ÜLGÜC

is.
1. Tük qırxmaq üçün iti bıçaq.
Dəllək kisəbəndindən enli ülgücünü çıxarıb qırxırdı. Çəmənzəminli.
[Almurad] ülgüclə qırxılmış başının tərini sildi. İ.Əfəndiyev.

2. xüs. Müxtəlif alətlərin kəsici tərəfi, bıçağı.
Ülgücün şaquli bıçağı cərgəyə tərəf 5-8° meyilli olmalıdır. Pambıqçılıq”.

Этимология

  • ÜLGÜC Mənbələrdə yolğuc kimi qeydə alınıb. Yolmaq kəlməsi ilə bağlıdır (ehtimal ki, yon və yol eyni söz olub)
ÜLGÜ
ÜLGÜCLƏMƏ

Значение слова в других словарях