ÖTƏ¹

тӀв-эв. 1. а пад (рахазвайдалай яргъаз тир чка, пад); ötədə oturmaq анихъ (а патахъ) ацукьун; ötədən keçmək анихъай фин; 2. кьулухъ пад; dağın ötə tərəfində дагъдин а пата, дагъдин кьулухъ; 3. гуьгъ, гуьгъуьнин, ахпагьан.
ÖSKÜRÜŞMƏK
ÖTƏ²
OBASTAN VİKİ
Mor və Ötəsi
mor ve ötesi - 1995-ci ildə əsası qoyulmuş Türkiyə alternativ rok qrupu. 2008-ci ildə Türkiyəni Avroviziya Mahnı Müsabiqəsində "Deli" mahnısı ilə təmsil etmiş və 7-ci yeri tutmuşdur.
Ötəmiş Hacı
Ötəmiş Hacı ibn Mövlanə Məhəmməd Dosti — XVI əsr tarixçisi. Ötəmiş Hacının Mövlanə Məhəmməd Dosti adlı bir şəxsin oğlu olub, Xarəzmdə hökmdarlıq edən Şibanlılardan Yadigar xan sülaləsinin xidmətində olmuş olduğu və hətta onlara vəzirlik etdiyini də öz ifadəsindən anlaşılır. XVI əsrdə Qızıl Orda sarayının katibi Ötəmiş Hacı Çingiz xan və onun hakimiyyətdə olan sülaləsindən bəhs edən “Çingiznamə” əsəri ilə tanınıb. Ötəmiş Hacının “Çingiznamə”si Qızıl Orda dövləti haqqında günümüzə qədər gəlib çatmış ən əsas mənbələrdən biri hesab olunur. Çağatayca XVI əsrdə qələmə alınmış əsərdə Qızıl Orda dövlətinin hökmdarları, siyasi idarəetmə sistemi və sosial-mədəni vəziyyət haqqında geniş bilgi verilir. Ötəmiş Hacının “Çingiznamə” adlı əsəri Azərbaycan, Qazax, Yapon və Türk dillərinə tərcümə olunaraq nəşr olunub. Əsər AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor köməkçisi Mehman Həsən və Nəsimi adına Dilçilik İnstitutun doktorantı Dilbər Türksoy tərəfindən tərcümə olunaraq nəşrə hazırlanıb və “Qələm” nəşriyyatında çap olunub. Qızıl Orda dövləti haqqında aparılan araşdırmalarda əsas qaynaq kimi istifadə olunan “Çingiznamə”nin Daşkənd və Orenburq nüsxələri mövcuddur. Hazırda çap olunan əsər Daşkənd nüsxəsidir. Bu nüsxə ilk dəfə 1992-ci ildə Qazaxıstanda, 2008-ci ildə Yaponiyada, 2009-cu ildə isə Türkiyədə nəşr olunub.
Ötən günlər
"Ötən günlər" (tal. Dəvardə rüjon) — talış şairi Zülfüqar Əhmədzadənin 1932-ci ildə nəşr olunmuş poeması . Şairin yaradıcılıq məharətinin kulminasiya nöqtəsi sayıla bilər . Poema, talış ədəbiyyatının bir çoxu kimi, 1930-cu illərin sonundakı repressiyalardan sonra talışlara o qədər də məlum deyildi və 1990-cı illərdən yenidən yayılmağa, populyarlaşmağa başladı. Nəşrin nüsxələrinə yalnız kitabxanalarda rast gəlinirdi. Əhəd Muxtar şeiri talış dilindən Azərbaycan dilinə tərcümə etmişdir . Müəllif bu əsərində talış xalqının Oktyabr inqilabına qədər, xüsusən də Talış xanlarının hakimiyyəti dövründəki faciəli taleyindən və həyatından bəhs edir. Poema Muğandan Mazandaran meşələrinə, Xəzər dənizinin cənub-qərb sahillərinə və Talış dağlarına qədər olan keçmiş ictimai-siyasi vəziyyəti təsvir edir. Dağətəyi əhalisinin inqilabdan əvvəlki həyat tərzini təsvir edir. Zülfüqar Əhmədzadə şeir yaradaraq həmin faciələrin canlı şahidi olan valideynlərinin sözlərindən bəzi hadisələri təsvir etmişdir .
Ötən ilin son gecəsi (film, 1978)
Əsərin müəllifi: Anar
Ötən ilin son gecəsi (film, 1983)
Ötən ilin son gecəsi filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1983-ci ildə ekranlaşdırılmışdır. Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Psixoloji film yazıçı Anarın eyniadlı pyesi əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmdə hadisələr yeni il ərəfəsində baş versə də bir çox səhnələr, məsələn, filmin başlanğıcındakı ilk səhnə avqust ayında çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Elmira Şabanova, Kamil Zöhrabov, Maya İsgəndərova, Ayan Mirqasımova, Elman Allahverdiyev ifa edirlər. Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir.
Ötərxan Eltac
Ötərxan Eltac (tam adı:Məmmədov Ötərxan Əyyub oğlu d. 15 fevral, 1970. Laçın, Quşçu) — jurnalist, ssenari müəllifi, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Məmmədov Ötərxan Əyyub oğlu 15 fevral 1970-ci ildə Laçın rayonunun Quşçu kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb. Hələ 9-10-cu siniflərdə oxuyarkan "Laçın", "Şuşa", "Qarabağ" qəzetlərində ara-sıra şeir və məqalələri çap olunurdu. O, 1994-cü ildə ABU-nun jurnalistika fakultəsinə əyani, 1995-ci ildə isə ADMİU-nun rejissorluq fakültəsinə qiyabi qəbul olunub. Hər iki ixtisa üzrə eyni vaxtda təhsil alıb. Tələbəlik illərində yazdığı şeirləri toplayaraq, 1995-ci ildə "Həsrətindəyəm" adlı ilk kitabı ilə oxucuların görüşünə gəlib. Tələbəlik illərindən "Sözə-söz" ədəbi birliyinin üzvü olub.
Üfüqü ötənlər (film, 2011)
Üfüqü ötənlər — rejissor Şamil Nəcəfzadənin sənədli filmi. Film Mircavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev kimi böyük Azərbaycan rəssamlarının yaradıcılığından bəhs edir. Yazıçı, sənətşünas Sara Oğuz Nəzirovanın xatirələri əsasında çəkilmiş bu film, onun yaxından tanıdığı, yaradıcılıqları XX əsrin ikinci yarısına təsadüf edən 5 Azərbaycan avanqard rəssamından bəhs edən iki hissəli ekran əsəridir. Film "Torpaqdan qaynaqlanan təməl", "Qardaşımdan yaxşısı yox idi", "Qaranlıqdan qopan çığırtı", "Əbədiyyata sıçrayış", "Mümkün olmayan axtarış" adlanan 5 bölümdən ibarətdir. Filmdə "Bu, Mircavaddır" sənədli filminin və "Abşeron bağları" verilişinin kadrlarından və kinoxronikadan istifadə olunmuşdur.

Значение слова в других словарях