Zahir Zakir oğlu Mehdiyev (27 aprel 1984; Kürdəmir rayonu, Azərbaycan SSR — 3 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Zahir Mehdiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qarabucaq, Kürdəmir, AzSSR |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Kürdəmir Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2002—2004 / 2010—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2022 2020 2020 |
Zahir Mehdiyev 1984-cü il aprelin 27-də Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olub.[1] 1990-2001-ci illərdə Kürdəmir rayon Qarabucaq kənd tam orta məktəbində təhsil alıb.
Zakir Mehdiyev 2002-2004-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət edib.
Zakir Mehdiyev 2010-cu ildən eyni hərbi birləşmədə "gizir" rütbəsində xidmət edirdi. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir. 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.
Azərbaycan Ordusunun giziri olan Zahir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Zahir Mehdiyev noyabrın 3-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Dekabrın 4-də nəşi Kürdəmir Şəhidlər Xiyabanında dəfn olunub.