çayı, Botan Suyu və ya Uluçay; kürd. Çemê Botanê; erm. Ջերմ ) ― Türkiyənin cənub şərqində, Siirt ilində çay. Botan çayının yuxarı axını Van ilindən axır və bu hissəyə tez-tez Çatak deyilir. Çatak şəhərinin qərbindən axan Çatak çayının ən yuxarı hissəsi isə bəzən Norduz adlandırılır. Çay Van və Hakkari arasındakı sərhəd yaxınlığında yerləşən Norduz yaylası ətrafındakı yüksək dağlardan qaynaqlanır. Çay dərəsi ilə dağların zirvəsi arasındakı hündürlük fərqi təxminən 1000 m-ə çatır. Bu səbəbdən çay öz dərəsi üzərində kanyon yaratmışdır. Çayın yazdan yayın ortalarına qədər ortalama su sərfi 100–300 m³/san-dir.
Brend (çay)
Brend — (alm. Brend‎) — Almaniyada yerləşən çaydır. Bavariyadan keçir. Çayın indeksi 24432, ümumi uzunluğu 26,18 km-dir.
Buzlu çay
Buzlu çay, Buz çay və ya Soyuq çay — buz ilə bir stəkan soyuq çayın qarışığıdır, şəkərli və ya şəkərsiz verilir. Buzlu çay həmçinin popyular paketlənmiş içkidir. Buzlu çay limon, şaftalı, malina, turş limon , pəşın meyvəsi, çiyələk və gilas kimi geniş yayılmış ilə dadlandırılmış sirop ilə qarışıq ola bilər.
Bərgüşad (çay)
Bazarçay və ya Bərgüşad (Ermənistan ərazisində Vorotan adlanır) — Qafqazda çay. Ermənistandan və Azərbaycanın Qubadlı rayonundan keçir. Uzunluğu 178 km, hövzəsinin sahəsi 2711 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəriçaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. İllik axımını yeraltı (55%), qar (35%) və yağış (10%) suları təşkil edir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Orta illik su sərfi 19,0 m³/san-dir. Bunun 45%-i yazda, 25%-i yayda, 18%-i payızda, 12%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 3,63 kq/san, lillənməsi isə 200 q/m³-dir.
Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir.
Efemer çay
Elba (çay)
Elba (çex. Labe, alm. Elbe‎, lat. Albis) — Şimal dənizi hövzəsində çay, əsasını Çexiyadan götürür. Əsasən Almaniya ərazisindən keçir. Dünya bəşər irsi siyahısına daxildir.
Geqa (çay)
Geqa - Abxaziyanın Qaqra rayonundan Qara dənizə axan çay. Təxminən 1640 m yüksəklikdən başlayır. Çayın ümumi uzunluğu 25,6 km, orta mailliyi 59 m/km-dir. Hövzəsinin sahəsi - 421 km². Geqa çayı Bzib çayının sağ qollarından biridir və onların ən böyüyüdür. Çayın yatağı çox dar və mənzərəli dərədə yerləşir, buna görə də çay bütün uzunluğu boyunca sürətli axınlar və şəlalələrlə doludur. Bir yerdən çay “Çərkəz şəlaləsi” kimi tanınan karst mağarasının içindən, yerin altından axır və yeraltı dəhlizlərdən və mağaralardan 315 metr keçdikdən sonra qayadan qoparaq şəlalədən axır. Çərkəz şəlaləsi və Geg şəlaləsi turistlərin tez-tez ziyarət etdiyi yerdir. Abxaziyanın görməli yerlərindən biridir. Отчёт о водном путешествии с эл.
Gizeldon (çay)
Gizeldon çayı, həmçinin Gizel 'don (rus. Гизельдон , Gizeljdon ; oset. Джызæлдон, Džyzældon) — Ardon çayının sol qolu və Vladikavkaz ərazisində, Şimali Osetiya-Alaniyada çay. Uzunluğu 81 kilometr, hövzəsinin sahəsi isə 604 km²-dir. Çox qayalı və 4000 metr zirvəsi olan dərənin ərazisi uçqunlara meyllidir. 1967-1968-ci illərdə 30-dan artıq belə hadisələrin olduğu bildirilmişdi. Ərazi "dəli, qazlı ərazi" kimi təsvir olunur və heyvandarlıq, taxtaçılıq və qurğuşun-sink mədənləri Gizeldon vadisi xalqının əsas iqtisadi vəzifəsi olmuşdur. Gizeldon çayı üzərində bir su elektrik stansiyası tikilmişdir.
