Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alisa möcüzələr ölkəsində
Alisa möcüzələr ölkəsində (ing. Alice's Adventures in Wonderland) — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və Fentezi janrının formalaşmasında boyük rolu olmuşdur. == Süjet == Alisa Ağ Dovşanı izləyərək "Möcüzələr ölkəsi"nə düşür. Hər tərəf bağlı qapılarla bağlı olur. Bağlı qapılardan biri çox balaca olur. Alisa həmin qapıdan gözəl bir bağ görür. Sulu maye içdikdən sonra kiçilərək qapıdan keçir. Lakin boyunun balaca olmasına görə ağlayır.
Bəyaz zanbaqlar ölkəsində
Ağ zanbaqlar ölkəsi (rus. Финляндия, страна белых лилий) — Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış tarixi roman. Əsərdə Qriqori Petrovun müxtəlif vaxtlarda çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitab Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. İlk dəfə 1923-cü ildə Sarayevo şəhərində nəşr edilmişdir. Qısa müddət sonra bir çox dilə tərcümə edilərək, xüsusi ilə Bolqarıstan və Türkiyədə böyük marağa səbəb olmuşdur. 1925-ci ildə Bolqarıstanda nəşr edilməsindən sonra kitabın bütün ölkə ərazisinə yayılması üçün dövlət səviyyəsində işlər aparılmış və bu ölkədə yaşayan türk icmasının vasitəsi ilə kitabın məşhurluğu Türkiyəyə yönəldilmişdir. Mustafa Kamal Atatürkün göstərişi ilə kitab Türkiyədə yerləşən hərbi məktəblərdə tədris olunmağa başlamışdır. Kitab ilk dəfə Azərbaycan dilinə 2016-cı ilin aprel ayında Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyəti nəticəsində nəşr olunmuşdur. 2017-ci ildə XAN nəşriyyatı tərəfindən kitabın II nəşri həyata keçirilmişdir.
Dostların Ölkəsində (1966)
Suda yaşayanlar ölkəsində
Suda yaşayanlar ölkəsində və ya orijinal adı ilə Kappa (河童) – Rünoske Akutaqava tərəfindən 1927-ci ildə yazılmış novella. Əsər kappalar ölkəsinə düşdüyünü iddia edən və ordakı həyatını danışan psixiatrik pasientdən bəhs edir. Tənqidçilərin bir qismi bu əsəri Tayşo Yaponiyasının kəskin satirakası hesab etdiyi halda, bir qismi Akutaqavanın şəxsi əzablarını əks etdirdiyini düşünür. == Məzmun == Adı verilməyən 23 nömrəli pasient kappalar ölkəsinə düşməsini və orda yaşadıqlarını nəql edir. O, Hotakadake dağlarında olarkən bir kappa ilə rastlaşır və onu təqib edərkən səhvən bir dəlikdən onların ölkəsinə düşüb huşunu itirir. Tezliklə o, kappalarla birlikdə yaşayaraq onların dilini və mədəniyyətini öyrənir, orada çoxlu dost qazanır. Lakin kappalarda bir çox şeyin insanlardan fərqləndiyini görür. Məsələn, kappa doğulmazdan qabaq ondan doğulub-doğulmamaq istədiyi barədə sual verilir. Və ya dişi kappalar erkək kappaların dalınca düşüb onları tutmağa çalışır.Pasient kappaların dünyasındakı bir çox şeydən şok olduğunu da danışır. Məsələn, işsiz qalan kappalar öldürülür və ətləri digər kappalara servis edilir.
