ŞƏR

ŞƏR I is. [ ər. ] Pislik, müsibət, bəla. Ah köprüdükcə şu xain bəşər; Yer üzü daim qusacaq zülmü şər (H.Cavid).

ŞƏR II is. [ ər. ] Qaranlıq. Şər qarışan kimi tez budaqlara; Dırmanır bir anda toyuq, cücələr (B.Vahabzadə).

ŞƏR III is. [ ər. ] Böhtan. Bilet almadığı bəs deyil, yazıq arvadın üstünə şər atır (C.Gözəlov).

ŞƏKİL
ŞƏRQİ

Значение слова в других словарях