Göyçay (çay)
Göyçay — Kürün sol qoludur. Qəbələ, İsmayıllı, Göyçay,Ucar və Zərdab rayonları ərazisindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1770 km²-dir. Başlanğıcını Böyük Qafqazın cənub yamacından (1980 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. Cənub yamacından axan çaylar arasında ən çox sululuğa malik olması ilə fərqlənir. Başlıca olaraq sağdan: Qalacıq (uzunluğu 18 km), Vəndam (uzunluğu 36 km), soldan isə Əyriçayı (uzunluğu 36 km) qəbul edir. Axımı qar (12%), yağış (28%) və yeraltı (60%) sulardan əmələ gəlir. Çayın orta illik su sərfi 12,0 kub m/san-dir. Bununda 30–35%-i yaz, 20–25%-i yay, 18–22%-i payız, 15–17%-i isə qış fəsillərində keçir. Asılı gətirmələr həcminin böyüklüyünə görə Göyçay, Böyük Qafqazın cənub yamacından axan Türyan-çaydan sonra ikinci yeri tutur.
Gərgər (çay)
Gərgər - İranın Xuzistan ostanının Şuştər şəhərində Karun çayının bir qolu.
Hari (çay)
Hari (ind. Batang Hari, digər adları Batanqxari, Cambu) — İndoneziyanın Sumatra adasında olan ən uzun çay. Bir çox mənbələrə görə uzunluq 600-800 km arasında dəyişir. Hari çayı öz mənbəyini dəniz səviyyəsindən 1531 metr yüksəklikdən, Qununq Rasam (2585 m) dağının yamaclarından götürür. Qununq Rasam dağı Barisan silsiləsinə daxil olub Qərbi Sumatrada yerləşir. Çay ilk öncə cənuba istiqamətində axır, daha sonra şərq meyillənir. Çay əsasən bataqlaşmış düzənlik ərazilərdən axır . Hari çayı Qərbi Sumatranın iki dairəsini (Cənubi Solok, Dharmasraya) və Cambi əyalətinin beş dairəsini (Bunqo, Tebo, Batanqhari, Muaro-Cambi, Şərqi Tancunq-Cabunq) kəsib keçir. Hari çayının mənsəbi Berhala körfəzidir. Körfəz Cənubi Çin dənizi hövzəsinə aiddir .
Hind (çay)
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Həkəri (çay)
Həkəri (Əkərə) — Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Uzunluğu 113 km (Şəlvəçayın mənbəyindən hesablandıqda 155 km), hövzəsinin sahəsi 2570 km2-dir. Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra (Bazarçayla birlikdə) ikinci böyük çayıdır. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından, Şiştəpə zirvəsindən 3,5 km şərqdə 2580 m yüksəklikdən alan Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından (950 m) əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir. Başlıca qolları, sağdan Hocazsuçay (uzunluğu 43 km), Zabuxçay (uzunluğu 51 km), Ağsuçay (uzunluğu 25 km), soldan Şəlvəçay (uzunluğu 42 km), Piçənisçay (uzunluğu 29 km), Xoznavar (uzunluğu 14 km) çaylarıdır. Axımı qar (23%), yağış (1-5%) və yeraltı (62%) sulardan əmələ gəlir. Yaz-yay aylarında qar suları çayda daşqın əmələ gətirir. Daşqın dövründə (aprel-iyun aylarında) illik axımının 60-70%-i keçir. Çayda ən az su sərfi qış aylarında müşahidə edilir.
Kaparça (çay)
Kaparça (gürc. კაპარჭინა) — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir. 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı::Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır". 1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır. Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст.
Kelasur çay
Kelasur və yaxud Kelasuri, həmçini Kelaşir - Abxaziyadan Qara dənizə axan çay. Mənşəyi Bzıb silsiləsinin Himsa buzlaqında yerləşir. Kelasuri birinci Kelasuri ilə ikinci Kelasurinin qovuşduğu yerdən başlayır. Çay Suxumi rayonu və Gulrıpş rayonlarının inzibati sərhədi boyunca axır. Çay buzlaqlar və yağış suları ilə qidalanır. Mayın əvvəlində su sərfi təxminən 20-25 m³/s təşkil edir. Kanalın əhəmiyyətli hissəsi yarğandan keçir. Çay Suxuminin mərkəzindən 5 km aralıqda Qara dənizə axır. Abxaziyanın ən böyük çaylarından biridir. Лист карты K-37-XII. Масштаб: 1 : 200 000.