Sərbəst insanlar ölkəsində
Sərbəst insanlar ölkəsində — Əhməd bəy Ağaoğlunun ilk dəfə 1930-cu ildə İstanbulda nəşr edilmiş əsəri. == Nəşr və tərcümə == Əsər ilk dəfə 1930-cu ildə İstanbulda nəşr edilib. Sevda İsmayılova və Zeynal Məmmədli tərəfindən Azərbaycan dilinə tərcümə edilib, Bakıda 2001-ci ildə Tutu nəşriyyatında, 2016-cı ildə isə Bakı Kitab Klubunda 144 səhifədə, 100 nüsxə tirajla çap edilib. == İstinadlar == == Həmçinin bax == Üç mədəniyyət == Xarici keçidlər == Əhməd Ağaoğlu. Sərbəst insanlar ölkəsində (PDF) ( (az.)). TUTU nəşriyyatı. 2001. 2018-02-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-25. Bakı Kitab Klubu.
Tintin Sovetlər ölkəsində
Tintin Sovetlər ölkəsində - Belçika yazıçısı Erjenin yazdığı Tintin macəralarından biri. Tintin macəralarının birincisidir. 20 yanvar 1929-cu ildən 11 may 1930-cu ilə kimi "Le Petit Vingtième" yayımlanmışdır. == Mövzu == Tintin sadiq iti Milu ilə birlikdə işlədiyi qəzetdən iş üçün SSRİ-nin paytaxtı Moskvaya göndərilir. Onun mindiyi qatar Rusiya gizli polis təşkilatı tərəfindən partladılır və bu "qəza"nın müqəssirinin Tintin olduğunu iddia edirlər. Tintin həbsxanaya göndərilir, amma polisdən yayınaraq oradan qaça bilir. Daha sonra maşın oğurlayır və Moskvaya çatmazdan qabaq başına bir neçə hadisə gəlir. Burada o, SSRİ-nin silah gücü ilə insanlara səs verdirtdiyini və boş fabrikaların sadəcə əcnəbiləri aldatmaq üçün tikildiyini görür. Həmçinin SSRİ-nin sadəcə kommunist olan gəncləri işlə təmin etdiyini öyrənir. Tintin Moskvanın buğda cəhətdən aclıq çəkdiyini, beləcə SSRİ liderlərinin kommunist maskası altında tarlaları talan etmək fikirlərini görür.
Alisa möcüzələr ölkəsində (dəqiqləşdirmə)
Əsərlər Alisa möcüzələr ölkəsində — Luis Kerrolun 1865-ci ildə nəşr olunmuş bədii əsəri.Filmlər Alisa möcüzələr ölkəsində — 1903-cü ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1915-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1949-cu ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1972-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1985-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1988-ci ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 1999-cu ildə çəkilmiş film. Alisa möcüzələr ölkəsində — 2010-cu ildə çəkilmiş film.Cizgi filmləri Alisa möcüzələr ölkəsində — 1951-ci ildə çəkilmiş cizgi filmi.Macəra oyunları American McGee’s Alice — 2000-ci ildə yaradılan macəra oyunu. Alice: Madness Returns — 2009-cu ildə yaradılan macəra oyunu.
Alisa möcüzələr ölkəsində sindromu
“ Alisa möcüzələr ölkəsində” sindromu (termin Luis Kerrollun eyniadlı romanından götürülüb) — həmçinin Todd Sindromu və ya liliput hallüsinasiyası kimi də tanınır. Bu, insan dərrakəsinə təsir edən nevroloji vəziyyətdir. Xəstəliyə yoluxanlar mikropsiya, makropsiya və ya digər hissi vəziyyətlərin pozğunluğundan əziyyət çəkirlər. Hazırkı şəraitdə bu sindrom miqren, beyin xərçəngi və psixiaktiv dərmanlardan istifadə ilə əlaqədar yaranır. Simptom daha çox uşaqlıq dövründə müşahidə olunur. Xəstəlik yuxu tutmaları zamanı da müşahidə oluna bilər. Xəstəliyə beyin hissələrində anormal qan axının səbəb olan elektrik fəallığı da gətirib çıxara bilər. == Epidemiologiya == “ Alisa möcüzələr ölkəsində” sindromu erkən uşaqlıq dövründən iyirmi yaşaların sonuna qədər müşayidə oluna bilər. Hətta otuz yaşlarında belə bu xəstəlikdən əziyyət çəkənlər olur. == Tarixi == “ Alisa möcüzələr ölkəsində” sindromu musimol maddəsinin orqanizmə daxil olması nəticəsində yaranır.
