Şərab

Üzüm və ya başqa meyvə sularının qıcqırdılmasından əldə edilən içkidir. Sərxoşluq verir. Bu söz Türkiyə türkcəsində şarap, başqırd türkcəsində şərəp, qazax türkcəsində şarap, qırğız türkcəsində şarap, özbək türkcəsində şarap, tatar türkcəsində şərəp, türkmən türkcəsində şerəp, uyğur türkcəsində şarap (33, 814-815) fonetik variantlarında işlənir. Şərab sözü türk dillərinə fars dilindən keçmişdir.
Şəkərtıxma
Şərbət
OBASTAN VİKİ
Şərab ölkəsi
"Şərab ölkəsi" (ing. The Republic of Wine) — Çinli yazar Mo Yan tərəfindən satirik üslubda yazılmış əsər. Çin. XX əsrin 90-cı illərinin əvvəlləri. Çzyüqo adlı şəhərə detektiv Din Qouer təşrif buyurur ki, yayılmış bəzi xəbərlərin doğru olub olmadığını araşdırsın. Belə ki, deyilənə görə yerli məmurlar aşbazlara balaca uşaqları bişirtdirərək yeyirlər. Bununla əlaqədar Çzyüqoda artıq "ətlik körpə" sənayesi əməlli başlı inkişaf etməkdədir. Din Qouerlə paralel olaraq yazıçı Mo Yan Çzyüqonun yerli yazıçısı və şərabçı Li İdou adlı bir nəfərlə yazışır. Li İdou da öz növbəsində yazıçıya poçt vasitəsiylə Mo Yanın personajı olan Din Qouerlə əlaqəli, lakin reallığı qeyri-müəyyən, absurd və mistik olan müxtəlif kiçikhəcmli hekayələr göndərir. Nəticədə romanda müxtəlif maraqlı obrazlar və hadisələr yaranır.
Mukuzani (şərab)
Mukuzani (gürc. მუკუზანი) — quru qırmızı gürcü şərabı, gürcü şərabçılığının “vizit kartlarından” biri. 1888-ci ildən istehsal olunur, SSRİ-də №4 olub. Bu şərabda 10,5-12,5% spirt və 6,0-7,0% titrə bilən turşuluq vardır. Mukuzani şərabı (Gürcaani bələdiyyəsi) Kaxetiya rayonunun Mukuzani kəndi ərazisində saperavi üzüm növündən hazırlanır. 2014-cü ildə bu şərabın üzümçülük bazasının sərhədləri genişləndirildi. SSRİ-nin dağılmasından sonra belə bir fikir yarandı ki, bütün gürcü qırmızı şərabları arasında Mukuzaninin qırmızı şərabları keyfiyyətli quru şərablar üçün hazırkı qlobal üstünlüklərə ən yaxındır: "Mukuzani şərabları daha yaxşı tərkibli, yüksək keyfiyyətli şərablardır." Bölgənin fərqli terruarının Mukuzaniyə digər saperavi şərablarından daha fərqli və xoş ləzzət verdiyi deyilir. Ənənəvi olaraq eyni üzüm sortundan hazırlanan Mukuzani və digər quru gürcü şərabları arasındakı əsas fərqin palıd çəlləklərində ən azı üç il saxlanılması olduğuna inanılır. Bununla belə, 2013-cü ildən etibarən Gürcüstan şərab qanunu apellyasiya ilə şərab üçün nəinki palıd, hətta neytral qablarda minimum saxlanma müddəti təyin etmir. Nəticədə, satışda bəzən bir yaş və ya daha az yaşda "Mukuzani" adlı şərab tapa bilərsiniz (yəni şərab vintage deyil, adidir).
