ÇEVİKLİK

is.
1. Hərəkətdə, davranışda cəldlik; zirəklik, diribaşlıq, bacarıqlılıq, qıvraqlıq.
[Buğac] öz gücünü, çevikliyini, bədəninin dözümünü sınayırdı. M.Rzaquluzadə.

2. Yeyinlik, itilik, cəldlik, cəld və asanlıqla hərəkət etmə qabiliyyəti; çevik hərəkət.
Bütün şəhərdəki qız-gəlinin Xosrovun bu çevikliyindən danışmağı nə isə Rüxsarəyə xoş bir təsir bağışlayırdı. S.Rəhimov.
…Cumanın indi qırx yaşı vardı, gözündə qabaqkı kəskinlik, qolunda, qıçında qabaqkı çeviklik qalmamışdı. Ə.Əbülhəsən.

Синонимы

  • ÇEVİKLİK zirəklik — cəldlik — diribaşlıq — bacarıq — məharət
  • ÇEVİKLİK çeviklik bax zirəklik

Антонимы

  • ÇEVİKLİK ÇEVİKLİK – ÖLÜVAYLIQ Onun yerişində, hərəkətlərində əvvəlki zirəklik, çeviklik yox idi (C.Məmmədov); Onun ölüvaylığıdır ki, biz əzab çəkirik (“Azərbay
ÇEVİKLƏŞMƏK
ÇEVİRMƏK

Значение слова в других словарях