Dostların ölkəsində (film, 1966)
Qadınlar ölkəsində (film, 2007)
Qadınlar ölkəsində (ing. In the Land of Women) — ABŞ istehsalı olan bədii film. 2007-ci idə işıq üzü görüb. == Məzmun == Gənc qız Karter hazırkı ətraf aləmindən narazıdır. Bunları yoluna qoymaq üçün o nənəsinin yanına yaşamağa gəlir. Lakin heç yerdə rahat dayana bilmir. Həmişə nəsə yolunda getmir. İndi o bütün bunlarla mübarizə apararaq həyatını normal qaydaya salmağa çalışacaq.
Alisa porno möcüzələr ölkəsində
Alisa porno möcüzələr ölkəsində (it. Alice nel paese delle pornomeraviglie) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin məzmunu pornoqrafik olduğuna görə orijinal əsərdən fərqlənir. Filmin ilk çıxış tarixi Portuqaliyada 1 noyabr 1993-cü il tarixində baş tutmuşdur. == Məzmun == Alisa yetkin qızdır. Yuxudan ayılan zaman Alisa gözlənilmədən başqa aləmə düşür. Bu zaman Alisa müxtəlif erotik macəralarla qarşılaşır. Uzun müddətdən sonra yuxudan ayılan Alisa gördüyü hər şeyin bir yuxu olduğunu başa düşür. == Xarici keçidlər == Alisa porno möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1903)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1910)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış qısametrajlı səssiz filmdir. Alisa rolunu Qledis Hulett ifa edir.
Alisa möcüzələr ölkəsində (film, 1915)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış film, səssiz rejimdə çəkilmişdir. == Məzmun == Alisanın yeddi yaşı vardır. Onun hündür boyu vardır və bəzən uşaq kimi ağlayır. Bu səbəbdən onunla anası və bacısı yaxşı rəftar etmir. Bir dəfə Alisa yuxu görür. Yuxuda Alisa meşədə gəzən zaman Ağ Dovşanı izləməyə başlayır. Alisa Ağ Dovşanı izləyərək gözlənilmədən möcüzələr ölkəsinə düşür. Möcüzələr ölkəsində Alisa qəribə heyvanlar görür. Amma heyvanlar onun səsinin kobudluğu üzündən qaçırlar.
Alisa möcüzələr ölkəsində (film, 1933)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. == Həmçinin bax == ABŞ filmlərinin siyahısı == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1949)
Alisa Möcüzələr Ölkəsində — rejissor Luis Kerroll tərəfindən 1949-cu ildə mövzusu hazırlanan və ingilis kökənli rejissor Dallas Bauer tərəfindən ərsəyə gətirilən, orijinalı fransız dilində çəkilmiş fentezi janrda film. Möcüzələr Ölkəsi adlanan xəyali məkanın əksər iştirakçıları çoxkadrlı animasiya texnologiyasından istifadə edilərək Lu Banin tərəfindən kuklalarla yaradılmışdır. Filmdəki digər canlı aktyorların hamısı canlı çəkiliş səhnələrində görünür. Ancaq onlar yalnız Möcüzələr Ölkəsi simvollarını və İngiltərədə səhnələrin hazırlanması zamanı bir neçə əsas çəkiliş epizodlarını səsləndirirlər. Digər canlı aktyorlardan Pamela Braun Harts kraliçası kimi çıxış edir. Filmin çəkilişlərində 20 yaşında olan Kerol Marş müəllif tərəfindən 7 yaşında təsvir edilir. == Yayımı == Harts kraliçası obrazı Kraliça Viktoriyanın şanına təhqir olaraq qəbul edildiyi üçün İngiltərədəki yayımına qadağa qoyuldu. Bununla yanaşı film Volt Disney studiyası ilə hüquqi anlaşılmazlıqlar səbəbindən ABŞ kino səhnələrində ön planda mövqe tuta bilmədi. Disney filmin ingilis versiyasının ABŞ-də yayımlanmasının qarşısını almaq məqsədi ilə məhkəməyə müraciət etdi və mühakimənin gedişatına "Time" jurnalında geniş yer verildi. Yayımçı şirkət isə öz növbəsində Disneyi filmin orijinal versiyasının süjet xəttindən istifadə etməkdə ittiham etdi.
