ÇƏTR
ÇİDƏ
OBASTAN VİKİ
Aşina Çi
Aşina Çi və ya Çin-Ho şahzadəsi — Göytürk şahzadəsi, Şatoların xatunu. == Həyatı == Haqqında məlumat azdır. 694-cü ildə doğulmuşdu.Çuye Fukuo 720-ci ildə 25 yaşında ölmüşdür. == Ailəsi == Aşina Xuaytaonun kiçik qızı idi. Böyük bacısı Aşina Çhiaoho isə Suluk xanla evli idi. Çuye Fukuo evləndirilmişdi. Li Keyon 5-ci nəsildən Aşina Çinin nəvəsi idi.
Çi-Li
Çi-Li — 2005-ci ildə Rusiyada yaranan musiqi qrupu. Elə o zaman qrupun debüt single olan «Преступление» buraxılmışdı. Bundan sonra qrup bir çox yerdə çıxış etmişdi, məsələn 2006-cı ildə Leninqrad adlı klubda. Çi-Li adını qrupun solisti İrina Zabiyaka qoymuşdu. Onun sözlərinə görə, bu adı o uşaqlıqda almışdı. O zaman onun anası Çili üsyanında itmiş atası haqda danışmışdı. == Bioqrafiya == == Diskoqrafiya == === Albomlar === === Videomateriallar === DVD «Хроники преступлений» (2007) Kliplər Новый год в постели Омут Лето Маки Мы не ангелы Сердце А может быть Любовь это яд Сказки (feat. Qoşa Kutsenko) Орэ-орэ Обещаю Можно всё Кошка Ромашковое поле Облака Я хочу побить посуду (feat. Qoşa Kutsenko) Ира, Ира (feat. Братья Грим) Океан Я буду помнить (feat.
Çi (Tarım)
Çi (az-əbcəd. چی‎, fars. شیت‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 896 nəfər yaşayır (284 ailə).
Çi (hərf)
𐕊 (səslənməsi /tʃˈ/, transkripsiyası Č̣, č̣) — Alban əlifbasının 27-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ճի (Çi) kimi verilmişdir. Bütün tədqiqatçılar bu hərfin yuvaq-damaq affrikatı olması barədə həmfikirdirlər. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Č̣i" olmalıdır.
Şi Çi
Şi Çi (IV əsr – 351) — Hu Çaonun son hökmdarıdır. Bir il taxtda qalmışdır. Şi bir generalı tərəfindən xəyanət edilərək öldürüldü və başı kəsilərək yandırıldı. Hunların Çindəki ikinci dövləti dağılmış oldu. Hunların şərq qolunun dağılmasından sonra şanyü titulu Kubeyin böyük nəticəsi Liu Bobonun əlinə keçdi.
Çi Son
Çi Son (27 fevral 1977-ci ildə anadan olub) Cənubi Koreyalı aktyordur. O, All In (2003), Save the Last Dance for Me (2004), New Heart (2007), Protect the Boss (2011), Secret Love (2013), Kill Me, Heal Me (2015), Innocent Defendant (2017), Familiar Wife (2018), the film My PS Partner (2012), Doctor John (2019) və The Devil Judge (2021) kimi Cənubi Koreya diziləri ilə tanınır. == Həyatı == Çi Son ilk dəfə 1999-cu ildə kampus draması KAIST üçün dinləmələrdə iştirak etdi və burada ssenarist Song Ji-na ilə tanış oldu. Song yeni başlayan gənclə maraqlandı və onun üçün yeni bir personaj yazdı və onun aktyorluq debütünə səbəb oldu. O vaxtkı menecerinin təklifi ilə o, Chae Çi Son səhnə adından istifadə etməyə başladı, sonra "Chae" soyadını buraxmağa qərar verdi və sadəcə olaraq "Çi Son" kimi tanındı. Daha sonra Ji 2003-cü ildə "All In" qumar dramında rol aldı. Prodüserlər ikinci kişi baş rolu seçməkdə çətinlik çəkirdilər, çünki əksər aktyorlar baş rol ifaçısı Lee Byung-hun ilə müqayisə olunmaqdan qorxurdular. Çi Son rejissor Yoo Chul-yonqa yaxınlaşaraq rolu istədiyini deyir və rol ona verilir. "All In" böyük hit oldu və Çi Son-un populyarlığı yüksəldi. == Film == Fengshui (2018) The Vampire Lives Next Door (2015) Confession (2014) My P. S Partner (2012) Fate (2008), Blood Rain (2005) Blade of the Phantom Master (2004) Whistling Princess (2002).