Karvan-saray (şərab)
Qarabağ şərab festivalı
Qarabağ şərab festivalı (erm. Արցախյան գինու փառատոն) — Azərbaycanın Xocavənd rayonunun Tuğ kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən keçirilən festival. İlk dəfə 18 oktyabr 2014-cü ildə keçirilmişdir, İkinci Qarabağ müharibəsindən sonra dayandırılmışdır. Festival təkrarlanan xarakter daşıyırdı və hər sentyabrın üçüncü şənbə günü keçirilirdi. Festival Qondarma Dağlıq Qarabağ Respublikası Mədəniyyət, Turizm və Gənclər Nazirliyinin Turizm və Tarixi Yerlərin Mühafizəsi Departamentinin təşəbbüsü ilə keçirilirdi, regionda turizmi inkişaf etdirmək məqsədi daşımışdır. Bu, Qarabağda şərabçılıq ənənələrini bərpa etmək üçün nəzərdə tutulmuşdu. Festival Dağlıq Qarabağ və Ermənistan şərabçılarına öz məhsullarını satmaq, təcrübə mübadiləsi aparmaq, şərablarını tanıtmaq və s. imkanı verən platforma yaratmışdır. Hər il keçirilən festivalın proqramına üzüm ayaqlama, ənənəvi Qarabağ mətbəxinin dequstasiyası, sənət əsərlərinin sərgisi, Dizaq məlik sarayına aid tarixi artefaktların sərgisi, eləcə də yerli şərabın sərgisi və satışı daxildir. Burada Qarabağ və Ermənistanın 5 müxtəlif bölgəsindən məhsul sərgilənirdi.
Siyəzən Şərab zavodu
Siyəzən Şərab zavodu — şərab istehsalı ilə məşğul olan Azərbaycan müəssisələrindən biri. Zavod 1970-ci ildə qurulmuş, 1990-cı illərdə isə fəaliyyətini dayandırmışdır. 2010-cu ildə "Synergy Group" ASC tərəfindən yenidən qurulmuş və burada beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil edilmişdir.
Tiryək və Şərab
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir. Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat bizə "Bəngü Badə"- nin 1510 və 1524 illəri arasında yazıldığını deyir. Mir Həmzə Nigari çayın keyfiyyətləri haqqında "Çaynamə" əsərini yazmışdır. Əsər Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə uyğun modelləşdirilmişdir. Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həm də Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.
Göygöl Şərab Zavodu
Göygöl Şərab Zavodu — Göygöl şəhərində yerləşən və 160 illik tarixə malik olan Azərbaycanın ən qədim şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir. Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan "Göygöl Şərab Zavodu" ASC-nin təməli 1860-cı ildə Azərbaycanın o zamanlar Yelenendorf adlandırılan indiki Göygöl rayonunda məskunlaşmış Şvab almanları tərəfindən qoyulmuşdur. 1862-ci ildə "Forer Qardaşları" Səhmdar Cəmiyyəti təsis olunmuşdur. Həmin cəmiyyətə ata Xristofer Forer və onun oğulları Qotlob, Fridrix və Henrix rəhbərlik edirdilər. Elə həmin vaxt "Hummel Qardaşları Ticarət Evi" Səhmdar Cəmiyyəti yaradıldı ki, buna da X. Hummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik edirdilər. Hər iki cəmiyyətın idarə heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə, Bakı, Tiflis, Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərirdi. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış "Konkordiya" kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi. "Kaqor", "Köhnə portveyn", "Ağ süfrə şərabı", "Qırmızı süfrə şərabı", "Xeres şərabları", "Qaranquş", "Ekstra" konyakları, likyorlar və şampan şərabları istehsal olunurdu. Həmin vaxt Azərbaycanda istehsal olunan şərab məhsullarının böyük hissəsi "Göygöl Şərab Zavodu" ASC-nin payına düşürdü, həmçinin Rusiya imperiyasında yalnız dörd müəssisə klassik fransız texnologiyasından istifadə edərək şampan istehsal edib, “Göygöl Şərab Zavodu” ASC onlardan biridir.
