Həbibə Məmməd qızı
Həbibə Məmməd qızı (d. 1919 - v. 1984) — Azərbaycan yazıçısıdır.
Bakıda anadan olmuş, məktəbi bir müddətdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
Həbibə gənc yaşlarından əmək və yaradıcılıq fəaliyyətinə başlamış, “Azərbaycan qadını”, “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində işləmişdir. Onun “Təsadüf” adlı ilk hekayəsi 1938-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilmiş, daha sonra yazıları “Gənc işçi”, “Müəllim”, “İnqilab və mədəniyyət”, “Azərbaycan qadını” və başqa qəzet jurnallarda mütəmadi olaraq çap edilmişdir.
Həbibənin Kiçik hekyələr adlı kitabı 1953-ci ildə nəşr olunmuşdurş. O, “Dilarə bağa gedir” (1959), “Xoruzun neçə rəngi var” (1960), “Sünbül kukla” (1964) adlı başqa kitablarındakı əsərlərini uşaqların həyatına, təlim-tərbiyəsinə həsr etmişdir.
1965 - “Ayrıla bilmədim”
1969 - “Xəzri həmişə əsmir”
1970 - “Günəş məndən göyçəkdir”
1972 - “Bahar çiçəkləri”
1982 - “Onu hamı sevirdi”
Həbibənin yaradıcılığına aid məqalələr yazılmış, mətbuatda dərc edilmişdir.