Yaqorski Şar boğazı (rus. Югорский Шар) - Vayqaç adasını Yaqorski yarımadasından ayıran boğaz. Şimal Buzlu okeana daxil olan Kara dənizində yerləşir. Boğaz Kara dənizi ilə Barens dənizini birləşdirir. Uzunluğu 40 km., eni 2,5–12 km., ən dərin yeri 36 m. təşkil edir. Boğaz ilin böyük hissəsini buzla örtülü olur. Boğazda bir neçə ada vardır: Storojevoy, Sokolnıy. Sahilləri qayalı və sıldırımlıdır. Bitki örtüyü zəifdir, əsasən mamır, şibyə və qayalıqlarda bitən otlara rast gəlinir.
Yaqorski Şar boğazı | |
---|---|
rus. Югорский Шар | |
| |
Ümumi məlumatlar | |
Eni | 2,5-12 km |
Uzunluğu | 40 km |
Yerləşməsi | |
69°43′00″ şm. e. 60°36′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Vayqaç adasını Asiya materikindən (Yaqorski yarımadası) ayırır |
|
Boğazı ilk dəfə 1580-ci ildə ingilis dəniz səyyahları Artur Pit və Carlz Cekman[1] keçir. Onlar boğazı Nassau adlandırırlar. Sonradan boğazın rus variantı olan Vayqac adı yaranır. Hazırda isə Yaqorski Şar adlandırılmışdır. Boğaz 1893-1898-ci illərdə L.F.Dovrotvorskoy və A.L.Vilkinson tərəfindən öyrənilir. 1930-cu illərdə boğaz sahilində Qulaq həbs düşərgəsi fəaliyyət göstərirdi.