ÖZLƏRİNİN, ÖZLƏRİNİNKİ
ÖZÜL
OBASTAN VİKİ
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Həqiqətin özü (film, 2008)
== Məzmun == Film ermənilərin Türkiyədə, o cümlədən Cənubi Qafqazda törətdiyi soyqırım faktlarından bəhs edir. Filmdə Birinci Dünya müharibəsində imperiya güclərinin oyununa çevrilən ermənilərin bütün dünyaya car çəkdikləri qondarma erməni soyqırımı və eləcə də günümüzün problemi sayılan Dağlıq Qarabağ haqqında yaydıqları uydurma bəyanatların hansı mənbədən qaynaqlandığı ortaya qoyulur. == Film haqqında == Filmdə Rusiya Dövlət Foto-Kino Arxivindən, Azərbaycan Dövlət Foto-Kino Sənədlər Arxivindən, Gürcüstan Dövlət Arxivindən, Türkiyə Cümhuriyyəti Baş Nazirlik Arxivindən, Osmanlı Arxivlərindən, "Sarı Gəlin" türk sənədli filmindən materiallar, həmçinin Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən, eləcə də türk etnik musiqisindən parçalar və "Fətəli xan" filmindəki kadrlardan istifadə edilmişdir. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" sənədli filmlər studiyası tərəfindən aparılan iki ilə yaxın araşdırma nəticəsində ərsəyə gəlmişdir. Çəkilişlər 2007-ci ilin əvvələrindən başlamışdır. Çəkilişlər 1 il çəkmişdir. Film osmanlı və azəri türkcəsində ərsəyə gəlmişdir. Filmdə Rusiya, Türkiyə, İngiltərə, Gürcüstan və Azərbaycanın tarix, foto-kino arxivlərindən işıq üzü görməyən kinoxronika və digər sənədlər öz əksini tapıb ki, bu da filmin əsas qayəsini təşkil edir. Rusiya arxivlərində yatan, bu məsələni araşdıran tarixçilərin heç vaxt görmədiyi unikal kinolentlər ekrana gətirilmişdir. Bütün bunlarla bərabər tanınmış tarixçilər də filmdə öz sözünü deyir.
Özü düşən ağlamaz (serial)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Özü Düşən Ağlamaz (teleserial, 2023)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Tərtər ərazi özünümüdafiə batalyonu
Tərtər Ərazi Özünü Müdafiə Batalyonu — Qarabağ müharibəsi başlayanda Ermənistanla qonşu olan rayonlarda olduğu kimi Tərtər rayonunda da rayonun müdafiəsini təşkil etmək məqsədi ilə Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Süleyman oğlu Hüseynovun təşkilatçılığı altında 12.11.1991-ci ildə MN-nin 813 sayli əmri ilə ilk hərbi hissələrindən biri olan Tərtər Ərazi Özünü Müdafiə Batalyonu yaradıldı. Azərbaycan Respublikası Müdafiə Nazirinin 12.11.1991-ci il tarixli əmri ilə Hüseynov Elman Süleyman oğlu Batalyonun komandiri , Pənah Ağamalı oğlu Məmmədov Batalyonun qərərgah rəisi təyin olunurlar. Qısa zaman ərzində 1992-ci ildə Ağdərənin 20 yaxın yaşayış məntəqəsi və Ağdərə şəhəri Tərtər Batalyonun apardığı uğurlu əməliyyatlar nəticəsində düşməndən təmizləndi. Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Batalyonun 200 yaxın döyüşçüsü qəhrəmancasına şəhid oldu,yüzlərlə döyüşçüsü əlil oldu. Batalyon hazırda Tərtərdə yerləşən MN-nin N saylı Hərbi hissəsi dislokasiya olduqdan sonra 1993-cü ildə əlahiddə h/h olaraq ləğv olundu. Batalyon iki döyüşçüsü : Batalyon komandiri Elman Hüseynov və Vəzir Orucov ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına, onlarla döyüşçüsü Azərbaycanın Respublikasının müxtəlif orden medal və ali fəxri adlarına layiq görülmüşdür. Batalyonun keçdiyi rəşadətli döyüş yolu haqqında 2017-ci ildə rejissor Nizami Abbasın rejissorluğu ilə "Batalyon" sənədli filmi çəkilmişdir.