Kim Çi-Von
Kim Ji-won (kor. 김지원; Hanja: 金智媛; 19 oktyabr 1992) — Cənubi Koreya aktrisası. O "The Heirs (2013)", "Descendants of the Sun (2016)", "Fight for My Way (2017)" və "Arthdal Chronicles (2019)" serialındakı rolları ilə diqqət çəkmişdir. Kimin Asiya boyunca yayımladığı televiziya dramlarının müvəffəqiyyəti onu Hallyu ulduzu kimi göstərdi. == Erkən həyat və təhsil == Kim Ji won 19 oktyabr 1992-ci ildə Seul-da anadan olub və özündən iki yaş böyük bir bacısı var. Pekam(Paekahm) Liseyini bitirdikdən sonra Dunquq(Dongguk) Universitetində dram sahəsində təhsilini davam etdirdi. == Karyera == === 2008–2012-Başlanğıc === Kim müğənnilik və aktyorluq təhsili aldı, amma ikincisini davam etdirməyi seçdi. Müğənni Younha üçün fon vokalçısı idi və 2008-ci ildə "Gossip Boy" adlı klipində "JessicaK" səhnə adı ilə göründü. Reklamlarda rol alaraq şöhrət qazandı. "Oran C Girl" və "Lollipop Girl" kimi tanındı.
Pak Çi Min
Park Jimin (kor. 박지민; 13 oktyabr 1995, Busan) — səhnə adı ilə Jimin Cənubi Koreyalı müğənni, söz yazarı və rəqqasdır. 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "BTS"-in ana rəqqası və vokalistidir. Çimin BTS ilə birlikdə üç solo mahnı buraxdı: 2016-cı ildə "Lie", 2017-ci ildə "Serendipity" və 2020-ci ildə "Filter" Cənubi Koreyanın Gaon Rəqəmsal cədvəlində yer alıb. 2018-ci ildə o, ilk müstəqil mahnısını, həm yazıb, həm də bəstələdiyi "Promise" adlı rəqəmsal trekini buraxdı. O, 2022 TvN dramı "Our Blues" üçün saundtrekdə göründü və Ha Sun-vun ilə duet olan "With You" mahnısını oxudu. == Həyatı == === İlk illər === Çimin 13 oktyabr 1995-ci ildə Busan, Cənubi Koreya-da anadan olmuşdur. Uşaq ikən Busanın Hodong İbtidai məktəbində və Yonsan Orta məktəbində oxuyurdu. Ortaməktəb illərində Just Dance Akademiyasına qatılıb "Popping və locking" (rəqs növü) öyrənib. Stajyer olmamışdan əvvəl, Busan Lisey İncəsənət Məktəbində çağdaş rəqsi üzrə dərs aldı.
Tan Çi Yan
Tay çi çuan
Tay çi çuan(T'ai chi ch'uan / Taijiquan, 太極拳) Çin döyüş sənətinin daxili stillərindəndir ki müdafiə təlimi və sağlamlıq faydaları üçün istifadə edilir.
Çan Çi Minq
Çan Çi Minq (28 may 1964) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Çan Çi Minq Honq Konqu 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Çen Şi-çi
Kuan Çi (Mortal Kombat)
Kuan Çi (ing. Quan Chi) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Sun Çi-Li Assosiasiyası
Sun Çi-Li Assosiasiyası — Cənub-Şərqi Asiyada, xüsusilə də Tayvanda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu qrupun dini lideri Sun Çi-Li iddia edir ki, möcüzəvi təsir gücünə malikdir və planetin istənilən nöqtəsində peyda olmaq üçün özünün mənəvi “doppelqangerini” (romantizm dövrü ədəbiyyatında “insanın oxşarı” mənasında işlədilmişdir) yarada bilər. Bunu sübut etmək üçün Sun bütün planet üzrə göy qurşağı və nurlu işığın fonunda havada pərvazlandığını əks etdirən foto-şəkillərini nümayiş etdirir. Sun bu fotoları davamçılarına satmaqla çox dəbdəbəli həyat yaşayır və daşınmaz əmlak əldə edir. 1996-cı ildə bu fotoların saxta olduğu sübuta yetirildi və Çi-Li dələduzluqda ittiham edildi. O, 3 milyard Tayvan dollarını (təxminən 100 milyon ABŞ dolları) götürərək aradan çıxdı. Sonralar ona bəraət verildi. Belə ki, Ali Məhkəmə onun dini fəaliyyətinin Konstitusiyaya zidd olmadığı barədə qərar qəbul etdi. == Mənbə == Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan.
