ƏHLİ-ZAHİR

şəriətin zahiri mənasına inananlar; şəriətçilər.
ƏHLİ-ÜRFAN
ƏHRİMƏN
OBASTAN VİKİ
Zahir
Zahir — kişi adı. Zahir Abbas — Azərbaycan şairi Zahir Baba — Avşar Babanin xəlifələrindən.
Kitab əhli
Kitab əhli — (ərəb.اهل الكتاب) İslam ənənəsinə görə, digər iki səmavi dinlərin əhalisini, yəhudi və xristianları, bildirən anlayış. Kitab əhlinə münasibət fərqli idi. Bütpərəstlərdən fərqli olaraq, kitab əhli daha imtiyazlı vəziyətdə idi, onların sıxışdırılması və təqib olunması barədə açıq göstərişlər yox idi. Məsələn kitab əhlinin qadınları ilə nigaha girmək icazəsi vardı, lakin onlara qız vermək qadağan idi. Kitab əhli öz kilsələrində və sinaqoqlarında ibadət edirdilər və öz ayinlərini yerinə yetirməkdə azad idilər. Lakin onlar zimmilər zümrəsinə aid idilər və xüsusi cizyə vergisi ödəyirdilər, yaxud bunun əvəzinə orduda köməkçi qoşun kimi istifadə edilirdilər.
Əhli-Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Əhli-Həqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Əhli-Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli-Sünnət
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Beyt
Əhli-Beyt (ərəb. أهل البيت‎; "ev əhli" mənası verir) — İslam ənənəsinə görə Məhəmməd peyğəmbərin ailəsi. Əhli Beyt sözü müsəlmanların müqəddəs kitabı olan Quranda 2 yerdə işlədilmişdir. Cahiliyyə dövrü ərəb cəmiyyətində qəbilənin hakim ailəsini bildirən "Əhli-Beyt" ifadəsi islam meydana gəldikdən sonra Məhəmməd peyğəmbərin ailəsinə şamil olundu. Quranda "əhl" sözü sahib, tərəfdar, eyni məkanı paylaşanlar, bir dinə, yaxud peyğəmbərə inananlar, zövcə, "beyt" sözü isə ev, Allahın evi (məscid) və ailə mənalarında işlənmişdir. "Əhli-Beyt" ifadəsinə İbrahimin (11:73), Musanın (28: 12) və Məhəmmədin (33:33) ailəsindən bəhs edən üç ayədə rast gəlinir. Əhli-Beyt-ә kimlərin daxil edilməsi barədə fikirlər fərqli olsa da, bunlar, əsasən, Məhəmməd peyğəmbər, Əli ibn Əbu Talib, Fatimə, Həsən əl-Müctəba, Hüseyn ibn Əli və digər doqquz imamdan ibarətdir. İlahi lütfün və gizli biliklərin daşıyıcıları kimi Əhli-Beyt-ә xüsusi ehtiram bəslənilir. Sünnilərin ən mötəbər hesab etdikləri altı kitabdan biri olan "Səhihi-Müslim"də Peyğəmbərin zövcəsi Aişədən nəql olunur: "Bir gün Peyğəmbər kürəyində əba ilə evdən çıxdı. Onu görən Həsən yanına getdi, Peyğəmbər ona əbasının altına girməsini söylədi.
Əhli Sünnə
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb və ya əqidə. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" mənasına gəlir. Sünnilər bu adla Həzrəti Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadı, 4 fiqh məzhəbi var: Əşariyyə, Matüridiyyə və Əsəriyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Əhli Şirazi
Məhəmməd ibn Yusif Əhli Şirazi (fars. اهلی شیرازی‎; təq. 1454, Şiraz – təq. 1535, Şiraz) — fars şairi. Əhli Şirazinin təxminən 1454–1535-ci illərdə İranın Şiraz şəhərində yaşadığı və öldüyü zaman cənazəsini oradakı Hafiz Şirazinin türbəsində dəfn olunduğu güman edilir. Onun haqqında tənha həyat sürdüyü, ehtiyac içində yaşadığı, bütün həyatının mübarizə ilə keçdiyi barədə şahid ifadələri var. Manuscript of his works available on the digital library website of the Iran Parliament Library.
Nur Zahir
Nur Zahir (ing. Noor Zaheer) — Hindistan solçu feminist yazıçısı. Zahir Arvind Kecrivalın rəhbərlik etdiyi Delhi Urdu Akademiyasının üzvüdür. Nur Zahir qısa hekayələri və ədəbiyyatı vasitəsilə XX əsrin mütərəqqi urdu müəlliflərindən qalan sosial-iqtisadi problemlərə diqqət yetirir. O, İsmət Çuğtayın urdu dilindəki "Hai Pairahan" memuarını ingilis dilinə tərcümə etmiş və həmçinin, 2017-ci ildə Laknauda keçirilən teatr festivalında "Kahani Ki Kahani, İsmat Ki Zabaani" tamaşasını idarə etmişdir. Zahir şifahi mədəniyyətin sənədləşdirilməsinə və Hindistanın Himaçal Pradeşində yerləşən buddist monastırlarının bərpasına töhfə vermişdir. Z̤ahīr, Nūr. My God is a Woman. India, Vitasta Pub., 2008. ISBN 9788189766528 Z̤ahīr, Nūr.
Zahir Abbas
Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas; 1 yanvar 1978, Güləbird, Laçın rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2012). Zahir Abbas- 1 yanvar 1978-ci ildə Laçın rayonunun Güləbird kəndində müəllim ailəsində anadan olub. 1985-1995-ci illərdə orta məktəbi əla qiymətlərlə bitirərək 1996-2000–ci illərdə Azərbaycan Kooperasiya Universitetinin iqtisad fakültəsini, 2000-2002-ci illərdə həmin universitetin "ümumi iqtisadiyyat" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildən müxtəlif maliyyə qurumlarında çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 10 kitabı işıq üzü görüb. Bir neçə mahnının, o cümlədən "Sarışınım" (Nazpəri Dostəliyeva), "Bu gecə yurduma qayıdacağam" (Məhəbbət Kazımov), "Əllərin əlimə dəymir nə vaxtdır" (Baloğlan Əşrəfov), "Yuxuma gəl" (Zülfiyyə Xanbabayeva), "Quzu kəsərəm" (Rəhim Rəhimli), "Tələsmə hələ" (Zeynəb Xanlarova), "Unuda bilmədim" (Qədir Qızılsəs), "Ömrümüzün bu çağında" (Brilyant Dadaşova), "Əzizim" (İlhamə Quliyeva), "Getmisən" (Nadir Qafarzadə), "Bacara bilmirəm" (İ. Fərhadoğlu), "Hansını sevim görən" (E. Hüseynov)"O mənəm"(Damla) və s. mahnılarının sözlərinin müəllifidir. Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən "Fəxri fərmanla", ADTGT tərəfindən "Fəxri diplom"la təltif edilmişdir. 2008-ci ildə "V&V Company" tərəfindən "Söz yazarı" və 2012-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.
Zahir Baba
Zahir Bağırov
Zahir Feyzullayev
Zahir Eyvaz oğlu Feyzullayev (24 dekabr 1992, Muxas, Oğuz rayonu – 20 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayonunun Muxas kəndində anadan olub. 1999–2007-ci illərdə A. Əhmədov adına Muxas kənd tam orta məktəbində, 2007–2010-cu illərdə isə Oğuz şəhərində E. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Zahir Feyzullayev 2011-ci il yanvar ayının 1-də Oğuz rayon hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2012-ci ilin iyul ayında xidmətini bitirmişdir. 2013-cü il noyabr ayının 12-də Müdafiə Nazirliyinin gizir hazırlıq kursuna qəbul olmuş, 2014-cü il yanvar ayının 25-də həmin kursu bitirmişdir. 2014-cü il yanvar ayından 2014-cü ilin fevral ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandiri, 2014-cü ilin fevral ayından 2015-ci ilin may ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandirinin müavini, 2015-ci ilin may ayından 2018-ci ilin iyul ayına qədər N saylı hərbi hissədə qrup komandirinin müavini vəzifəsində xidmət etmişdir. Qəhrəmanlıqlarına görə 2018-ci ilin iyul ayının 2-də kiçik leytenant hərbi rütbəsi, 2019-cu ilin iyul ayının 2-də leytenant hərbi rütbəsi almışdır. 2018-ci ilin iyul ayının 2-dən N saylı hərbi hissədə qrup komandiri vəzifəsində xidmət etmişdir.
Zahir Hüseynli
Zahir Mahir oğlu Hüseynli (17 aprel 2001; Beyləqan rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Zahir Hüseynli 2001-ci il aprelin 17-də Beyləqan rayonunun Yuxarı Aran qəsəbəsində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Zahir Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahir Hüseynli oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zahir Hüseynli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zahir Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zahir Manafov
Zahir Zakir oğlu Manafov (12 dekabr 1993; Moskva, Rusiya — 9 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Zahir Manafov 1993-cü il dekabrın 12-də Rusiya Federasiaysının Moskva şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. Zahir Manafov 2012-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Xızı rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Zahir Manafov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Zahir Manafov oktyabrın 9-da Ağdərə istiqamətində şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Manafov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zahir Mehdiyev
Zahir Zakir oğlu Mehdiyev (27 aprel 1984; Kürdəmir rayonu, Azərbaycan SSR — 3 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Zahir Mehdiyev 1984-cü il aprelin 27-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub. 1990-2001-ci illərdə Kürdəmir rayon Qarabucaq kənd tam orta məktəbində təhsil alıb. Zakir Mehdiyev 2002-2004-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Zakir Mehdiyev 2010-cu ildən eyni hərbi birləşmədə "gizir" rütbəsində xidmət edirdi. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun giziri olan Zahir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Zahir Mehdiyev noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub.