Azovka çayı
Azovka (köhnə adı. Dkopinka) — Rostov vilayəti ərazisindən axan, Don çayının sol qolunu təşkil edən çay. Onun uzunluğu 11 km Bir qədər Azov şəhəri ərazisindən axır. Azovka çayı aşağı axarlarda dayazlıqda üzə bilən kiçik dəniz gəmilərinin hərəkəti üçün əlverişlidir. Yerli yaxt-klublar reqatlar təşkil edir Çay öz başlanğıcını Kuleşovka kəndinin qərb hissəsindən götürür. İlk əvvəl çay şimala axır. Mənsəbə yaxın ərazidən Rostov-na-Donu - Azov avtomagisralı keçir. Kuleşokanın çıxacağında sağdan Lebyaje gölündən bəhrələnir. Sonradan süni şəkildə hazırlanmış kanallarla hərəkət edir. Lebyajo gölündən bəhrələndikdən sonra qərbə istiqamətlənir.
Azovka çayı üzərində asma körpü
Azovka çayı üzərində asma körpü — Rostov-na-Donu şəhəri rekreasiya zonası ilə birləşdirir. Rekreasiya zonası çayın sağ sahilində yerləşir. Şəhərin Bereqovoy küçəsini şəhər çimərliyi ilə birləşdirir. Körpü 1967-ci ildə şəhərin 900 illiyi münasibətilə inşa edilmişdir. Körpü dörd beton dirəklər üzərində yerləşir. Əvvəllər isə bu yerdə taxta körpü olmuşdur. XX əsrin 80-ci illərində körpüdə əsaslı təmir işləri aparılmışdır. Bu zaman bir çox detallar tamaməm dəyişdirilmişdir. Bəzi detallar isə dəmirləri ilə əvəzlənmişdir. Bundan sonra körpüdə uzun zaman əsaslı təmir işləri aparılmamışdır.
Azərbaycan Çayı (1967)
Azərbaycan çayı qısametrajlı sənədli filmi rejissor Mirzə Mustafayev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan çayının tarixindən və onun inkişaf etdirilməsindən, insan orqanizminə müsbət təsirindən danışır. Film Azərbaycan çayının tarixindən və onun inkişaf etdirilməsindən, insan orqanizminə müsbət təsirindən danışır. Ssenari müəllifi: Yaşar Rzayev, Oqtay Orucov Rejissor: Mirzə Mustafayev Operator: Əlihüseyn Hüseynov Bəstəkar: Emin Sabitoğlu Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Azərbaycan Çayı (film, 1967)
Azərbaycan çayı qısametrajlı sənədli filmi rejissor Mirzə Mustafayev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan çayının tarixindən və onun inkişaf etdirilməsindən, insan orqanizminə müsbət təsirindən danışır. Film Azərbaycan çayının tarixindən və onun inkişaf etdirilməsindən, insan orqanizminə müsbət təsirindən danışır. Ssenari müəllifi: Yaşar Rzayev, Oqtay Orucov Rejissor: Mirzə Mustafayev Operator: Əlihüseyn Hüseynov Bəstəkar: Emin Sabitoğlu Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Ağ çaydaçapan
Ağ quyruqsallayan (lat. Motacilla alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinin quyruqsallayan cinsinə aid heyvan növü. Ağ quyruqsallayanların bədən uzunluğu 16–19 sm təşkil edir. Onlar üçün uzun quyruq xarakterikdir. Onların bədənlərinin üst hissəsi boz, aşağı hissəsi isə ağ rəngdə olması ilə seçilir. Başları ağ, boğaz nahiyəsi isə qara rəngdə olur. Ümumi çəkiləri cəmi 20–23 q təşkil edir. Adları quyruqlarının hərəkətinə əsasən verilmişdir. Qidalanmasının əsasını həşəratlar təşkil edir. Xüsusi ilə ikiqanadlılar dəstəsinə aid olan ağcaqanadlar və milçəklər üstünlük təşkil edir.
Ağabala Çaykovski (albom)
Duet Amburan – Azərbaycan Respublikasının xalq artisti, müğənni Eyyub Yaqubovun ikinci studiya albomu. Albomda yer alan sonuncu İnstrumental musiqidən başqa digər ifaların söz və musiqisi Elçin İmanova aiddir.