Şan-Çi və on halqa əfsanəsi
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
"Pavlovniya çiçəkləri" ordeni
"Pavlovniya çiçəkləri" ordeni (桐花章, Tōka shō) — xüsusən də ictimai və siyasi həyatda uzun illər ərzində görkəmli nailiyyətlər əldə etmiş şəxslərə verilən Yapon ordenidir. Orden 1888-ci ildə Yaponiya hökumətinin fərmanı ilə verilməyə başlanmış və "Doğan günəş" ordeninin ən yüksək ordeni olaraq təqdim olunmuşdursa da, 2003-cü ildən müstəqil bir orden olaraq təqdim edilməyə başlanmışdır. Orden ənənəvi olaraq görkəmli dövlət xadimlərinə, keçmiş baş nazirlərə və yüksək vəzifəli nazirlərə, diplomatlara və hakimlərə verilir. Bu orden, şəxsin ölümündən sonra da verilə bilər və Yaponiyanın mükafat sistemində müntəzəm olaraq verilən ən yüksək mükafatdır. Bu mükafatlar hər il verilmir və 2003-cü ildən bu yana cəmi 24 nəfər şəxs bu ordeni almaq şərəfinə nail olmuşdur.
"Qızıl çinar" beynəlxalq mükafatı
Qızıl çinar — Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi beynəlxalq mükafat. == Laureatlar == === 2009 === İhsan Doğramacı — ulu öndərin məsləkdaşı və yaxın dostu Əlibaba Məmmədov — xalq artisti Marko Borsotti — BMT-nin Azərbaycandakı sabiq rezident əlaqələndiricisi Rəşad Mahmudov — ürək-damar cərrahı Kşiştof Krayevski — Polşanın Azərbaycandakı səfiri Nərminə Zöhrabova — Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru === 2010 === Arif Babayev — Xalq Artisti Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi Tahir Salahov — Xalq Rəssamı === 2011 === Koişiro Matsuura — YUNESKO-nun keçmiş baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri — İSESKO-nun baş direktoru === 2012 === Kestutis Kudzmanas — Litva Respublikasının Azərbaycandakı səfiri İlham Zəkiyev — ikiqat paralimpiya, üçqat dünya çempionu === 2014 === Teymur Göyçayev — Xalq Artisti Jolt Çutora — Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Qasımov — Xalq Artisti Natali Qule — Fransa senatoru === 2015 === Erve Mikaelof — tanınmış incəsənət eksperti Ağaxan Abdullayev — xalq artisti === 2017 === Vasim Məmmədəliyev — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar Elm Xadimi === 2018 === Rauf Abdullayev — Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenləri laureatı Mixail Qusman — Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının "Dostluq" və "Şöhrət" ordenləri laureatı Eldar Quliyev — kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, "Şöhrət" və "Şərəf" ordenləri laureatı === 2019 === Fuad İbrahimov — Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Əməkdar artist Zərifə Məmmədova — Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin direktor müavini == İstinadlar == == Xarici keçidlər == Qızıl Çinar Beynəlxalq mükafatı — Dr.
"Çinar" rəqs ansamblı
"Çinar" rəqs ansamblı — 1959-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda yaradılmış qızlardan ibarət xalq rəqs ansamblı. Ansamblın ilk rəhbəri Azərbaycan Dövlət Filarmoniyasının solisti Əminə Dilbazi olmuşdur. "Çinar" öz səhnə həyatına "Çinar" rəqsi ilə qədəm qoymuşdur. Sonralar ansamblın ifasında "Bənövşə", "Ceyran" rəqsləri yaranmışdır. == Müvəffəqiyyətləri == Yarandığı müddətdən 3 ay sonra Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etdi. İlk qastrol səfərində müvəffəqiyyət qazanan "Çinar"ı tamaşaçılar "Beryozkanın" kiçik bacısı adlandırırdılar. Ansambl ÜİLKGİ MK-nın Fəxri fərmanı ilə təltif olundu. Moskvadakı müvəffəqiyyətindən sonra "Çinar"a xalq ansamblı adı verildi. Ansamblın fəallarından dördü Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, kollektivin bədii rəhbəri Əminə Dilbazi isə Azərbaycan xalq artisti adına layiq görüldü. 1970-ci illərdən başlayaraq "Çinar" həm ölkədə və həm də xaricdə tanınmağa başladı.