Yerli özünüidarəetmə
Yerli özünüidarəetmə — yerli ərazi vahidi əhalisinin (ərazi kollektivini) və bu əhalini təmsil edən seçkili orqanların yerli əhəmiyyətli məsələlərin həlli üzrə fəaliyyəti. == Yerli özünüidarəetməyə nəzəri baxışlar == Yerli özünüidarəetməyə müasir baxışın əsasını bu idarəetmənin təbiəti və mahiyyəti haqqında XIX əsr alimlərinin əsərlərində irəli sürülən nəzəri fikirlər təşkil edir. Qeyd etmək lazımdır ki, bu fikirlər bir-birindən əsaslı surətdə fərqlənirdi.Bəzi mütəfəkkirlər yerli özünüidarəetməni dövlətdən asılı olan,əhaliyə ümumdövlət standartlarında və mərkəzi hökumətin ümumi siyasi kursuna uyğun xidmət göstərən dövlət mexanizminin əksmərkəzləşmiş forması hesab edirlər. Digər alimlər isə yerli özünüidarəetmə haqqında icma anlayışına sadiq qalaraq yerli hakimiyyət orqanlarının özünəməxsus müstəqilliyini müdafiə edirlər. Bu müstəqillik öz təsdiqini bu orqanların bilavasitə xalq və ya onun iştirakı ilə formalaşmasında, onların sərbəstliyində tapır. Sərbəstliyi xarakterizə edən amil isə yerli özünüidarəetmə orqanlarının şəxsi maliyyə (yerli büdcə və büdcədənkənar fondlar), maddi (bələdiyyə mülkiyyəti) və bəşəri (bələdiyyə qulluqçuları) resurslara və hüquqi səlahiyyətlərə (hüquqi şəxs qismində müqavilələr bağlamaq və iddia qaldırmaq) malik olmasıdır. Yerli özünüidarəetmənin tarixi kökləri, demək olar ki,bütün dünya xalqlarında mövcud olan ümumi maraqları əhatə edən məsələlərin həlli istiqamətindəki adət-ənənələrlə bağlıdır. Bu gün dünyanın inkişaf etmiş ölkələrində mövcud olan yerliözünüidarəetmə sistemləri öz varlığını əsasən XIX əsrin bələdiyyə islahatlarına borcludur. Bu qurumların təşəkkülü feodal cəmiyyətdən sənayeləşmiş cəmiyyətə keçid prosesləri ilə sıx əlaqəli idi. Yeni doğulan burjuaziyanın istehkamını hələ orta əsrlərdə yerli əhəmiyyətli məsələlərin həllində mərkəzi hakimiyyətin müdaxilə və nəzarətindən müəyyən dərəcədə müstəqillik əldə etmiş şəhərlər təşkil edirdi.
Yerli özünüidarəetmə orqanı
Bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur və o, konstitusiya və qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. "Bələdiyyə" və "yerli özünüidarə" terminləri və bunların iştirakı ilə düzələn söz birləşmələri bələdiyyə, onların orqanları, yerli özünüidarə funksiyalarının həyata keçirilməsi ilə bağlı olan müəssisə, idarə və təşkilatlar, mülkiyyət obyektləri və başqa obyektlər barəsində, habelə əhali tərəfındən yerli özünüidarənin həyata keçirilməsi ilə əlaqədar digər hallarda işlədilir. Yerli əhali — Bələdiyyə ərazisində daimi yaşayan əhali. Yerli referendum — Əhalinin yerli səsverməsidir. Bələdiyyə mülkiyyəti — bələdiyyəyə mənsub olan bütün növ daşınar və daşınmaz əmlakdır. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin edilməklə, ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ümumiyyətlə, xarici təcrübədə yerli özünüidarəetmə orqanlarının 5 struktur modeli mövcuddur.
