ŞAR I is. Kürə, Yer kürəsi. Yer şarını bir nar kimi ovcunda sıxsa; Tamahsıyıb, ulduzlara tor atacaqdır (M.Araz).
ŞAR II is. köhn. Keçmişdə səsvermə zamanı istifadə edilən şarşəkilli şey (namizədin lehinə (ağ şar) və əleyhinə (qara şar) verilən səsin miqdarı qutuya atılan şarın miqdarına əsasən təyin edilirdi). Ey qlasnı, bəs nədən altı il bundan qabaq məktəblərdə süpürgəçilik edən bizim Nəstə xanımın oğlu bu həvəsə düşüb? Sabah, biri gün ona şar yeşiyi qoyulacaqdır (M.Ə.Sabir).
ŞAR III is. İçərisinə qaz və ya hava doldurulmuş kos şəkilli rezin məmulat. Dünya ovcumun içində olur; Bir uşaq şarı tək; Ürəyim boşalır, dolur (N.Kəsəmənli).