ŞOK

[fr.] мед. шок (кьилиз ва я бедендиз гужлу зарар, залан травма хьунин ва я руьгь къарсунин нетижада организмдин функцияр садлагьана чӀур хьун).
ŞOĞƏRİB
ŞOKOLAD
OBASTAN VİKİ
Şok
Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqəladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla müşahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir haldır. Şokun ilkin simptomlarına zəiflik, sürətli ürək döyüntüsü, sürətli nəfəsalma, tərləmə, narahatlıq və artan susuzluq daxildir. Bu simptomları huşsuzluq və ya ürək dayanması kimi daha ağırlaşmış hallar izləyə bilər. Şok səbəbə görə dörd əsas növə bölünür: hipovolemik, kardiogen, obstruktiv və dağıdıcı şok. Hipovolemik şok, həmçinin aşağı həcmli şok kimi tanınır və qanaxma, ishal və ya qusma nəticəsində yaranır. Kardiogen şok infarkt və ya ürək zədəsi nəticəsində yarana bilər. Obstruktiv şok ürək tamponadası və ya gərgin pnevmotoraks səbəbindən baş verə bilər. Dağıdıcı şok isə sepsis, anafilaksiya, onurğa beynin zədəsi və ya bəzi dərmanların həddindən artıq istifadəsi nəticəsində baş verə bilər. Diaqnoz adətən simptomların, fiziki müayinənin və laborator analizlərin birləşməsi əsasında qoyulur.
Kardiogen şok
Kardiogen şok ürəyin nasos funksiyasının kəskin çatmamazlığı nəticəsində (məsələn, miokard infarktı, ürək ritminin pozğunluğu, ürəyin tamponadası zamanı) meydana çıxan kəskin qan dövranı pozğunluğu. Bu hal potensial olaraq reanimasion tədbirlərlə aradan qaldırıla bilinir. Reanimasion tədbirlərsiz kardiogen şok beyin ölümü ilə nəticələnir. == Səbəbləri == Kardion şokun təsadüflərinin 80%-i xüsusən sənaye ölkələrində, miokard infarktının və ürək ritm pozğunluqlarının payına, ağciyər patologiyalarının payına 4%-i, beyin patologiyalarının (insultların) payına 2%-i, ağciyər emboliyası və digər patologiyaların (travmalar(3 %), boğulmalar(2 %), zəhərlənmələr(2 %) və tok vurma hallarının) payına 9%-i düşür. Ürəyin nasos funksiyasının pozulmasına gətirib çıxaran hallar: Mədəciklərin fibrilyasiyası – ürək əzələsinin yığılma qabiliyyəti ürək əzələ liflərinin kordinasiyasız, asinxron, xaotik işi nəticəsində pozulmuş olur. Nəbz defisitli mədəcik taxikardiyası – ürək döyüntülərinin sayı çox olduğundan diastola fazasının müddəti çox qısalmış olması diastolik və müvafiq olaraq sistolik həcmi azaltmış olur. Nəticədə qovulmuş qanın azlığı nəbzin dolğunluğunu təmin edə bilmir. Ürəyin elektro-mexaniki dissosasiyası (EMD) və ya nəbzsiz elektrik aktivlik – ürəyin elektrik aktivliyi mexaniki aktivliklə tamamlanmır ya cavablanmır. Asistoliya – elektrik və mexaniki ürək aksiyasının tamam dayanmasıdır. == Klinik mənzərə == İki əsas əlamət: 1)hipotenziya; 2)hipoperfuziya həkimə kardiogen şok diaqnozu qoymağa əsas verə bilər.
