ÇAXMAQLI

прил. чахмах алай; caxmaqlı tüfəng (tapança) чахмах алай тфенг (тапанчи).
ÇAXMAQDAŞI
ÇAXNAŞDIRMAQ
OBASTAN VİKİ
Çaxmaqlı
Çaxmaqlı mağarası — Paleolit dövrünə aid ilkin yaşayış yeri. Çaxmaqlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Melisa Çaxmaqlı
Melisa Çaxmaqlı (türk. Melisa Çakmaklı; d. 15 dekabr 1997; Bursa, Türkiyə) — Türkiyəli cüdoçu. İdmana məktəbdə oxuyarkən başlayıb. Bu illərdə məşqçi Müzəffər Uluçam ilə başladı. Osmanqazi Bələdiyədə məşqləri davam etdirdi. Bir çox uğurlar qazanmışdır. 26-27 aprel 2014 tarixlərində Rumıniyanın Pitesti şəhərində təşkil edilən Ümidlər Avropa Kubokunda 44 kq müsabiqəsində Moldovanlı Ana Roterini məğlub edərək qızıl medal qazanmışdır. 17 avqust 2014-cü ildə Nankində təşkil edilən Yay Olimpiya Oyunlarında 44 kq çəki dərəcəsində Azəri rəqibi Leyla Əliyevanı məğlub edərək qızıl medal qazanmışdır.
Qafar Çaxmaqlı
Qafar Çaxmaqlı (tam adı: Mehdiyev Qafar Qələndər oğlu, 16 avqust 1956, Çaxmaq, Amasiya rayonu) — Azərbaycanlı jurnalist. Siyasi elmlər üzrə fəlsəfə doktoru; Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri. Qafar Mehdiyev (Çaxmaqlı) 16 avqust 1956-cı ildə Ermənistan SSR-in Amasiya rayonunun Çaxmaq kəndində anadan olub. Orta təhsilini bu rayonda alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinə daxil olub və 1980-ci ildə buranı bitirib. Həmin ilin noyabr ayının 20-dən etibarən Qafar Mehdiyev "Kommunist" (ermənicə) qəzetində müxbir kimi fəaliyyətə başlayıb. Burada 1989-cu ilə qədər baş müxbir və bölgə müxbiri kimi fəaliyyət göstərib. "Vətən səsi" (1990–1991) və "Xalq qəzeti"ndə (1991–1992) məsul katib, "Millət" (1992–1993), "Yeni Azərbaycan" (1993), "Vətəndaş" (1993–1995), "Avrasiya" (1995–1996) və "Respublika" (1996–1999) qəzetlərinin redaktoru və baş redaktoru olub. 1999–2000-ci illərdə Türkiyədə, Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı vəzifəsində çalışıb, 2000-ci ildən 2006-cı ilədək Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri olub. 2003-cü ildən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində dərs deyir.
Çaxmaqlı (Maku)
Çaxmaqlı — İranın Şərqi Azərbaycan ostanında kənd. Maku şəhristanının Poldəşt bölgəsində, Kəlçərat kəndistanında, Poldəşt qəsəbəsindən 36 km cənubdadır.
Çaxmaqlı (Xaçmaz)
Çaxmaqlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ağçayın sahilində, dağətəyi düzənlikdədir. Etnotoponimdir. Mənbələrin verdiyi məlumata görə, çaxmaqlılar Qubalı Fətəli xanın dövründə (1758–1789) tayfa başçısı Şahsevən Məhəmməd xanın tabeliyində Ərdəbil ətrafından Quba xanlığına köçüb Müşkür və Şabran mahallarında məskunlaşmış səkkiz Şahsevən tayfasından biri olmuşdur.
Çaxmaqlı dağı
Çaxmaqlı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1060,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında, Qaradərə çayının adsız sağ qolunun sahilində, Ağlar silsiləsinin şimal ətəyində alçaq zirvə. Dizə kəndindən 7,3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen çöküntülərindən təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Toğluca antiklinalının cənub-qərb qanadında yerləşir.
Çaxmaqlı düşərgəsi
Çaxmaqlı düşərgəsi - Azərbaycanda mustye mədəniyyəti dövrünə aid abidə. Çaxmaqlı düşərgəsi Kiçik Qafqazın aşağı dağlıq ətəyində, İncəsu-Təvədöy çayı hövzələri arasında II Şıxlı kəndindən 7 km cənubda yerləşir. Məmulat yayılan sahə 60x40 m ölçüdədir. Daş məmulatı arasında 365 əşya vardır. Bundan 58-i nüvə, 153-ü alət, 30-u qəlpə və tullantılardır. Düşərgədə boz çaxmaqdaşından istifadə olunmuşdur. Alətlər aşağıdakı tiplərdən: belli qaşovlar 10, iri, hündür qaşovlar 6, batıq qaşovlar 10, narın dişəkli qaşov 4, tutacaqlı bıçaqlar 5, gəzli alətlər 10, dişlilər 25, uc qaşovları 39 ədəddən ibarət olmuşdur. Uc qaşovları tip dəyişkənliyi, kamil işlənmələri və aydın seriyaları ilə seçilir. Uclu qaşovların tipləri: yuxarı ucda olanlar – 15, qaşov ağızlı yanlarla birləşənlər – 4, hündür tiplər – 6, buruncuqlu – 2,iki başlı, dimdik çıxıntılı – 6, vurma səthi üstdə olan – 1. Başqa alət növləri: iskənşəkilli – 6, yarpaqşəkilli itiuclu, iti ucu küncdə olan – 7,deşici – 5, qısa iti çıxıntılar (şiplər) -11, dimdikşəkilli alət – 19, çoxvəzifəli alətlər – 3 və kəsərdən ibarətdir.
Çaxmaqlı mağarası
Çaxmaqlı — Paleolit dövrünə aid ilkin yaşayış yeri. Tarixi əhəmiyyətli ərazi Azərbaycanın Qazax rayonunun Birinci Şıxlı kəndinin cənub-qərbində yerləşir.
Aşağı Çaxmaqlı (Puldəşt)
Aşağı Çaxmaqlı (fars. چخماقلوي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.225 nəfər yaşayır (260 ailə).
Yuxarı Çaxmaqlı (Puldəşt)
Yuxarı Çaxmaqlı (fars. چخماقلوي عليا‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Çaxmaqlı (dağ, Culfa)
Çaxmaqlı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1060,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında, Qaradərə çayının adsız sağ qolunun sahilində, Ağlar silsiləsinin şimal ətəyində alçaq zirvə. Dizə kəndindən 7,3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen çöküntülərindən təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Toğluca antiklinalının cənub-qərb qanadında yerləşir.
Çaxmaqlı (dağ, Ordubad)
Çaxmaqlıdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2018,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında zirvə. Ələhi kəndindən 1 km-dək cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin maili yatan vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Başkənd antiklinalının tağ hissəsində yerləşir.
Çaxmaqlı dağ (Ordubad)

Çaxmaqlı dağı (Culfa)
Çaxmaqlı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1060,5 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun uzaq cənub-qərb qurtaracağında, Qaradərə çayının adsız sağ qolunun sahilində, Ağlar silsiləsinin şimal ətəyində alçaq zirvə. Dizə kəndindən 7,3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin terrigen çöküntülərindən təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş şimal-şərq qanadını mürəkkəbləşdirən ikincidərəcəli maili Toğluca antiklinalının cənub-qərb qanadında yerləşir.

Digər lüğətlərdə