Zahir Eyvaz oğlu Feyzullayev (24 dekabr 1992, Muxas, Oğuz rayonu – 20 oktyabr 2020, Tuğ, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Zahir Feyzullayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Muxas, Oğuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Tuğ, Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Muxas, Oğuz rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2010—2012 / 2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Zəngilanın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuz rayonunun Muxas kəndində anadan olub.[1] 1999–2007-ci illərdə A. Əhmədov adına Muxas kənd tam orta məktəbində, 2007–2010-cu illərdə isə Oğuz şəhərində E. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb.
Zahir Feyzullayev 2011-ci il yanvar ayının 1-də Oğuz rayon hərbi komissarlıq tərəfindən hərbi xidmətə çağırılmışdır. Daxili Qoşunların N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2012-ci ilin iyul ayında xidmətini bitirmişdir. 2013-cü il noyabr ayının 12-də Müdafiə Nazirliyinin gizir hazırlıq kursuna qəbul olmuş, 2014-cü il yanvar ayının 25-də həmin kursu bitirmişdir. 2014-cü il yanvar ayından 2014-cü ilin fevral ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandiri, 2014-cü ilin fevral ayından 2015-ci ilin may ayına qədər N saylı hərbi hissədə xüsusi təyinatlı qrup komandirinin müavini, 2015-ci ilin may ayından 2018-ci ilin iyul ayına qədər N saylı hərbi hissədə qrup komandirinin müavini vəzifəsində xidmət etmişdir. Qəhrəmanlıqlarına görə 2018-ci ilin iyul ayının 2-də kiçik leytenant hərbi rütbəsi, 2019-cu ilin iyul ayının 2-də leytenant hərbi rütbəsi almışdır. 2018-ci ilin iyul ayının 2-dən N saylı hərbi hissədə qrup komandiri vəzifəsində xidmət etmişdir.
2015-ci il may ayının 2-dən 2015-ci ilin may ayının 27-dək "Görüntülü hədəf qiymətləndirmə" kursunu keçmək məqsədilə Türkiyənin Ankara şəhərində, 2017-ci ilin aprel ayının 28-dən 2017-ci ilin iyul ayının 13-dək "Hərbi sərbəst paraşut" kursunu keçmək məqsədilə Türkiyənin Ankara şəhərində, 2018-ci il oktyabr ayının 7-dən 2018-ci ilin noyabr ayının 2-dək "Statik təməl paraşut" kursu keçmək məqsədilə Türkiyənin Kayseri şəhərində, 2018-ci ilin noyabr ayının 5-dən 2018-ci ilin dekabr ayının 1-dək "Statik paraşütçü buraxıcı və yer ekip komutanlığı" kursunu keçmək məqsədilə Türkiyənin Kayseri şəhərində olmuşdur. 2019-cu ilin yanvar ayının 29-dan 2019-cu ilin fevral ayının 23-dək "Qış-2019" təlimində iştirak etmək məqsədilə Türkiyənin Kars və Kayseri şəhərlərində olmuşdur.
Vətəninə göstərdiyi xidmətlərinə və qəhrəmanlıqlarına görə "Azərbaycan Ordusunun 100 illiyi", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları və bir çox tərifnamələrə layiq görülmüşdür.
Azərbaycan Ordusunun leytenantı olan Zahir Feyzullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə tabeçiliyində olan əsgərləri döyüş meydanından təxliyə edib, həmçinin Ermənistan Ordusunun canlı qüvvəsinin məhv edilməsində fərqlənib. Zahir Feyzullayev döyüş yoldaşının torpağa tapşırıldığı gün onlarla ermənini məhv edərək dəfn yerinə zəng edib yoldaşının qisasını aldığını bildirib. Zahir Feyzullayev oktyabrın 20-də Hadrutun azad edilməsi zamanı Tuğ kəndi istiqamətində şəhid olub. Oğuz rayonunun Muxas kəndində dəfn olunub.