ŞƏKƏRBURA

is. İçərisi şəkər tozu ilə qoz, fındıq və ya badam ləpəsi qatışıq içlə doldurulmuş, kənarları vintvari burulmuş və üstü naxışlı şirniyyat növü.
Bir sininin kənarında; Yaxılırdı iki-üç şam; Qarşımızda şəkərbura; Noğul-nabat, püstə-badam. M.Müşfiq.
Tabaq-tabaq paxlava, şəkərbura, nabat, qənd; Xonçaların bəzəyi bənd etmişdi məni, bənd. X.Rza.

ŞƏKƏRBAĞI
ŞƏKƏRÇÖRƏYİ
OBASTAN VİKİ
Şəkərbura
Şəkərbura — Azərbaycanda Novruz bayramının simvollarından sayılan şirniyyat növü. Azərbaycanda çox sevilən şirniyyat növüdür. Onun içi ləpə və şəkər tozundan ibarətdir. Onun qıraqlarını bağlamaq üçün burma formasından istifadə olunur. Onun üzərinə nəqqaş vasitəsilə ziq-zaq forma verilir. Şəkərbura— un, yağ, yumurta sarısı, xama, duz, vanil tozu, quru maya, şəkər və süddən hazırlanan xəmirin içinə fındıq, badam və ya qoz ləpəsinin (sürtgəcdən keçirilib xırdalanmış halda) şəkərlə qarışığı qoyulub, bükülməsi ilə əmələ gəlir. Həmin içliyə ədviyyat kimi hil qatılır.

Значение слова в других словарях