ŞƏKİL

ŞƏKİL I is. [ ər. ] Rəsm və ya foto rəsmi. Qəzetə anasının şəkli vurulmuşdu (C.Gözəlov).

ŞƏKİL II is. [ ər. ] Forma. Dağların ətəklərindəki göylük ayazıyır, şəklini dəyişirdi (S.Rəhimov).

ŞƏKİL III is. [ ər. ] qram. Növ. Felin xüsusi və ümumi şəkilləri var.

ŞƏKİL IV is. [ ər. ] Dram əsərində pərdənin kiçik hissəsi. İ.Əfəndiyevin “Bahar suları” pyesi 5 pərdə, 9 şəkildən ibarətdir.

ŞƏKİL V is. [ ər. ] Tərz. O, qeyri-adi şəkildə açılmış gözlərilə məni süzdü və taleyi ilə razılaşan səslə dedi (M.İbrahimov).

ŞƏKƏR
ŞƏR

Значение слова в других словарях