Ağcaqoşun çayı
Ağcaqoşun — Xocavənd və Ağcabədi rayonlarının ərazisindən axan çay (uz.32 km). Azərbaycan dilində rəng bildirən ağca (ağımtıl) və monqol dilində qoşun - "köcəbə" sözlərindən ibarətdir. Göyqoşun (Şamaxı r-nu), Təpəqoşun, Donuzqoşun (Qax r-nu, İlisu k.), Aşağı Qoşun, Bərkqoşun (Ağsu-r-nu, Ləngəbiz k.), İpək qoşun (Oğuz r-nu, Daşağıl k.), Qoşundağ (Ordubad r-nu), Qoşunlar dağı (Qəbələ r-n), Qoşunavar (Laçın rayonu), Koşunkar (Oğuz r-nu), Koşunlu (Ağsu r-n), Qutqaşen indiki (Qəbələ r-nu) " qışlaqda monqolca qoşun "koc" və s. toponimlərlə eynidir.
Ağdam Çay Evi
"Çay evi" — Azərbaycanın Ağdam şəhərində mövcud olmuş obyekt. Çay evi Azərbaycan SSR KP MK-nın Ağdam Rayon Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevin zamanında akademik Xudu Məmmədovun ideyası əsasında yaranıb. "Çay evi" layihəsinin baş memarı Naiq Səmədov idi. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə idi. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi. "Çay evi"nin yerini isə Xudu Məmmədovla birgə müzakirədən sonra məscidin yanında tikmək qərara alındı. İnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən istifadə edilmişdi. "Çay evi"nin ortasında iri diametrli boru qalxırdı. Hər tərəfdə kiçik həcmli borular konstruksiyalarla bir-birinə birləşirdi. Mərtəbələr arası arakəsmələr taxtadan idi.
Babacan çayı
Babacan çayı (erm. Մարց գետի (Мarts qeti)) — Ermənistanda çay. Ən böyük qolu (sol sahildə çaya tökülür) Sarıbulaq çayıdır.
Babilabad (Çaypara)
Babilabad (fars. بابل‌آباد‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.164 nəfər yaşayır (242 ailə).
Bala Çaylı
Bala Çaylı (əvvəlki adı: Kommuna) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qazax rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi adlandırılmışdır. Gəncə-Qazax düzənliyindədir. Çaylı kəndin yaxınlığında yerləşir və Çaylı Kommuna da adlanır. Çaylı Kommuna Qazax rayonunun Çaylı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kənd XIX əsrin 30-cu illərində Qıraq Kəsəmən və başqa kəndlərdən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Coğaz çayının sahilində yerləşən və Çaylı adlanan bu kəndin adına kollektivləşmə illərində rəmzi olaraq Kommuna (lat. "umumi" mənasında olan bu soz burada "icma" mənasında işlənmışdır) komponenti artırılmışdır. 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1089 nəfər əhali yaşayır.
Balaca Liaxve çayı
Balaca Liaxve çayı (oset. Чысыл Леуахи, gürc. პატარა ლიახვი) — Cənubi Osetiya ilə Gürcüstan ərazisində çay. Böyük Liaxvenin sol qoludur. Uzunluğu- 61,11 km-dir. Liaxve qoruğu ərazisindən axır. SSR zamanında Zonkarsk su anbarı bu çayın üzərində idi. Lixve sözünün xüsusi etimologiyası mövcud deyiı. Belə ki, Li mövcud olan yer, gürcü dilində isə Xev- su və ya çay mənasını verir.
Balakəhriz (Çaypara)
Balakəhriz (fars. بالاكهريز‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 90 nəfər yaşayır (22 ailə).
Balharı çayı
Bolqarçay — Azərbaycanın Biləsuvar rayonu ərazisindən axaraq Mahmudçala gölünə tökülür. Uzunluğu 163 km, hövzəsinin sahəsi 2170 km²-dir. Mənbəyini Talış silsiləsində, Qarıçadağın şimal yamacından (1716 m) başlayır. Yuxarı axımından Biləsuvar rayonuna qədər məsafədə Azərbaycanla İran arasında dövlət sərhədini təşkil edir. Çayın illik axımının 90-95%-ni yağış sularından əmələ gəlir. İlin soyuq aylarında yağan yağışlar çayda böyük daşqınlar əmələ gətirir. Yay aylarında çayın suyu tamamilə azalır, bəzi illərdə isə quruyur. Balharı çayının suyunun səmərəli istifadəsi məqsədilə çayın üzərində Bolqarçay su anbarı tikilmişdir. Muğan düzündə suvarılmada Balharı çaynıın müstəsna əhəmiyyəti var. Bolqarçay Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ərazisindən axır.