Gəncə Beynəlxalq Şərab Festivalı
Gəncə Beynəlxalq Şərab festivalı hər il Azərbaycanın Gəncə şəhərində keçirilir. Məqsəd şərab məhsullarını nümayiş etdirmək, yerli şərab bazarı iştirakçılarını birləşdirmək, yerli məhsulların xarici bazarlara çıxarılmasını dəstəkləmək, bu sahədə beynəlxalq əməkdaşlığı təşviq etmək, şərab istehlakı mədəniyyətini formalaşdırmaq, şərab ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” çərçivəsində ilk şərab festivalı 2012-ci il 7 oktyabr tarixində Gəncə şəhərində keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ı7 oktyabr 2012-ci il tarixində Azərbaycanın Gəncə şəhərində ilk şərab festivalı təşkil olunmuşdur. İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Fransadakı səfirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə II Beynəlxalq şərab festivalı keçirilmişdir. Azərbaycan Respublikası Xarici İşlər, İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan İxracatın və İnvestisiyanın Təşviqi Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 30 sentyabr-01 oktyabr 2014-cü il tarixində III Gəncə Beynəlxalq Şərab Festivalı təşkil olundu. Gəncə şəhərində İcra Hakimiyyətinin təşkilatçılığı, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının, Azərbaycan Respublikasının İqtisadiyyat, Kənd Təsərrüfat, Mədəniyyət və Turizm Nazirliklərinin dəstəyi ilə 2016-cı il 18-20 dekabr tarixlərində "IV Beynəlxalq Şərab Festivalı” təşkil olundu. Şərab festivalında əsasən poeziya axşamı və konsertlər, həmçinin Azərbaycanın şərabçılıq ənənəsindən bəhs edən səhnəciklər də təşkil olunur. Festivalda Azərbaycanın yerli şərablarının beynəlxalq standartlara uyğun dequstasiya müsabiqəsi də keçirilir və dequstasiya müsabiqəsinin qalibləri mükafatlandırılır. Şərab festivalında Gəncə ilə yanaşı Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl, Abşeron və s.
Albaniya şərabı
Albaniya şərabı bənzərsiz şirinlik və yerli sortları ilə xarakterizə olunur. Albaniya 2009-ci ildə təxminən 17.500 ton şərab istehsal etmişdir. Kommunizm dövründə istehsal sahəsi 20.000 hektara (49.000 akra) qədər genişləndirilmişdir. Albaniya Avropanın ən uzun bağçılıq tarixlərindən birinə malikdir. Bu günün Albaniya bölgəsi buzlaq çağı əsnasında üzümün təbii olaraq yetişdiyi nadir yerlərdən biri olmuşdur. Bölgədəki ən qədim toxumların 4.000 ilə 6.000 yaş arasında olduğu müəyyən olmuşdur. Antik Roma yazıçısı Kiçik Plini İllirya şərabını açıqlayarkən "çox şirin və ya ləzzətli" və "bütün şərablar arasında üçüncü sıranı aldığını" ifadə etmişdir. Alban ailələrin ənənəvi şərab və rakı hazırlamaq üçün öz bağçalarında üzüm yetişdirdiyi bilinməkdədir. Osmanlı işğalı dövründə üzüm bağı bir eniş yaşadı və ümumiyyətlə xristianlığın yayıldığı əksər bölgələr də bu müşahidə olundu. Müstəqillikdən sonra bağçılıq dərhal geniş sahələrə yayıldı, amma 1933-cü ildə üzüm biti tərəfindən az qala yox edildi.
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu — Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün yaradılmışdır. Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, sərəncamı ilə yaradılmış, 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu adlanırdı. Institut alimləri tərəfindən Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasina sınaqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilmişdir. Onlardan biri – "Azəri" sort kimi təsdiq olunmuş və rayonlaşdırılmışdır. İnstitut tərəfindən Gəncə Regional Aqrar Elm Mərkəzındə 1 hektar, Abşeronda 15 hektar ampeloqrafık kolleksiya bağı salınmışdır. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın və dünyanın üzümçülük ölkələrindən gətirilmiş 310 üzüm sortu, eləcə də xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm formaları becərilir. Ampeloqrafık kolleksiya bağının salınması ilə üzümün vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınmışdır.
Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu

Azərbaycan şərabları
Azərbaycan şərabları - Azərbaycanda istehsal olunan şərablar. Ərəb tarixçiləri və coğrafiyaçıları - Əbülfida, İbn Havqəl, Məsudi, Əl Müqəddəsi ərəblərin hökmranlığı dövründə Bərdə, Gəncə ətrafında və Azərbaycanın digər regionlarında üzümlüklərin mövcudluğu haqqında məlumatlar verirlər. X əsrin ərəb coğrafiyaşünası Əl Müqəddəsi Azərbaycanın var-dövlətini təsvir edərək yazır «...bu vilayət böyük və gözəldir, orada çoxlu meyvə və üzüm var». Yunan alimi Herodot (e.ə.V əsr), roma alimi Plinii (e.ə. 23-79-ju il), yunan joğrafiyaşünası Stroban (e.ə.I əsr-eramızın I əsri), roma tarixçisi Ammian Masellin (eramızın II-III əsri, 330-400-cü illər) Azərbaycanın həyatında üzümçülüyün xüsusi rol oynadığını qeyd etmişlər. Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi. Onun tərkibinə 256 xüsusi sovxoz, həmçinin 97 sovxoz-zavod, 8 müstəqil ilkin şərab emalı zavodu və 10 ədəd təkrar şərab emalı zavodu daxil idi. 1980-ci ildə Azərbaycanda 120 mln. litr çaxır, 1,16 mln. litr konyak istehsal edilib.
Azərbaycanda şərabçılıq
Azərbaycanda şərabçılıq — Azərbaycan Respublikasındakı yeyinti sənayesi sahələrindən biri. Azərbaycanda şərabçılıq əsasən sovet hakimiyyəti illərində inkişaf etdirilən bir sahədir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2011-ci ildə respublikada 693 min dekalitr əmtəəlik, yəni satış üçün şərab istehsal edilib. Ölkə daxilində istehlak edilən və ya xaricə göndərilən şərab məhsullarının həcmi isə bundan xeyli aşağı olub: Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Azərbaycanda yaşı 15-dən yuxarılar arasında adambaşına çaxır istehlakı ildə cəmi 0,03 litrə bərabərdir. 1984-cü ildə respublikada 2,1 mln. ton üzüm yığılmışdı və həmin illərdə ölkədə 100-110 mln. dekalitr çaxır materialı, 10,4 mln. dekalitr şərab, 1,4 mln dekalitr konyak şərabı, 1,5 milyon dekalitr şampan şərabı istehsal edilmişdi. SSRİ-nin sonuna yaxın Azərbaycanın toplam gücü 1,8 milyon ton olan 181 şərab zavodu əsasən Rusiya bazarı üçün işləyirdi. Sovet illərində Azərbaycanda xüsusi Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi fəaliyyət göstərirdi.
