Matoçkin Şar boğazı (rus. Ма́точкин Шар) -Yeni Torpaq arxipelaqına daxil olan Şimal adasını Cənub adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Barens dənizini Kara dənizi ilə birləşdirir. Boğazın dərinliyi 12 m təşkil edir. Bu boğazdan gəmilərin sərbəst irəliləməsinə imkan verir. Gəmilərin sərbəst sahilə yan alması üçün Baranevo burnu əlverişlidir. Uzunluğu 100 km, eni ən dar yerdə 600 m təşkil edirdi. İlin böyük hissəsi buzla örtülü olur. Sahilləri hündür və sıldırımlıdır. Sahillərində yay aylarında fəaliyyət göstərən, hazırda isə mövcud olmayan Matoçkin Şar və Stolbovoy qəsəbələri olmuşdur.
Matoçin Şar boğazı | |
---|---|
rus. Ма́точкин Шар | |
Ümumi məlumatlar | |
Eni | minimum 600 km |
Uzunluğu | 100 km |
Ən böyük dərinliyi | 12 m |
Yerləşməsi | |
75°15′ şm. e. 55°00′ ş. u. | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Yeni Torpaq arxipelaqına daxil olan Şimal və Cənub adalarını ayırır |
|
|
Vikianbarda əlaqəli mediafayllar |