1973 Çili hərbi çevrilişi
1973 Çili hərbi çevrilişi (isp. Golpe de Estado en Chile de 1973) — 1973-cü il 11 sentyabr tarixində Çilidə baş vermiş hərbi çevriliş. Çevriliş nəticəsində Salvador Alyende hakimiyyətdən salınmış və Auqusto Pinoçetin rəhbərliyi altında hərbi xunta yaradılmışdır. Amerika Birləşmiş Ştatlarının icazəsi və dəstəyi ilə həyata keçirilmiş hərbi çevriliş nəticəsində, dünyada seçim yolu ilə hakimiyyətə gəlmiş ilk sosialist hökumət devrilmiş və əvəzində 17 il davam edəcək diktator hakimiyyəti qurulmuşdur. == Çilidə Alyende dönəmi == Salvador Alyende, 1970-ci ildə keçirilən prezident seçkiləri zamanı səslərin 36,3% toplayaraq prezident seçildi. Alyende prezident seçildikdən sonra genişmiqyaslı reform layihələrinin icrasına başladı. Keçirilməsi nəzərdə tutulan reformlardan ən önəmlisi sənayenin (xüsusən mis sənayesinin) üzərində dövlət nəzarətinin tətbiq edilməsi və torpağların yenidən bölüşdürlüməsi idi. Alyende tərəfindən həyata keçirilən reformlar, ilk illərdən etibarən çox uğurlu alındı və Çili iqtisadiyyatı 8.6% genişəndi. Ancaq bu uğurlu nəticələr növbəti cari ildə təkrarlanmadı və 1972-ci ildəki, 140% infilyasiya ölkə iqtisadiyyatını yararsız hala saldı. Ölkədə ərzaq qıtlığı yaşanmağa başladı və qara bazar şəbəkəsi sürətlə genişləndi.
2008 Çimərlik futbolu üzrə Avropa kuboku
2008 Çimərlik futbolu üzrə Avropa kuboku — çimərlik futbolu üzrə 9-cü Avropa çempionatı. Yarışma 2008-ci il 18–21 sentyabr aralığında Azərbaycanın paytaxtı Bakı şəhərindəda keçirilmişdi. Çempionatda 6 komanda iştirak edirdi. Halbuki 8 komanda iştirak etməli idi. Səbəb isə gürcü-rus münaqişəsi səbəbindən Portuqaliya və Fransa milliləri Azərbaycana gəlməkdən imtina etmişlər. == İştirakçı komandalar == — Çimərlik futbolu üzrə Azərbaycan milli komandası — Çimərlik futbolu üzrə Yunanıstan milli komandası — Çimərlik futbolu üzrə İspaniya milli komandası — Çimərlik futbolu üzrə İtaliya milli komandası — Çimərlik futbolu üzrə Norveç milli komandası — Çimərlik futbolu üzrə İsveçrə milli komandası == Nəticələr == == Qrup yarışması == Qrupun birincisi olan komandalar Avropa kubokunun finalında oynamaq hüququ əldə edir. Qrupda ikinci yeri tutan komanda 3-cülük, 3-cü yeri tutanlar isə 5-cilik uğrunda yarışmaya qatılırlar. Bütün oyunlar Bakı vaxtı ilə başlayır (UTC+05:00).
2014 Çimərlik futbolu üzrə Avropa kuboku
2014 Çimərlik futbolu üzrə Avropa kuboku — çimərlik futbolu üzrə 14-cü Avropa cempionatı. Yarışma 2014-cü il 28–31 avqust aralığında Azərbaycanın paytaxtı Bakı şəhərindəda keçirilmişdi. Çempionatda 6 komanda iştirak edirdi. == İştirakçı komandalar == — Çimərlik futbolu üzrə Azərbaycan milli komandası — Çimərlik futbolu üzrə Macarıstan milli komandası — Çimərlik futbolu üzrə Yunanıstan milli komandası — Çimərlik futbolu üzrə İspaniya milli komandası — Çimərlik futbolu üzrə Rusiya milli komandası — Çimərlik futbolu üzrə İsveçrə milli komandası == Qrup yarışması == Qrup birincisi olan komandalar Avropa kubokunun finalında oynamaq hüququ əldə edir. Qrupda ikinci yeri tutan komanda üçüncülük, 3-cü yeri tutanlar isə beşincilik uğrunda yarışmaya qatılır. Bütün oyunlar Bakı vaxtı ilə başlayır (UTC+05:00).