Ağstafa Şərabçıları (1992)
Ağstafa şərabçıları qısametrajlı sənədli filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1992-ci ildə çəkilmişdir. Film "Mozalan" Studiyasında istehsal edilmişdir. Filmdə Ağstafa şərabçılarından, onların istehsal etdikləri məhsullardan söhbət gedir. == Məzmun == Filmdə Ağstafa şərabçılarından, onların istehsal etdikləri məhsullardan söhbət gedir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Mövlud Süleymanlı Rejissor: Şamil Mahmudbəyov Operator: Vaqif Muradov == İstinadlar == == Həmçinin bax == Azərbaycan filmlərinin siyahısı 1992-ci ilin Azərbaycan filmləri 1990-cı illər Azərbaycan filmlərinin siyahısı == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Ağstafa Şərabçıları (film, 1992)

Krımda şərabçılıq
Krımda şərabçılıq- aparıcı kənd təsərrüfatı sahələrindən biridir. Artıq iki min ildən artıq mövcuddur. Krımda şərabçılıq, Krımın qədim yunan yaşayış məntəqələrində başladı. İlk mərkəzlərdən biri qədim Hersonisos yunanlar tərəfindən tikilmişdir. Daha sonra Bosfor krallığında, Feodoro knyazlığnda və Krım yarımadasında, Genuya kaloniyalarında davam etdirildi. Krımda Osmanlı dövrü şərabçılar üçün elə də yaxşı olmadı. Səbəb İslam dininin şərabçılığa qoyduğu qadağa idi. Müsəlman şərabçıları bu içki istehsalı üçün çubuqlarla cəzalandırılmasına baxmayaraq, onlar şərab istehsalını tamamilə məhv etməyə gətirib çıxaran vergilərə tabe olmadılar. 24 aprel 1914-cü il tarixli "Üzüm şərabları haqqında qanun" bu sahənin təhlükəsizliyinin qanunvericilik səviyyəsinə yüksəlməsinə səbəb oldu. 25 May 1985-ci ildə "Sərxoşluq və alkoqolizmə qarşı mübarizə haqqında" qərarın qəbul edilməsi Krım və Sovet şarabçılığına ziyan vurdu.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu — Respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün yaradılmışdır. Heydər Əliyevin şəxsi göstərişi ilə respublikada üzümçülük və şərabçılıq sahəsinin inkişafını idarə etmək və tənzimləmək məqsədilə 1970-ci ildə respublika Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradılmışdır. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi əsaslarla inkişafını təmin etmək məqsədilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu Respublika Nazirlər Sovetinin 12 avqust 1976-cı il tarixli, sərəncamı ilə yaradılmış, 1977-ci ilin mart ayından fəaliyyət göstərir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu adlanırdı. Institut alimləri tərəfindən Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasina sınaqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilmişdir. Onlardan biri – "Azəri" sort kimi təsdiq olunmuş və rayonlaşdırılmışdır. İnstitut tərəfindən Gəncə Regional Aqrar Elm Mərkəzındə 1 hektar, Abşeronda 15 hektar ampeloqrafık kolleksiya bağı salınmışdır. Bu kolleksiya bağlarında fillokseraya davamlı 6 calaqaltı Amerika sortları, Azərbaycanın və dünyanın üzümçülük ölkələrindən gətirilmiş 310 üzüm sortu, eləcə də xəstəlik və zərərvericilərə davamlı olan yabanı üzüm formaları becərilir. Ampeloqrafık kolleksiya bağının salınması ilə üzümün vətənlərindən biri olan Azərbaycan üçün ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınmışdır.
Üzümçülük və şərabçılıq (film, 1928)
Üzümçülük və şərabçılıq (film, 1938)
Şampan şərabı
Şərabçıyam, Şərabçı (1991)
Kinolentdə Göyçay bölgəsindəki konyak zavodunun fəaliyyətindən, burada çalışan əmək adamlarından və zavodun istehsal etdiyi məhsullardan söhbət açılır. Film Göyçay Konyak Zavodunun sifarişi ilə çəkilmişdir. Rejissor: Ceyhun Mirzəyev Ssenari müəllifi: Mirzəağa Mirmövsümov Operator: Nemət Rzayev Səs operatoru: Əsəd Əsədov Göyçay Konyak Zavodu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.
