ÇİLOV

сущ. аш (кинияр, пахла, мержемек ва дуьгуь кваз чранвай).
ÇİLLİ
ÇİLOVPƏZ,
OBASTAN VİKİ
Çilov
Çilov (əvvəlki adı: Jiloy) — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Jiloy qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Jiloy şəhər tipli qəsəbə Çilov şəhər tipli qəsəbə, Jiloy qəsəbə inzibati-ərazi vahidi Çilov qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Çilov qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çilov qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Çilov qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan adadır. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis adlanıb. Qəsəbə daha çox neft hasilatı ilə tanınmışdır. 1949-cu ildə qəsəbə statusu almışdır. Əhalisi 1,7 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və qismən də kənd təsərrüfatı sahələrində çalışır.
Çilov (ada)
Çilov — Xəzər dənizində, Abşeron arxipelaqında ada. Çilov Xəzər dənizində Azərbaycana məxsus adadır, ərazisi 11,5 km² təşkil edir. Bu ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir. Pirallahı adası ilə arasında 60–70 km-lik dəniz yolu (boğaz) var. Uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Ada da qumlu-gillicəli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülmüşdür. Ən hündür yeri 8 m təşkil edir. Sahilləri çox girintili-çıxıntılıdır. Şimal-qərbində Urunos yarımadası, cənub-qərbində isə Cənub Dili burnu yerləşir. Vegetasiyası yarımsəhra bitkilərindən ibarətdir.
Çilov adası

Çilov mayakı
Çilov mayakı — Abşeron arxipelaqında gəmilərə yol göstərmək məqsədilə sahil yaxınlığında inşa olunan hündür mərtəbəli tikili. 2013-cü ilin may ayında Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Abşeron arxipelaqının mayaklarına həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 50 qəpik olan həmin markalardan biri Çilov mayakına həsr olunmuşdur.
Lobya-çilov plov
Çilov-Neft Daşları bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях