ŞULUQLUQ

is.
1. Nadinclik, dəcəllik. Şuluqluq eləmək.
2. Hərc-mərclik, araqarışma, qarışıqlıq, çaxnaşma, iğtişaş, özbaşınalıq.
// Qovğa, mərəkə, həngamə, qarışıqlıq. Bəzən yerbəyerdən mütrübü çağırardılar.
Şuluqluq başlanardı. H.Sarabski.
[Cavan oğlan:] Şuluqluqdan qardaş qardaşı itirir. Mir Cəlal.

□ Şuluqluq düşmək – ara qarışmaq, qayda, nizam pozulmaq, çaxnaşma düşmək. Hamı yığılır.
“Nə oldu, nə oldu!” deyib, aralaşdırırlar, şuluqluq düşür. Ü.Hacıbəyov.

Şuluqluq salmaq – aranı qarışdırmaq, qarışıqlıq salmaq, qalmaqal salmaq, nizamsızlıq törətmək.
[Mirzə Cəmil] xeyli düşünüb-daşınandan sonra bu qərara gəldi ki, fəhlələr arasında şuluqluq salan Ataşdır. Ə.Vəliyev.
Ucqar stansiyalarda şuluqluq salan silahlı hərbçilərə rast gəlmək olar. Ə.Əbülhəsən.

Синонимы

  • ŞULUQLUQ qalmaqal — iğtişaş — qarışıqlıq — pozğunluq — nizamsızlıq
  • ŞULUQLUQ dəcəllik — nadinclik
  • ŞULUQLUQ oynaqlıq — şuxluq — yüngüllük
  • ŞULUQLUQ 1. ŞULUQLUQ [Çəpəl:] Bilmirəm kişinin başına nə gəldi bu Şuluqluqdan (Mir Cəlal); İĞTİŞAŞ Hər yerdə iğtişaş, hər yerdə üsyan; Alovlu nəğmələr ucalır g

Антонимы

  • ŞULUQLUQ ŞULUQLUQ – DİNCLİK Yoxdur daha şuluqluq əsla, baxız, İranda… (A.Səhhət); Xalq mənimdir, bilirəm, dinclik sevən xalq deyil (S
ŞULUQÇULUQ
ŞULUM

Значение слова в других словарях