1. Çürüməsinə səbəb və ya vasitə olmaq, çürüməsi üçün şərait yaratmaq. Xəzəli torpağa qarışdırıb çürütmək.
– Gölməçə suların rəngi sapsarı; Xəstəlik çürüdür ağaclıqları.
[Göyçək] ayranı çürüdüb şor elədi.
2. məc. Əzab və əziyyət içərisində məhv etmək.
Südabəyə elə gəlirdi ki, Kərimxanın cəlladları, Firidunu məhbəsdə çürüdən ( f.sif. ) qatillər qarşısında oturmuşdur.
…Azadlıq üçün minlər və on minlərlə inqilabçılar sürgünlərdə, həbsxanalarda canlarını çürüdüblər.