Alisa möcüzələr ölkəsində (film, 1972)
Alisa möcüzələr ölkəsində və ya Alisanın möcüzələr diyarında macəraları (ing. Alice's Adventures in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin baş makiyajçısı olan Stüart Friborn (1914–2013) film heyəti üçün Luis Kerrolun orijinal əsərindəki personajların şəkilləri əsasında makiyajlar hazırlamışdır. == Məzmun == Alisa Ağ Dovşanı izləyən zaman gözlənilmədən dərin dəlikdə büdrüyür və möcüzələr aləminə düşür. Burada onu çoxlu macəralar gözləyir. Bu aləmə düşmək üçün sehrli məhlullar sayəsində onun boyu gah kiçilir, gah da böyüyür. Alisa müxtəlif möcüzəvi varlıqlarla qarşılaşır və bundan heyrətlənir… == Rollarda == == Mükafatlar == == Həmçinin bax == Böyük Britaniya filmlərinin siyahısı == İstinadlar == == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1985)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış macəra filmidir. Filmin distribütori "Irwin Allen Productions" və "Columbia Pictures Television" kinokompaniyalarıdır. == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa möcüzələr ölkəsində (film, 1988)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) - Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmış macəra filmidir. Filmin distribüteri "NuTech Digital" kinokompaniyasıdır.
Alisa möcüzələr ölkəsində (film, 1999)
Alisa möcüzələr ölkəsində və ya Alisa möcüzələr diyarında (ing. Alice in Wonderland) — 1999-cu ildə istehsal olunmuş televiziya filmidir. Film Luis Kerrollun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" əsərləri əsasında hazırlanmışdır. Filmin rejissoru Nik Uillinqdir. Film bir çox mükafat və nominasiyalara layiq görülmüşdür. Filmdə Tina Macorino, Riçard Kumbs, Ken Todd, Vupi Qoldberq, Ven Kinqsli, Ceyson Birn, Robbi Koltreyn, Corc Vendt, Cin Uaylder, Kristofer Lloyd, Miranda Riçardson və başqaları iştirak edirlər. Film 12 mart 2010-cu ildə DVD disklərdə satışa çıxarılmışdır. Filmin büdcəsi qiymətləndirməylə $21 milyon dollardır. == Seçilmiş sitat == Təxəyyülün şah əsəri (ing. A Masterpiece of Imagination) == Məzmun == Alisa otağında "Yetişmiş albalı" (ing.
Alisa möcüzələr ölkəsində (film, 2010)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) — 2010-cu ildə istehsal olunmuş bədii filmdir. Film Luis Kerrollun "Alisa möcüzələr ölkəsində" və "Alisa güzgü arxasında" əsərlərinin əsasında hazırlanmışdır. == Şüar == Siz hədsiz vacib məclisə dəvət olunmuşsunuz. == Məzmun == 19 Yaşlı Alisa Kinqslinin həyatı gözlənilməz dəyişikliyə uğrayır. Onun şərəfinə hazırlanmış viktorian məclisində lord və ledi Eskotun varlı amma ağılsız oğlu Hemiş ona evlənmək təklif edir. Cavab verməyən qız qaçır və gördüyü bir dovşanının arxasınca gedir. Ağ Dovşanı izləyən Alisa onun kiçik bir deşikdə gözdən itdiyini görür. Gözlənilmədən həmin deşikdən içəri düşən Alisa qəribə və sirrli tunnel vasitəsiylə çoxlu qapısı olan dairəvi bir zala düşür. Burada isə bir qapıdan keçərək Möcüzələr Diyarına daxil olur...