Zaman Haqqında, Özüm Haqqında (1972)
Zaman haqqında, özüm haqqında (film, 1972)
Zanqın özünüqiymətləndirmə depressiya cədvəli
Zanqın özünüqiymətləndirmə depressiya cədvəli (ing. Zung Self-Rating Depression Scale – ZDRS) Dyuk Universitetində (ABŞ) Uilyam Zanq (William W.K. Zung) tərəfindən yaradılmışdır. Bu cədvəl depressiyanın diaqnostik kriteriləri və depressiv pozuntusu olan xəstələr arasında keçirilən sorğular əsasında tərtib edilmişdir. Depressiyanın ağırlıq dərəcəsi xəstənin öz-özünü qiymətləndirilməsi əsasında müəyyən edilir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərək "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Müayinənin nəticələri təhlil edilərkən bir neçə amil qiymətləndirilir. Bu faktorlara aşağıdakı simptom qrupları daxildir: daxili boşluq hissi, əhvali-ruhiyyənin pozulması, ümumi somatik simptomlar, spesifik somatik simptomlar, psixomotor pozuntu simptomları, suisidal tendensiyalar, qıcıqlılıq və qətiyyətsizlik. Depressiyanın kliniki diaqnostikası və depressiv pozuntuların kliniki dinamikasının müşahidəsi ilə yanaşı ZDRS cədvəlindən həmçinin epidemioloji tədqiqatlarda, antidepressantların və digər dərmanların kliniki sınaqlarında istifadə edilir. Cədvəlin validliyi kliniki sınaqlarla təsdiq olunub.
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli
Zanqın özünüqiymətləndirmə təşviş cədvəli (ing. Zung Anxiety Rating Scale – ZARS) Dyuk Universitetində (ABŞ) Vilyam Zanq (William W. K. Zung) tərəfindən 1971-ci ildə yaradılmışdır. Bu cədvəl təşviş pozuntularının diaqnostikası və təşvişin kliniki hal kimi qiymətləndirilməsi üçün istifadə olunan vəsaitdir. Cədvəl 20 bənddən ibarətdir. Müayinə edilən şəxs hər bir bəndin suallarına cavab verərkən "nadir hallarda", "arabir", "tez-tez" və ya "əksər hallarda" cavablardan birini seçir. Cədvəlin 5 bəndi təşviş pozuntusunun affektiv simptomlarını, qalan 15 bəndi isə somatik simptomlarını qiymətləndirir. Təşviş pozuntunun kliniki diaqnostikası, skrininqi və kliniki dinamikasının müşahidəsi ilə yanaşı Zanqın təşviş cədvəli həmçinin epidemioloji tədqiqatlarda və dərmanların kliniki sınaqlarında istifadə edilir. == Tətbiq etmə qaydası == Cədvəli doldurulmazdan əvvəl müayinə edilən şəxs cədvəlin istifadə qaydası ilə tanış edilir. Cədvəl müayinə edilən şəxs tərəfindən müstəqil doldurulur. Cədvəl doldurularkən mütəxəssis bu prosesə müdaxilə etmir.
Öz-özünə tozlanma
Bir çiçəkdə olan erkəkcik tozcuğunun həmin çiçəkdəki dişicik ağızcığına düşməsi prosesi öz-özünə tozlanma adlanır. Öz-özünə tozlanan bitkilərdə həm dişiciyi, həm də erkəkciyi olan ikicinsli çiçəklər olur. Bu bitkilərin çiçəklərində erkəkcik və dişiciklərin yetişməsi eyni zamanda baş verir. Erkəkciklər, əsasən, dişicikdən yuxarıda yerləşir. Öz-özünə tozlanan bitkilərin çiçəkləri əsasən ətirsiz, görkəmsiz və nektarsız olur. Buğda, arpa, darı, çəltik, vələmir, noxud kimi öz-özünə tozlanan bitkilərdə tozlanma çiçək açılmazdan əvvəl — qapalı çiçəkdə gedir. Pambıq, çətənə, kətanda isə tozlanma çiçək açıldıqdan sonra baş verir.
Özügedən avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.
Özüm və zaman haqqında (film, 1991)
== Məzmun == Film "Sənətkarlarımızın portreti" silsiləsindən Azərbaycanın görkəmli bəstəkarı, respublikanın xalq artisti Tofiq Quliyevin həyat və yaradıcılığına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq İsmayılov Ssenari müəllifi: Tofiq İsmayılov, Eldar Quliyev Operator: Rafiq Qəmbərov Səs operatoru: Əsəd Əsədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.
Özündə şey
Özündə şey (alm. Ding an sich‎; ing. thing-in-itself) — hissiyyatla qəbul edilən hadisələrdən fərqli olan, qavrayışımızdan asılı olmayan obyektləri ifadə edən fəlsəfi termin. Qədim dövrlərdən filosoflar, xüsusilə Platon tərəfindən noumen adlandırılan başa düşülən hadisələr fərqləndirilmişdir. Ətraf aləmin hadisələrinin qavranılması ilə bu hadisələrin mahiyyəti arasındakı əlaqə məsələsinin kəskinləşməsi klassik fəlsəfə dövründə (18-19-cu əsrlərin sonlarında) alman filosofu İmmanuel Kant tərəfindən inkişaf etdirilmişdi.