2018 Çin Qran-prisi
2018 Çin Qran Prisi—2018-ci ildə keçirilmiş növbəti Çin Qran Prisi. == Çin Qran Prisi üçün təkər seçimi == == Sərbəst yürüşlər == === Birinci sərbəst yürüşlər === Sürücülər sessiyaya Medium və Soft təkərlərlə başlayıblar. UltraSoft təkərlərə keçikdən sonra nəticələr xeyli yaxşılaşıb. Tras əvvəlcə xeyli sürüşkən olub, Lyuis Həmilton,Sebastyan Fettel və Kimi Rəykkönen kimi təcrübəli sürücülər belə səhvlərə yol veriblər.Lyuis Həmilton sessiyanın ortasında göstərdiyi nəticə ilə rəqiblərini xeyli üstələyib – 1:33.999. Britaniyalı sürücü daha yaxşı nəticə göstərə bilərdi, lakin səhvə yol verib və boksa qayıdıb. Kimi Rəykkönen onun nəticəsinə 0.350 saniyə uduzub.Maks Ferstappen və Stoffel Vandorn da səhvə yol verərək çınqıllığa düşüblər, lakin baryerlərlə toqquşmaqdan yayına biliblər. Lyuis Həmilton 1:33.999 Kimi Rəykkönen 1:34.358 Valtteri Bottas 1:34.457 Daniel Rikiardo 1:34.537 Maks Ferstappen 1:34.668 Sebastyan Fettel 1:34.861 Kevin Maqnussen 1:35.178 Karlos Sayns 1:35.616 Roman Qrojan 1:35.718 Niko Hülkenberq 1:35.800 Pyer Qasli 1:36.037 Fernando Alonso 1:36.044 Serxio Peres 1:36.051 Esteban Okon 1:36.351 Sergey Sirotkin 1:36.691 Brendon Hartli 1:36.715 Şarl Lekler 1:36.723 Stoffel Vandorn 1:36.756 Markus Eriksson 1:36.909 Ləns Stroll 1:37.277 === İkinci sərbəst yürüşlər === Sürücülər diqqətlərini bu dəfə uzun məsafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamağa yönəldiblər. Sessiyanın sonunda yağış başlayıb, lakin sürücülər artıq proqramlarını başa çatdırdıqlarından, bokslarına qayıdıblar. Səhər olduğu kimi, bu dəfə də ciddi insident baş verməyib.Lens Stroll 8-ci,Roman Qrojan isə 11-ci döngələrdə trasdan çıxıb, lakin maşınlara zərər dəyməyib. Sona yaxınStoffel Vandorn arxa sağ təkər yaxşı bağlanmadığı üçün dayanmalı olub.
2018 Çin Qran Prisi
2018 Çin Qran Prisi—2018-ci ildə keçirilmiş növbəti Çin Qran Prisi. == Çin Qran Prisi üçün təkər seçimi == == Sərbəst yürüşlər == === Birinci sərbəst yürüşlər === Sürücülər sessiyaya Medium və Soft təkərlərlə başlayıblar. UltraSoft təkərlərə keçikdən sonra nəticələr xeyli yaxşılaşıb. Tras əvvəlcə xeyli sürüşkən olub, Lyuis Həmilton,Sebastyan Fettel və Kimi Rəykkönen kimi təcrübəli sürücülər belə səhvlərə yol veriblər.Lyuis Həmilton sessiyanın ortasında göstərdiyi nəticə ilə rəqiblərini xeyli üstələyib – 1:33.999. Britaniyalı sürücü daha yaxşı nəticə göstərə bilərdi, lakin səhvə yol verib və boksa qayıdıb. Kimi Rəykkönen onun nəticəsinə 0.350 saniyə uduzub.Maks Ferstappen və Stoffel Vandorn da səhvə yol verərək çınqıllığa düşüblər, lakin baryerlərlə toqquşmaqdan yayına biliblər. Lyuis Həmilton 1:33.999 Kimi Rəykkönen 1:34.358 Valtteri Bottas 1:34.457 Daniel Rikiardo 1:34.537 Maks Ferstappen 1:34.668 Sebastyan Fettel 1:34.861 Kevin Maqnussen 1:35.178 Karlos Sayns 1:35.616 Roman Qrojan 1:35.718 Niko Hülkenberq 1:35.800 Pyer Qasli 1:36.037 Fernando Alonso 1:36.044 Serxio Peres 1:36.051 Esteban Okon 1:36.351 Sergey Sirotkin 1:36.691 Brendon Hartli 1:36.715 Şarl Lekler 1:36.723 Stoffel Vandorn 1:36.756 Markus Eriksson 1:36.909 Ləns Stroll 1:37.277 === İkinci sərbəst yürüşlər === Sürücülər diqqətlərini bu dəfə uzun məsafələr qət edərək təkərlərin səmərəliliyini yoxlamağa yönəldiblər. Sessiyanın sonunda yağış başlayıb, lakin sürücülər artıq proqramlarını başa çatdırdıqlarından, bokslarına qayıdıblar. Səhər olduğu kimi, bu dəfə də ciddi insident baş verməyib.Lens Stroll 8-ci,Roman Qrojan isə 11-ci döngələrdə trasdan çıxıb, lakin maşınlara zərər dəyməyib. Sona yaxınStoffel Vandorn arxa sağ təkər yaxşı bağlanmadığı üçün dayanmalı olub.