Mədəni şok
Mədəniyyət şoku (ing. Culture shock) — insanın bir sosial mühitdən digərinə keçdikdə insanın heç vaxt tanış olmadığı şəraitə görə hiss etdiyi narahatlıqdır. 4 fazası var: Bal ayı fazası Razılaşmağa çalışma fazası Öyrəşmə fazası Ustalıq fazası Mədəni şoku yaradan ümumi problemlər: informasiya artıqlığı, dil barieri, toplumlararası uçurumlar, informasiya uçurumları, müəyyən sferadakı asılılıqlar, öz mədəniyyətinə çox bağlılıq və buna bənzər hallar. Şəxslər müxtəlif cəmiyyətlərdə mədəni şoku özlərinəməxsus yaşadıqları üçün, bu vəziyyətdən yayınmağın konkret bir həlli mövcud deyildir. Mədəniyyət şokunda olan insanların sonrakı fəaliyyətlərini 3 hissəyə bölmək olar: İnteqrasiya oluna bilməyənlər xarici ölkədə öz millətlərindən olanları axtarır və cəmiyyətə uyğunlaşmaqdan imtina edirlər. Assimilyasiyaya məruz qalanlar öz ölkələrinin adət-ənənələrini unudur və yeni gəldikləri ölkəyə 100% adaptasiya olurlar. Üçüncü qrup insanlar isə həm yeni ölkəyə adaptasiya olur, həm də vətənlərini unutmurlar. Belə insanlara kosmopolit deyilir. Mədəniyyət şokunun ən qəribə forması uzun müddət vətəndən kənarda yaşayan insanların geri qayıtdıqdan sonra öz doğma ölkələrində hiss etdikləri mədəniyyət şokudur. == Dörd mərhələ == Balayı Bu mərhələ ərzində, köhnə və yeni mədəniyyətlər arasındakı fərqliliklər şəxsə yüngül, asan görünür.
Travmatik şok
Travmatik şok — faza formasında gedən patoloji prosesdir. Qan dövranının, tənəffüsün, maddələr mübadiləsinin, mərkəzi sinir sisteminin, humoral tənzimin pozulmasının müşayiəti ilə reflektor yolla zədəyə qarşı cavabıdır. Qanitirmə, soyuq, yorulma, aclıq və bu kimi başqa zədələyici amilin uzun vaxt təsiri şokun daha tez və ağır gedişinə mənfı təsir göstərir. Döş qəfəsinin, qarın boşluğunun üzvlərinin, onurğa sütununun, çanağın, kəllənin zədələnmələri zamanı və yanıqlarda daha tez-tez şok müşahidə edilir. Şok — ing. shock sözündən olub, zərbə, sarsıntı deməkdir. Şok, kəskin ağrıya qarşı orqanizmin sinir–reflektor reaksiyasıdır. Şok zamanı əsas həyat fəaliyyəti olan üzvlər: qan hərəkəti, tənəffüs, maddələr mübadiləsi pozulur. Lakin əsas yeri sinir sisteminin fəaliyyətinin pozulması tutur. Şok ağır zədələnmələrdə, geniş sahəli yanıqlarda, uyğun olmayan qanı köçürən zaman baş verir.
Kiniç-Eb-Şok
Kiniç-Eb-Şok (tərcüməsi «Yandıran köpək balığı») (292-ci il — IV əsr başlanğıcı) — Qədim Mayya sivilizasiyasında Mutul çarlığının hökmdarı (paytaxtı Tikal şəhəri).
Anafilaktik şok
Anafilaktik şok (AŞ) (Termini yunan mənşəyli olub yun. ἀνά ana (qarşı) və yun. φύλαξις filaksis (qorunma) sözlərinin birləşməsindən əmələ gəlmişdir) – dərman, zəhər və yeməyə qarşı yaranan və həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması nəticəsində əmələ gəlir. == Epidemiologiya == Anafilaktik şok, əksərən allergik xəstəliklərdən əziyyət çəkən şəxslərdə inkişaf edir. Atopik xəstəlikləri olan şəxslərdə anafilaktik şokun inkişaf etmə tezliyi daha yüksəkdir. Anafilaktik şok hospitalizə olunmuş 3000 xəstədən 1-də qeydə alınır. Dərman mənşəli anafilaktik şokdan ölüm göstəricisi 25%-ə qədər çatır. İnsekt (arı sancması) anafilaksiyası səbəbindən ölüm göstəricisi 1 000 000 əhaliyə 0,4-2 hadisə təşkil edir.