Şərabçıyam, şərabçı (film, 1991)

Kavaklıdere (şərabçılıq)
Kavaklıdere (şərabçılıq) — 1929-cu ildə Ankarada qurulan şərab zavodu və burada istehsal edilən şərab markası. Cenap And tərəfindən qurulan şirkət, adını Çankayanın Kavaklıdere rayonundan və oradan keçən, eyni adlı dərədən götürüb. Əvvəllər Kavaklıdereyə məxsus olan ərazidə inşa edilən Ankara Şeraton Otelinin binası Kavaklıdere Şərabları şüşəsindən ilhamlanıb. Kavaklıdere Şərabları həm də Türkiyədə özəl sektor tərəfindən istehsal edilən ilk şərabdır.. Kavaklıdere Şərabları İç Anadolu, Egey və Şərqi Anadoluda üzüm bağlarından yığılan üzümlərdən istehsal olunur. İç Anadoluda üzüm bağları Ankaranın Akyurt və Kalecik rayonlarında, Nevşehirin Gülşehir mahalında və Kırşehirin Toklümen qəsəbəsində yerləşir. Ege üzüm bağları Manisa Kemaliyedəki Pendore üzüm bağlarından və Dənizlidəki Güney üzüm bağlarından ibarətdir. Şərqi Anadoluda üzüm Elazığın Aydıncık rayonunda istehsal olunur. Şirkətin ümumilikdə 645 hektar üzüm bağı var.
Odessa vilayətində şərabçılıq
Odessa vilayəti Ukraynanın ən böyük üzümçülük rayonudur. 2018-ci ilin məlumatına əsasən Odeşçinada (Odessa vilayəti) şərab istehsalı 26,29 min hektar ərazini — Ukraynadakı üzüm bağlarının ümumi sahəsinin 60,44%-ni əhatə edir. Odessa vilayəti Dunay çayının mənsəbindən Tiliqul estuarına qədər olan ərazini – Qara dənizin şimal-qərb sahilində yerləşir və bu bölgənin iqlimi şərabçılıq üçün əlverişli hesab olunur. 2015-ci ilin məlumatına əsasən, üzüm istehsalı vilayətin 26 rayonunun 13-də həyata keçirilir (Ukraynanın keçmiş inzibati-ərazi bölgüsünə görə). Kənd təsərrüfatı müəssisələri 2018-ci ildə 2.966.984,57 kvintal üzüm istehsal etmişdir. 5 oktyabr 2016-cı ilin məlumatına və iqtisadi fəaliyyət növlərinin rəsmi təsnifatına əsasən, Odessa vilayətində şərabçılıqla 4 sahibkar və 152 hüquqi şəxs, üzümçülüklə isə 55 özəl müəssisə və 528 hüquqi şəxs məşğul olur. 2018-ci ilin məlumatına əsasən, ən çox istehsal olunan şərab məhsullarına üzüm mustu (57,88%) və faktiki spirt konsentrasiyası 15–24,08%-dən çox olmayan şərab və təzə üzümdən hazırlanan köpüklü şərab (10,77%) aiddir. Bölgəyə Qara dəniz və Bessarabiya şərab regionları da daxildir. Odessa vilayətində şərabçılığın tarixi qədim dövrlərə gedib çıxır.
Səkinə Əliyeva (şərabçı)
Səkinə Əli qızı Əliyeva (1910, İrəvan – 1950, Kirovabad) — Sovet Azərbaycanı şərabçısı və Sosialist Əməyi Qəhrəmanı, "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı laureatı (1949). Səkinə Əliyeva 1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. 1944–1950-ci ildə Kirovabad şəhərində yerləşən Nizami adına üzümçülük sovxozundə əvvəlcə fəhlə, daha sonra isə briqada rəhbəri kimi çalışmışdır. O, 1948-ci ildə 10.1 hektar suvarılan üzüm sahəsinin hər hektarından 168.7 sentner üzüm məhsulu almışdır. Bu o dövr üçün böyük məhsuldarlıq göstəricisi hesab edilirdi. 5 oktyabr 1948-ci ildə SSSRİ Ali Sovetinin Rəyasəy Heyətinin qərarına əsasında 1948-ci ildəki göstəricilərinə görə Əliyev Səkinə Əli qızına Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Həmin ildə ona həmçinin "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı ilə də təltif edilmişdir. 1944-cü ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1950-ci ildə Azərbaycan SSR-ın Kirovabad (indiki Gəncə) şəhərində vəfat etmişdir. Ermənistan azərbaycanlıları Дж.

Значение слова в других словарях