Abdi Çilingir
Abdi Çilingir (1902, Ermenek[d], Karaman ili – 30 dekabr 1982) — Türk siyasətçi. == Həyatı == 1902-ci ildə Karamanın Ərmənək bölgəsində anadan olmuşdur. Atasının adı Əli Rıza, anasının adı Xədicədir. Abdi bəy Ərmənəkdə orta məktəb təhsili aldı, daha sonra 3 il ərəbcə təhsil aldı. Ərəb dilini mükəmməl bilirdi. Ticarətlə məşğul olan Abdi Çilingir, ağac taciri işləyirdi. Ticarət xaricində, məmləkətində özəl kapitalla qurulan Əhali Bankda 5 il mühasib işləmişdir. 1946-cı ildən bəri eyni zamanda Ərmənək bölgə Demokrat Partiyanın sədri olan Abdi bəy millət vəkili seçilənə qədər partiya işlərində fəal idi. 1950 seçkilərində Demokrat Partiyasından Konya namizədi oldu. Konyadan Türkiyə Böyük Millət Məclisinə verilən 274.569 səsdən 162.100 səs alaraq Konya Millət vəkili seçildi.
Adi çivdimdik
Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər. == Qısa təsviri == Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.
Ah Çibek Arığ
Ah Çibek Arığ — Xakaslara aid qədim türk dastanı. Dastanın meydana çıxmasının içərisində keçən qəzi qavramlar və ifadələrdən yola çıxaraq Afanasyev mədəniyyəti ilə əlaqələndirilərək e.ə. IV minilliyə qədər getdiyi düşünülməkdədir. == Haqqında == Ah Xan ölkəsində altı başlı ağ qayadan doğulan Ah Çibek Arığ fövqəladə formada atı ilə birlikdə qayadan çıxmışdır. Heybətli görünüşə malik olan qəhrəman ox və yayda məharətli olmuşdur. Ah Xanı öldürüb, ölkəsini yağmalayan Ay Molat ilə qarşı-qarşıya gələn Ah Çibek Arığ düşmənini iki dəfə öldürməsinə rəğmən dirildirilərək qarşısına dikilməsindən sonra onunla güləşmiş vı nəhayət onu öldürmüşdür. Müxtəlif ölkələrdə müxtəlif döyüşlərə qatılan Ah Çibek Arığ son olaraq Ay Molatı öldürdükdən sonra onun yerinə yeni hakim qoymuş, nəsihətlər vermiş və yurduna geri dönmüşdür. Edilən müayinələr nəticəsində ümumiyyətlə qəhrəmanlıq dastanlarında fövqəladə doğulma, adı, fiziki xüsusiyyətləri, at, döyüş geyimləri və avadanlıqları, macəraya girən və macəraya girən adətlərin Huban Arığ dastanında da olduğunu söyləmək olar. Məqalədə xüsusi diqqət tələb edən xüsusiyyətlər, dastanda olan və əsrlər boyu mifoloji infrastrukturu sayəsində özlərini qorumağı bacaran, sehrli əşyalara sahib olmaq, yeraltı getmək, forma dəyişmək, hava hadisələrinə müdaxilə etmək, ölüləri diriltmək və xəstəni təmin etmək üçün fövqəladə varlıqların köməyidir. sehr).
Akustik-səs çirklənməsi
AKUSTİK (SƏS) ÇİRKLƏNMƏSİ - müasir ında ekologiyanın qlobal problemləri (istilik - pamik adər effekti, ozon qatının dağılması, suyun və at- ı öz mosferin çirklənməsi, radioaktiv tullantılar və s.) a və arasında akustik (səs) çirklənməsi ən həyəcanlı problemlərdən sayılır, çünki insanlara digər ə) - faktordan, məsələn, ozon qatının dağılması, turşulu fadə yağışlardan az təsir göstərmir. Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə hər ihitin iki adamdan biri hiss edir. Sənayeyə yeni intensiv texnologiyanın geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su nəqliyyatından və geniş istifadə olunması, müxtəlif elektrikləşdirilmiş məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, istirahət yerlərində, hərəkət hitin etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə məruz qalır. Yeniyetmələr üçün pleyerlər və diskotekalar xüsusilə təhlükə yaradır. Skandinaviya alimləri belə nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə pleyerlərdən sui- istifadə və diskotekalardakı səs-küydür. Diskotekalarda səsin adi səviyyəsi 80-100 dBA arasında tərəddüd edir, pleyerin səsinin gücü 100-114 dBA-ya çatır. == Səsin ürək-damar sisteminə təsiri == Səs ürək-damar sistemi stressinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm gündüz, həm də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir göstərir. Fasiləsiz yüksək səs qan təzyiqinin qalxma­sına, ürək döyüntüsünün qısalmasına, qan da­marlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur.