Septik şok
Septik şok — İnfuziyaya baxmayaraq hemodinamikanın düzəlməməsi septik şok adlandırılır. Hazırda septik şok ümumi iltihab sindromunun ağır formalarındın biri kimi qəbul edilir və mahiyyətcə hipovolemik və vazodilatator şok hesab edilir. Orqanizmin bütün orqanlarında baş verən iltihab (ÜİS) kapilyar keçiriliyicini artıraraq plazma itirilməsinə – hipovolemiyaya səbəb olur (sekvestrasiya, ödem, üçüncü sahə). Eyni zamanda iltihab mediatorları diffuz vazodilatasiya törədərək perferik müqaviməti azaldırlar. Septik şok ən çox travmalarda və iltihabi-destruktiv xəstələrdə rast gəlir. Erkən septik şok qarının boşluqlu orqanlarının zədələnməsi nəticəsində adətən ilk 24 saat ərzində baş verir. Gec septik şok isə travmatik zədələnmənin törətdiyi infeksiyon ağırlaşmalara bağlı olaraq 24 saatdan sonra (ən çox 3–5-ci günlər) meydana gəlir. Peritonit, pankreatit, yanıq, anaerob fleqmonalar, kəskin bağırsaq keçməzliyi, kəskin qaraciyər yetməzliyi, müsariqə trombozu septik şşokun ən çox rast gələn səbəbləridir. Septik şok 2 şəkildə – hipodinamik və hiperdinamik şəkildə ola bilər. Hipodinamik şok hemorragik şok əlamətləri şəklində (taxikardiya, soyuq dəri, sidiyin azalması) büruzə verir.
Şok (iqtisadiyyat)
Şok (iqtisadiyyat) — iqtisadiyyatın özündə müsbət və ya mənfi dəyişikliklərə səbəb olan xarici hadisə. Hadisənin şok olub-olmaması iqtisadi hadisəni izah etmək üçün istifadə olunan modeldən asılıdır. Tipik olaraq, şoklar modelin özündə nəzərə alınmayan və onunla izah edilməyən xarici hadisələrdir. Sarsıntıların mənbəyi həm iqtisadi agentlərin hərəkətləri, həm də dövlət siyasəti ola bilər. Şok modelin ekzogen və endogen dəyişənlərinə və ya onun parametrlərinə təsir göstərə bilər. Şok iqtisadiyyatın tarazlıqdan çıxmasına və ya sabit vəziyyətdən çıxmasına səbəb olur. Şokun nəticələri köhnə vəziyyətə qayıtmaq və ya yeni tarazlığa və ya stasionar vəziyyətə keçid şəklində müşahidə olunur. Statik modellərdə təsirlər müqayisəli statikadan istifadə etməklə təhlil edilir. Dinamik modellər analiz üçün impuls cavab funksiyalarından istifadə edir. == Konsepsiyası == İqtisadi modellər bəzi stasionar vəziyyəti və ya tarazlıq vəziyyətini təkrarlayır.
Şok qumbarası
Çaxnaşma, ildırım çaxması və ya səs bombası kimi də tanınan heyrətləndirici qumbara düşmənin hisslərini müvəqqəti olaraq yönünü dəyişmək vəya diqqətini yayındırmaq üçün istifadə edilən daha az öldürücü partlayıcı qurğudur . Partlayış zamanı heyrətləndirici qumbara göz qamaşdıran işıq parıltısı və son dərəcə yüksək səsli bir "bang" yaradır. Onlar tez-tez düşmənləri çaşdırmaq və ya diqqətini yayındırmaq üçün yaxın döyüşlərdə, qapıların arxasından və iğtişaşlara nəzarətdə-də istifadə olunur. Şok qumbaraları ilk dəfə 1970-ci illərin sonlarında Britaniya Ordusu Xüsusi Hava Xidmətinin antiterror qanadı tərəfindən istifadə edilmişdir və o vaxtdan bəri bütün dünyada polis və hərbi qüvvələr tərəfindən geniş istifadə olunur. Daha az öldürücü təbiətinə baxmayaraq, heyrətləndirici qumbaralar hələ də zərər verə bilir və yaxınlıqda partlayan zaman yaralaya və ya öldürə bilər. Onlar həmçinin yanğınlar törətməyə qadirdirlər. == Yaratdığı effektlər == Heyrətləndirici qumbaralar təqribən 7 meqakandela (Mcd) və 170 desibeldən (dB) çox yüksək səsli "partlayış" yaratmaq üçün nəzərdə tutulmuşdur. Flaş gözün bütün fotoreseptor hüceyrələrini müvəqqəti olaraq aktivləşdirir və onu təxminən beş saniyə ərzində kor edir. Bundan sonra qurbanlar görmə qabiliyyətini zəiflədən bir görüntü hiss edirlər. Partlamanın həcmi də qurbanda müvəqqəti karlığa səbəb olur və qulağın içindəki mayeni narahat edir, tarazlığın itirilməsinə səbəb olur.