Özündən getmə
Bayılma, özündən getmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Özünü Tanıt
== Məzmun == "Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə,yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. == Birinci Sezon (2015) == Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illuziyaçı Elxan Məmmədovdur.
Özünü Tanıt (veriliş, 2005)
== Məzmun == "Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə,yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. == Birinci Sezon (2015) == Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illuziyaçı Elxan Məmmədovdur.
Özünü Tanıt (veriliş, 2015)
== Məzmun == "Ozünü Tanıt" teleşousu, Böyük Britaniyada populyar "Got Talent" telelayihəsinin rəsmi şəkildə alınmış Azərbaycan versiyasıdır. Bu layihə 2005-ci ildə yaranıb və bu verilişdə,yaşından asılı olmayaraq bütün iştirakçılar oz unikal bacarıqlarını numayiş etdirə bilər- muğənnilik, rəqs, akrobatik hərəkətlər, döyüş növləri və s. Qeyd edək ki, bu layihə Rusiyada "Minuta Slavı", Turkiyədə isə "Yetenek Sizsiniz" adı ilə yayımlanır. 2014-cü ilin hesabatına görə, 58 ölkə bu layihənin lisenziyasını əldə edib. Azerbaycanda isə bu şounun rəsmi lisenziyası Kaspi Global MMC şirkəti terəfindən əldə edilib. Bu layihə, Ginnesin rekordlar kitabına da ən məşhur veriliş kimi düşüb. "Özünü Tanıt" ATVdə Şamxal Həsənlinin prodüserliyi ilə dünyaca məşhur "Got Talent" verlişinin Azərbaycan versiyasıdır. Münsiflər heyətinə Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımova, Azərbaycan Respublikasının Xalq artistii Murad Dadaşov və reper ABD Malik daxildir. == Birinci Sezon (2015) == Birinci sezonun qalibi Elxan L Mefisto ləqəbi ilə tanınan illuziyaçı Elxan Məmmədovdur.
Özünü aldatma
Özünü aldatma — həqiqətə uyğun olmayan düşüncələrin aşılanması prosesi, aldanan bir prosesə inam. Bu psixoloji fenomen bir insanın psixoloji müdafiə forması kimi bilinir. Sübutlara və məntiqi arqumentlərə qarşı olmağın aktuallığını, əhəmiyyətini və ya dəyərini rədd etmək və ya səmərələşdirmək prosesidir. Özünü aldatma heç bir məlumatı ortaya qoymamaq üçün həqiqətə inandırmağı (və ya həqiqətin olmamasını) ehtiva edir. == Konsepsiyanın dəyişkənliyi == "Özünü aldatma" termini bir sıra humanitar fənlərdə geniş istifadə olunur, yəni psixologiya və psixoanaliz, ədəbiyyat, fəlsəfə, epistemologiya, sosiologiya və s. Onun şərhləri hər sahənin kontekstindən asılı olaraq dəyişir. === Psixoanalizdə === Klinik praktikada, "özünü aldatma" ifadəsinin əvəzinə, bir qayda olaraq, onun ən yaxın ekvivalentləri istifadə olunur: "repressiya" və "xəyali düşüncə". Məşhur amerikalı psixoanalist və psixoterapevt Roy Şefer "Psixoanaliz üçün yeni bir dil" adlı əsərində xoşagəlməz və ya utanc verici təcrübələrdən (kəşflərdən) "şüursuz qorunma" yolu kimi aldatma vərdişini təsvir edir. === Ədəbiyyat və fəlsəfədə === Özünü aldatma fenomeni ən məşhur Sorn Kyerkeqor, Martin Haydeqqer və Jan Pol Sartr olan bir sıra ekzistensial filosofların əsərlərində öz əksini tapmışdır. Sonuncuların əsərlərində özünü aldatma ("pis iman") mərkəzi yer tutur və orijinal olmayan varlığın əsas forması kimi qiymətləndirilir.