Al çiçək (film, 1977)
Al çiçək — rejissor İrina Povolotskayanın 1977-ci ildə çəkdiyi film. Əsas rolları Marina İlyiçyova-Rıjakova, Lev Durov və Alla Demidova ifa edirlər. == Məzmun == Uzaq səfərlərə çıxan, hər səfərindən də üç qızına maraqlı, yaddaqalan hədiyyələr gətirən zəngin tacirin sonbeşik qızının başına gələn əhvalatdır. Sevginin gücüylə Bədheybətin yaraşıqlı gəncə çevrilməsi filmin əsas motividir.
Aleksey Çirikov
Aleksey Çirikov (rus. Алексей Ильич Чириков) — Rus səyyahı.
Alma çiçəkyeyəni
Alma çiçəkyeyəni (lat. Anthonomus pomorum) — sərtqanadlılar dəstəsindən cücü növü. == Xarici quruluşu == Bədəni qonyrumtul-boz, bığları dirsəkli, burnu boruyabənzər və uzundur. Qanadüstlüklərində köndələn ağ zolaq olur. Uzunluğu 3,5–4,5 mm-dir, sürfəsi ayaqsızdır, başı qonur və kiçikdir. Alma, armud, bəzən albalı və gilas ağaclarına ziyan verir. Əsasən qöncələri zədələyir. Böcəklər tökülmüş yarpaqların altında və qismən ağacın qabığında qışlayır. Dişi böcək 100-dək yumurta qoyur. Yumurtası oval, sarımtıl rəngdədir.
Amager çimərliyi
Armager çimərliyi (dan. Amager Strandpark) — çinərlik və park Kopenhagendən 4,6 km uzaqlıqda yerləşir. Amager adasının şərq sahillərində qərarlaşır. Öresund boğazının suları sahillərini yuyur. Çimərlik «Mavi bayraq» sahibidir. Park 1934-ci ildə təşkil edilmişdir. 2005-ci ildə uzunluğu 2 km olan ada düzəldilmişdir. Çimərlik iki hissəyə bölünür. Şimal hissə qumdan ibarətdir və üstəlik dyunlara rast gəlinir. Cənub hissəsi yaxtların qəbuluna imkan verir.
Amerika çiçəbaharı
Amerika çiçəbaharı (lat. Phytolacca americana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin çiçəbaharkimilər fəsiləsinin çiçəbahar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 100-300 sm olan çoxillik ot bitkisidir. Kökü yoğun, gövdəsi düz, budaqlı, yaşıl, bəzən qırmızıdır. Yarpaqları ardıcıl, yumurtavari-lansetvaridir. Yuxarı yarpaqları aşağıdakılardan xırdadır, çox vaxt sonradan qızarır. Ağımtıl rəngli, inkişaf etdikcə qızaran çiçəkləri uzunsov salxımvari çiçəkqrupunda birləşmişlər. Meyvəsi qara, parıltılıdır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Adventiv coğrafi tipinin adventiv sinfi və qrupuna aiddir.
Arnold Çikobava
Arnold Çikobava (gürc. არნოლდ ჩიქობავა ; 14 (26) mart 1898 – 5 noyabr 1985, Tbilisi) — gürcü qafqazoloq, dilçi və filoloq. Nikolay Marrın "Yafetik" dil nəzəriyyəsinin ən fəal tənqidçilərindən biri. == Həyatı == Arnold Çikobava 14 mart 1898-ci ildə Gürcüstanın qərbində yerləşən Sameqrelo bölgəsinin Saçikobavo kəndində anadan olmuşdur. 1922-ci ildə Tiflis Dövlət Universitetində təhsilini başa vurmuşdur. Daha sonra həmin universitetdə müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. 1926-cı ildə dostent, 1933-cü ildə isə professor elmi dərəclərinə yüksəlmişdir. 1933–1960-cı illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Qafqaz Araşdırmaları bölməsinə, 1936–1985-ci illərdə isə Dilçilik İnstitutunun "İber-qafqaz dilləri" bölməsinə rəhbərlik etmişdir. Arnold Çikobava 1950–1952-ci illərdə Gürcüstan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutuna müvəqqəti olaraq rəhbərlik etmişdir. Sonradan həmin instituta onun adı verilmişdir.
