Qafqaz çubuqlucası
Qafqaz çubuqlucası (lat. Philadelphus caucasicus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.
Qafqazın şimal-şərqində, Kiçik Asiyada dəniz səviyyəsindən 1800 m hündürlükdə yayılmışdır.
Hündürlüyü 3 m olan koldur. Zoğları sarı və ya qırmızımtıl-sarıdır. Gövdənin qabığı qəhvəyi-qonur, çatlayan və soyulandır. Yarpaqları nazik, yaşıl, uzunsov, ellips və ya neştər formalı, 3,5-8 sm uzunluqda, uc tərəfdən sivri, əsası dairəvi, kənarları az gözə çarpan dişli, çılpaq və ya alt tərəfdən tüklüdür. May ayında 20-25 gün ərzində çiçəkləyir. Çiçəkləri ağımtıl rəngli, çox ətirli, 2-3,5 sm diametrində olub, 14 sm uzunluqda salxımvari çiçək qrupuna toplanmışdır. Çiçək qrupunun oxu və kasayarpaqları çılpaq və ya tüklüdür.