ŞÜBHƏ [Alxasov:] Bilmirəm o şübhə necə, haradan beynimə soxuldu (H.Abbaszadə); GÜMAN Mərd igid, könlünə gəlməsin güman; Düşmənlər əlindən çəkərlər aman! (“Koroğlu”); İŞTİBAH (köhn.) Oxucularımızı bu cür iştibahlardan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləmək ki, həmin mənzumənin müsənnifı Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli (C.Məmmədquluzadə); ŞƏKK Gözümlə görəndən sonra məndə daha şəkk yeri qalmadı (Ə.Haqverdiyev); ŞƏKK-ŞÜBHƏ Qələbənin artıq şəkk-şübhəsi yox idi ki, bütün bunlar iblisanə bir planın nəticələridir.. (Anar); VƏSVƏSƏ (şübhə və tərəddüd) Telli bir saata qədər bir taqım vəsvəsələrlə düşündü (S.Hüseyn); ZƏNN Hacı: Mənim səndən zənnim var idi (Ə.Haqverdiyev).