Atmosferin çirklənməsi
Yer atmosferinin kirlənməsi — təbii proseslər və insan fəaliyyətinin nəticəsində atmosferə yeni maddələrin qatılması, ya da onun təbii durumunun dəyişilməsi. == İstixana effekti == İstixana effekti qazların qızması nəticəsində yaranan istilik enerjisinin vasitəsi ilə planetimizin qızmasıdır. Bu qazlar da əsasən su buxarı və karbondur. Elə istixana effektinə görə yerdə həyatı təmin etmək və inkişaf etdirmək baxımından yararlı temperaturun saxlanması mümkün olur. Bu olmasaydı, yerin temperaturu indikindən çox aşağı ola bilərdi. Bununla belə, istixana effekti sonrası yerə infraqırmızı şüaların düşməsi azalır, bu da yerin həddindən çox qızmasına gətirib çıxardır. 2007-ci ildə 130 ölkənin mindən artıq alimini birləşdirən İqlimin Dəyişməsi üzrə Ekspertlərin Hökumətlərarası Qrupu (İDEHQ) öz hesabatını təqdim etmişdir. Orada keçmişdəki və bugünkü iqlim dəyişmələri, bunun insana və təbiətə təsiri, eləcə də bu dəyişmələrin qarşısının alınması imkanları göstərilmişdir. Çap olunmuş materiallara görə, 1906–2005-ci il arası yer temperaturu 0,74 dərəcə artmışdır. Ən yaxın 20 il ərzində hər onillikdə temperatur orta hesabla 0,2 dərəcəyə qədər artacaq.
Atom (çip üzərində sistem)
2012-ci ildə İntel şirkəti Atom prosessorlarını yeni çip üzərində sistem (SoC) formatında təqdim etdi. Yeni platforma kommunikator və planşet kompüterlər üçün nəzərdə tutulub. Həmdə, 13 sentyabr 2011-ci ildə Google şirkəti Android ƏS üçün Intel x86 arxitekturalı prosessorları üçün tərəfdaşlıq təklifi etmişdir. 2015-ci ildə İntel şirkəti Atom ailəsi prosessorlarını üçün səviyyə bölgüsü tətbiq etməyə başlayır. Hal-hazırda onlar Core ailəsi prosessorlarını kimi 3 yerə bölünür. İndi Atom ailəsi prosessorları x3, x5, x7 markalanırlar: Atom x3 - baza səviyyəli, Atom x5 —orta səviyyəli, Atom x7 - ən məhsuldar prosessorlar sayılırlar. == Modellərin siyahısı == == Oxşar platformalar == Snapdragon от Qualcomm Tegra - Nvidia Exynos - Samsung Ax - Apple Atom - Intel OMAP - Texas Instruments MediaTek == İstinadlar == == Xarici keçidlər == Quad-Core Intel Atom CPUs Coming in 2013 // Tom's Hardware, 10.01.2012 Bay Trail.
Avropa Çirlidinq İttifaqı
Avropa Çirlidinq İttifaqı (qısaca AÇİ) — Avropada çirlidinq üzrə fəaliyyət göstərən ən ali rəsmi qurum. == Tarixi == Avropa Çirlidinq İttifaqı Avropada çirlidinq hərəkatının lideri olan Almaniyanın təşəbbüsü ilə 1995-ci ildə yaradılmışdır. Bundan sonra ittifaqın təşkilatçılığı ilə ilk Çirlidinq üzrə Avropa Çempionatı keçirilmişdir.
Azərbaycan-Çili futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan-Çin futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan-Çin münasibətləri
Azərbaycan–Çin münasibətləri — Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Çin 27 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanımışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. ÇXR 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. 1992-ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb.
Azərbaycan Çimərlik Futbol Federasiyası
Azərbaycan Çimərlik Futbol Federasiyası == Haqqında == 2003-cü ildə yaradılıb, amma bu Federasiya hələ də məlum olmayan səbəblərdən bu günə qədər fəaliyyət göstərmir.
Şan-Çi və on halqa əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şan-Çi və on üzük əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şanq-Çi və on halqa əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.
Şanq-Çi və on üzük əfsanəsi (film, 2021)
Şanq-Çi və on halqa əfsanəsi (ing. Shang-Chi and the Legend of the Ten Rings) — ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının 25-ci filmi.