Şok və titrəyiş (doktrina)
Şok və titrəyiş (ing. Shock and awe) — “cəld üstünlüyə nail olmaq” konsepsiyasına əsaslanan hərbi doktrina. ABŞ ordusu tərəfindən İraqdakı kampaniya zamanı istifadə edilmişdir. 1996-cı ildə Müdafiə Araşdırmaları və Texnologiyaları İnstitutunun rəhbəri Ceyms Ueyd və Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Harlan Ullman tərəfindən hazırlanmışdı. == Əsas müddəaları == Hədəf təkcə düşmənin silahlı qüvvələri deyil, həm də “geniş mənada oradakı cəmiyyətdir”. Müharibə üç fərqli tamaşaçı üçün televiziyada nümayiş etdirilən bir tamaşadır: Amerika tamaşaçıları, düşmən tamaşaçıları və dünyanın qalan hissəsi. Həm döyüş əməliyyatları, həm də informasiya müharibəsi aparmaq.
Gələcəyin şoku
"Gələcəyin şoku" (ing. Future Shock) — Amerikalı sosioloq, postindusterial cəmiyyət konsepsiyasının müəlliflərindən biri Alvin Tofflerin həyat yoldaşı Xaydi Tofflerlə birlikdə yazdığı və ilk dəfə 1970-ci ildə çap olunmuş kitab; beynəlxalq bestseller. == Tarixi == Kitab 1965-ci ilin yayında "Horizon" jurnalında dərc edilmiş "Həyat yolu kimi gələcək" (ing. "The Future as a Way of Life") adlı məqalənin genişləndirilmiş və təkmilləşdirilmiş variantıdır. "Gələcəyin şoku" kitabı müəllifin əsərləri içərisində xüsusi yer tutur və ona böyük şöhrət gətirmişdir. == Mövzusu == Alvin Tofflerin qeyd etdiyi "gələcəyin şoku" hər şeydən əvvəl insanları əhatə edən sosial həyatdakı və mədəniyyətdəki dəyişikliklərdir. İnsan "cəmiyyət" adlı sistemin çox kiçik bir elementidir və onun təhlükəsizliyinin özünəməxsus çalarları var. Alvin Toffler qeyd edir ki, "İnsan orqanizminin ətraf mühitdəki dəyişikliklərə uyğunlaşa biləcəyi müəyyən hədlər mövcuddur. Əgər əvvəldən bu hədlər müəyyən olunmazsa və bu dəyişikliklər artmaqda davam edərsə, biz çoxlu sayda insanları onların sadəcə dözə bilməyəcəkləri təsirlərə məruz qoya bilərik. Onları "gələcəyin şoku" adlandırdığım qeyri-adi vəziyyətə düçar etməklə biz çox risk edirik".
Gələcəyin şoku (film, 1972)
Gələcəyin şoku (ing. Future Shock) — Alvin Tofflerin eyniadlı kitabı əsasında 1972-ci ildə ekrana çıxmış və Orson Uells tərəfindən səsləndirilən ABŞ sənədli filmi. 1973 Kann kinofestivalında nümayiş etdirilmişdir.
Mədəniyyət şoku
Mədəniyyət şoku (ing. Culture shock) — insanın bir sosial mühitdən digərinə keçdikdə insanın heç vaxt tanış olmadığı şəraitə görə hiss etdiyi narahatlıqdır. 4 fazası var: Bal ayı fazası Razılaşmağa çalışma fazası Öyrəşmə fazası Ustalıq fazası Mədəni şoku yaradan ümumi problemlər: informasiya artıqlığı, dil barieri, toplumlararası uçurumlar, informasiya uçurumları, müəyyən sferadakı asılılıqlar, öz mədəniyyətinə çox bağlılıq və buna bənzər hallar. Şəxslər müxtəlif cəmiyyətlərdə mədəni şoku özlərinəməxsus yaşadıqları üçün, bu vəziyyətdən yayınmağın konkret bir həlli mövcud deyildir. Mədəniyyət şokunda olan insanların sonrakı fəaliyyətlərini 3 hissəyə bölmək olar: İnteqrasiya oluna bilməyənlər xarici ölkədə öz millətlərindən olanları axtarır və cəmiyyətə uyğunlaşmaqdan imtina edirlər. Assimilyasiyaya məruz qalanlar öz ölkələrinin adət-ənənələrini unudur və yeni gəldikləri ölkəyə 100% adaptasiya olurlar. Üçüncü qrup insanlar isə həm yeni ölkəyə adaptasiya olur, həm də vətənlərini unutmurlar. Belə insanlara kosmopolit deyilir. Mədəniyyət şokunun ən qəribə forması uzun müddət vətəndən kənarda yaşayan insanların geri qayıtdıqdan sonra öz doğma ölkələrində hiss etdikləri mədəniyyət şokudur. == Dörd mərhələ == Balayı Bu mərhələ ərzində, köhnə və yeni mədəniyyətlər arasındakı fərqliliklər şəxsə yüngül, asan görünür.
