1. Hərəkətdə, davranışda cəldlik; zirəklik, diribaşlıq, bacarıqlılıq, qıvraqlıq.
[Buğac] öz gücünü, çevikliyini, bədəninin dözümünü sınayırdı.
2. Yeyinlik, itilik, cəldlik, cəld və asanlıqla hərəkət etmə qabiliyyəti; çevik hərəkət.
Bütün şəhərdəki qız-gəlinin Xosrovun bu çevikliyindən danışmağı nə isə Rüxsarəyə xoş bir təsir bağışlayırdı.
…Cumanın indi qırx yaşı vardı, gözündə qabaqkı kəskinlik, qolunda, qıçında qabaqkı çeviklik qalmamışdı.