Özünü onun yerinə qoy (film, 1983)
== Məzmun == Filmdə Azərbaycanda rəhbər təşkilatlara ünvanlandırılan zəhmətkeş məktubları ilə işin təşkil olunması məsələsinə toxunulmuşdur. == Festivallar və mükafatlar == 1)1983-cü ildə Kişinyovda gənc kinematoqrafçıların III Ümumittifaq kinofestivalı Mövzunun maraqlı həllinə görə sənədli film Diplom və Moldaviya Jurnalistlər İttifaqının Mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Davud İmanov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələkbər Muradov Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.
Özünü qoru (film, 1954)
== Məzmun == Elmi-kütləvi filmdir. Burada insanın hər cür xəstəlikdən özünü qoruması yolları haqqında danışılır.
Özünümüdafiə
Özünümüdafiə və ya zəruri müdafiə — şəxsin özünü, xüsusilə də sağlamlığını ona vurula biləcək zərərdən müdafiə etməsi üçün gördüyü tədbirlər. Təhlükə vəziyyətində şəxsin özünümüdafiə hüququndan istifadə etməsi əksər yurisdiksiyalarda qanunla təminat verilən hüquq kimi tanınır, sadəcə onların şərhi əhəmiyyətli dərəcədə fərqlənir. == Fiziki == Fiziki özünümdüafiə ani zorakılıq hədəsinin qarşısını almaq üçün fiziki gücün tətbiqidir. Bu, silahlı və ya silahsız ola bilər. Bu zaman müvəffəqiyyətli olmaq, tətbiq edilən şiddətin dərəcəsindən müdafiə olunan şəxsin əqli və fiziki cəhətdən hazılığına qədər bir neçə amillərdən asılı ola bilər. === Silahsız === Döyüş sənətinin əksər növləri özünümüdafiə üçün yaradılmış və ya özündə özünümüdafiə texnikalarını ehtiva edir. Belə ki, bəzi döyüşlər, eləcə də təkbətək döyüşlərin özünümdafiə zamanı tətbiqi effektiv ola bilər. Bəzi döyüş sənətləri şəxsin bıçaqlı və ya silahlı hücuma məruz qaldığı halda necə müdafiə olunacağını öyrətdiyi halda, bəziləri əksinə hücum etməyi öyrədir. Daha praktik özünü müdafiə etmək üçün bir çox müasir döyüş sənəti məktəbi hazırda döyüş sənətinin üslub və texnikasının birləşməsindən istifadə edir və çox zaman özünümüdafiə təlimini hər iştirakçıya özəl uyğunlaşdırır. === Silahlı === Silahların böyük əksəriyyəti özünümüdafiə üçün istifadə oluna bilər.
Özünüməşğulluq
Özünüməşğulluq — muzdlu işdən fərqli olaraq bilavasitə müştərilərdən öz əməyinin haqqını alma forması. == Xarici təcrübə == === Amerika Birləşmiş Ştatları === Özünüməşğulluğun satış işçiləri və sığorta agentləri kimi bir neçə xidmət sahələrində cəmləşdiyi geniş yayılmışdır, lakin tədqiqatlar özünüməşğulların iqtisadiyyatın geniş seqmentində iştirak etdiyini göstərmişdir. Birləşmiş Ştatlarda hər hansı şəxs fərdi sahibkar, müstəqil podratçı, ortaqlığın üzvü və ya məhdud məsuliyyətli cəmiyyətin üzvü kimi iş aparırsa, vergi məqsədləri üçün fərdi sahibkar hesab olunur. Gəlir vergisinə əlavə olaraq, bu şəxslər SECA (Özünə Məşğulluq Töhfələri Aktı) şəklində Sosial Müdafiə və Medicare vergilərini ödəməlidirlər. Vergi qanunvericiliyinə əsasən, öz-özünə işləyənlər vergilərə 15,3% töhfə verəcəklər (= 12,4% [sosial sığorta] + 2,9% [tibbi xidmət]); lakin, 15,3%-lik çarpan ümumi mənfəətin 100%-nə deyil, biznesin özünüməşğulluqdan əldə etdiyi xalis mənfəətin 92,35%-nə aiddir. Fərq, 7,65%, 15,3% -in yarısıdır və adi (işləyən) işçilərlə müqayisədə hesablamanı ədalətli edir. === Böyük Britaniya === McKinsey Qlobal İnstitutunun 2016-cı ildə apardığı araşdırmaya görə, Böyük Britaniyada 14 milyon öz-özünə işləyən işçi var[39]. Böyük Britaniyada öz-özünə işləyən şəxs fərdi sahibkar kimi və ya ortaqlıqda tərəfdaş kimi fəaliyyət göstərə bilər. Bu məşğulluq forması populyar olsa da, bir neçə hüquqi məsuliyyət daşıyır. Evdən işləyərkən, yerli hakimiyyət orqanları bəzən evin bir hissəsini ofis sahəsi kimi istifadə etmək üçün icazə tələb edə bilər.