Zahir Nuriyev
Zahir Rzayev
Zahir Vəlişov
Zahir Arif oğlu Vəlişov (17 fevral 1983; Beyləqan rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Zahir Vəlişov 1983-cü il fevralın 17-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Ailəli idi. Xatirə adında qızı və Arif adında oğlu yadigar qaldı. Azərbaycan Ordusunun çavuşu olan Zahir Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahir Vəlişov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Vəlişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Vəlişov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zahir məscidi
Zahir məscidi — Malayziyanın Kedah ştatında yerləşən məscid. Alor Setar şəhərində yerləşir. Məscid 1912-ci ildə tikilib. Məscid 1821-ci il Kedah-Siam müharibəsi zamanı şəhərin müdafiəsi uğrunda döyüşərək həlak olmuş döyüşçülərin xatirəsinə inşa olunub. Zahir məscidi Malay-İslam memarlığının ən gözəl nümunəsi kimi Kedahın ən fərqli memarlıq abidələrindən biri sayılır. Məscidin rəsmi açılış mərasimi 1915-ci ilin 15 oktyabrı həftənin cümə günü baş tutub. Məscidin açılışında Kedah sultanı Sultan Əbdül-Həmid Halim Şah iştirak edib. Cümə xütbəsini Tunku Mahmud oxuyub. Zahir məscidinin arxa tərəfində şəriət məhkəməsi və uşaqların məktəbəqədər təhsil müəssisəsi yerləşir. Zahir məscidi təxminən 11,558 m² sahə tutur.
Zahir Əbdürəhmanov
Zahir Əbdürəhmanov (Zahir Şahismayıl oğlu Əbdürəhmanov; 1 yanvar 1934, Göyçay – 16 sentyabr 2004, Bakı) — Azərbaycan SSR əməkdar mühəndisi (1980); Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı; Nərimanov rayon partiya komitəsinin I katibi (1981). Zahir Əbdürəhmanov 1934-cü ilin yanvar ayının 1-də Azərbaycan SSR-nın Göyçay şəhərində anadan olmuşdur. 1951-ci ildə Göyçay şəhərində orta məktəbi Qızıl medalla bitirib, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1956-cı ildə İnstitutu fərqlənmə diplomu ilə bitirərək Leytenant Smidt adına Neft Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. Mühəndislikdən baş direktor vəzifəsinədək yüksəlmişdir. Bir müddət zavodun partiya komitəsinin katibi vəzifəsində də çalışmışdır. Bakı şəhər Xalq Deputatları Sovetinin X, XIII, XIV, XV, XVI çağırış deputatı olmuşdur. 1979-cu ildə Azərbaycan Kommunist Partiyası Nərimanov rayon komitəsinin II katibi, 1981-ci ildən I katibi vəzifələrində çalışmışdır. Bir müddət "Ümumittifaq Neft Maşınqayırma" İstehsalat Birliyi rəhbərliyində, sonra isə "Qaratəkrarmetal" İB-nin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. Müxtəlif dövrdə Azərbaycan Politexnik İnstitutunda Dövlət İmtahan Komissiyasının sədri kimi gənc mütəxəssislərin hazırlanmasına öz töhfəsini vermişdir.
Zahir Əmənov
Əmənov Zahir Əbiş oğlu — azərbaycanlı jurnalist, "Cənub xəbərləri" qəzetinin baş redaktoru. Zahir Əmənov 1952-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya gəlib. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1992-ci ildə Masallıda ilk müstəqil qəzetin - "Masallı" qəzetinin redaktoru olub. 1993-cü ildən 2003-cü ilə kimi onun təsisçiliyi və baş redaktorluğu ilə "Masallı xəbərləri" qəzeti çap olunub. 2003-cü ildə həmin qəzetin bazasında "Cənub xəbərləri" qəzetini yaradıb. Hazırda həmin qəzetin sahibidir. "Cənub xəbərləri" qəzeti 2002-ci ildə RUH Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "İlin ən mübariz regional qəzeti" elan edilib. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçirtdiyi müsabiqənin bir dəfə 1-ci ("Ünvanı səvh düşən ünvanlı yardımlar, yaxud sübut et ki, kasibsan"), bir dəfə isə 2-ci ("Əyalət mətbuatı və aşkarlıq") mükafatına sahib olub. Cənub bölgəsinin problemlərindən yazdığı yazılara görə 2004-cü ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən Bəy Zərdabi adına mükafatına layiq görülüb.
Əz-Zahir
Əz-Zahir (ər. الظاهر) — Allahın adlarından biri.