Nihon Şoki
Nihonqi (日本紀) və ya Nihon Şoki (日本書紀), — Antik Yaponiyanın tarixinə dair yazılmış ikinci ən qədim əsər (720-ci il). == Haqqında == «Kociki» adlanan dini və əbədi abidənin tərtib edilməsindən cəmi səkkiz il sonra, yəni 720-ci ildə, ikinci bir salnamə meydana çıxdı, işıq üzü gördü. Bu kitab əslində mifoloji salnamə – qanun namə idi. Bu «Nihonqi» idi. Bu məcəllə şahzadə Tonerinin rəhbərliyi altında hazırlanmışdı. Bu kitab qədim Çin dilində yazılmışdı. Bu abidənin «Kodziqi»dən fərqləndirən formal cəhət ondan ibarətdir ki, burada fiksasiya üsulundan istifadə edilmişdir: yəni «Nihonqi» xronikası qədim Çin ədəbi dilində bəzi fonetik üslubları təqlid etmək yolu ilə yazılıb, lakin hər iki xronikanın yazılmasında məqsəd birdir: hökmranlıq edən sülalənin legitimliyi, yəni qanuniliyi. Lakin burada hakim sülaləsinin adı çəkilmir. Burada yalnız allah Amatarasu yüksək dərəcəyə qaldırılırdı və belə inama işarə vurulurdu ki, bütün imperatorların və hakimlərin əsli-kökü ilahi mənşədəndir. === Məzmunu === Nihonqinin məzmunu zəngindir.
Təklif şoku
Təklif şoku — məhsul və ya xidmətin və ya ümumiyyətlə mal və xidmətlərin tədarükünü birdən-birə artıran və ya azaldan bir hadisədir. Bu qəfil dəyişiklik bir malın və ya xidmətin tarazlıq qiymətini və ya iqtisadiyyatda ümumi qiymət səviyyəsini təsir edir. Qısamüddətli perspektivdə iqtisadiyyat səviyyəsində mənfi təklif şoku ümumi təklif əyrisini sola doğru dəyişəcək, hasilatı azaldacaq və qiymət səviyyəsini qaldıracaq. Məsələn, neft embarqosu, mənfi təklif şoku yarada bilər, çünki neft geniş çeşidli malların istehsalında əsas amildir. Təklif şoku, bahalaşan qiymətlər və istehsalın azalması ilə əlaqəli stagflyasiyaya səbəb ola bilər. Qısamüddətli perspektivdə iqtisadiyyat miqyasında pozitiv təklif şoku ümumi təklif əyrisini sağa doğru dəyişəcək, istehsalı artıracaq və qiymət səviyyəsini aşağı salacaq . Müsbət tədarük şoku, istehsalın daha səmərəli olmasına və bu səbəblə də istehsalın artmasına səbəb olan texnoloji bir irəliləyiş (texnoloji şoku) ola bilər. == Texniki analiz == Sağdakı diaqram mənfi təklif şokunu göstərir; Başlanğıc mövqe A nöqtəsindədir və P1 qiymət səviyyəsində Y1 çıxış miqdarı istehsal edir. Təklif şoku olduqda, bu ümumi təklifə mənfi təsir göstərir: təklif əyrisi sola (AS1-dən AS2-yə) doğru dəyişir, tələb əyrisi isə eyni vəziyyətdə qalır. Tələb və təklif əyrilərinin kəsişməsi indi hərəkət etdi və tarazlıq artıq B nöqtəsidir; kəmiyyət Y2-yə, qiymət səviyyəsi P2-yə qaldırıldı.