Alisa möcüzələr ölkəsində (fim, 1976)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland və ya ing. Alice in Wonderland: An X-Rated Musical Comedy) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Bu film "Alisa möcüzələr adasında" filminin pornoqrafik versiyasıdır. Film böyük uğur əldə etmişdir. Bu səbəbdən bir neçə ildən sonra filmə bir çox erotik səhnələr əlavə edilmiş və filmin titrı dəyişdirilmişdir. Filmin distribütorlərindən olan 20th Century Fox kompaniyası ilk versiyadan bir neçə dəqiqəli 18+ səhnələrini göstərməyib. 2007-ci ilin dekabr ayında filmin hər iki versiyası DVD-də istehsal edilmişdir. == Məzmun == Alisa sevgilisinə yaxşı münasibət bəsləmir. Yuxuya gedən zaman "Möcüzələr ölkəsi"nə düşür.
Radio ölkəsində qətl (film, 1994)
Radio ölkəsində qətl və ya Radio diyarında qətl (ing. Radioland Murders) — 1994-cü ildə istehsal olunmuş ABŞ filmidir. Film süjetinin müəllifi Corc Lukasdır. == Məzmun == 1939-cu ildə yeni radio şəbəkəsinin Çikaqonun İllinoys şəhərində yerləşən WBN stansiyasında əsası qoyulmuşdur. Bu stansiyanın sahibi General Volt Velen gecə bayramı təşkil edərək əsas sponsor Berni Kralda cəlb edir. Şənlik gecəsi isə onun işçilərindən asılıdır. Amma bir gecənin içində sirrli qətllər baş verir. Leytenant Kross bu qətilləri araşdırmaq məcburiyyətindədir. Əsas şübhəli Rocer Hendersondur. Çünki Rocer cinayətin hər səhnəsində meydana çıxır.
Alisa möcüzələr ölkəsində (cizgi filmi, 1951)
Alisa möcüzələr ölkəsində (ing. Alice in Wonderland) - Luis Kerrolun eyniadlı əsəri əsasında hazırlanmış cizgi filmidir. "Alisa möcüzələr ölkəsində" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 13-cü klassik qısametrajlı cizgi filmidir. == Məzmun == On yaşlı qız Alisa yuxuda Ağ Dovşanı görür. Alisa Ağ Dovşanın arxasınca qaçmağa başlayır. Bu zaman möcüzələr adasına düşür. Möcüzələr adasında Alisa müxtəlif macəralarla qarşılaşır. Alisa Ağ Dovşanın evinə gəlir. Ağ Dovşan Alisanı dayəsi Meri Enlə səhv salır... == Xarici keçidlər == Alisa möcüzələr ölkəsində — Internet Movie Database saytında.
Alisa porno möcüzələr ölkəsində (film, 1993)
Alisa porno möcüzələr ölkəsində (it. Alice nel paese delle pornomeraviglie) — Luis Kerrollun eyniadlı əsəri əsasında hazırlanmışdır. Filmin məzmunu pornoqrafik olduğuna görə orijinal əsərdən fərqlənir. Filmin ilk çıxış tarixi Portuqaliyada 1 noyabr 1993-cü il tarixində baş tutmuşdur. == Məzmun == Alisa yetkin qızdır. Yuxudan ayılan zaman Alisa gözlənilmədən başqa aləmə düşür. Bu zaman Alisa müxtəlif erotik macəralarla qarşılaşır. Uzun müddətdən sonra yuxudan ayılan Alisa gördüyü hər şeyin bir yuxu olduğunu başa düşür. == Xarici keçidlər == Alisa porno möcüzələr ölkəsində — Internet Movie Database saytında.