Özünüqəbuletmə
Özünüqəbuletmə, özünü qəbul etməkdir. == Tərif == Özünüqəbuletmə aşağıdakı kimi tərif edilə bilər: güclü və zəif tərəflərinin fərqində olmaq, qabiliyyətlərinin, imkanlarının və ümumi dəyərinin real (hələ subyektiv) qiymətləndirilməsi və çatışmazlıqlara baxmayaraq və keçmiş davranış və seçimlərindən asılı olmayaraq özündən razılıq hissi. Shepard-a (1979) görə, özünü qəbul etmək bir insanın özündən razı qalması və ya xoşbəxt olmasıdır və yaxşı ruhi sağlamlıq üçün vacib olduğu kimi başa düşülür. Özünüqəbul özünü dərk etməyi, subyektiv də olsa real, güclü və zəif tərəflərini bilməyi əhatə edir. Bir fərdin özü haqqında "bənzərsiz dəyərlərə" malik olması hissi ilə nəticələnir. Klinik psixologiya və pozitiv psixologiyada, özünü qəbul etmə dəyişikliklərin baş verməsi üçün əsas şərtdir. İnsanın qüsurlarını tənqid etməyi və həll etməyi dayandıraraq, sonra öz daxilində onların mövcud olduğunu qəbul etməklə əldə edilə bilər. Bu özünün bəzi cəhətlərdə qüsurlu olmasına dözümlü yanaşmaqdır. Bəziləri şərti və şərtsiz özünüqəbuletmə fərqləndirir. Özünüqəbuletmə, Carol D. Ryff-in eudaimonik rifah üçün strukturundakı altı amildən biridir.
Özünütənqid
Özünütənqid — insanın öz-özünə refleksiv münasibətidir. Bu öz səhvlərini sərbəst axtarmaq, davranışını və düşüncə tərzinin nəticələrini qiymətləndirmək qabiliyyətidir. Özünütənqid insanın psixoloji durumu ilə bağlıdır. Həddən ziyadə özünütənqid xəstəlıik əlaməti kimi də qiymətləndirilə bilər.
Özünə aid bir otaq (roman)
Özünə aid bir otaq — Bu məqalə Virciniya Vulfun ilk dəfə 1929-cu ilin sentyabrında nəşr olunmuş məqaləsidir. Məqalə Kembric Universitetində Vulfun qadınlar tərəfindən qurulan kollecləri haqqındadır. Girton və Newnham kollecində tədris etdiyi iki kursa əsaslanır. == Haqqında == Məqaləni feminist prizmadan yazan Vulf ədəbi istehsalda qadınları qeyri-adekvat görən patriarxal düşüncəni də tənqid edib. Bu məşhur məqaləsində Vulf qadınların və xüsusən də qadın sənətçilərinin statusundan bəhz edir, qadının yazmaq üçün pulu və öz otağının olması lazım olduğunu iddia edir. Vulfun fikrincə, əsrlər boyu mövcud olan qərəz, maliyyə və təhsildəki çatışmazlıqlar qadınların yaradıcılığına mane olub.
Özünə qaytarmaq (proqram)
Özünə qaytarmaq (en. recover) – xətadan sonra dayanıqlı duruma dönmək; məsələn, proqramın xətadan sonra özünə qayıtması, yəni insanın müdaxiləsi olmadan öz-özünə sabitləşməsi və yerinə yetirilməsi. Özünə qaytarma proqramları korlanmış informasiyaları axtarıb tapmağa və onların qurtarılmasına kömək edir. Xətadan sonra verilənlər bazasının özünə qaytarılması zamanı onun əvvəlki stabil durumuna qayıdılır. Düzəldiləbilən xəta (en.recoverable error)– proqramın özünün uğurla düzəldə bildiyi (məsələn, ədədin yerinə hərf daxil edildikdə) xətadır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Значение слова в других словарях