Tələb şoku
Tələb şoku iqtisadiyyatda (ing. demand shock) — mallara və ya xidmətlərə tələbi müvəqqəti artıran və ya azaldan qəfil bir hadisədir. Müsbət tələb şoku ümumi tələbi (ÜM) artırır və mənfi tələb şoku ümumi tələbi azaldır. Malların və xidmətlərin qiymətləri hər iki halda da təsir göstərir. Mallara və ya xidmətlərə tələb artdıqda, tələb əyrisinin sağa doğru dəyişməsi səbəbindən qiymətləri (və ya qiymət səviyyəsi) artır. Tələb azaldıqda, tələb əyrisinin sola doğru dəyişməsi səbəbindən qiyməti azalır. Tələb şokları vergi dərəcələri, pul təklifi və dövlət xərcləri kimi şeylərdə baş verə bilər. Məsələn, vergi ödəyiciləri vergi endirimlərindən sonra hökumətə daha az borc verirlər, beləliklə şəxsi xərcləri üçün daha çox pul azad edirlər. Vergi ödəyiciləri mal və xidmətlər almaq üçün puldan istifadə etdikdə qiymətləri qalxır. 2002-ci ilin noyabr ayında İngiltərədəki əlverişsiz iqtisadi vəziyyətin ortasında İngiltərə Bankının direktoru Mervin Kinq, daxili iqtisadiyyatın yaxın gələcəkdə "güclü mənfi tələb şokuna" səbəb ola biləcəyi qədər balanssız olduğunu xəbərdar etdi.
Uilyam Bredford Şokli
Vilyam Bredford Şokli (ing. William Bradford Shockley; 13 fevral 1910[…], London – 12 avqust 1989[…], Stenford[d], Kaliforniya) — Amerikalı fizik, tranzistorun müəlliflərindən biri, Fizika üzrə Nobel mükafatı laureatı (1956). == Həyatı == Vilyam Bredford Şokli 13 fevral 1910-cu ildə Londonda anadan olmuşdur. == Fəaliyyəti == Tranzistorun müəlliflərindən biri, amerikalı fizik Vilyam Bredford Şokli 1956-cı ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 1963–1975-ci illərdə Stenford Universitetində professor vəzifəsində çalışmışdır. == Mükafatları == 1946-cı ildə müharibə işləri üçün Meritin Milli Medalı. 1953-cü ildə Milli Elmlər Akademiyasının Fizika üzrə Comstock mükafatı. 1953-cü ildə Amerika Fiziki Cəmiyyətinin Oliver E. Buckley Solid State Physics Mükafatının ilk alıcısı. 1956-cı ildə fizika sahəsində Nobel mükafatı almış, John Bardeen və Walter Brattain ilə birlikdə. Nobel dərsində Brattain və Bardeenə nöqtə kontakt transistorunun ixtiraçıları olaraq tam kredit verdilər.
Uilyam Şokli
Vilyam Bredford Şokli (ing. William Bradford Shockley; 13 fevral 1910[…], London – 12 avqust 1989[…], Stenford[d], Kaliforniya) — Amerikalı fizik, tranzistorun müəlliflərindən biri, Fizika üzrə Nobel mükafatı laureatı (1956). == Həyatı == Vilyam Bredford Şokli 13 fevral 1910-cu ildə Londonda anadan olmuşdur. == Fəaliyyəti == Tranzistorun müəlliflərindən biri, amerikalı fizik Vilyam Bredford Şokli 1956-cı ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 1963–1975-ci illərdə Stenford Universitetində professor vəzifəsində çalışmışdır. == Mükafatları == 1946-cı ildə müharibə işləri üçün Meritin Milli Medalı. 1953-cü ildə Milli Elmlər Akademiyasının Fizika üzrə Comstock mükafatı. 1953-cü ildə Amerika Fiziki Cəmiyyətinin Oliver E. Buckley Solid State Physics Mükafatının ilk alıcısı. 1956-cı ildə fizika sahəsində Nobel mükafatı almış, John Bardeen və Walter Brattain ilə birlikdə. Nobel dərsində Brattain və Bardeenə nöqtə kontakt transistorunun ixtiraçıları olaraq tam kredit verdilər.
