ƏRLİK

is.
1. Ərin öz qadınına olan münasibəti, vəzifəsi, haqqı. Onun ərliyindən nə olacaq? Ərliyə qəbul etdi.
[Şah Abbas:] Əgər sizdən hər biriniz … Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah oxutdurram. M.F.Axundzadə.
…Müqim bəy getdikcə Zərrintac xanımın ərliyindən tamamilə çıxıb, … saqqalı taxıl tozuna bulanmış darğalarından birinə çevrilirdi. S.Rəhimov.

2. Mərdlik, qoçaqlıq, namusluluq. Ərlik göstərmək.
– Bəylərimizə dəmirdonlu deyərlər; Daim içimizdə ərlik işlənir. Koroğlu”.

3. sif. Ərə getmək vaxtı çatmış. Ərlik qız. Ərlik vaxtı (qızın ərə getmə vaxtı, həddibüluğa çatdığı vaxtı).
– Dilşadın … təşkilata girməsi, ərlik qız ikən oğlanlarla gəzməsi – bütün bunlar Kərbəlayı Əzimin boynuna vəzifə qoyur. T.Ş.Simurq.
Ərlik yekə qızdır, deyirəm, get ərə, getmir. Ə.Nəzmi.

Синонимы

  • ƏRLİK mərdlik — qoçaqlılıq — namusluluq
  • ƏRLİK ərlik bax qəhrəmanlıq, igidlik
ƏRLİ-ARVADLI
ƏRLİLİK

Значение слова в других словарях