Balıktax çayı (Koletnı)
Balıktax çayı (Balıqlı çay) — Kotelnı adası ərazazisindən axan çay. İnzibati cəhətdən Rusiya Federasiyası, Yakutiya ərazisinə daxildir. Adanın ən böyük çayıdır. Çay öz adını onun sularında yaşayan balıqlardan alır. 130 metr yüksəklikdən başlayır. 209 km məsafədə uzanır. Sahəsi 4110 km² təşkil edir. Qərbinin mərkəzi hissəsindən başlayır. Şərqi Sibir dənizində yerləşən Yakov Smirniski buxtasına tökülür. Mənsəbdə qollara ayrıldığı hissədə çayın eni 110 metrdir.
Bayandır çayı
Bayandırçay — Laçın rayonu ərazisində çay. Zabuxçayın sağ qolu. Bu ad Tərtər rayonunda bir kəndə də verilmişdir. Qarabağ düzündədir. Yaşayış məntəqəsi Laçın rayonundakı keçmiş Bayandur kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çayın adı türkdilli Bayandur eli (oğuz tayfalarından biri)in adı ilə əlaqədardır. Bayandurlar orta əsrlərdə Ön Asiyanın və Cənubi Qafqazın siyasi həyatında fəal iştirak etmişlər.
Başqırdıstan çayları
Başqırdıstan çayları — Başqırdıstan Respublikasının ərazisindən axan bütün çayların məcmusu. Respublikanın çayları əsasən iki çay hövzəsinə — Volqa və Urala aiddir. Respublikanın şimal-şərqindəki kiçik çayların yalnız bir hissəsi — yuxarı hövzələri olan Uy, Miass və digərləri Ob hövzəsinə aiddir. Ümumilikdə respublikada ümumi uzunluğu 57,366 kilometr olan 12 min 725 çay var. Belaya çaylarının sistemləri, Ural (Xəndəkləri ilə — Yanqelka, Böyük Qızıl, Xudolaz, Bolshaya Urtazymka və Tanalık) və Urals'ın ən böyük qolu — Sakmara çayı (Kurgashlı, Urman Zilair, Yalan Zilair, Bolshoy Servis və Maly Ikk) yağış axını yolları üç istiqamətdə — qərb, şərq və cənub. Eyni zamanda, Ağidel çay sistemi Başqırd Uralının qərb yamacını dağətəyi zonalar, Ural çay sistemi — şərq yamacları, Sakmara çay sistemi — Cənubi Ural köpük bölgəsi ilə qurudur. Respublikanın qərb hissəsindəki çaylar (eninə dizdən aşağıda Belaya çayı da daxil olmaqla) geniş Ural düzənliyinin incə dərələrinin dibi ilə axır və buna görə də sahilləri aşağı və kurs yavaş. Pribelskaya dağlıq düzən düzənliyində çay şəbəkəsinin sıxlığı 0,25–0,35 km / km², Ufa yaylasında isə 0,2–0,3 km / km² təşkil edir. Ağidel çayında illik axın (çayın axını) həcmi 30 km³, çayda. Ufa — 12,3 km³, çayda Sime — 4.3 km³, çayda.
Besyuke çayı
Besyuke (saxa Бөөһүкэ) — Rusiya ərazisində çay. Lena çayının sağ qolu olub, 296 km hündürlükdə ona tökülür. Meyçan və Saxandnya çaylarının qarışmasından əmələ gəlir. Çayın uzunluğu 152 km (Saxandnya-263 km), hövzəsinin sahəsi isə 5780 km²-dir.
Beynəlxalq Çay Günü
Beynəlxalq Çay Günü (ing. International Tea Day) — hər il dekabrın 15-də Təhsil və Ünsiyyət Mərkəzinin (ing. Centre for Education and Communication) təşəbbüsü ilə keçirilən qeyri-rəsmi bayram. Qeyri-iş günü deyil. "Beynəlxalq Çay Günü" yeni bayramlardan biridir. "Çay Günü"nü qeyd etmək uzun illər müzakirə mövzusu olsa da, bunu yalnız 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından (ing. World Social Forum) sonra reallaşdırmaq mümkün olmuşdur.
Bivane çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
Bivayn çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).

Digər lüğətlərdə