Ulduz şokolad fabriki
Unsuz şokoladlı tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Vilyam Şokli
Vilyam Bredford Şokli (ing. William Bradford Shockley; 13 fevral 1910[…], London – 12 avqust 1989[…], Stenford[d], Kaliforniya) — Amerikalı fizik, tranzistorun müəlliflərindən biri, Fizika üzrə Nobel mükafatı laureatı (1956). == Həyatı == Vilyam Bredford Şokli 13 fevral 1910-cu ildə Londonda anadan olmuşdur. == Fəaliyyəti == Tranzistorun müəlliflərindən biri, amerikalı fizik Vilyam Bredford Şokli 1956-cı ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. 1963–1975-ci illərdə Stenford Universitetində professor vəzifəsində çalışmışdır. == Mükafatları == 1946-cı ildə müharibə işləri üçün Meritin Milli Medalı. 1953-cü ildə Milli Elmlər Akademiyasının Fizika üzrə Comstock mükafatı. 1953-cü ildə Amerika Fiziki Cəmiyyətinin Oliver E. Buckley Solid State Physics Mükafatının ilk alıcısı. 1956-cı ildə fizika sahəsində Nobel mükafatı almış, John Bardeen və Walter Brattain ilə birlikdə. Nobel dərsində Brattain və Bardeenə nöqtə kontakt transistorunun ixtiraçıları olaraq tam kredit verdilər.
Yuli Şokalski
Yuliy Mixayloviç Şokalski (5 (17) oktyabr 1856, Sankt-Peterburq - 26 mart 1940, Leninqrad) - rus və sovet coğrafiyaçısı, hidroqraf, okeanoloq, kartoqraf, general-leytenant (1912), Rusiya Coğrafiya Cəmiyyətinin sədri (1917- 1931). Əmək Qəhrəmanı. == Həyatı == Yuli Mixayloviç Şokalski 5 (17) oktyabr 1856-cı ildə anadan olmuş, 1880-ci ildə dənizçilik akademiyasını bitirmiş və sonradan Baş geofizika rəsədxanasına daxil olmaqla dəniz meteorologiya bölməsinə rəhbərlik etmişdir. Pedaqoji fəaliyyətə dənizçilik məktəbindən başlamış, daha sonra Dəniz Akademiyasında və universitetdə davam etdirmişdir. Hələ rəsədxanada işləyərkən Şokalski rus coğrafiya cəmiyyətinin həqiqi üzvü seçilmişdir. Həmin dövrdə cəmiyyətə Pyotr Petroviç Semyonov Tyan-Şanski rəhbərlik edirdi. Onun dövründə Coğrafiya cəmiyyəti rus coğrafişünaslarına şərəf gətirən bir sıra ekspedisiyalar təşkil etmişdir. XIX əsrin son onilliyində Rusiyada kapitalizmin inkişafı elm sahələrinə də öz təsirini göstərmişdir. Ölkədə bir tərəfdən dəmir yolları salınır, kanallar çəkilir, digər tərəfdən əraziləri daha dərindən mənimsəmək üçün elmi ekspedisiyalar təşkil olunurdu. Ekspedisiyalardan birinin qarşısında duran vəzifə Sibir ilə Rusiyanın Avropa hissəsini su yolu ilə birləşdirmək idi.
Çarli və şokolad fabriki (roman)
Çarli və şokolad fabriki — ingilis yazıçısı Roald Dal tərəfindən 1964-cü ildə yazılan uşaq romanı. Roman Villi Vonkanın şokolad fabrikinə düşən Çarli Buketin başına gələn hadisələrdən bəhs edir. "Çarli və şokolad fabriki" romanı ilk dəfə 1964-cü ildə " Alfred A. Knopf, Inc." nəşriyyatı tərəfindən ABŞ-də, 1967-ci ildə isə "Allen & Unwin" nəşriyyatı tərəfindən İngiltərədə çap olundu. Roman əsasında iki film çəkilib: "Villi Vonka və şokolad fabriki" (1971) və "Çarli və şokolad fabriki"(2005). Macəranın davamı olan "Çarli və böyük şüşə lift" da Road Dahl tərəfindən 1972-ci ildə yazılmışdır. Road Dahl üçüncü kitabı yazmaq istəsə də tamamlaya bilməmişdir. == Mövzu == Çarli yoxsul ailənin uşağıdır. O və ailəsi şəhərin kənarında taxta və köhnə bir evdə yaşayırlar. Onun babası bir zamanlar Villi Vonkanın şokolad fabrikində işləmişdi, lakin Villi Vonkanın bütün işçiləri işdən çıxarmasının ardından işsiz qalır və bir gün fabrikə qayıdacağına ümid edir. Bir gün Villi Vonka müsabiqə elan edir.
Şokalad (film)
Şokolad(ing. Chocolat)-İoann Harrisin eyni adlı romanından kinoya uyğunlaşdırılan 2000-ci il İngilis / Amerikan ortaq istehsalı film.Mühafizəkar bir Fransız qəsəbəsinə gələn gənc bir ana ilə altı yaşındakı qızından və onların şokolad dükanından bəhs edir.
Şokalnikov burnu
Şokalnikov burnu (çuk. Лялёран) — İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisində yerləşir. Shillərini Şərqi Sibir dənizimim suları yuyur. Şalaurov dağlarının qutaracağında yerləşir. Burun 19 aprel 1965-ci ildə SSRİ Dəniz Donanması Nazirliyinin əmri ilə qütb araşdırmaçısı, hidroqraf İsaak Şokalnikovun şərəfinə adlandırılmışdır.
Şokalski adası
Şokalski adası - Kara dənizində Ob estuarisinin çıxacağında yerləşən ada. Yamalo-Nenets Muxtar Dairəsinin Tazov rayonu ərazisinə daxildir. Uzunluğu 30 km, eni 20 km, hündürlüyü 27 m, sahəsi isə 428 km² təşkil edir. Ada Qdansk yarımadasından Qdansk boğazı ilə ayrılır. Səthi əsasən düzənlikdir. Üzəri Tundra bitkiləri ilə örtülür. 1926-cı ilə qədər ada Аqneessa adlanırdı. Hazırkı adı isə Yuliy Mixayloviç Şokalskinin şərəfinə adlandırılmışdır.
Şokalski boğazı
Şokalski boğazı (rus. Пролив Шокальского) - Oktyabr İnqilabı adasını Bolşevik adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizini Laptevlər dənizi ilə birləşdirir. Uzunluğu 120 km ,eni 20–50 km , dərinliyi 200 – 250 m təşkil edir. Sahilləri parçalıdır və buzlaqlarla örtülüdür. Buzlaqları Karpinski, Muşketova, Semenova-Tyan-Şanski, Qrotov, Universitetskidir. Buzlaqlar Aysberqlər əmələ gətirir. Boğazda Naydenis, Suxoy, Malış, Matroskie adaları, Pirojok, Arpqolda, Kaşki adaları, Sterojevoy və Krasnoflotski adaları vardır. Sahillərində Afonina, Spartak, Telman, İqnat Qardaşları, Zub və Juravlev burnuları vardır. Şimal-qərbdə Marat Fiordu və Medvejya buxtası, şərqdə Amba buxtası yerləşir.
Şoker (film, 1989)
Şoker (ing. Shocker) — 1989-cu ildə çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri (az büdcəli) siyahısına daxil olmasına baxmayaraq böyük gəlir əldə etmişdir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Filmin digər adı "Ues Kreyvenin Şokeri" kimi səslənir. Filmin distribütori Universal Pictures kinokompaniyasıdır. == Məzmun == ABŞ, Los-Anceles. Cavan futbolçu Conatan Parker Amerikan futbolunda aldığı beyin zədəsindən sonra gecələr qəribə yuxular görməyə başlayır. Conatan yuxuda Horas Pinker adlı manyakın özgə bir ailəni necə öldürdüyünü görür. O, polislərin diqqətini cəlb edir və polislər ilə manyakın axtarışına başlayır.
Şoko Asahara
Şoko Asahara (yap. 麻原 彰晃) yaxud Çizuo Matsumoto (yap. 松本 智津夫) — Aum Şinrikyo dini sektasının qurucusu və lideri. Dini sekta 1987-ci ildə yaradılıb. 1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli "zarin" qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb. Hadisədən sonra Şoko Asahara başda olmaqla sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb. Şoko Asahara və sektanın digər rəhbərləri 6 iyul 2018-ci ildə edam edildilər.
Şoko Hamada
Shoko Hamada — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya qadın milli komandasının heyətində 2 oyun keçirib.

Значение слова в других словарях